Orijinalini görmek için tıklayınız : bir-iki...
SOLMAZ
05-14-2009, 08:34 AM
günəş azan deyir,
və sıra düzülür
aylar
ulduzlar
saman yolu dizə çökür
ahlar...sızıltılar!...
bitir.
gecə yuyunur dənizdə
və quyruqlu ulduzlar "bir-iki"oxuyub
bizdən alırlar bizimkini...
qadın geyimini geyib
balıq qulağı yığırıq.
tanrı döyüşür sahildə
dəniz küsür
su aparır
mən
və
qırmızı balıq.
(savalan qızı)
kiyan xiyav
05-14-2009, 11:39 AM
günəş azan deyir,
və sıra düzülür
aylar
ulduzlar
saman yolu dizə çökür
ahlar...sızıltılar!...
bitir.
gecə yuyunur dənizdə
və quyruqlu ulduzlar "bir-iki"oxuyub
bizdən alırlar bizimkini...
qadın geyimini geyib
balıq qulağı yığırıq.
tanrı döyüşür sahildə
dəniz küsür
su aparır
mən
və
qırmızı balıq.
(savalan qızı)
bu bir-iki,bizimkidir deməli...
uğurlar olsun,sevgili savalan qızı!
çox çox sevindim bu gözəl gəlişə.
sürəkli olacaqsa da,daha gözəl olacaq,bil!
salamlarımla.
elyad musəvi
05-15-2009, 12:25 PM
sayın savalan qızı
sizi çox çox xoş gördük
sürəkli olaraq, şeirlərinizi burda oxuyacayıq umuram
sayğılarımla
bu şeiriə söz yoxdu! çox sevdiyim şeirindi solmaz!
yaşa ve daha gözelliklırı qonaq et bizi.
hadi qaraçay
05-18-2009, 06:44 PM
günəş azan deyir,
və sıra düzülür
aylar
ulduzlar
saman yolu dizə çökür
ahlar...sızıltılar!...
bitir.
gecə yuyunur dənizdə
və quyruqlu ulduzlar "bir-iki"oxuyub
bizdən alırlar bizimkini...
qadın geyimini geyib
balıq qulağı yığırıq.
tanrı döyüşür sahildə
dəniz küsür
su aparır
mən
və
qırmızı balıq.
(savalan qızı)
Sizi çox xoş gördük sevgili Salavalan qızı
gəlişinizə çox sevindim, yeni adların gelişi, yeni səslərin, çalarların gəlişidir, sitəmizə qatdığınız bu səs bu boya üçün sağ olun, daha aktiv olmanızı umuram.
sayqılarımla
SOLMAZ
07-21-2009, 04:44 PM
Tik-tak
Saniyələr qaçha-qaçda
Ayaqlarım geri gedir,
Özüm irəli
Bura ölülər şəhəri...
əllərimi qızındırmır ustuvanın əlcəkləri!
Tuq-taq
Ayaq qabım küsüb gedir,
Yollar itik.
Yallı gedir kəpənəklər...
Taq-taq
Tanrının qapısın döyüb qaçıram
Mələklər mənə gözün ağardır
Hayasızca dilimi göstərirəm tanrıya.
Çörək iyi gəlir sankı...
-İn-san-
Müəllim höccələmək öyrənir:
İn-San-Lıq
Üç bölgədir ağızda
Dil,Diş,dodaq
Burada hər nə yasaq...
Tap-tup
Hər gün sayılıb çözülmür tapdıqlarım
Doğu batını minib
Gözlərimin nəftini quzeydə satır güneylilərə.
Yenədə hər gecə,
Çantamdan itirirəm gözəllik ilahəsini...
hadi qaraçay
07-22-2009, 12:06 PM
Sevgili Savalan qızı girdiyiniz yol doğru yoldur, iş alanınız qoşuğumuzun ən gərəkən, ən önəmli qoşullarını(şərtlərini) dartışır məncə. Günümüzün qoşuğunun ürəyi elə burda vurur. Əlləriniz ağrımasın, yolunuz uğurlu olsun. sayqılarımla
izler
07-22-2009, 10:32 PM
Əziz Savalan qızı,
çox gözəl şeirləriniz var. Hadi bəy sözün haqqını ödəmişdir məncə.
sizə uğurlar olsun
SOLMAZ
07-23-2009, 11:04 PM
Sevgili Savalan qızı girdiyiniz yol doğru yoldur, iş alanınız qoşuğumuzun ən gərəkən, ən önəmli qoşullarını(şərtlərini) dartışır məncə. Günümüzün qoşuğunun ürəyi elə burda vurur. Əlləriniz ağrımasın, yolunuz uğurlu olsun. sayqılarımla
çox sağ olun hadi bəy.bundan böylə daha aktiv olmamı düşünürəm.
:confused:
SOLMAZ
07-23-2009, 11:07 PM
Əziz Savalan qızı,
çox gözəl şeirləriniz var. Hadi bəy sözün haqqını ödəmişdir məncə.
sizə uğurlar olsun
siz də sağ olun
baxışınız şeirimə daha önəmliydir.
sayğılarla
kiyan xiyav
07-24-2009, 01:32 AM
Tik-tak
Saniyələr qaçha-qaçda
Ayaqlarım geri gedir,
Özüm irəli
Bura ölülər şəhəri...
