|
|||
|---|---|---|---|
|
#1
|
||||
|
||||
|
Bu şeir xiyavanda yarandı
Bir qəzetəçinin önündə Öpüşlərim borcun olsun diyə Telfonlar da səni tutmağa gəlmir Bir sarı gül göndərib tanrının göylünü alıram Uçaqda yetişəcək utubusları özləyirəm Qatarda isə ayaqlarını Və açarlarım heç ürəyi açmayır Küçənin harasında dayanmısan görünməyə gəlmirsən? Tələsir titrəməyə əllərim möhlət ver gecələrə sənsizliyi ulduzlara tapışırım və yoxdan doğulum. gözləyin lütfən çığırmağım gəlir... |
|
#2
|
||||
|
||||
|
Alıntı:
forumumuzda sizi görməkdən sevindim, xoş gəlibsiniz Sayın Şair Dostum *** şeirinizi oxumaqdan çox ləzzət aldım. dönələrcə yazdığım kimi məncə uğurlu şeir öncə bir bütün olaraq özünü üzə çəkir. bu şeirin də məncə ən çox diqqət etməli üstünlüyü şairin/ şeirin bir bütünə çevrildiyidir. bu bütünü bir az açıqlaya bilim deyə şeirinizin birinci və sonuncu sətirlərini ard-arda yazıram: bu şeir xiyavanda yarandı çığırmağım gəlir sanki elə şeirdə bu iki sətir ard- arda gəloblər, seçdiyim bu sözcüklərə baxdığımızda dediyimi görəcəksiniz: (xiyavan, çığırmaq, gəlir, şeir, yarandı) indi iki sətir aşağadan və iki sətir yuxarıdan götürürük: Bu şeir xiyavanda yarandı Bir qəzetəçinin önündə gözləyin lütfən çığırmağım gəlir... indi isə dırnaq arasında verdiyim sözcüklərə bu iki sətirdən seçdiklərimi də artırsaq bu sözcüklərlə raslaşacayıq: (şeir, xiyavan, gözləmək, qəzetə, gəlmək, çığırmaq, lütfən) bu işi sonuna kimi irəli sürsək daha artıq sözcük/İmgələrin necə biri- birini saport etdiyini görəcəyik, bu isə şeirin zehni forması və onun necə güclü və möhkəm olduğunu mənə anladır. indi bu dediklərimi şeirin sətri-ofoqi imgələri ilə tutuşdursaq və sonra şeirin sətri-əmudi düzülüşünü də nəzərə alsaq çeşidli və gahdan birbiri ilə heç ilgidə olmayan imgələri bir bütünün içində görə biləcəyik. bu isə Sayın şairimizin uğurudur göz önümüzdə... sayın Fəriba xanım Həyatidən yazıb və paylaşacaqları yeni və başqa şeirləri gözləyirik... ---- bu yazıda sətirləri necə düzüb və örnək verdiyim sözcükləri necə götürdüyümü bir gənəl rəviş kimi deyil sadəcə bu şeirə uyqun olan bir olanaq bilirəm. bəs başqa şeirləri bu sayaq dəyərləndirmək düz olmaya da bilər. |
|
#3
|
||||
|
||||
|
çox sağ olun Elyad bəy, sitənizdə üzv olmaqdan sevinirəm və nəqdiniz için çox təşəkkür edirəm...
|
![]() |
| Seçenekler | |
| Stil | |
|
|