M.R.Yengi
03-12-2009, 06:04 PM
HEKAYƏLƏR
HƏKİM CİNAYƏTOV
Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar
qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda
xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".
Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü.
Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.
Özünə ümid vərərək deyirdi: "Atamın yarası bir o qədər qorxulu deyil.
İndiki həkimlər ölünü dirildirlər. Atam üçün niyə qorxuram? Klinikadan
bu saat bir həkim alaram, təcili müalicəsinə başlaram".
Ramazan bu kimi fıkirlərlə klinikanın qapısından içəri girdi. Bir tərəfdə
qadınlar durmuşdu. Bunların duruş və baxışlarından xəstəlik yağırdı.
Çoxunun qucağında azarlı uşağı vardı. Kiminin başı, üzü və ayağı sarıqlı
idi.
Ramazan şapkasının günlüyünü qaldırdı, ətrafa baxa-baxa müdirin
otağını tapdı. Onun işi rayon həkiminə aiddirsə də, səhiyyə şöbəsinin
təkidini müdirə söyləməyi yersiz görmədi.
Müdir Ramazanı hörmətlə qarşıladı. Onun atasının başına gələn qəzanın
nədən ibarət olduğunu dinlədi. Sonra onu bir tibb bacısına qoşub, rayon
həkiminin yanına göndərdi.
Ramazanla tibb bacısı müalicəxananın çiçəkli və ağaclı həyətinə
çıxdılar, bir alçaq pilləkəndən qalxdılar. Balaca otağa girdilər. İki nəfər ağ
döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Stolun dalında kök,
ortaboylu, alnının qırışları uzaqdan görünən bir həkim oturmuşdu. Müəyyən
bir işi yoxdu. Yalnız kağız doğrayan qızlarla söhbət edirdi. Hərdənbir
söylədiyi məzəli sözlərdən qızlar şaqqıldayıb gülür, həkim də öz
müvəffəqiyyətindən açılırdı.
Ramazan gözünü stolun üzərindəki siyahıya dikib, həkimi gözlədi,
həkim Cinayətov öz işində idi. Qızlardan birisi Ramazana baxaraq, həkimə
nə isə dedi. Həkim naşı bir ifadə ilə:
- Nə istəyirsən, balam? - deyə soruşdu.
Ramazan əlindəki kağızı göstərərək, izah etdi:
18
- "Yerevanlılar" küçəsində oluruq. Atam kankandır. Quyuda işlərkən
yuxarıdan düşən daş çiynini yaralamışdır. Bərk xəstədir. Buraya gətirmək
mümkün olmadı. Təcili kömək lazımdır.
Həkim Cinayətov həvəssiz bir halda əvvəlcə Ramazanın səhiyyə
şöbəsinə yazdığı ərizəni oxudu. Sonra səhiyyə şöbəsinin dərkənarını gözdən
keçirtdi. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı.
Ramazan tələsirdi. Həkim isə hələ yerindən qımıldanmaq istəmirdi.
Nəhayət, qız sözünü bitirdi. Həkim başını qaşıyaraq güldü, qızlar da
gülüşdü. Ramazan həkimin diqqətini səhiyyə şöbəsinin yazdığı "təcili"
kəlməsinə cəlb etmək istədi:
- Səhiyyə şöbəsində onu çox təcili yazdılar. Tələsik gəldim. Tez kömək
etməsəniz, sonrası qorxulu olacaq, atamın halı ağırdır.
Həkim Cinayətov haqq-hesab dəftərçəsini istədi. Ramazan tez təqdim
etdi. Həkim yenə tələsmədən, qızlar ilə mazaqlaşa-mazaqlaşa iki-üç dəfə
haqq-hesab dəftərçəsini başdan-ayağa varaqladı. Sonra bir papiros yandırdı.
Əlinə bir kağız aldı. Soruşmağa başladı.
- Adınız? Familiyanız? Küçəniz?
Ramazan bitmək bilməyən cansıxıcı sualların hamısına cavab verdi.
Həkim bu işi bitirdikdən sonra kamali-səliqə ilə suçəkəni aldı, yazdığı sual
vərəqini qurutdu, ağır bir işdən qurtarmış kimi geniş bir nəfəs aldı, stula
söykəndi. Qollarını boynuna çataraq, bərk gərnəşdi. Stulun cırıltısına
qadınlar da gülüşdülər. O, saxta bir ciddiyyət göstərərək, yumruğunu stola
vurdu, onlara acıqlandı. Təkrar gülüşınəyə başladılar.
