Orijinalini görmek için tıklayınız : Nigar Xiyavi şeirləri
Nigar Xiyavi
05-30-2009, 10:41 PM
Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq
inananmazsan necə yaz eləmişəm bir damla yağmurla
sankı bayram
və Təbərizi necə qoşmuşam sizlərə bilməzsən
elə belə qoşmamışam
qırılsa qoşunlar güllə yağsa qurquşumlar
ayrılığı bacaranmazsan
ama dinmə dinmə boş ver
pişik bəzəyənlər nər- nər bəzənirlər
yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq
ax …
axmaq sandıqlara güppültü necə düşür səsimiz
necə batıb çıxmır qumucumuz
veran veran necə axsayır qol-qıçımız
cin toxumu cücərir ağaye intixabat telviziyon tozanağından
oxtapus dırmanır baş-beynimizin duvarından
ohoooy möhətərm buynuzlugillər
kim olasınız da sizlər
boynunuzda böyük böyük haq maqqımız var
bu ot bu su bu da tövləniz
elədən buyurun bu yandan
buyurduqlarımızı belədən buyurun o yandan
bu da sizin sivil sıçımınız
göz qulağın haraya gedib?
bu yandan bizi dönərsə xıyaban
o yandan bizi çıxarsa dünya
nə qazancın mən
nə seçimin olanmayacağam
bunu serçə də bilir siçan da çınar da sən də mən də
sən çatlaq gec çatdın gicələ gicələ
mənsə qıvraq qaçırıldım astaminofen gecələrə
canın sağ olsun
mən, saçlı suçlu
seçimimi yapmış
intixabatı toxmaqla tıklamış biri
indi nə yazmaq? Sən İstirsən yaz bundan sonra
mən ki yaz yaman eləmişəm
yağmuru bir damlacıq başxan eləmişəm cəmi cumhuruma
səni mən artmışam artıram
daşını ətəyimdən ata ata
atanmıram atmıram
Nigar Xiyavi
05-30-2009, 10:45 PM
Mən də istirdim inanın adam balası tək şeir balalayam
olmadı
qılsız qəzilsiz gözəl qəzəl ya qəsədən qəsidə qoşam
ya aşıqlargilə qoşulub qoşmaya qaçam
gənə olmadı
heç mama heç qabilə doğuzduranmadı
tapanmadı qılığını bu şeirin bu şərrin
nə qıçdan gəldi nə başdan
ətənəydi nəydi bu daşa dönmüş bala deyildi
ama doğurdum mən doğurdum
çərşab üstən başıma çəkilmiş muşamba qaranlığında
bir qızşeir doğurdum gözəl göyçək
canavar gözlü tüm qara birçək
cəhiz toplamaz elçı gözləməz onu bunu saymaz
öz bildiyini aşiq maşiqlərinə də verməz
bu qız elə bir qız
hadi qaraçay
06-01-2009, 01:05 PM
Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq
inananmazsan necə yaz eləmişəm bir damla yağmurla
sankı bayram
və Təbərizi necə qoşmuşam sizlərə bilməzsən
elə belə qoşmamışam
qırılsa qoşunlar güllə yağsa qurquşumlar
ayrılığı bacaranmazsan
ama dinmə dinmə boş ver
pişik bəzəyənlər nər- nər bəzənirlər
yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq
ax …
axmaq sandıqlara güppültü necə düşür səsimiz
necə batıb çıxmır qumucumuz
veran veran necə axsayır qol-qıçımız
cin toxumu cücərir ağaye intixabat telviziyon tozanağından
baş-beynimizin duvarından oxtapus dırmanır
ohoooy möhətərm buynuzlugillər
kim olasınız da sizlər
boynunuzda böyük böyük haq maqqımız var
bu ot bu su bu da tövləniz
elədən buyurun bu yandan
buyurduqlarımızı belədən buyurun o yandan
bu da sizin sivil seçiminiz

Sevgili Nigar,
Gəlişin ən azından məni çox çox mutlu etdi. sevindim. Adın sitəmizə ağırlıq verir, başımızı ucaldır.
qoşuqların çox gözəl, dərin və düşündürücüydülər, yalın bir quruluşla mürkkəb bir anlayış yaratmağı başarıbsan. özəlliklə ilk şeirin ilk bölmələri məncə lap arınmış qızıldır. şeir getdikcə gündəmləşir, günün elementlərini öz içinə alaraq gəlişir və gündəmləşdikcə öz xalisliyinə nəsə qata qata irəliləyir, bunun bəlli olumlu və olumsuz yönləri var.