əllərimi qızındırmır ustuvanın əlcəkləri!
Tuq-taq
Ayaq qabım küsüb gedir,
Yollar itik.
Yallı gedir kəpənəklər...
Taq-taq
Tanrının qapısın döyüb qaçıram
Mələklər mənə gözün ağardır
Hayasızca dilimi göstərirəm tanrıya.
Çörək iyi gəlir sankı...
-İn-san-
Müəllim höccələmək öyrənir:
In-San-Lıq
Üç bölgədir ağızda
Dil,Dis,dodaq
Burada hər nə yasaq...
Tap-tup
Hər gün sayılıb çözülmür tapdıqlarım
Doğu batını minib
Gözlərimin nəftini quzeydə satır güneylilərə.
Yenədə hər gecə,
Çantamdan itirirəm gözəllik ilahəsini...
şeirin bu qədər gözəl,bu qədər gəlişmiş olmuş,sevgili savalan qızı.
oxuduqca öz-özümdə ucalıb onurlanıram.indi aydın gələcəkli bir qoşuqçumuz artmışdır və bu umud vericidir.daha böyük başarılar və uğurlar diləyirəm.
SOLMAZ
07-24-2009, 12:05 PM
şeirin bu qədər gözəl,bu qədər gəlişmiş olmuş,sevgili savalan qızı.
oxuduqca öz-özümdə ucalıb onurlanıram.indi aydın gələcəkli bir qoşuqçumuz artmışdır və bu umud vericidir.daha böyük başarılar və uğurlar diləyirəm.
bu balaca odama gəldiyiniz daha sevindiricidir.
bir-iki..............geri...........irəli............ ...addımlayıram...
bütün dostların səsi umud vericidir.
əlləriniz ağrımasın kiyan bəy
sayğılarımla.
cavanshir
07-24-2009, 12:15 PM
-İn-san-
Müəllim höccələmək öyrənir:
In-San-Lıq
Üç bölgədir ağızda
Dil,Dis,dodaq
Burada hər nə yasaq...
Bu müəllifin şeirlərini mümkünsə çox qoyun.
hadi qaraçay
07-25-2009, 12:29 PM
-İn-san-
Müəllim höccələmək öyrənir:
In-San-Lıq
Üç bölgədir ağızda
Dil,Dis,dodaq
Burada hər nə yasaq...
Bu müəllifin şeirlərini mümkünsə çox qoyun.
Bu "müəllifi" tapana ödül verilməlidir Cavanşir bəy, Ülkər Ucaqarın ekiz tayıdır tənbəllikdə.))))))
Doğrusu son günlərdə Savalanqızı daha çalışqan, daha etgili çıxış edir, siz doğru buyurdunuz bu yazıçımızı daha yaxşı tanımalıyıq. Uğurlar olsun Savalanqızı.
elyad musəvi
07-25-2009, 02:00 PM
Tik-tak
Saniyələr qaçha-qaçda
Ayaqlarım geri gedir,
Özüm irəli
Bura ölülər şəhəri...
əllərimi qızındırmır ustuvanın əlcəkləri!
Tuq-taq
Ayaq qabım küsüb gedir,
Yollar itik.
Yallı gedir kəpənəklər...
Taq-taq
Tanrının qapısın döyüb qaçıram
Mələklər mənə gözün ağardır
Hayasızca dilimi göstərirəm tanrıya.
Çörək iyi gəlir sankı...
-İn-san-
Müəllim höccələmək öyrənir:
İn-San-Lıq
Üç bölgədir ağızda
Dil,Diş,dodaq
Burada hər nə yasaq...
Tap-tup
Hər gün sayılıb çözülmür tapdıqlarım
Doğu batını minib
Gözlərimin nəftini quzeydə satır güneylilərə.
Yenədə hər gecə,
Çantamdan itirirəm gözəllik ilahəsini...
sayın dost
şeiriniz olduqca gözəldir.imajlar diridirlər və şeirin bütünündə ilginc bir hərəkət vardır bunların hamısına görə təbriklərimi qəbul edin.ancaq məncə hərdən şeirin əmudi sutunu azdan çoxdan axsayırdı.əlbəttə yanılmış da ola bilərəm.
sizi ürəkdən təbrik edirəm
sağolun
SOLMAZ
07-25-2009, 02:07 PM
Bu "müəllifi" tapana ödül verilməlidir Cavanşir bəy, Ülkər Ucaqarın ekiz tayıdır tənbəllikdə.))))))
Doğrusu son günlərdə Savalanqızı daha çalışqan, daha etgili çıxış edir, siz doğru buyurdunuz bu yazıçımızı daha yaxşı tanımalıyıq. Uğurlar olsun Savalanqızı.
Bilmirəm"dədəmin ala danası"nağılını eşidibsiniz ya yox.ancaq elə bil mənim ki də bu nağıla çevrılıb!!!
Nəsə...
Çoxda məndən gileylənməyin. ən az gündən sonra yep-yeni gələcəyəm.
Cavanşir və hadi bəy:
İkinizində əlləriniz ağrımasın və sağ olun deyirəm.
