Seid xisroshah
12-07-2009, 03:58 PM
Bir Metro Durağında
Ezra Pound(1885-1972)
Gözümə çarpan ,qalabalıqdakı bu üzlər ;
ləçəklər kimi yaş, qara budağın üzərində.
1913
ingilizcəsini burdan (http://www.poets.org/viewmedia.php/prmMID/15421)alın
Seid xisroshah
12-20-2009, 05:42 PM
Toz ağacları
Robert Frost (1874-1963)
Daha dik və qara ağacların sırasında
Sağ-sola əyilən toz ağaclarını gördüyümdə
Nədənsə , kimi bir oğlanın onlardan aslandığını
Düşünmək istirəm.
Ancaq, aslanmaq onları çovğunlar kimi əyildəbilmir.
Zaman zaman görmüş olmalısınız
Günəşli bir qış səhərində
Yağışdan sonra
buza büründüklərini
və duymuş olmalısınız şaqqıltını
quzey yeli əsən kimi,
budaqlarında.
əsintinin
şüyrələrini sındırıb çatlatan kimi
əlvanlıq gözunüzü qmaşdırmış olmalı.
Günəşin istisiylə çiliklənmiş şüşə topası kimi
Çığlayaraq kristalca qınlarının
Buzun qalın gönünə səpələndiyində
Cənnətin içindəki bir günbəzin yıxıldığını
Sanacaqsınız.
Onlar qatlanaraq bu yükə
Baş əyirlər sozarmağa,
sınan kimi görünməsələrdə
sadəcə bir gəz
onca və uzunca aşağı yendikləri,
yetərlidir
daha bir gəz
dikələmmədikləri üçün.
Gözünüzə dəyməmiş deyil,
Ormanlarda illər boyu dombalan gövdələrini
Sürüklərkən yarpaqlarını yerüzündə,
Önə salaraq
saçlarını Günəşlə qurutmaq istəyən
Qızlar kimi,
əl və dizləri üstə.
Ancaq
Çovğunların bütün gerçək payıyla sözümə girərkən,
“Kimi bir oğlanın onların əyməsini tərcih edirəm”
Diyəcəkdim,
Inək sürüsünü toplamaya çıxdığı zaman,
Beyzbol öyrənmiyəcək qədər şəhərdən uzaq bir oğlan,
Yay-qış yalnızca oynayabiləcəyi ,
Tapdığı tək oyun.
Arxa arxaya
Atasının ağaclarını şaxlıq bitənə cən
Dəfələrcə minərək
Xıxırtabilmiş birisi,
Laxlamayan birisi qalmayana cən,
Aslanmamış birisi qalmayana cən.
burunlarını tam yerə sürtməmək üçün,
Erkən şığamamağı bilən birisi.
ən üst budaqlara cən, dengəsini itirmədən
diqqətlə çıxaraq [bir fincanı xirtdəyinə cən,
hətta ağzına cən,
doldurmaq üçün
gərəkən əməklə eş] ,
sonrada
öncə ayaqlar olaraq ,
fışıldıyla atlanaraq ,
yerə inən birisi.
Bir zamanlar məndə oynardım bu oyunu.
Yaşamın,
Kötül ağılarının üzünüzə
Batıb qaşındıran,
Və gözünüzün bir tilişgəsindən
Göynədiyi
Keçidsiz bir ormana dönüşdüyü zaman,
Ya da
Dolanbaclar yolculuğundan
yorulduğum zaman ,
yenidən o günlərə dönməyi düşlürəm ;
toz ağaclarından aslanmağı,
neçə anlıq yerdən uzaqlaşıb
sonrada dönüb
yenidən başlamaq istirəm.
Yəqin ki qədər anlayacaq bunu
Və dönüşü olmayan uzaqlara tullamağa
əlləri qızmayacaq.
Yerkürəsi sevişmək üçün yaranıb:
Bunun üçün
Gedəbiləcək başqa bir yer tanımıram.
Ancaq gedəcəksəmdə,
Yolu
Toz ağaclarının budaqlarından keçsin istirəm,
Qarca ağ gövdələrindən
Dırmaşım qara qollarına,
Cənnətə doğru,
Dayanağı bitincədə
Yenidən yerə buraxsın biləmi.
Gedib-dönmək ən yaxşısıysa,
Bu oyuna qatılmayan ən yazığı.
1916
ingilizcəsini burdan (http://rpo.library.utoronto.ca/poem/841.html)alın
http://www.sozunsozu.com/forum/attachment.php?attachmentid=193&stc=1&d=1261327205
Seid xisroshah
03-19-2010, 10:26 AM
Buz və Od
Robert Frost
Kimicə od , kimicə
Buzda bitəcəkmiş dünya
Sevgini daddım deyib`də
Qatılmamaq olmaz odçulara.
İkinci bir sona gərək olsaydı ancaq
Nifrəti bilən bilər
Ki yıxıma varmaq`çün
Buz özü fazlasıyla yetər.
1920
ingilizcəsini burdan (http://www.poetryfoundation.org/archive/poem.html?id=173527)alın
elyad musəvi
03-24-2010, 10:57 AM
sevgili səid
səni burada görmək həməşə sevindiricidir.
bizi tək qoymadığına görə çox sağol
vBulletin v3.8.1, Copyright ©2006-2010, Jelsoft Enterprises Ltd.