qoşuğun ilk bölümlərinin üstünlüyünü sağlayan dil açısı sonlara yaxınlaşdıqca öz yanaşma sistemini dəyişir. ilk bölümdən bu üç diziyə(sətirə) baxın:
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq
bu parçada dil açısı dilin ən istiarəçi bölümlərindən biri olan deyimlərə girişərək tümcələrin quruluşunda deyil, feillərin hallanmasında deyil, ən gərgin dəyişmələri, tümcələrin leksik alanında yaradır. Bunun tərsinə olaraq, qoşuğun son bölümlərində qabartma sistemi dəyişərək dildə vahidlərinin hallanmasına yönəlir:
bu yandan bizi dönərsə xıyaban
o yandan bizi çıxarsa dünya
və ən son bölümdə bu qabartma sistemi anlayış, qavram, başa düşülmə sorunu yaradacaqcasına genişlənir:
indi nə yazmaq? Sən İstirsən yaz bundan sonra
mən ki yaz yaman eləmişəm
yağmuru bir damlacıq başxan eləmişəm cəmi cumhuruma
səni mən artmışam artıram
daşını ətəyimdən ata ata
atanmıram atmıram
Yuxarıda dediklərimin kişisəl anlayış olduğunu vurğulamağı unutmuram. Mənə anlaşılmaz olan bir tümcə başqasına günəş kimi aydın gürünə bilər deyə düşünməkdəyəm, özəlliklə qoşuq qonusunda bu daha qabarıqdır. Quşqunmadığım bir anlayışım varsa, o da sayın Nigar xanımın, yetgin dili, poetik dünyası və başarıqlı qoşuqlarıdır.
Gəlişini bir daha qutlayır, yeni qoşuqlarını gözləyirəm. . .
elyad musəvi
06-04-2009, 12:53 PM
sayın nigar xanım xiyavi
sözün sözü sitəsinə qatılmağız şübhəsiz bir çox dostlarımızı sevindirəcək sevindirib də. sitədə ardıcıl olmağız həhə daha artıq sevindirici olacaq yəqin.
hamımız üçün açılan və dialoq imkanları yaradan "sözün sözü" sitəsinə xoş gəlibsiz.
salam və sayğılarımı qəbul edin...
Nigar Xiyavi
06-06-2009, 03:56 PM
sevimli Hadi
bütün gözəl sözlərinə görə çox sağ ol. o qədər sevindim ki buna. yazımı dəyərləndirib də görüşünü yazdığın böyük qənimətim oldu. ölkədən uzaqlarda yaşarkən şerimizlə bunca iç içə və yaxın yaşamaq ancaq ürəkdə alovlanan atəşdən qaynaqlana bilər. bütün əməklərinə görə mən səndən təşəkkür edirəm.
əziz Elyad
hər şey üçün çox sağ ol. dediyin kimi bu sirf ədəbi sitəylə
ilişkidə olmağa çalışacağam.
Ag Tur
06-16-2009, 10:53 AM
Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq
inananmazsan necə yaz eləmişəm bir damla yağmurla
sankı bayram
və Təbərizi necə qoşmuşam sizlərə bilməzsən
elə belə qoşmamışam
qırılsa qoşunlar güllə yağsa qurquşumlar
ayrılığı bacaranmazsan
ama dinmə dinmə boş ver
pişik bəzəyənlər nər- nər bəzənirlər
yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq
ax …
axmaq sandıqlara güppültü necə düşür səsimiz
necə batıb çıxmır qumucumuz
veran veran necə axsayır qol-qıçımız
cin toxumu cücərir ağaye intixabat telviziyon tozanağından
baş-beynimizin duvarından oxtapus dırmanır
ohoooy möhətərm buynuzlugillər
kim olasınız da sizlər
boynunuzda böyük böyük haq maqqımız var
bu ot bu su bu da tövləniz
elədən buyurun bu yandan
buyurduqlarımızı belədən buyurun o yandan
bu da sizin sivil seçiminiz
göz qulağın haraya gedib?
bu yandan bizi dönərsə xıyaban
o yandan bizi çıxarsa dünya
nə qazancın mən
nə seçimin olanmayacağam
bunu serçə də bilir siçan da çınar da sən də mən də
sən çatlaq gec çatdın gicələ gicələ
mənsə qıvraq qaçırıldım astaminofen gecələrə
canın sağ olsun
mən, saçlı suçlu
seçimimi yapmış
intixabatı toxmaqla tıklamış biri
indi nə yazmaq? Sən İstirsən yaz bundan sonra
mən ki yaz yaman eləmişəm
yağmuru bir damlacıq başxan eləmişəm cəmi cumhuruma
səni mən artmışam artıram
daşını ətəyimdən ata ata
atanmıram atmıram
seçimlər yoxsa sıçımlar yoxsa gözəl bir şairin yaxaladığı bir konteks.