SOLMAZ
07-25-2009, 02:13 PM
sayın dost
şeiriniz olduqca gözəldir.imajlar diridirlər və şeirin bütünündə ilginc bir hərəkət vardır bunların hamısına görə təbriklərimi qəbul edin.ancaq məncə hərdən şeirin əmudi sutunu azdan çoxdan axsayırdı.əlbəttə yanılmış da ola bilərəm.
sizi ürəkdən təbrik edirəm
sağolun
Sağ olun elyad bəy.gəldiyinizdən çoc sevindim.
Yazdığınız nəqd üçündə təşəkkürlərimi bildirirəm.kəsin bunun üstündə fikirləşərəm.
Sağ və əsən qalın
Nigar Xiyavi
07-25-2009, 02:43 PM
Sağ olun elyad bəy.gəldiyinizdən çoc sevindim.
Yazdığınız nəqd üçündə təşəkkürlərimi bildirirəm.kəsin bunun üstündə fikirləşərəm.
Sağ və əsən qalın
bu uca səslə gələn gənc şair qızımızın səsini eşitdiyimə ürək evindən sevindim. gənc şeirimiz günü gündən nə gözəl çoxalmada və artmada.
uğurlar olsun sənə Savalan qızı!
Ramin CABBARİ
07-25-2009, 08:45 PM
sayın Savalan qızı
uğurlarınız Güney ədəbiyatına olan umudu gücləndirib, sevincimizi artırır. sizə başarılar diləyirəm. böylə də davam edin.
SOLMAZ
07-26-2009, 09:27 PM
bu uca səslə gələn gənc şair qızımızın səsini eşitdiyimə ürək evindən sevindim. gənc şeirimiz günü gündən nə gözəl çoxalmada və artmada.
uğurlar olsun sənə Savalan qızı!
Salamlar Nigar xanım
Sizi burada görmək nəqədər gözəldir...
Mənim səsimə səs verdiyiniz üçün çox sağ olun.
Sevgilərimlə
SOLMAZ
07-27-2009, 09:02 AM
sayın Savalan qızı
uğurlarınız Güney ədəbiyatına olan umudu gücləndirib, sevincimizi artırır. sizə başarılar diləyirəm. böylə də davam edin.
Ramin bəy:
Sizi çox çox xoş gördük burada.gəlişiniz daha sevindiriciydir.
əlləriniz ağrımasın
və...
əsən qalın
SOLMAZ
08-01-2009, 08:27 PM
Bir bomba partlayıram
Qaranlığın əlvan boyalarında,
Sarı
Qımızı
Yaşıl.
Saat sıfır...
Amrika,
Asiya,
Və bütün qarrələrdə
Tabuta sürgün qadınlığımı ağlayıram.
Və parantezlər arasında
Şeirli günlərimi keçirdirəm!!!
Teqzasın fahişə xanalarında
Dün gecə unutdum
Anam,
Qızıl dərili
Və Atam,
Tam boyasız birisidir...
Siyasət oxulunda
Afriqayla gedib
Avrupanı istismara çəkəcəyik.
Sonra bir şantaj yapışacağam
Səkidəki siqara çəkən kişiyə...
Azadlıq və qudurqanlıq.!
Adsız xiyabanlarda
Bir tablov çəkirəm qaraçı qızdan
Və şans qutularından çıxan
Tanrım,
Xəyanətkar...
Bir bomba partlayıram
Yoxuşlar yoxluğunda.
Sonradan,
Saat sıfır.
hadi qaraçay
08-02-2009, 12:37 PM
Adsız xiyabanlarda
Bir tablov çəkirəm qaraçı qızdan
Və şans qutularından çıxan
Tanrım,
Xəyanətkar...
Qutlu olsun sevgili Savalanqızı. Çox gözəl bir qoşuqdur. Doğrusu qoşuqdan qoşuğa səsin gözəlləşir, dilin yetginləşir . . .sənə daha böyük başarılar diləyirəm.
Saadet Ün
08-02-2009, 01:02 PM
Bir bomba partlayıram
Qaranlığın əlvan boyalarında,
Sarı
Qımızı
Yaşıl.
Saat sıfır...
Amrika,
Asiya,
Və bütün qarrələrdə
Tabuta sürgün qadınlığımı ağlayıram.
Və parantezlər arasında
Şeirli günlərimi keçirdirəm!!!
Teqzasın fahişə xanalarında
Dün gecə unutdum
Anam,
Qızıl dərili
Və Atam,
Tam boyasız birisidir...
Siyasət oxulunda
Afriqayla gedib
Avrupanı istismara çəkəcəyik.
Sonra bir şantaj yapışacağam
Səkidəki siqara çəkən kişiyə...
Azadlıq və qudurqanlıq.!
Adsız xiyabanlarda
Bir tablov çəkirəm qaraçı qızdan
Və şans qutularından çıxan
Tanrım,
Xəyanətkar...
Bir bomba partlayıram
Yoxuşlar yoxluğunda.
Sonradan,
Saat sıfır.
