PDA

Orijinalini görmek için tıklayınız : Hara gedirsiniz hara durnalar?


Ramin CABBARİ
08-27-2009, 07:45 AM
Hara gedirsiniz hara durnalar?
(Güney Azərbaycan qadını və iki qat zülüm)
http://www.khanevadeyema.com/index.php?module=pagesetter&type=file&func=get&tid=11&fid=image&pid=49
Ramin Cəbbari
Ötən il heritage fondunun sitəsində statiksəl bir yazı oxudum. maraqlı yazı idi. İnsan haqları eləcə də qadın haqları ilə Azad iqtisadın ilişkisi üzərinə yazılmışdı. Iqtisadi azadlığı da insan haqqı olaraq savunan Kim R. Holmes, iqtisadi Azadlığın toplumsal və siyasal azadlıq gətirdiyini də söyləmişdi. Statiklər də bunu söyləməkdədir. Azad iqtisad qadını iqtisadi çalışmalara gətirib çıxarırsa, iqtisadi düzeydə eləcə də qadın haqqını qoruya biləcək gücə yiyələnəcək. qadın, öz haqlarını savunmaqla bir başa azadlığın, demokrasinin də qorucusudur.
Məncə biz, yalnız gögsəl azadlıq duyğularına qapanmışıq. Qonulara bütüncül yanaşmırıq. Örnəyin azadlığın iqtisadi tərəfini söyləmək olar. əslində Zimbavənin diktator dövləti o ölkənin iqtisadi quruluşu ilə uyğundur. hamının tanıdığı, yaşadığı ölkələr də habelə. Adını çəkməyə çəkindiyimiz ölkələrin də höküməti iqtisadına oxşar durumdadır.
Bəlkə də sözüm bir az qürbətə düşdü. Söyləmək istədiyim isə bu günlər Azərbaycanın Germi şəhərindən duyulan acı olaylardan ibarətdir. Artıq on illərdən bəridir ki, Azərbaycan köçgünlərinin faizi bu ölkə də yaşayan hər bir ulusun köçgünlərinin faizindən artıqdır. Təkcə Iran- Iraq savaşı dönəmində Xuzistanda ölüm caynağından qaçanlar olduğu halda oranın köçgünlərinin faizi, müvəqqəti olaraq Azərbaycan köçgünlərinin faizini üstələdi. Savaş bitdikdən sonra isə Azərbaycan yenə birincidir.
2006-cı ilin rəsmi nüfus sayımının nəticələrinə görə Germi şəhərinin nüfusu on il öncəkiylə müqayisədə 23 faiz azalmışdır. qadınları artıq uşaq doğurmağa sürükləndikləri illər içində insanların sayısının bu şəhərdə azalması gözlənilməz deyil. Germidə tam boşalmış kəndlərin sayısı gündən günə artmaqdadır. Dağlar arasında tikilmiş kənd evlərinin uçuq tavanları adamın üzünə qışqırır. Təsəvvür edin Germi terminalından Təbrizə bir maşin belə yoxdur. Buna istək yoxdur əslində. Rəşt, Tehran məqsədinə isə hər gün çox sayda avtobuslar gedir. Baxmayaraq ki, Germinin Təbrizlə 3 saat, Rəştlə isə 9 saat arası var. Məncə bu böyük göstəricidir.
Məni bu an düşündürən isə başqa məsələdir. Azərbaycana qıyılmış bu zülumdən dolayı Germidən də Rəştə, Tehrana fəhlə kimi gedənlərin sayısı saysızdır. Uşaqlıqdan gördüyüm olaydır bu. Artıq illərdir ki, bu kəndlərdə qollarında güc duyan Rəştə, Tehrana getməlidir. Son iki ildə isə təkcə qollarının gücünü duyan oğlanlar deyil, həm də oğulsuz ya ailə başçısı xəstə olan ailələrdən də qızlar bu şəhərlərə işləməyə gedirlər. Qadınlıqdan dolayı yaranan iqtisadi asılılığı azaltmağa deyil, yaddillilər fabriklərində fəhlə işləməyə. Doğunun qaranlıq və insan əzici düşüncəsi ilə yanaşı ulusal bir məhkumluğun da acısını çəkməkdədirlər.
Başqa çıxış yolu da yox. Qısır əkin yerləri, bölgəni iqtisadi baxımdan təmin edəcək heç bir yatırım imkanları yox. Nə etmək gərəkir?
Görünür Azərbaycan qızları, Azərbaycanlı olmaqla yanaşı toplumun verdiyi cinsiyyət üzündən iki qat acılıq yaşamalıdırlar.

SOLMAZ
08-28-2009, 07:50 PM
salamlar Ramin bəy
bu məqalənizi bura vurmadan öncədə oxumuşdum və danışmışdıq.
məni ki çox etgiləndirdi,özəlliklə bir erkəyin qadın qonusuna böylə yanaşmağı daha maraqlıdır.çox sağ olun.
vÉ™...
əllərinizə sağlıq

Ramin CABBARİ
09-01-2009, 06:05 AM
sayın Solmaz xanım
Qadın sorunları da insan haqlarının pozulduğu bir qonudur. Ona görə də təkcə qadınların deyil, hər iki cinsdən oluşan insanın sorunudur. Baxmayaraq ki, tüstüsü qadınların gözünə dəyir.
Fikirlərinizi söylədiyiniz üçün çox sag olun.
sizə uğurlar diləyirəm Savalan qızı

anari barat
09-01-2009, 08:00 PM
سالاملار رامین بئی بیرنینجی ساوالان قیزینا مینتدارم Ú©ÛŒ بیزه بوسیتنی تانیدیردی وایکینجی سیزین زØ*متلریزده Ù† اولدوقجا تشگور ایذیرم Ùˆ اینشاالله لاتینجا یازیمی اورگنیب سیزین Ùˆ Ø*ورمتلی یازیچیلاریمیزین سوزون سوزونده اولان گوزل یازیلارین اوخویوب للذت آلمالییام .
قارداش قلمینه روانلیق اللر قوت جسمینه ساغلالیق روØ*ونا آزاد لیق آرزوایدیرم

Ramin CABBARİ
09-07-2009, 10:11 PM
sayın anari bəy
sizi də burada görmək bizim üçün sevindiricidir. heç bir zehmet filan da olmamış. bir dost qazanmışam bu arada yalnız. sizə uğurlar

Ramin CABBARİ
09-07-2009, 10:24 PM
sayın anari bəy
sizi də burada görmək bizim üçün sevindiricidir. heç bir zehmet filan da olmamış. bir dost qazanmışam bu arada yalnız. sizə uğurlar