Əllərinizə sağlıq nigar
Rengin Özesmi
06-17-2009, 09:42 AM
Sevgili Nigar Xiyav
Şiiri çok beğendim
Kendime çevirdim
Zihnimin içeriklerine böyle çevrildi
Sevgiler
‘’Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq’’
Yerin derin boş
Kalbimi de boş vermişim sana
Yeniden başlayasan
Beni kazanmaya
‘’inananmazsan necə yaz eləmişəm bir damla yağmurla’’
inanamazsın kaç yaz erimişim bir damla yağmurla
Nigar Xiyavi
06-20-2009, 10:08 PM
sevgili Rengin hanım
beyendiyinize çoz sevindim. çevirinizden de hez aldım demek şiir istediyimiz sayda budağlana biler . ilgilendiyiniz üçün min yaşayın.
Saadet Ün
06-21-2009, 12:00 PM
Yerin yaman boş
boşanmışam öz səbtimin əlilə boşqab qazanlardan
və yaxınlaşmışam sətirin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil
ağzıma daş torpaq
inananmazsan necə yaz eləmişəm bir damla yağmurla
sankı bayram
və Təbərizi necə qoşmuşam sizlərə bilməzsən
elə belə qoşmamışam
qırılsa qoşunlar güllə yağsa qurquşumlar
ayrılığı bacaranmazsan
ama dinmə dinmə boş ver
pişik bəzəyənlər nər- nər bəzənirlər
yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq
ax …
axmaq sandıqlara güppültü necə düşür səsimiz
necə batıb çıxmır qumucumuz
veran veran necə axsayır qol-qıçımız
cin toxumu cücərir ağaye intixabat telviziyon tozanağından
baş-beynimizin duvarından oxtapus dırmanır
ohoooy möhətərm buynuzlugillər
kim olasınız da sizlər
boynunuzda böyük böyük haq maqqımız var
bu ot bu su bu da tövləniz
elədən buyurun bu yandan
buyurduqlarımızı belədən buyurun o yandan
bu da sizin sivil seçiminiz
göz qulağın haraya gedib?
bu yandan bizi dönərsə xıyaban
o yandan bizi çıxarsa dünya
nə qazancın mən
nə seçimin olanmayacağam
bunu serçə də bilir siçan da çınar da sən də mən də
sən çatlaq gec çatdın gicələ gicələ
mənsə qıvraq qaçırıldım astaminofen gecələrə
canın sağ olsun
mən, saçlı suçlu
seçimimi yapmış
intixabatı toxmaqla tıklamış biri
indi nə yazmaq? Sən İstirsən yaz bundan sonra
mən ki yaz yaman eləmişəm
yağmuru bir damlacıq başxan eləmişəm cəmi cumhuruma
səni mən artmışam artıram
daşını ətəyimdən ata ata
atanmıram atmıram
sayın nigar xanım xiyavi
Siteye hoş gelmişsiniz.
Şiirinizi okudum ve çok beğendim.
Şiir yolunuz açık olsun. Kutlarım
Sevgi ve saygı ile
kiyan xiyav
06-23-2009, 12:12 AM
Sevimli nigar xanım!
Sizi burada görməkdən sevindim.
illər oldu,üzünüzü görməsək də,şeirlərinizin dadına vardıq.
Yazar olsun qələminiz hər zaman!
Sevgilərimlə.
Nigar Xiyavi
06-25-2009, 04:32 PM
əzizimiz Kiyan
ilgiləndiyin üçün dünyalarca sevindim. doğrudu, qələmlər və şeirlər görüşmə tanışmanı üzlərdən daha yaxcı bacarır da illərdir bunu başlamışlar. tanrılardan biri insaf versin bu sevgili Hadiyə, elə çətin bir sitə qoşmayıb ki! mən ki rahat rahat işlətməsini bacarmıram doğrusu. özünə də deyəndə "olmadı bax nigaraaar, belə bi iş olabilməz" deyir. ona görə bir çox şairlərimizin özəlliklə sən əzizimin yanında üzüqarq olmuşam. onu da qınamalı deyil bir iki yol əziyətə düşüb öyrətməyə çalışdı uzaq yoldan mənsə birini öyrənincə obirini unudmuşam.
nəysə ... şeirlərində hər zaman Xiyov`luluq nəfəsi duymuş onları gövəllənə gövəllənə(Xiyov`umuzda ki anlamda) oxumuşam.
bu yazını da sənə yetirsin deyə imel olaraq Hadiyə göndərəcəyəm.
