|
|||
|---|---|---|---|
|
#1
|
||||
|
||||
|
1- burada çalışacayam günlük yazılar yapışdırım. (bu işi başaracayam mı?)
2- bu gün məni sevindirən bir qonuya düşünürdüm. bizim yazınımızın haşıyəsində yeni bir olaylar olur. bu olayları biz görməyədə bilərik, sezməyə də bilərik ancaq bu olaylar olmaqdadırlar. net dünyasının bizə verdiyi olanaqlar yazınımızda çalışanları, onların necə düşündüklərini, düşündüklərinə görə necə ortaya çıxdıqlarını və... aydıncasına əks edə bilir. yəni mən _istənilən birisi olaraq_ bu dünyaya ayaq qoyuramsa özlüyümü və özəlliyimin bir çox fayzını ışığa çıxarmışam ( bəlkə də ışığa çıxmağına yardım etmişəm desək daha düzgündü). və məni sevindirən elə bu dırnaq arasında dediyim sözdür. yazınsal toplumumuz serçə ilə bülbülün fərqini aydıncasına seçə bilir. qədim kişilər sayağı bunu qulağımızın sırğası etməliyik ( yəni mən etməliyəm, yəni bizim evin yolu burdan gedir). indi birisi haşiyənin yazınımızla necə ilgiləndiyini sorsa haqlıdır məncə. haşiyə yazının dışında durur və çox zamanlar yararsızdır, buna da inanıram. ancaq bu haşiyədə dayanan qonu məncə yazınsal toplumuzu demokratik və modern bir ortama sarı yönəldə bilər. bax (özümləyəm) burası qutlamalıdır kəsin. 3- görsən _ara-sıra_ bu günlük yazıların ardını tuta biləcəm? 4- eşq olsun... elyad musəvi |
|
#2
|
||||
|
||||
|
Yazınımız yeyinsə, yavaşsa öz yoluna getməkdədir.
Bir çoxumuz bugün Modern olmuşuq, görüntülərdə, çıxışlarda özümüzü belə tanıtdırırıq. Əlbəttə də ki bizdə önəmli addımlar atılıb məncə, bunların görməməyini mən sadəcə _ çox zamanlar_ bilərəkdən ortaya gələn _və çeşidli nədənlərdən asılı olan_ bir yanlış kimi tanıram. Ancaq bununla belə gahdan bizdə bir sıra Aydın ilkələr ayaqlanır. Biz bunları tanımırıq deyil, görmürük deyil, lap da yaxşı tanırıq, Ancaq çox sərəf eləmirlər güman. (ömründə ilk kəz) İtalia paltarı geyib əlinlə şorbanın içinə düşmək kimi gəlir mənə bu (ilk parantezi onunçün açdım ki postmodern bir davranış kimi alınmasın şorba). Net üzərində çalışmaq, yayınlarımızı sayber dünyasına köçürtmək əlbəttə ki indiki durumumuzda biz üçün yararlı ola bilər. Ancaq bu arada da bəlkə heç deyilməmiş yazılmamış ilkələr vardır ( çox da deyilib, yazılıb əlbət). BİR SİTƏDƏN BİR YAZI GÖTÜRÜB BAŞQA SİTƏYƏ APARMAQ İSTƏSƏN _ƏN AZINDAN_ O YAZININ LİNKİNİ DƏ ( QAYNAĞINI) VERMƏLİSƏN. Bunu eşidib bilməyən birisi tapılar mı? ( məncə tapılmaz ) Ancaq bəs nədən Şorba içində az qalırıq boğulaq bu İtaliya geyimləriylə? elyad musəvi |
|
#3
|
||||
|
||||
|
1 kitablarımız çətinliklə yayınlanır. perofessiyonal naşir yoxumuzdu, azdan çoxdan naşir tapılanda da bir neçə ildən sonra ayaqdan düşür, kitablarına xərclədiyi pul çətinliklə, çox çətinliklə əlinə qayıdır, çox zaman da heç qayıtmır. Yazınımızın oxucusu yoxdu deyil, oxucusu var ancaq yayınlanan kitablarımızı yayımlayanmırıq, yayım yoxumuzdu. minbir çətinliklə çıxan kitab oxucusunun əlinə çatmır, minbir çətinliklə əlinə çatırsa, oxucunun verdiyi pul yayımın döngələrində itib batır. Hələ burda yayın izini almağın çətinlikləri ilə işim yoxdu. Bunların qarşısında net dünyası bir alternativ kimi durur. heç kitab oxumağın dadını bilən birisi kitab kağızının qoxusunu, kağızları əl- vərəq eləməyin səsini manitor arxaslnda şax oturmaqla deyişməz amma da neynəmək? son umudumuzdu bu 14 ya 15 inçlik manitor səhifəsi. 2 İndi tutaq ki kitabın yayın və yayımında heç bir çətinlik olmasın və örnəyin bir Şeir kitabı çox doğal bir şəkildə ışıq üzü görəcək. ən azından bir kitabının içəndəki şeirlər şairin bir il içində yazığı şeirləri içərir _lap belə azını dedim_. kitab oxucunun əlinə çatınca da 6 ay sürür. yəni Biz istənilən bir şairin il yarım öncə yazdığı şeiri il yarım sonra oxuruq. İl yarım öncənin imzasından bugün etgilənirik. Şair öz imzasını kitabı ilə qoruyur azdan çoxdan. 3 Netdə belə deyil. həmənki şair dünən bitirdiyim şeiri bugün yayınlayır. o şeiri 5 nəfər oxuyur, 5 nəfər oxumur. 5 nəfərdən 2-si etgilənir. aldığı etgi imzasını etgiləyir. iki gün sonra 2-ci şeir yayınlanır, 5 nəfər onu oxuyur, 5 nəfər oxumur. 5 nəfərdən ikisi etgilənir. aldığı etgi imzasını etgiləyir. iki gün sonra 3-cü şeir yayınlanır, 5 nəfər onu oxuyur, 5 nəfər.... İndi portağal satanı tapmaq olarmı? Birinci imzanın sahabını necə? 4 Beləlikdə bəlkə bir cürə yazınımızın xeyrinə də olur. yazınımız daha yeyin tavla irəliləyir. bu tavın içində yazar/şair (muəllif) itir. 5 Bu gediş yazınımıza daha çox yarıyırsa YAŞASIN YAZINIMIZ. amma muəllifi "rolan bart"dan sonra bir daha da öldürmək insafmı?. Bəs onun yarımçıq canını kim qoruyacaq? məncə muəllifin yarı ölü- yarı diri canını bizdə sadəcə bir şey qoruya bilər: YAZINSAL ƏXLAQ |
|
#4
|
||||
|
||||
|
سلام
بو ايندي ايراندا يالنيز بيز دئييل هامينين سورونو دور. همن مسئله ده سبب اولور شاعيرلريميز اينترنيتده شعر ياييملامايالار. دئديييميز - نيز -كلري -لن اخلاقدا بئله رعايت اولونسا بو ائتگي آلماقلار چوخ واخت بلكه شاعير بيلمهدن اولا. و باشقا و بام باشقا نسنهلر --- اما اؤز آراميزدا قالسين ائلياد! رولان بارتين يازيجينين اؤلومو تئوريسيندن سونرا سنين بو يازيچينين ايتيمي (ايتمهسي) تئوريسي دونيادا سس سالار ها. |