PDA

Orijinalini görmek için tıklayınız : İlqar Müəzzinzdə, Öykülər


hadi qaraçay
10-17-2009, 05:09 PM
http://www.siirakademisi.com/forum/attachment.php?attachmentid=37&stc=1&thumb=1&d=1255791966




"Cin lər"

kəndə girdik. pılan götürmə(nəqşə bərdari) araclarımızı arabadan yendirərək, hələlik məçiddə yerləşdik. İşimiz kəndin bitöv pılanın götürməkdən ibart idi. Kəndin uçuq damlarında və məçidin otaqlarında yaşayan cin lərə görə, heç bir ekip bu kəndə gəlməyi buynuna götürmürdü.

Kəndin bütün gənc oğlan və kişiləri iş tapıb para qazanmaqdan ötərü çıxıb getmişdilər. ona görə kənd də yalnız qadınlar və qızlar gözə dəyirdi.

Səhər çağları təpənin başından bütün kəndi görürdük. Qurşaqdan qatlanmış qızlar al alvan mıncıqlar kimi kəndə səpələnib, həyətlərilə küçələrini süpürərdilər. Qızlar və gəlinlər qəlyan altı yedikdən sonra təndir xanaya gedib çörək yapardılar. Bu arada leçəklərini açıb başlarını bullayaraq, sarı sünbül tarlası kimi olan saçlarını, küləyin barmaqlarıla darayardılar.

Hər evin həyətinə girəndə ev adamları dodaqlarında gülüş və gözlərində yalvarış, surfalarını açardılar bizə; yemək surfalarını və ürək surfalarını!:

- Bala bizim bu "qızıl qaya"nı gündə-gündə talayıb, maşınlara qalaqlayıb apardılar, day qaya da qayalıq qalmayıb!

15 yaşlı heydər adlı bir oğlan, bizə nahar çağılar qatıq gətirərdi. Hünülərin dimdikləri sağ olsun, dəlik deşik olduq burda; kəndin çoxlu damları dədə yandırırdı, uçuq damlara dırmaşıb enmək ölümlə mərə-mərə oynamaq idi. Günəşin istisi başımıza süngü kimi batırdı və tər üstümüzdən şırıltıla axırdı. Dimdikli börküm olmasaydı, başım bir kəllə paçaya çevrilməlı idi. Günəş buludun arxasına gedəndə fişdırıq çalardıq..

Gecədir; məçid də yatmışıq. Kulək əsir və ağacların yarpaqlarını darayır. Yarpaqların küləklə sevişməsinin səsi, dəniz qıyısında dalğaların qayalarla öpüşəməsinin səsinə bənzəyir. Ğəribə bir axşamdır. Böcüklər cırıldayır və it lər sıralanmış səslərlə hürürlər.

Yatmaq çağıdır. Pencərənin önündə üçümüzdə meyit kimi uzanmışıq. Bu gün baş vermiş olaylara fikirləşirəm. İşlər bu gün heç üzünə düz demirdi. Reflektoru(nəqşə götürmə vəsiləsı) tutanda duvar üstümə töküldü, qolum əzildi və reflektor sındı. İşi tez dayandırdıq.. Kameranı təpədən endirəndə üç qıçın(kameranın sepayəsi) bir qıçıda sındı...

Nədən bu gün işlərimiz düz gəlmir؟! Bəlkə cin ləri incitmişik! Görən nahar çağı makaronı süzəndə bismillah deməmışık!؟ və cinin balasının üstünə isti su tökülüb və yanıb! Bu gecə cin lər bizi incidəcəklər mı؟ Bizi qorxudacaqlar mı? Qorxu gövdəmizi bürüyərək ürəyimizə çöküb. Bir yandan ışığımız, bir yandan da suyumuz kəsilib. Tuvaletədə gedə bilmirik!

Gözlərimizi qoymuşuq üst-üstə və yavaş-yavaş uyumaq istəyirik.

Xolyalarımda qorxunc görüntülər yaranmaqdadır. üzüm tavana baxaraq uzanmışam yerin içındə və mütəlq qaranlıqda heç bir şeyi görə bilmirəm. Qorxuram cin lər üzümə yumuruq vuralar və ayaqlarımdan yapışıb qaranlıqda məçidin 4 çevrə sində sürütləyib duvara zada çırpalar və başlarından sallanmış qara parçanın arasından, al boyalı gözləri ilə, tüstü çıxan bırınlarıla və qan daman dişlərilə, boğazımdan yapışıb boğa-boğa xirtdəkləyib, göyə qaldırıb, bir serçənin başını üzən kimi başımı üzələr. Birdən birə taqqıldamaq səsi gəlir. Kabuslarım sankı bir araba içində, iki tərfli uçurumlu yolu, 200 üstündə sürür və taqqıltını eşidərək ayaqlar saxlaca basılır. saxlac izlərinin səsi şikəncə altında ölən bir qızın qışqırtısına bənzəyir. Diskinirəm, ucsuz bucaqsız bir quyuya düşən kimi, quyunun dibinə dəyib xəmir kimi yaxılmaq təhlükəsı, hər an dıskındırıb ürəyimi üzür. Taq-tuq, turuq; çayxananın qapısı açışqası taqqildayir. Həəə...! Başladılar gəlirlər bizi öldürələr. Görən bizim dərimizi necə soyacaqlar! Məçidin duvarlarına daş vurulur və hər yöndən səsi gəlir. Neçə il bundan öncə eşitdiyim olay yadıma düşür;