Nigar Xiyavi
06-30-2009, 07:28 PM
Gəlmirsən yuxum kimi
Gələndə ağlamaq gəlirsən ağlıma
Sonra gözüm kimi gəlmirsənliklərdə gəzirsən
Hanı gözüm?
Yoxdu çıxıb
Məni gözləyir
Səni gözləyir qapıgildə gizlicə
Ay yağır göylərdən ayyy
Səni gəzmək adına çıxmışdım bu çuxurdan
Gözüm düşdü toruna
Özüm səni dən səpdim özümə
Özüm qənim kəsdim səni qəzalı qədərimə
Qorxma boynuma alıram özümü
Qorxma ilgəklə boynuma iliyimi
Necə də uca
Necə də hündür
Olmanı gəlməni bacar
Yoxdan var olı
Gəl əyləşək burda dilimin ucunda
Gəl başıma hava gəl
Qapını qaldır
Düş çöllərimə
Açıqla pəncərəni qaça gəl
Ulduzlar çıq-çıq ya yanır ya sönür
Dinlə
Şaqqanaq çəkilirsən dişimdə hönkür-hönkür
Ulduzlar sönür çıq-çıq
Çəkil oyanlıq
Buraxıb mənə gəlmir səni yuxum
Hey gedir səni görməkliklərə
Yorğundu yorğanım
Yıxılıb yatmışam yenə
Küsmüşəm getmirəm yuxuma
Gəlmişdi ağlıma ağlamaq
Getmirdim küsmüşdüm ərə
hadi qaraçay
07-03-2009, 12:21 PM
Bir yol Duman Ərdəmidi yanılmıramsa, Nigarın gündəmləşdiyini, özünü günlə yenilədiyi, yeniləməiyi başaran bir qoşuqçu olduğunu yazmışdı. Duman yalan deməmişdi. Nigar Xiyav qoşuqdan qoşuğa, yazıdan yazıya yeniləşir, dənəyimlərini(təcrübələrini) artırır. Bakılı demişkən " yerində saymır. "
Bu qoşuğunda da Nigar yeni dənəyimlərə girir. Dilin ən adi fonetik özəlliklərindən tut(meyar dildən danışıram) onun sintaksisinəcən belli dəyişiklərə, yeni çalarlarla səsləndirməyə yönəlir.
Bunlar daha öncə də başqa dillərdə dənənmiş, yoxlanmış, işlədilmişdir deyənlər də var, olacaq. Dedikləri də kəsinliklə doğrudur. Bu işlər daha öncə də dənənmişlər. Ancaq bizim dilimizdə bunların yeri boşdur, bizim dilimizdə bu dənəyimlərin dadını bilməliyik. Eyvaz Taha hardasa "Fəlsənin terminlərinin öz dilimizdə yazılışında yeni bir dənəyimə, yeni bir çalarlarla üzləşdiyi" üzərinə yazırdı. Bu baxımdan Nigarın cəsarəti böyük, gördüyü iş çox dəyərlidir.
səni qutlayır, təbrik edirəm sevgili Nigar
elyad musəvi
07-03-2009, 02:33 PM
məncə xanım nigar xiyavının internetdə yayınladığı şeirləri göz önünə alsaq [birinci yol bayquş və düşərgə də yayınlanan "ğəzzə" şeri ilə nigar xanımın şeirlərində yeni bir olaylar üz verməyə başlayıblar ]demək çox qolay işdir.
mən nigar xanımın bu dövrədə yazılan şeirlərinə görə öz baxışımı qıssa bir cümlədə bildirmək istəsəm "uğurlu deyillər" deyərəm.