Sevgili savalanqizi
Sanki bizim ülkeyi anlatıyor şiiriniz... ihanetleri ve patlayan bombaları
Gerçi tüm dünya da artık patlıyor bombalar ammaaaa
Şiirinizde belirttiğiniz gibi "Sarı Qımızı Yaşıl." değil bu bombaların rengi...
Hangi renkte olursa olsun farketmiyor
Yeterki artık patlamasın bombalar ve yok olmasın insanlık, yok olmasın çocuklar... ki en önemlisi de çocuklardır... çocuklar ki hiç haketmiyorlar bombaları, kanları ve savaşları...
Hiyanet yani ihanet her toplumda vardır ve olacaktırda...
Neden mi?
Çünkü büyük ve gizli güçlerin elindedir artık toplum ve insanların ipleri...
Uğurlar olsun...
Ve yürekler hep sevgiyle dolsun
Sevgi ile
SOLMAZ
08-03-2009, 12:07 PM
Adsız xiyabanlarda
Bir tablov çəkirəm qaraçı qızdan
Və şans qutularından çıxan
Tanrım,
Xəyanətkar...
Qutlu olsun sevgili Savalanqızı. Çox gözəl bir qoşuqdur. Doğrusu qoşuqdan qoşuğa səsin gözəlləşir, dilin yetginləşir . . .sənə daha böyük başarılar diləyirəm.
çox sağ olun hadi bəy.sizin hər bura gəlişiniz mənə daha umudlandırıcıdır.
sayğılarımla
SOLMAZ
08-03-2009, 12:10 PM
Sevgili savalanqizi
Sanki bizim ülkeyi anlatıyor şiiriniz... ihanetleri ve patlayan bombaları
Gerçi tüm dünya da artık patlıyor bombalar ammaaaa
Şiirinizde belirttiğiniz gibi "Sarı Qımızı Yaşıl." değil bu bombaların rengi...
Hangi renkte olursa olsun farketmiyor
Yeterki artık patlamasın bombalar ve yok olmasın insanlık, yok olmasın çocuklar... ki en önemlisi de çocuklardır... çocuklar ki hiç haketmiyorlar bombaları, kanları ve savaşları...
Hiyanet yani ihanet her toplumda vardır ve olacaktırda...
Neden mi?
Çünkü büyük ve gizli güçlerin elindedir artık toplum ve insanların ipleri...
Uğurlar olsun...
Ve yürekler hep sevgiyle dolsun
Sevgi ile
Sevgili Saadət xanım
Sizin cavabınızda çox fikirləşdim amma nəysə görürəm qayğılarımızında bənzəri var nədənsə...
Hamımız dərdliyik.Birinin dil qayğısı,birinin din,qadınlıq,şeir,modernlik,post modernlik və ...var.
Hər nə varsa bir iplə tam qayğılar biri birinə dolaşıq düşür .
Və bu bilmirəm sevindiricidir yoxsa yox!
Nəysə bizdə başarmışıq bomba olub partlamağı,ancaq bu daha sevindiricidir.
Sizlər demişkən "buraxalım"
Gəlib məni dinlədiyinizdən çox sevinib sizə can sağlığı diləyirəm.
Sevgilərimlə
elyad musəvi
08-03-2009, 02:06 PM
Sevgili Saadət xanım
Sizin cavabınızda çox fikirləşdim amma nəysə görürəm qayğılarımızında bənzəri var nədənsə...
Hamımız dərdliyik.Birinin dil qayğısı,birinin din,qadınlıq,şeir,modernlik,post modernlik və ...var.
Hər nə varsa bir iplə tam qayğılar biri birinə dolaşıq düşür .
Və bu bilmirəm sevindiricidir yoxsa yox!
Nəysə bizdə başarmışıq bomba olub partlamağı,ancaq bu daha sevindiricidir.
Sizlər demişkən "buraxalım"
Gəlib məni dinlədiyinizdən çox sevinib sizə can sağlığı diləyirəm.
Sevgilərimlə
sevgili solmaz
şeirini bundan öncə eşitmişdim .gözəl və dərin şeirdir məncə.danışdığımzda önərdiyim qonuların üstündə hələ də varam ancaq şairin sevdiyi daha yaxşı, daha düzgündür deyə düşünürəm.
indi qaldı yuxarıda yazdığın bu cümlə:
"Hamımız dərdliyik'
bunca açıq və aydın hamımız dərdliyik deməklə razı deyiləm.dərdli deyil hamımız güclüyük və sevdiyimiz işi irəli sürə biləcəyimizə inanırıq desək daha yaxşı və gözəl olacaq məncə.
təbii ki çeşidli istəklərimiz var,təbii istəklərimizin hamısına əl çatmamışıq ancaq əlimizin dalı yerə dəyməyib.
dərdimiz varsa da ondan güc alırıq/almalıyıq.
hər bir şeir_acı olsa da belə_ bizim dünyaya yazdığımız barış məktubudur...
