Cavanshir Yusifli
05-18-2009, 01:18 PM
Vüqar Əlisoy
insanları öldürüb də
sonra
qulaqlarınızı dirəməyin ürəklərinə
Zahir Əzəmət
DAŞ ÜZƏRİNDƏ YAZI
(I yazı)
ağlamayın
məndən sonra
sağlığımda ağlamışam
ölənəcən
görüb
götürmədiklərimi
anladıqca
ağladıqca ağlamışam
ağladım ki
siz
xoşbəxtliyə
iddialı
olduğunuz üçün
bədbəxtsiniz
ağladım ki
şər
xeyirli vitamindi
onsuz
gecəniz xeyirə qalmaz
yağlı loxma sərmayədi
ac qarına
yatırılmaz
ağladım ki
haqsızlıq
haqqın bəstəsidi
dilsiz
ağızsız
bir körpənin naləsidi
hardasa
çır-çır çığırır
köməyə çağırır
ağladım ki
acizəm
ağladım ki
yaşamaq başağrısıdı
ölüm
əlverişli türkəçarə
ağladım ki
bu dünyada
qorxmamalı nəsə varsa
ölümdü
ömür
allahın səbridi
ölüm
səbrin
tükəndiyi an
ağlamayın
məndən sonra
sağlığımda
ağlamışam
ölənəcən
mart 2009
insanları öldürüb də
sonra
qulaqlarınızı dirəməyin ürəklərinə
Zahir Əzəmət
DAŞ ÜZƏRİNDƏ YAZI
(II yazı)
allah məni öldürsün
yasımda
ağlayacqsız
arvadlar
qara rənglərə
üstünlük verəcək
kişilər
saqqal saxlayacaq
səbəbini bilmədən
güc verəcəksiniz
gözünüzə
dolub boşalacaqsız
yumub
tökəcəksiz olan qalan
duzunuzu
dizinizə
dil deməkdən
boğazınız boşalacaq
kimsə
yaş borcunu
qaytaran kimi
ölənlə
ölmək olmur
deyəcək
on dəqiqəlik
fasilə elan edəcək
fasilədə
tanışlıqlar başlayacaq
çənələr çaqqıldayacaq
ağızlar
yumulub açılacaq
boşqablar
dolub
boşalacaq
xısın xısın
lətifələr danışılacaq
gülüş arası
baş sağılğı verənlərə
mısmırığınızı
sallayacaqsız
saxta hıçqırığınız
yasdan yasa
allahı xatırlamağınız
məni
öldüyümə görə
sevməyiniz
güldürəcək məni
allah sizi güldürsün
mart 2009
insanları öldürüb də
sonra
qulaqlarınızı dirəməyin ürəklərinə
Zahir Əzəmət
DAŞ ÜZƏRİNDƏ YAZI
(I yazı)
ağlamayın
məndən sonra
sağlığımda ağlamışam
ölənəcən
görüb
götürmədiklərimi
anladıqca
ağladıqca ağlamışam
ağladım ki
siz
xoşbəxtliyə
iddialı
olduğunuz üçün
bədbəxtsiniz
ağladım ki
şər
xeyirli vitamindi
onsuz
gecəniz xeyirə qalmaz
yağlı loxma sərmayədi
ac qarına
yatırılmaz
ağladım ki
haqsızlıq
haqqın bəstəsidi
dilsiz
ağızsız
bir körpənin naləsidi
hardasa
çır-çır çığırır
köməyə çağırır
ağladım ki
acizəm
ağladım ki
yaşamaq başağrısıdı
ölüm
əlverişli türkəçarə
ağladım ki
bu dünyada
qorxmamalı nəsə varsa
ölümdü
ömür
allahın səbridi
ölüm
səbrin
tükəndiyi an
ağlamayın
məndən sonra
sağlığımda
ağlamışam
ölənəcən
mart 2009
insanları öldürüb də
sonra
qulaqlarınızı dirəməyin ürəklərinə
Zahir Əzəmət
DAŞ ÜZƏRİNDƏ YAZI
(II yazı)
allah məni öldürsün
yasımda
ağlayacqsız
arvadlar
qara rənglərə
üstünlük verəcək
kişilər
saqqal saxlayacaq
səbəbini bilmədən
güc verəcəksiniz
gözünüzə
dolub boşalacaqsız
yumub
tökəcəksiz olan qalan
duzunuzu
dizinizə
dil deməkdən
boğazınız boşalacaq
kimsə
yaş borcunu
qaytaran kimi
ölənlə
ölmək olmur
deyəcək
on dəqiqəlik
fasilə elan edəcək
fasilədə
tanışlıqlar başlayacaq
çənələr çaqqıldayacaq
ağızlar
yumulub açılacaq
boşqablar
dolub
boşalacaq
xısın xısın
lətifələr danışılacaq
gülüş arası
baş sağılğı verənlərə
mısmırığınızı
sallayacaqsız
saxta hıçqırığınız
yasdan yasa
allahı xatırlamağınız
məni
öldüyümə görə
sevməyiniz
güldürəcək məni
allah sizi güldürsün
mart 2009