əlbət məndə sayın dostlarım hadi qaraçay və duman ərdəmlə razıyam kəsinliklə nigar xiyavi özünü gündəmləşdirməyə, özünü günlə yeniləməyə çalışan və çox çalışan birisidir.
amma məncə nigar xanımın şeirində hər nədən artıq qabarıq olan və gözə gələn olay bu yeniləşməyə olan istəkdir.
bu forumda yer alan bu 3 şeir məncə çox aşiri şəkildə farsın 70 ci illərdən başlayıb və günümüzə dək azdan çoxdan gəlib çata bilən şeirin təsiri altındadır.
mən sadəcə şeirlərin fəzasından,quruluşundan və nəhvindən danışmıram gahdan bu şeirlərdə deyilən sözlərdə bir-birinə oxşayırlar.
hadi bəyin yuxarıda yazdığı sətirlərin içində belə bir tümcə var:
Ancaq bizim dilimizdə bunların yeri boşdur
məndə hadi qaraçayla razıyam. bizim dilimizdə bu sayaq işlərin yeri boşdur amma bu o demək deyil ki:
1- bizdə bu sayaq işlər nigar xanımdan öncə görülməmiş.rza bərahənidaən tut ziba kərbasıya kimi ziba kərbasıdan tut vədud dustuya kimi vədud dstudan tut səid muğanlının bu son şeirlərinə kimi və səid muğanlıdan tut başqalarına kimi (hadi qaraçayın mail inbox`ında kəsənliklə bu sayaq işlərin başqa örnəkləri tapılar) belənçi bir işlər görüblər.təbii ki bundan sonra başqalarıda görəcəklər.(kimisi uğurludur kimisi yox ? kimisi uğurlu olacaq kimisi yox?)
2- hadi buyuran bu boş yer kəsinliklə dolmalıdır dolacaq da amma bu boş yeri dolduran bütün şeirlərə uğurlu yoxsa uğursuz demək _məncə_ yanılmaqdır. onların uğurlusu da uğursuzu da olacaq ,vardır.
ancaq deməmiş bəllidir ki bütünlüklə yanılmış da ola bilərəm.
hər halda nigar xanım xıyavi cənablarına dərin sayğılarımı bildirib bu yeni janrda(?), formada yazılan başqa şeirlərini də səbirsizliklə gözlədiyimizi bildirirəm.
sağolun
hadi qaraçay
07-05-2009, 02:25 PM
Yarqıda bulunmaq(qəzavət etmək) çox çətin işdir. Buna baxmayaraq birər birər yarqıda bulunuruq, öz anlayışımızı paylaşırıq. Elyadın dedikləri yalnız məni deyil, yalnız Nigarı deyil, bir çoxlarını sarsıda bilər. Mənim çox uğurlu sandığım yaradıcılıq örnəyini, dostum Elyad bir sözlə "uğursuz" deyə adlandırır. Nə özümün haqlı olduğumu nə də Elyadın haqsız olduğunu dartışmıram. Daha öncələr də demişdim qoşuq daha çox bir seçim, bir anlayış nizamı, bir anlayış sistemidir.
Mənim anlayışım günümüzün qoşuğundan, gəlişmə prosesindən, aktiv güclərdən olan bir inama bir düşüncəyə dayanır. Mənim anlayışımda Nigar çox çox qabaqlarda gedir. Qoşuğumuz bu yerdə bu nöqtədədirsə, Nigar 100 metir, 200 metir irəlidə nəyinləsə əlləşməkdədir. Bunun tərsinə Elayda özü işin içində olduğu üçün, gəlişmiş, güncəlləşmiş, modern qoşuqla uğraşdığı üçün belə düşünmədiyini yazır. Mən uzaqdan uzağa Nigarın da, Elyadın da, başqa qoşuqçularımızın da yaradıcılığını izləyirəm, və gələcəyə çox umud, çox aydın gözlərlə baxıram. Qoy Elyad Nigarın getdiyi yola elə baxsın, başqası da Elyadın getdiyi yola belə baxsın, anacaq Türk qoşuğu, və bunların içində Azərbaycanımızın modern qoşuğu çox böyük addımlar atmaqdadır. . .
Gələcək, bütün qaranlıqları, bütün aydınlıqlarıyla bizimdir.
kiyan xiyav
07-07-2009, 09:57 PM
"Eşidirəm bir eksir yetişdirirsən
Bu yanlara da yetir bir içimlik
Yubanma əl yetir bir iki ayaqlıq
Qoyma uçur başımdan bu dəlilik!"
Sevimli nigar xanım!
Bu bir şeir,Dönəbaşı bu səhifəyə gələndə,nədənsə dodaqlarımın altında,mızıldanır öz-özünə.bu şeir sizinkidir.onu həmən burada paylaşdım.
Bizə gözəl anlar yaşatdığınız üçün əlləriniz ağrımasın.
Sevgi dolu salamlarımla.
aztumas
07-08-2009, 06:02 AM
OLDUQCA GOZEL VE TEMIZ HISSLERDIR...