SOLMAZ
08-05-2009, 08:03 PM
sevgili solmaz
şeirini bundan öncə eşitmişdim .gözəl və dərin şeirdir məncə.danışdığımzda önərdiyim qonuların üstündə hələ də varam ancaq şairin sevdiyi daha yaxşı, daha düzgündür deyə düşünürəm.
indi qaldı yuxarıda yazdığın bu cümlə:
"Hamımız dərdliyik'
bunca açıq və aydın hamımız dərdliyik deməklə razı deyiləm.dərdli deyil hamımız güclüyük və sevdiyimiz işi irəli sürə biləcəyimizə inanırıq desək daha yaxşı və gözəl olacaq məncə.
təbii ki çeşidli istəklərimiz var,təbii istəklərimizin hamısına əl çatmamışıq ancaq əlimizin dalı yerə dəyməyib.
dərdimiz varsa da ondan güc alırıq/almalıyıq.
hər bir şeir_acı olsa da belə_ bizim dünyaya yazdığımız barış məktubudur...
Çox sağ ol Elyad!
Bilmirəm nədənsə önərdiyin qonularla razılaşa bilmədim...
əsən qal
Sevgilərimlə
hadi qaraçay
08-10-2009, 10:38 AM
Bir bomba partlayıram
Qaranlığın əlvan boyalarında,
Sarı
Qımızı
Yaşıl.
Saat sıfır...
Amrika,
Asiya,
Və bütün qarrələrdə
Tabuta sürgün qadınlığımı ağlayıram.
Və parantezlər arasında
Şeirli günlərimi keçirdirəm!!!
Teqzasın fahişə xanalarında
Dün gecə unutdum
Anam,
Qızıl dərili
Və Atam,
Tam boyasız birisidir...
Siyasət oxulunda
Afriqayla gedib
Avrupanı istismara çəkəcəyik.
Sonra bir şantaj yapışacağam
Səkidəki siqara çəkən kişiyə...
Azadlıq və qudurqanlıq.!
Adsız xiyabanlarda
Bir tablov çəkirəm qaraçı qızdan
Və şans qutularından çıxan
Tanrım,
Xəyanətkar...
Bir bomba partlayıram
Yoxuşlar yoxluğunda.
Sonradan,
Saat sıfır.
önəmli olan işin açarını bulmaqdır. Bir öykünü, bir qoşuğu, bəlli bir yazın örnəyinin hardan başlanıb harda bitəcəyini kəsinləşdirmək olmazsa da, gənəl olaraq, bir qoşuğun (yazılıb qurtarmış ir qoşuğun) uğurlu olub olmadığını kəsinləşdirmək(kısinlışdirməyin özü də kəsin deyil) daha qolaydır.
Sevgili Savalanqızının yaradıcılığına baxırkən son günlərdə sitəmizə yüklədiyi qoşuqlarda iki önəmli faktorun qabarıldığı görünür. Bunlardan biri Savalanqızının dilə, onun daha arı duru yazılmasına özən göstərməsidir. İkincisiysə anlamsal olaraq yerli faktorların bütün insanlıqla bağlı faktorlara yüksəlməsidir.
Savalanqızının yaradıcılığına dönəcəyəm
Bir dizənin oxunuşu2.ci bölüm
günəş azan deyir,
Savalanqızı
Boya başa çatdığım kəndin qocamış, ağsaqql bir baqqalı vardı. Məşdəli kişi. Kəndin məçidindən gələn ban səsiylə birlikdə, Məşdəli kişinin də ban verməsi bizim kiçik, lokalımızın namaz öyünəsinin çatdığını bildirən doğma səsiydi. Anımsadığımca ban səsi(azan səsi) hansıysa bir yüksəklikdən gəlir. Məçidin minarəsindən, Məşdəli kişinin dükanının damından, hardasa yüksəklikdən. . . Savalanqızı " Günəş azan deyir" deyəndə bu sözün doğmalığının nədənlərini axtardım.
Günəş yüksəklikdə durur və günəşin azan deməsi necə də doğmadır.
SOLMAZ
08-10-2009, 09:06 PM
sevgili hadi bəy:
bu yazınızı gözləmirdim heç...
ancaq ,bilmirəm nə yazım...
sonsuz lütfünüzçün çox sağ olun.
və...
sevgilərimlə
hadi qaraçay
08-10-2009, 11:40 PM
Düzünə dursaq, yazdıqlarımın formasına görə sizinlə birlikdə bütün
oxuculardan bağış diləməliyəm. Ancaq işimin verdiyi vaxtla ilgili olaraq,
netdə olma və gənəldə yazma şansımın belə qırıq qırıq olduğuna baxırkən,
yazılarımın bu sayaq gəlməsini mənə bağışlaya bilərsiniz.
Siznlə birlikdə bir neçə gənc qoşuqçumuzun da yaradıcılığına deyiləsi
sözüm var, ancaq bu merata qalmış vaxt sorunu. . .
sizə uğurlar
SOLMAZ
08-13-2009, 08:30 PM
bu nə söz hadi bəy!
yazılarınızın forması çox gəzəldir...
və...
bəli,bu vaxt sorunu deyəsən düzələn deyil və hamını incidir.
nəysə,yazı formasının sadəliyin çox sevirəm və başqa gənc qoşuqçularımıza yazdığınız sözləri dinləyirəm.
sağ olun
sayğılarımla
SOLMAZ
08-18-2009, 10:00 PM
Yol başında oturub
Mavi fincanlarda yaşıllığı içirəm.