"yolunu itirib ucqar bir kənddən baş çıxartmış bir yolçu, gecəni məçiddə yatmaq istə mişədi. Demişlər ancaq yiyə siz bir ölü tabutun içində məçiddə uyubdur. onunla birgə yata bilrəsnmi? Və qonaq qəbül edərək məçiddə yatır. Gecənin orta çağlarında tabut odlanır və ölü odlandığı yerdə tabutun içindən ayağa qalxıb, gülə_gülə qonağa sarı gəlir."

Bu xatirə yadıma düşərək gözəlrim tabuta sataşır. Tabutun taxatası dəbərir, ansızın səs kəsilir. Çayxananın qapısı cırıldayıb pəncərəsı açılıb bağlanır; qab qaşıqlar səsə gəlir. Bir an ,böyrümdə uzanan yoldaşlarımın başlarını kəsilmiş və sinələrinin üstünə qoyulmuş duyuram. Boynum qaşınır. Əlimi aparıram boynumu ovxalayam və diri olduğumu düşünəm. Yoldaşlarımın nəfəsi çıxmır. Ayaqlarım pətidən çöldədır. Başımı bastırıram və qıçlarımı dizimdən qucaqlayıb qarnıma yığıram. Yavaş-yavaş mənə sarı süzülən addım ların səsi qulağıma düşür. Addımlar mənə yaxınlaşdıqda, səs ürək döyüntülrimlə üst üstə düşür. Addım ların səsi, ürək döyüntüsü, tap-tap, dum-dum, tap-tap, dum-dum. Elə düşünürəm yoldaşlarımın ölüsü, üzlərində məlfə olaraq, yavaş yavaş taxta kimi məçidin tavanına sarı qalxır. Şikəncə səsi gəlir və bir kimsə lər ağrıdan inildə yir sankı. Qaranlıqda heç bir şeyi görə bilmirəm.. Gözlərim açıqdır və hər an qorxunc və dəhşətli bir qiyafəni üzümə yapışmış görürəm. Yaş nəfəslərini duyaraq və boynumun damarından dişləyib qanımı somuraraq. Ansızın əlmlər üstümə tökülür. Bilmirəm ölmüşəm yoxsa diriyəm, yoxsa yuxuda!?

...

Nahar çağıdır. İşdən qayıtmışıq və məçiddə nahar rahlayırıq, qonşunun oğlu heydərdə məçiddədır. Deyir:

heç bilirsiniz gecə nə olay baş verib؟ "Qızıl təpə" lilər gəlmişmişlər məçidin orta sutununun altında olan yazıntılı dəyərlı daşı söküb aparalar. Axı bilirsiniz؟ Çox zamanlar bundan öncə, məçid tikildikdə basamaqların(pillə lərin) böyründə, dəyərlı bir tarixsəl yapıt gizlənılıb, "qızıl təpə" lilər çox yoxsuldular və axşamlar oğurluğa çıxarlar....!

Ramin CABBARİ
10-18-2009, 01:30 AM
salamlar
ilqar bəydən burada iz gördüyümə çox sevindim.
başarılar diləyi ilə

Ramin CABBARİ
10-18-2009, 01:44 AM
salamlar
ilqar bəydən burada iz gördüyümə çox sevindim.
başarılar diləyi ilə

elyad musəvi
10-18-2009, 01:49 PM
Sayın İlqar bəy, sevgili Hadi bəy

bizim Ramini iki kəz sevindirdiyinizə görə çox sağolun.;)

Elşən Böyükvənd
10-19-2009, 04:22 PM
salam.
xosh gorduk seni Ilqar bey.qelemin keserli olsun.
gelishinle sozunsozune duz qtdin.
uzaqdan uzagha opurem seni.

hadi qaraçay
10-26-2009, 10:07 PM
Sevgili İlqar,
verdin doyur, vurdun yıx! deyir atalar. Bax bu bir öyküylə bizi burda əkib getsən aramız qaraışacaq haaaa
Tapıl gəl görək qardaş.
gözəl paylaşmalar

ilqar.müəzzin
11-08-2009, 05:40 PM
salam sevimli dostlar

məhəbbətli mesaj larınıza görə təşəkkür eləyirəm

şifrəmi unutduğuma görə yanıtlamaqda gecikmişdim ona görə üzür diləyirəm