PDA

Orijinalini görmek için tıklayınız : Ag Tur beyin sorusuna cavab!


M.R.Yengi
03-14-2009, 04:57 PM
Ag Tur
Junior Member üyelik tarihi: Feb 2009
ilətilər: 11

Klasik gözəllik

--------------------------------------------------------------------------------

GÖRÜŞƏRMOLA?!


Bir namə yolladım badi-səbadan,
Görən sevdiyimə irişərmola?!
Müddətdi gözlərim qanlar axıdır,
Nazlı yar əhvalım soruşarmola?!

Əzəldən aşığam tutu dillərə,
Müsəlsəl saçlara, siyah tellərə.
Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışarmola?!

O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb, o dünyada görüşərmola?!

Öz özümə, bu şeirin(qoşuq yazmadım da sayın qaraçay bağışlasın) gözəlliyi harasındadır deyə soruşuram. tutu dillərdəmi, müsəlsəl saçlardamı, siyah tellərdəmi, düşünüb durdum. oysa bu şeirin gözəlliyi başqa yerdəymiş.
görüşərmola,soruşarmola, qarışarmola, bir felin gələcək boyutlarına istək çalarları axıtmış olan "ola", (mi, mu,mü,mı) sorğu ekiylə birlikdə bir sevgi cəhənnəmi, bir istək behişti yaratmışdır. iştə bu klasik gözəllik olsa gərək.






--------------------------------------------------------------------------------

Hörmətli Ağ Tur bəy!

Sormusunuz bu şeirin gözəlliyi hardadir ? cavabında deyə bilərəm insanda duyğular riyaziyyat və fizika qanunları ilə izah edilə bilməz, gözəllik və estetika zövqü yalnız ruhun incəliyi və inkişafı ilə ölçülə bilər . Görünür sizin üçün incəsənət haqqinda fikir söyləmək bir az tezdir . Ümid edirəm bir gün ruhi baximdan o səviyyəyə nail olasiınız!
Xahiş edirəm mənim sözlərimdən incimə, bu bir tənqidi fikirdir!

elyad musəvi
03-14-2009, 08:21 PM
sayın M.R.Yengi

verdiyiniz izahlar sayın AĞ TUR bəyin yazısının altında kament kimi yazılsaydı məncə daha yaxşi olardı .mən bu başlıq( önəri, ələşdiri quralları) və sizin buyurduqlarınızın arasında ilgisizlik görürəm ancaq danışığın ardını hələlik burda aparmaq olar sonra başqa başlığa da daşıya bilərik.
ağ tur bəyin sorusuna cavab adlandırdığınız yazıda buyurubsuz:
(cavabında deyə bilərəm insanda duyğular riyaziyyat və fizika qanunları ilə izah edilə bilməz, gözəllik və estetika zövqü yalnız ruhun incəliyi və inkişafı ilə ölçülə bilər .)

sizin buyurduqlarınızın əsasında sabahdan dunyanın yazıçıları bilgisayarlarına(siz oxuyun kitab dəftərlərinə ) ot vurub ruh təhzibi etsinlər deyə dağ daşa baş qoymalıdırlar.
bundan öncə qaldırım veblaqında (yazınımız üzrə yazılar) adında gedən yazılarda bu qonuya yetərincə toxunulub .
quşqusuz bu gün estetikanın da özünə ayid olan quralları var ancaq arada olan çox səslilik çeşidli yazarların çeçidli baxışlarla bu qurallara yanaşmaqlarından asılıdır.
yuxarıda gedən şeir və bir çox buna oxşar şeirlər bu günün dünya yazınından olduqca uzaqdırlar məncə.
məncə sözünü ortaya gətidiyiniz zövq məsələsi gün ədəbiyyatının ana yasalarına inandığımızdan sonra araya gəlməlidir.bu ana yasaları öyrəndiyimizdən sonra kimisi _örnək olaraq deyirəm_ modern yoxsa postmedern yazınını sevməyə haqlıdır.
yazızın ardında bu tümcələr var:
(Görünür sizin üçün incəsənət haqqinda fikir söyləmək bir az tezdir . Ümid edirəm bir gün ruhi baximdan o səviyyəyə nail olasiınız!)