ətəyimdə bir qadın doğur
və damənimi yellənir,
daha erkən laylalar...
anlamsız tanış duyğular
uşaqlığımı oğurlayıb,əllərimdən asdılar.
100 fayız oksijenli atmosferi kükləyirəm
Birdən-yüzə qədər yaşayırıq:
Mən caddanın ana tayında
Və o tay...
Daş heykəllər,doğru gedir atalığa...
Bəzən qaraladığım şeirlədə,
"səni sevirəm".
Of,
Bağışla ekiz taylı tanrım
Bu "sən"sözcüyünü çoxdandır unutmuşdum!
Yol başında oturub,
Mavı fincanlarda yaşıllığı içən yolçu,
Ayaq saxla
Torpaq qoxusudur gələn...
Ramin CABBARİ
08-19-2009, 10:12 AM
sayın Savalan qızı. hər yeni şeirinizdə yeni bir qonudan söz açmaq, yeni düşüncə söyləmək, çalışqanlığınızın göstəricisidir. bu yeniləyişlərin sürəkli olmasnını diləyirəm.
sizə uğurlar
SOLMAZ
08-23-2009, 09:08 PM
çox sağ olun Ramin bəy...
anari barat
08-25-2009, 07:40 PM
سالاملار داغ قيزي منيم سئويملي و *ورمتلي باجيم سيزي بونداندا اوجا زيروده گورمك ايستيرم ساغولون سيزه ياخشي گونلر آمما بيزه باشورماقي يادان چ
SOLMAZ
08-27-2009, 08:33 PM
سالاملار داغ قيزي منيم سئويملي و تورمتلي باجيم سيزي بونداندا اوجا زيروده گورمك ايستيرم ساغولون سيزه ياخشي گونلر آمما بيزه باشورماقي يادان چ
sizi də sağ olun bəy
anari barat
08-31-2009, 04:22 PM
salamlar bizim dağ qızına sizin yazılara nə damək olar olduqca gözəl bir də gözəl
گل اي گونش قيزي هردن بيزه قوناق دانيشاق
گلين كيمي بزه ن آت قيرميزي دوواق دانيشاق
SOLMAZ
09-02-2009, 07:49 PM
salamlar bizim dag gizina sizen yazilara nadamk olar oldugja gozal birda gozal
گل اي گونش قيزي هردن بيزه قوناق دانيشاق
گلين كيمي بزه ن آت قيرميزي دوواق دانيشاق
daha sağ ollar
mehsa mehdizade
09-04-2009, 03:03 PM
Yol başında oturub
Mavi fincanlarda yaşıllığı içirəm.
ətəyimdə bir qadın doğur
və damənimi yellənir,
daha erkən laylalar...
anlamsız tanış duyğular
uşaqlığımı oğurlayıb,əllərimdən asdılar.
100 fayız oksijenli atmosferi kükləyirəm
Birdən-yüzə qədər yaşayırıq:
Mən caddanın ana tayında
Və o tay...
Daş heykəllər,doğru gedir atalığa...
Bəzən qaraladığım şeirlədə,
"səni sevirəm".
Of,
Bağışla ekiz taylı tanrım
Bu "sən"sözcüyünü çoxdandır unutmuşdum!
Yol başında oturub,
Mavı fincanlarda yaşıllığı içən yolçu,
Ayaq saxla
Torpaq qoxusudur gələn...
slm solmaz can.şeirində olan dərin düşüncən sevməli vədəyərlidir.sənlə şerli bir ortamda tanışlıq başlamağı uğurlu görürəm,şeırlərin öpürəm
SOLMAZ
09-05-2009, 09:25 AM
sevgili məhsa xanım
bu balaca odama gəldiyinizdən necə sevindiyimi bilsəydiniz...
məndə sizinlə bu alanda tanış olduğuma görə dönə-dönə onurlanıram.
sağ olun
və...
sayğılarımla
SOLMAZ
09-12-2009, 10:22 AM
1- Bir almalıq öpüşlər
Bayraqlanır xiyabanlarda,
Zamanın lap erkən çağı...
Radyoda çalınır
Barış marşları
"yeddincı dünya savaşları
Artıq bitməlidir".
kəndimizdəki palçıq evələr
Dəmir yolu
Və tikanlı tellər arasında
Utanqac,
Tərini silməkdədi.
trenin ilk vaqonunda-İsyan-
Və son vaqonunda-Qiyamət- qopmuşduq,
Biz neçə dost...
Küçə başındakı ışıq tirlərinə çıxıb ,
Dəlicəsinə "be with me"
Bağırırdıq.
Və ovuc-ovuc muqavilə daşıyırdıq,
Beynimdəki ağ hücrələrlə
Ürəyimdəki yumruqlanan düyünlər arasında...
2-Zaman buz bağlayıb
Qara tunellər uzunasında,
Qapıdakı zınqırov dardan asılıb
Dostlarımı dəmir adamlar yaxalamışdı
Və gözlərimdən içib qurtardılar,
19-cu yüzillikdə doğduğum dirənişi .
Bayatılar "stay with me" söyləyirdi.
Artıq arzular gecikmişdi...