VURGUN OLDUM...
UGURLAR ARZULAYIRAM...
Bu "sozunsozu" sayti diyesen meni OVSUNLAMAQI ozune meqsed sechib...!!!
Nigar Xiyavi
07-08-2009, 03:09 PM
Sevimli dostlar Hadi, Elyad, Kiyan və Aztumas
gəlib oxuyub ilgiləndiyinizdə ürəymi sevindirir başımı ucaldırsınız. göylünüz Gözləriniz abad olsun!
Ama məni daha sevindirən əziz Elyadın yazısı oldu. Elyad açıq və dinc bir şəkildə öz görüşünü mənim şeirlərimlə bağlı hamımızla paylaşmışdır. Elə belə də olmalıdır. Bu çox dəyərli işdir. ədəbiyat alanımızda bu şəkildə canlı yanaşmanın bir ənənəyə çerilməsini arzu edərdim. Elyadın özümə qarşı görüşünə sayğıdan başqa munasibət bildirməmin gərəkdiyini sanmıram. Ama dostlar bildir deyirlər. Mənsə, gənc şairimiz Elyadın yazısına sayğımı bildirərək onu cavablama olsun deyə deyil, gənəlliklə şeirlə bağlı öz görüşümü bildirmək istədim. Elyad`a bu işin səbəbkarı olduğuna çox sağol deyirəm.
Gənəlliklə hünər və bizim sahəmizə gəlincə şeir dəyişiməzsə artıq “hünər” adını daşıyanmaz. Şeir fəzalarını qalıblaşmış darısqal çərçivələrə qapsamaq olmaz. Şeir, dil vasitəsilə gəlişir dediyimizdə istər istəməz “dil isə şeir vasitəsilə gəlişir” kimi bir fikir də beynimizdə canlanır. Biz nə özümüzü nə də başqalarını yinələməyə (təkrarlamaq) haqlı deyilik.
Dili qullanıb şeiri gəlişdirmək şairin işi dir. Və mənim istəyim hər zaman hərzaman şair olmaq olmuşdur. Başağrısı da buradan başlanmış ki, mən şeirimi hərzaman hünər adını daşıya biləcək səviyyəyə yüksəltməyə çalışmışam.və bunda özümü tam başarılı görmədiyim üzündən də hərzaman çabalamışam. Ayrıca, ağlıma işləyən ağıllı başlı işlərdən birisi də dilimizin imkanlarını qullanıb şeirimə yeni fəzalar açaraq onu durğunluqdan uzaqlaşdırma olmuşdur. Nə olsam da bunu danmazam ki, öz əlimdə olmadan çevrəmdə şeirimin qulluğunda bütün olabiləcəklərdən tə`sirlənməyi və etkilənməyi çox bacarıram. Bu da hansısa tə`sirin altında qalmaq deyil, tərsinə tə`sirin üstündə durmaqdır. Təki bir şey burada var. O da bu ki, fars şeiri öz uzmanlarının belə boyun aldıqları üzərə 1340-cı illərdən buyana bəlli bir durğunluq və çöküşə uğramış duruma enmişdir (biz bunu arzulamazıq). Bu durumda bulunan şeirin əlbəttə bizim buğünkü şeirimizə verəbiləcəyi əlində bir şeyi yoxdur. Öz gənclərimizin şeiri bugün fars şeirindən daha irəlidə gedir. Təki Dilimizin indiyə kimin bizə üz olunmadığı potansiyellərinə vara bilməklə yanaşı, çevrəmizdəki hər nəsnədə şeir görəbilsək (mən bunlara çalışıram) canımızda coşan şeirləri əlli barmağımız olsa belə yazıb yerinə yetirməmiz zor bir iş olsa gərək.
Yuxarıdakı yazıda söz, “mənəm mənəmlik” dən getmir. Təki öz şeirimin dilindən vərindən yazdığıma görə bu qədər “mən” əvəzliyini işlətməyə məcbur oldum.
qaranquş
07-08-2009, 03:28 PM
Sevgil dostlar, Sizin yazdıqlarınız özünüzün olsun, ancaq mən nigar xanımın yuxarda verdiyi şeirdən iki söz tapdım, hər biri bir ensklopediya. Türkcədə bunu başaran şairdir., yenilikçidir. " Gəlmirsənliklərdə", "Görməkliklərə" İki sözdə də Feilin hallanmasıyla, ismi məkan yardıdıbdır. Başarılar Nigar xanım
elyad musəvi
07-08-2009, 11:01 PM
Sevimli dostlar Hadi, Elyad, Kiyan və Aztumas
gəlib oxuyub ilgiləndiyinizdə ürəymi sevindirir başımı ucaldırsınız. göylünüz Gözləriniz abad olsun!