incə sənət bu gün xanqahlarda deyil yazın universitələrində, fakultələrində öyrənilir.kimsə ona nail olmur istənilən birisi çalışıb onu qazanır indi kimisi ondan faydalana bilir kimisi yox başqa sözdür(başqa bilimlər də belədir əlbət ,yəni her bir kəs azdan çoxdan riyazi,fizika oxuya bilir ancaq niyoton kimilərin sayısı az olur).

hər halda buyurduqlarınızın heç bir tümcəsi ilə razı ola bilmədiyimi bildirirəm
(bunlar yalnız kişisəl baxışlarımdır bütünlüklə yanılmış da ola bilərəm)

hürmətlə

Ag Tur
03-15-2009, 05:01 AM
Sayın M.R.Yengi, sevimli Elyad,
Mənə qalsa siz ikiniz də doğrunu deyirsiniz, ikiniz də yanılırsınız.
1. Mən yuxarıda sözü gedən şeiri çox sevgi, çox bəyəniylə oxudum, onun gözəlləyinə içdənliyinə (səmimiyətinə) şaşırdım daha doğrusu.
2. ola bilsin də mən öz sözümü yaxşı çatdıranmamışam.
Sayın M.R.Yenginin mənim yazdıqlarımdan aldığı siqnal bütünlüklə tərsinədir. Mən öz heyrətimi, öz şaşqınlığımı başqa oxucularla bölüşmək istəmişəm. Görəsən bu şeirin gözəlliyini sağlayan nədənlər hansılardır deyə başqa oxuculardan soruşmuşam. M.R.Yenginin yanıldığı yer buradır. o mənim yazdığımı diqqətlə oxumamışdır deyə düşünürəm.
3. Sevgili elyadın dediklərini dəstəkləyirəm. Gənəl olaraq dediklərinə ınanıram. Ancaq Elyadın da metne(mənim Yazmış olduğum Mətn) göz yumaraq öz sözünü söyləməsi yanlışdır. M.R.Yenginin cavabı, mənim yazdığım mətnədirsə, Elyad bəy öz yanıtlamasında yazmış olduğum mətnə qayıdaraq M.R.Yenginin yanıldığını göstərməliyidi daha öncə. Görünür Elyad bəy mənim daha öncə yazdıqlarımı ya oxumamış, ya da o mətnlə sayın Ynginin dediklərinin arasında olan anlaşılmazlıqları duymamışdır.
söz uzuna çəkdi, ancaq mən bir daha söyləyirəm. bu sözü gedən şeirin içində bir özünə məxsusluq, bir orijinallıq, bir səmimiyət var, bu özəlliklər, həmən şeirin içində olan Tikrarları, çeynənmiş bənzətmələri inkar etmir. Bunlar da elə o şeirin içində vardırlar. Ancaq bir bütün olaraq bu şeir çox uğurlu, çox səmimidir. Mən bəyəniylə oxudum.
Son olaraq sayın Yengi bəyə bir daha əlləriniz ağrımasın deyirəm. Klasiklərimizin yenidən yayımlanmasını sağladığını yüksək dəyərləndirirəm, və başladığı bu işin daha da sürəcəyini umuram. Sevgili Elyad bəyə də daha böyük başarılar diləməklə birlikdə, bir az daha dözümlü, bir az daha ölçülü biçili davranmasını önərərdim. Ancaq bu önərinin boş söz olduğunu bilirəm. çılğınlıq, tələsgənlik, sərtlik, barışmazlıq gəncliyin qaçılmaz özəllikləridir. Bunlar qaçınılmaz.
İkinizə də uğurlar

M.R.Yengi
03-15-2009, 08:55 AM
Elyad Musəvinin yazısı çox naşıcasina yazılmışdır.Ağ Tur isə oz yazısında niyyətini çatdıra bilmədiyi üçün, onada başarılar diləriyəm.