Səttarxanın klaşinkof tüfəyini oğurlayıb
Qarabağ dağlığında
31-ci yüzillikdə etiraz edəcəyik,
Satdığım torpaq
Və
mən.
SOLMAZ
09-15-2009, 11:38 AM
sevgili Nadir bəy
buraya gəlib məni dinlədiyinizdən çox sevindim.əlləriniz ağrımasın.
və...
sizidə sağ olun
hadi qaraçay
09-15-2009, 05:07 PM
Sevgili Solmaz xanım,
istər yazı dilinizin arı duruluğu, istərsə imgələrin, bətimləmələrin aydınlığı
çəkicidir, başarılıdır.
Sizin keçdiyiniz bir günlük yolu, mən uzun illərdir keçənməmişəm kimi görünür.
Qoyduğunuz əmək, işlətdiyiniz vaxt, enerji buşuna getməmişdir məncə.
Qoşuğunuzda apardığınız dəyişmələri, Forumdan son başlıqlar bölümünə köçürdüyüm varyanta da yansıtdım.
Uğurlar olsun sevgili Solmaz
SOLMAZ
09-17-2009, 09:28 AM
sağ olun hadi bəy
düşünürəm siz mənə ən çox yardım edənlərdənsiniz .bu üzdən sizə öz minnətdarlığımı bildirirəm.
sağ olun hər nə üçün.
sayğılar və sevgilərimlə...
Saadet Ün
09-18-2009, 10:35 PM
1- Bir almalıq öpüşlər
Bayraqlanır xiyabanlarda,
Zamanın lap erkən çağı...
Radyoda çalınır
Barış marşları
"yeddincı dünya savaşları
Artıq bitməlidir".
kəndimizdəki palçıq evələr
Dəmir yolu
Və tikanlı tellər arasında
Utanqac,
Tərini silməkdədi.
trenin ilk vaqonunda-İsyan-
Və son vaqonunda-Qiyamət- qopmuşduq,
Biz neçə dost...
Küçə başındakı ışıq tirlərinə çıxıb ,
Dəlicəsinə "be with me"
Bağırırdıq.
Və ovuc-ovuc muqavilə daşıyırdıq,
Beynimdəki ağ hücrələrlə
Ürəyimdəki yumruqlanan düyünlər arasında...
2-Zaman buz bağlayıb
Qara tunellər uzunasında,
Qapıdakı zınqırov dardan asılıb
Dostlarımı dəmir adamlar yaxalamışdı
Və gözlərimdən içib qurtardılar,
19-cu yüzillikdə doğduğum dirənişi .
Bayatılar "stay with me" söyləyirdi.
Artıq arzular gecikmişdi...
Səttarxanın klaşinkof tüfəyini oğurlayıb
Qarabağ dağlığında
31-ci yüzillikdə etiraz edəcəyik,
Satdığım torpaq
Və
mən.
Sevgili Solmaz
Şiirleriniz düşündürüyor...
İsyan ediliyorsa boşuna değildir bu isyan...
Çağ isyanı gerektiriyor. Ki her inanışın bir isyanı vardır, ki her isyanın bir inanışı...
Ama sonuçta adeletsizliklerin sesidir isyan ve yüreklerde biriken isyanlardır şiirlerde dile gelen...
Şiir diliniz güzel.
Beğeniyle okudum.
Yüreğiniz ve insanlığın isyanlardan kurtulması dileğiyle
Kutluyorum
Sevgimle
SOLMAZ
09-25-2009, 11:03 AM
sevgili seadet xaım
sizi yenede burada görüb sevindim.
elleriniz ağrımasın ve yorulmayın deyirem.
sağ olun
SOLMAZ
10-24-2009, 02:38 PM
iki başlı devlər
günəşin doğuşunda oğurladılar
gəmidən yelkəni
bizdənsə boş beşikləri
o
“ yürü dostum” deyirdi
Yollar sınırlayıcıdır
Və qızcığazın saçlarından
bir hörüm,
bəlkə....!
qaranquşlar köçərkən
səhər yuxuya qalmışdı ölüm
və şikəstələr jurnal sırasında
biri əskik düşmüşdü
axtarmadıq
“boş verəlim”
.....
Ölümün qap-qara dişlərində
Noqtalanırdı şarqımız
Gözlərindənsə....
Heç nə anlamadıq!
Tanrının gülmə vaxtıdır
Bir ağaclıq gülürdü bizə
Təpədən dırnağa qədər.
Çay qırağındakı
Ap aydın səhər ...
