|
|||
|---|---|---|---|
|
#41
|
||||
|
||||
|
Alıntı:
sənin qoşuğunla hansıysa bir ilgisi olmaya da bilən, harda eşitdiyimi bilmədiyim bir öykünü danışım sənə: şəhərli arvadını kətdiyə(kəndliyə) göstərərək: - səninmi arvadın daha gözəldi, mənimkimi? kətdi(kəndli): bu iş, yağış yağandan sonra bəlli olar. Sənin arvadının üzündən ənnik kirişanı yuyulacaq, mənim arvadımın üzündən yolların tozu, torpağı, onda kimin arvadının gözəl olduğuna baxarıq... nəysə, səni bir daha görmək sevindiricidir |
|
#42
|
||||
|
||||
|
qoy,
bir yağış yağsın.. |
|
#43
|
||||
|
||||
|
Alıntı:
Sizlərlə birgə olmaq da mənimçün sevindiricidir. Təəssüf, çox vaxt ayıra bilmirəm hələ ki. |
|
#44
|
||||
|
||||
|
|
|
#45
|
||||
|
||||
|
yelkən alnıma
küləklərin məndən çəkəcəyi yazılıbmış.. nəhəng gəmi gövdəmə tufanların qarşımda tir-tir əsəcəyi qazılıbmış... qıpqırmızı yaylıq, dostum, öküzlərin gözündə iy əyirən bir müxalifət, dostum, bir müxalifət tək baxışı ilə hakimiyyəti diz çökdürən... hətta heç vaxt ləpələnməyən böyük, susqun bir dəniz varmış Yer üzündə, sahili məniymişəm... ...bir insan təsəvvür elə, dostum, bir insan ki, qollarını dünya boyda açıb sevgiyə doğru qaça... o da siçan deşiyini satın ala... və bir qadın, dostum, bir qadın gətir ağlına... ... Konu Jalə tarafından (06-10-2010 Saat 07:51 AM ) değiştirilmiştir. |
|
#46
|
||||
|
||||
|
...bu gün
mənə qonaq gəl, şəhərə çıxaq, qoluna girim, sığınım sənə - yanıb-tökülsün cavan oğlanlar... gəl, sənə illərdi görmədiyin, bilmədiyin qızından danışım... tanıdığı yaxşı-pis adamlardan, darıxdığı axşamlardan onu incidənlərdən, sevənlərdən danışım... tənhalığının tən ortasından sənin bir zənginlə xilas olub sonra uşaq kimi ağladığını da deyimmi? gözləyirəm sən də onu nə qədər çox istədiyindən danışasan ömründə ilk dəfə... bilirsən ondan nə soruş? soruş ki, ən böyük arzun nədi...? bir də “bəs ən böyük qorxun?” soruş cavab almamış... o da ürəyində: “... itirmək... səni və anamı...” - desin... ...istəyirəm, əlimdən tutub aparasan karuselin qarşısındakı dondurmasatanın yanına “hansını ürəyin istəyir, götür” deyəsən... ...sonra anama zəng edək, hansısa dükandan tapıb gətirək qoşulsun bizə sən sağımda – sağım daha güclü anam solumda – solum daha həssas üzü dənizə dayanaq bir az susaq sonra ikiniz də mənə o Günəşli aprel səhərindən danışın – dünyaya bir qız gəlirdi... ...gəl, ata, gəl, dərdləşək, bu gün sözlə anlaşaq... Konu Jalə tarafından (06-10-2010 Saat 07:52 AM ) değiştirilmiştir. |
|
#47
|
||||
|
||||
|
Nizami
Xaqani Füzuli Hadi ... onlar hamısı şahiddi ki, bir qadın inandırmaq bir kişi inanmamaq üçün əllərindən gələni etdilər... hamısı şahiddi, bu küçələrin hamısı...
__________________
ikimiz də aldandıq - sən böyük görünürdün, mən balaca... |
|
#48
|
||||
|
||||
|
qandalları açılan kimi
biləklərini ovuşduran məhbus tək ürəyimi ovcumda əzirəm... ...səndən sonra... ...azadlıq həmişə ağrıyla başlayır...
__________________
ikimiz də aldandıq - sən böyük görünürdün, mən balaca... |
|
#49
|
||||
|
||||
|
Fərhad üçün
(Çalışın, oxuyan zaman Nazan Öncel "Nereye böyle" desin) “İtirmək” ağır feldi əgər qarşısında itirməkdən qorxduğun isim dayanıbsa... bu isim hələ xüsusi isimdisə, bu xüsusi isim hələ bir insan adıdısa... “İnsan” maraqlı isimdi əgər ondan sonra sevmək gülmək ağlamaq felləri gəlirsə... ondan əvvəl yaxşı gözəl böyük sifətləri görünürsə... “qarabəniz”sə ən sevimli sifətdi hər zaman sevdiyin, sevəcəyin birinə deyirlərsə... ...dənizlə dərdləşən, heç bilirsən dalğalar da dənizin dərdidi? ha itirir, bitmir, bitmir...
__________________
ikimiz də aldandıq - sən böyük görünürdün, mən balaca... |
|
#50
|
|||
|
|||
|
salam
ğör nə vaxtdir şerlərizi oxumamişam sevindim yenidən ziyarətinizdən və dolasiyla şeriniz ləzzət verdi. sağ olun |
![]() |
| Seçenekler | |
| Stil | |
|
|