Dumrul
03-29-2009, 10:03 AM
Göyərçin və qarışqa
Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə güldü.
-Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, Göyərçini yatdığı yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə Qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmədi. Tüfəngin səsinə Göyərçin oyandı. Qarışqanı gördü, dedi:
-Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.
Ayı ilə qarışqa
Ayı bulaqdan doyunca su içib kənarda oturdu. Donquldanıb dedi:
-Ay canım, nə yeyim.
Birdən balaca bir Qarışqa görüb sevindi.
-Hə, səni yeyəcəyəm.
Qarışqa qorxdu, tez yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırıb Qarışqanı götürdü.
Qarışqa soruşdu:
-Məni neyçün yemək istəyirsən?
-Səni də, bütün ailəni də yeyəcəyəm. Siz gedib bulaqdan su içirsiniz. Belə getsə, bulağın suyu quruyar, mənə qalmaz. Sizin nəslinizi kəsmək lazımdır.
Qarışqa yalvardı.
-Dayan, dayan, gör nə deyirəm? Məni burax, axırıncı dəfə qardaşlarıma su aparım, sonra qayıdaram, yeyərsən.
Sən gedib qayıdana qədər dözə bilmərəm. Elə indi yeyəcəyəm.
-Yemə, yemə. Bunun əvəzində sənə dəyərli məsləhət verərəm.
-Hə, yaxşı de, görək.
-Bir parasını ye, ikinci parasını qış üçün saxla.
-Hə, yaxşı məsləhətdir.
Ayı Qarışqanı ağzına qoyub uddu.
Qarışqalar çox gözlədilər. Su ardınca gedən Qara Qarışqa qayıtmadı. Balaca cığırla təpəyə qalxıb yola baxdılar.
-Bəs, bizim qardaşımız niyə gəlib çıxmadı. Bəlkə batıb?
-Yox? Onu Ayı yeyib, deyə Qarğa Qarışqalara xəbər verdi.
Bütün qarışqalar Ayının mağarası tərəfə getdilər. Mağaranın ağzında yeri altdan qazmağa başladılar. Köstəbək böyürdən çıxıb dedi:
-Siz nə edirsiz?
-Ayı üçün quyu qazırıq.
-Mən də sizə kömək edərəm. Keçən il iki balamı yeyib, ondan intiqam almaq üçün fürsət axtarırdım.
Qarışqalar və Köstəbək üç gün, üç gecə yeri qazmağa başladılar. Ayının isə bundan xəbəri yox idi.
Bir gün Ayı kefi kök, öz mağarasına qayıdırdı. Gecə idi. Ayı ay işığında oynamağa başladı. O qədər atılıb-düşdü ki, quyunun üstündəki torpaq davam gətirməyib dağıldı. Ayı guppultu ilə quyuya düşdü. Qarışqalar Ayıdan belə intiqam aldılar.
Dovşanın qulaqları niyə uzundur?
Bir dəfə Dovşanla Qoyun qarşılaşırlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi:
- Gəl, özümüzə koma tikək.
- Tikək də. Nə deyirəm?
Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:
- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.
- Qıra bilməzsən?
- İndicə qıraram, görərsən.
Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı.
Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi:
- Bu ağacı mən də qıracağam.
Qoyun gülü-gülə dedi:
- Bacarmazsan.
- Mən qırım, sən də tamaşa elə.
Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.
- Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam.
Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.
Qaynaq: Məlumat.Xazar