Qapını döydüm
Sən yoxsan
Təpiklənirdi yaşıllıq.
eldəniz
10-24-2009, 08:31 PM
salam
hürmətli solmaz xanım
bəlkidə ölümlər yuxuya qalsın
və biz astaca səhər çağı tanrılar bilmədən qaranquşlarla bigə ğzgürlüyı doğru qanat açaq
SOLMAZ
10-29-2009, 09:00 PM
salam
hürmətli solmaz xanım
bəlkidə ölümlər yuxuya qalsın
və biz astaca səhər çağı tanrılar bilmədən qaranquşlarla bigə ğzgürlüyı doğru qanat açaq
sevgili eldəniz bəy
bu bizim hamımızın arzımız... bir gün belə olacaq umarım.
sağ olun
sayğılarımla
qadir ceferi
11-02-2009, 03:56 PM
solmaz xanımdan son zamanlar doğrudan da gözəl şeirlər oxuyuruq. bu şeirindese yenədə gözəl sheirsəl fəzalarin şahidi oluruq özəlliklə şeir dilinin səlabətini şeirin bütüm parçalarında görürük.buradan solmaz xanıma yazın dunyasında həm də yaşamda uğurlar diləyirəm.
bextiyar muganoglu
11-04-2009, 07:13 PM
salamlar solmaz xanim sani xoş qurdum yni dan ay giz necada quzal şeyr demisan sag ol bu quzal paylaşmalarla
SOLMAZ
11-14-2009, 09:30 AM
hörmətli muğan oğlu bəy və qadir bəy
baxış bildirdiyinizə görə çox sağ olun
Saadet Ün
11-16-2009, 09:44 PM
iki başlı devlər
günəşin doğuşunda oğurladılar
gəmidən yelkəni
bizdənsə boş beşikləri
o
“ yürü dostum” deyirdi
Yollar sınırlayıcıdır
Və qızcığazın saçlarından
bir hörüm,
bəlkə....!
qaranquşlar köçərkən
səhər yuxuya qalmışdı ölüm
və şikəstələr jurnal sırasında
biri əskik düşmüşdü
axtarmadıq
“boş verəlim”
.....
Ölümün qap-qara dişlərində
Noqtalanırdı şarqımız
Gözlərindənsə....
Heç nə anlamadıq!
Tanrının gülmə vaxtıdır
Bir ağaclıq gülürdü bizə
Təpədən dırnağa qədər.
Çay qırağındakı
Ap aydın səhər ...
Qapını döydüm
Sən yoxsan
Təpiklənirdi yaşıllıq.
Boşverelim...
Boşvermek kolay olsa kimsede dert keder kalmazdı...
Ki bu şiirde boşvermemiş, vermiş olsa sitem etmezdi...
Kutluyorum kalemini
Sevgi ile
eldəniz
11-19-2009, 05:59 PM
Sayın savalan qizi sizi salamlayıram
Məncə artıq yeddinci savaş bitməlidir
Və denizdə küsdüklərilə barışmalı
Və sattarxanın kilaşinkofun gerı üzünə qaytarmalıyıq niyə ki quyruqlu ulduzu görənlər diləklərinə çatmalıdirlar
eldəniz
11-27-2009, 11:43 AM
Sayın savalan qizi sizi salamlayıram
Məncə artıq yeddinci savaş bitməlidir
Və denizdə küsdüklərilə barışmalı
Və sattarxanın kilaşinkofun gerı qaytarmalıyıq niyə ki quyruqlu ukduzu görənlər diləklərinə çatmalıdirlar
SOLMAZ
11-30-2009, 08:15 AM
hörmətli Eldəniz bəy
bura gəlib baxış yazdığınız üçün çox sağ olun
sayğılarımla.
ülkər
11-30-2009, 09:29 AM
Sağol Solmaz!
SOLMAZ
12-03-2009, 12:48 PM
səni də sağ ol sevgili Ülkər
SOLMAZ
12-03-2009, 05:32 PM
Açışqanın arxasında,
Payız,
Yarpaqlarını tuturam:
Sən,
Mən,
O . . .
Tökülürük,
-Hamısını tutacağam-
.....................
Tanrıdan qaçdığım çağlar
“ məni öp” deməyim gəlir...
Və
- dodaqlarından bir tikə -
Azadlıq meydanında,
Qara pişiklərlə yaxalaşıb
Hamınızı yeyeceyik.
Sonra,köynəyinin papyonundan
Asılacaq
İki ögey
Məleykəcik...
.....................
Yekə ayaqqabılarımın boş yerini
Atamdan böyük fəlsəfələrlə doldururam.
-təhlükəli yaddaşlarım-
Avtomobillər sırasında
Ahmaqcasına
Gözlərini qamaşdırır,
Hər gün beş qarış ucalan ışıqlar...
Və hələ də ekrandadır
Üzümün qap-qarası.
....................
Ürəyin lap qalabalıq.
elyad musəvi
12-05-2009, 01:08 PM
sayın solmaz xanım
sizi bu yeni şeirinizə görə təbrik rdirəm. sizin şeirlərinizdə məncə bir içsəl gözəllik (estetik) _həməş özünü sətirlərin, sözcüklərin arasında_ yarı gizlənmək, yarı ğörsənməkdə bulunur, və elə şeirinizin ən deyərli yeri də məncə elə buradır.
şeirinizin dili duru və gözəldir ha belə şeirlərizdə _özəlliklə bu şeirdə_ ara vermələr(fasilə quzarilər) _ bəlkə də heç əmdi olmadan_ uğurlucasına yazınızı günün şeirsəlliyinə sarı yönəltməkdədir.
sizə uğurlar diləyirəm
SOLMAZ
12-15-2009, 04:23 PM
çox sağ olun Elyad bəy.
vBulletin v3.8.1, Copyright ©2006-2010, Jelsoft Enterprises Ltd.