Ama məni daha sevindirən əziz Elyadın yazısı oldu. Elyad açıq və dinc bir şəkildə öz görüşünü mənim şeirlərimlə bağlı hamımızla paylaşmışdır. Elə belə də olmalıdır. Bu çox dəyərli işdir. ədəbiyat alanımızda bu şəkildə canlı yanaşmanın bir ənənəyə çerilməsini arzu edərdim. Elyadın özümə qarşı görüşünə sayğıdan başqa munasibət bildirməmin gərəkdiyini sanmıram. Ama dostlar bildir deyirlər. Mənsə, gənc şairimiz Elyadın yazısına sayğımı bildirərək onu cavablama olsun deyə deyil, gənəlliklə şeirlə bağlı öz görüşümü bildirmək istədim. Elyad`a bu işin səbəbkarı olduğuna çox sağol deyirəm.
Gənəlliklə hünər və bizim sahəmizə gəlincə şeir dəyişiməzsə artıq “hünər” adını daşıyanmaz. Şeir fəzalarını qalıblaşmış darısqal çərçivələrə qapsamaq olmaz. Şeir, dil vasitəsilə gəlişir dediyimizdə istər istəməz “dil isə şeir vasitəsilə gəlişir” kimi bir fikir də beynimizdə canlanır. Biz nə özümüzü nə də başqalarını yinələməyə (təkrarlamaq) haqlı deyilik.
Dili qullanıb şeiri gəlişdirmək şairin işi dir. Və mənim istəyim hər zaman hərzaman şair olmaq olmuşdur. Başağrısı da buradan başlanmış ki, mən şeirimi hərzaman hünər adını daşıya biləcək səviyyəyə yüksəltməyə çalışmışam.və bunda özümü tam başarılı görmədiyim üzündən də hərzaman çabalamışam. Ayrıca, ağlıma işləyən ağıllı başlı işlərdən birisi də dilimizin imkanlarını qullanıb şeirimə yeni fəzalar açaraq onu durğunluqdan uzaqlaşdırma olmuşdur. Nə olsam da bunu danmazam ki, öz əlimdə olmadan çevrəmdə şeirimin qulluğunda bütün olabiləcəklərdən tə`sirlənməyi və etkilənməyi çox bacarıram. Bu da hansısa tə`sirin altında qalmaq deyil, tərsinə tə`sirin üstündə durmaqdır. Təki bir şey burada var. O da bu ki, fars şeiri öz uzmanlarının belə boyun aldıqları üzərə 1340-cı illərdən buyana bəlli bir durğunluq və çöküşə uğramış duruma enmişdir (biz bunu arzulamazıq). Bu durumda bulunan şeirin əlbəttə bizim buğünkü şeirimizə verəbiləcəyi əlində bir şeyi yoxdur. Öz gənclərimizin şeiri bugün fars şeirindən daha irəlidə gedir. Təki Dilimizin indiyə kimin bizə üz olunmadığı potansiyellərinə vara bilməklə yanaşı, çevrəmizdəki hər nəsnədə şeir görəbilsək (mən bunlara çalışıram) canımızda coşan şeirləri əlli barmağımız olsa belə yazıb yerinə yetirməmiz zor bir iş olsa gərək.
Yuxarıdakı yazıda söz, “mənəm mənəmlik” dən getmir. Təki öz şeirimin dilindən vərindən yazdığıma görə bu qədər “mən” əvəzliyini işlətməyə məcbur oldum.
sayın nigar xanım xiyavi
yazdığım sətirləri bunca gözəl və açıq könülülüklə qarşıladığınıza görə olduqca minnətdaram.
məncə ədəbiyyatımızın gəlişinə sarı gedən bu yolda hər nədən öncə bir birimizlə dialoq qurmağı öyrənməliyik.bu qonuda sizin nə sayaq davarnmağız _öz başda durmağımla_ bir çoxları üçün yaxşı bir öyrətim ola bilər.
mən yuxarıdaki yazıda və heç başqa bir yerdə fars şeirini savunmaq istəməmişəm istəmirəm də.yuxarıdaki yazılarım gümanıma yetərincə aydındır.
hər halda bu qonuda başqa_və daha artıq_ izahlarımı ayrı bir fursətə saxlayıram.
bir daha da sayğı və sevgilərimi bildirib sizə uğur və uğurlar diləyirəm.
hadi qaraçay
07-16-2009, 09:21 PM
Hamını bəzər özü lüt gəzər! Açması?
deyirəm bunca kament yzdın, bunca salamlaşdın, çox da gözəl, ama bu bölümə də bir qoşuq qoyacaqdın. Unutdunmu yoxsa?