elyad musəvi
03-15-2009, 09:03 AM
sayın ag tur

bu danışığa qatılıb onu daha artıq aydınlaşdırdığınıza görə sağolun.ancaq qulluğunuza çatdırmalıyam ki mən yaxarıdaki yazımda sizin və sayın M.R.Yenginin nə yazdıqlarınızı başa düşsəm də düşməsəm də toxunduğum qonu bütünlüklə başqadır.mən o yazıda sizin yazınızı açıqlamaq istəməmişəm daha doğrusu heç mənim işim də deyil.bu açıqlamanı (indi olan kimi)siz versəydiz daha yaxşı və yerli olacaydı.mən kimisindən midafiə eləmədən M.R.Yenginin hansı faktlara əsaslanıb hansı ədəbiyyatla danışıqlarını irəli sürdüklərinə görə baxışlarımı paylaşmışam.

mənə ölçülü biçimli davranmağı önərdiyinizə görə sağolun.
hürmətlə

elyad musəvi
03-15-2009, 01:24 PM
Elyad Musəvinin yazısı çox naşıcasina yazılmışdır.Ağ Tur isə oz yazısında niyyətini çatdıra bilmədiyi üçün, onada başarılar diləriyəm.


sayın M.R.Yengi bəy

umuram məndən incimiş olmayasız.

sağolun

Ag Tur
03-15-2009, 02:58 PM
Hörmətli Ağ Tur bəy!

Sormusunuz bu şeirin gözəlliyi hardadir ? cavabında deyə bilərəm insanda duyğular riyaziyyat və fizika qanunları ilə izah edilə bilməz, gözəllik və estetika zövqü yalnız ruhun incəliyi və inkişafı ilə ölçülə bilər . Görünür sizin üçün incəsənət haqqinda fikir söyləmək bir az tezdir . Ümid edirəm bir gün ruhi baximdan o səviyyəyə nail olasiınız!
Xahiş edirəm mənim sözlərimdən incimə, bu bir tənqidi fikirdir!


--------------------------------------------------------------------------------

Elyad Musəvinin yazısı çox naşıcasina yazılmışdır.Ağ Tur isə oz yazısında niyyətini çatdıra bilmədiyi üçün, onada başarılar diləriyəm.

Bunları sayın M.R.Yengi yazmışdır, indi isə şeiri bir də oxuyaq və mənim yazdığıma baxaq:
GÖRÜŞƏRMOLA?!


Bir namə yolladım badi-səbadan,
Görən sevdiyimə irişərmola?!
Müddətdi gözlərim qanlar axıdır,
Nazlı yar əhvalım soruşarmola?!

Əzəldən aşığam tutu dillərə,
Müsəlsəl saçlara, siyah tellərə.
Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışarmola?!

O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb, o dünyada görüşərmola?!


Öz özümə, bu şeirin(qoşuq yazmadım da sayın qaraçay bağışlasın) gözəlliyi harasındadır deyə soruşuram. tutu dillərdəmi, müsəlsəl saçlardamı, siyah tellərdəmi, düşünüb durdum. oysa bu şeirin gözəlliyi başqa yerdəymiş.
görüşərmola,soruşarmola, qarışarmola, bir felin gələcək boyutlarına istək çalarları axıtmış olan "ola", (mi, mu,mü,mı) sorğu ekiylə birlikdə bir sevgi cəhənnəmi, bir istək behişti yaratmışdır. iştə bu klasik gözəllik olsa gərək.



Doğurdanmı bu mətn, sayın M.R.Ynenginin dediyi kimi anlaşılmazdır?

elyad musəvi
03-15-2009, 06:37 PM
sayın və sevgili ag tur bəy

yuxarıda yazdığım kimi bu qonunda sizin öz izahınızın daha yerli və yetərli ola biləcəyinə inandığıma görə bundan öncə bu mövzuya qatılmadım.ancaq indi verdiyiniz sorunu yanıtlayım deyə öz kişisəl baxışımı paylaşıram.
siz qabartdığınız yerlərdə hansısa bir şeirsəl və bu günə ayid olan gözəllik görməsəmdə, sizin yazınızda çatışmayan ,anlışmayan bir yer tapa bilmirəm .

sevgilərimlə