Saadet Ün
07-23-2009, 07:09 PM
"Səni gəzmək adına çıxmışdım bu çuxurdan
Gözüm düşdü toruna
Özüm səni dən səpdim özümə
Özüm qənim kəsdim səni qəzalı qədərimə
Qorxma boynuma alıram özümü..."
Sevgili Nigar Xiyav
O çukurdan çıkıp daha derin bir çukura düşmüş gibi yürek...
Şiirdeki hüzün beni çok etkiledi... Bir çukura düşür gibi oldum...
Hüzünlü ama güzel bir şiirdi... Kutluyorum
Yüreğiniz dert görmesin
Sevgilerimle
Nigar Xiyavi
07-25-2009, 08:58 PM
ədəbiyyatlamadayıq
Böylə ki tərsə gedir təlsə təlsə
bu tarix tuvaletə bu coğrafiyada
qorxuram tuta ədəbiyyatın da əlindən
çəkə ayağından sala səssiz
çətin bir ayaq yoluna
biz su verməyə durduq güldanlara
boylana üzü quylu
uzandıq özümüzə dünyanın dalından
və yekə yüklər altında
qatı qat kəsmiş
Təbərizli kültürklüyümüzə
aramız qazılı qəbir
dolu içimiz çamurlu səbir
dilimiz bom -boşalmış beşiyində
keşikçi asdıq səsimizi sözümüzə
çarəsiz
əxlaqını qırıb əprik şeirin
xəmirini bayraq yoğurub
çarəni qaça qaça qıldıq
qılmadayıq
və öööyləcə özümüzü böltələyib
yalın yalnız
yaman yaxşı
gəlməyən o gələcəyə
böööyləcə dəb dışı
ədəbiyyatlamadayıq
ülkər
07-26-2009, 02:52 AM
İstəkli Nigar xanim,
şeirlərinizi çox zaman var izləyirəm...taza-taza türkcə şeirdə yazmaq olar anlayandan indiyə qədər...Bu şeirinizdə tanış gəlir mənə daha doğrusu bu son aylarda "Əlimdə əlli barmaq" toplusunu Armanin oturumunda mənə ithaf etdiyinizdən bu ələ şeirləriniz tanış gəlir artiq...Hələ haman günləri yaşayır şeirsəl düşüncəniz sanıram.
yaratdığınız dünyada hər zaman bir özəllik çəkib məni. Nəqədir də keçmişdə yaydığınız şeirlərin poetikasını sindirib hətta təp-çevir edirsiniz də Şəhərin cırığındakı Nigar baş qaldırıb günahsız gözlərini oxucuya tikir!
bextiyar muganoglu
08-30-2009, 03:59 PM
Sevimli nigar xanım!
Sizi burada görməkdən sevindim
bo gozal paylasmalar eiçin sag olon
Saadet Ün
11-15-2009, 09:45 PM
Mən də istirdim inanın adam balası tək şeir balalayam
olmadı
qılsız qəzilsiz gözəl qəzəl ya qəsədən qəsidə qoşam
ya aşıqlargilə qoşulub qoşmaya qaçam
gənə olmadı
heç mama heç qabilə doğuzduranmadı
tapanmadı qılığını bu şeirin bu şərrin
nə qıçdan gəldi nə başdan
ətənəydi nəydi bu daşa dönmüş bala deyildi
ama doğurdum mən doğurdum
çərşab üstən başıma çəkilmiş muşamba qaranlığında
bir qızşeir doğurdum gözəl göyçək
canavar gözlü tüm qara birçək
cəhiz toplamaz elçı gözləməz onu bunu saymaz
öz bildiyini aşiq maşiqlərinə də verməz
bu qız elə bir qız
Böyle bir kız ne güzel bir kız...
Ve iyi ki böyle bir kız doğmuş...
Güzel şiirin şairini kutluyorum
Sevgimle
" yanıq gəlir ətimizin iyisi sicillilərdən vəraq vəraq " !!!
əziz nigar xanim ürəyimdən ürəyinə sayqilar sevgilər!
var olun her zaman.
vBulletin v3.8.1, Copyright ©2006-2010, Jelsoft Enterprises Ltd.