Ramazan cəsarətlə dedi:
- Yoldaş həkim, tələsmək lazımdır.
- Siz gedin, xatircəm olun, mən adam göndərərəm. Ramazan sıxıldı.
Atasına təcili yardım lazımdı. O, həkimsiz qayıda bilməyəcəkdi. Bu fikrini
anlatdı, Cinayətov çəkdiyi papirosu kül qabında söndürərək soruşdu.
- Yerevanlılar küçəsi haradadır?
Ayağa qalxıb, divardan asılan planın qabağına getdi, aramağa başladı.
Ramazan ona kömək edib, küçəsini ona göstərdi. Həkim:
- Bura çox uzaqdır, - dedi, - piyada necə getmək olar?
Ramazan əsəbiləşdi:
- Həkim yoldaş, tələsmək lazımdır! Siz getməyəcəksinizsə, mən başqa
bir həkim istəyim?
Cinayətov ayağa qalxdı. Təkrar oturaraq, üzünü qızlardan birisinə tutdu,
onu o birisi otaqdan başqa bir həkim çağırmağa göndərdi. Bu ikinci həkimin
gəlib çıxması yarım saat çəkdi. Cinayətov əvvəlcə başqa bir iş haqqında
danışdı. Sonra onu Ramazanın atasına baxmağa göndərmək istədi. O isə
getmək istəmirdi. Axırda Cinayətov özü getməli oldu. O otaqdan çıxınca
19
Ramazan iki dəfə klinikanın bayır qapısından çıxıb, təkrar geri qayıtdı.
Həkim çox naz ilə yeriyirdi, ağır addımları ilə Ramazanı əsəbiləşdirirdi.
Ramazan nə qədər tələsirdisə Cinayətov bir o qədər ağır tərpənirdi, öz
vəziyyətini dəyişmirdi, bəzən ilk dəfə görürmüş kimi mağazaların
vitrinlərinə tamaşa etməyi də unutmurdu. Ehtimal həkim öz yerişində hifzisəhhə
qaydalarına riayət etmək istəyirdi.
Nəhayət, gəlib, qapıda on dəqiqədən bəri gözləməkdə olan Ramazana
yetişdi. Xəstənin başı üstünə gəldi. Yorğan altından işıldayan zəif və batıq
gözlərə baxdı, "Haran ağrıyır, niyə yatmısan?" - deyə bir neçə məlum sual
verdi. Xəstənin istiliyini ölçmək, tənəffüsünü, ürək fəaliyyətini yoxlamaq
məqsədilə termometri, truokasını axtardı. Kostyum, şalvar ciblərini bir-bir
yoxladı, tapa bilmədi.
- Vay səni... - deyə təəssüfləndi. Öz hafizəsizliyini söydü. Unutduğu
şeyləri gətirmək üçün təkrar ağır addımlarla müalicəxanaya tərəf hərəkət
etdi.
1930
İSTİFADƏ
- Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...
İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım.
Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq
adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı
qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə
bazlıqdır.
Müəllimə təbiiyyatçı idi, ali təhsili vardı. Öz-özümə dedim: "Yəqin yenə
təbiiyyat elmindən danışacaq, səhər-səhər sürünənləri, fəqərəliləri,
məməliləri və qəlsəməliləri yığıb üstümüzə tökəcək".
20
Müəllimə gəldi. Narıncı ipək paltar geyinmişdi. Qapıdan girən kimi
işıqlı bir dalğa duydum. Deyəsən otağı bəzədilər, hər şey mənə zərif, gözəl
və sevimli göründü. Dodaqaltı salam vərib, kresloya əyləşdi.
Paxıllıqdanmı, nəzakətsizlikdənmi, nədənsə yoldaşlarım məni müəllimə
ilə tanış etmədilər. Onsuz da utancaqlıq məni boğurdu. İlk dəfə idi ki, belə
bir qadınla qarşılaşırdım. O danışırdı. Lakin nə danışdığını bilmirdim. Mən
onun üzünə baxırdım. Zahiri təntənəsinə, əda, gülüş və nəzakətinə görə bir o
qədər gözəlliyi yox idi.
Dəyirmi, mütənasib üzü vardı, ağzı balaca, boyalı dodaqları nazik, gözü
yekə, qara qaşları qalın idi. Burnu aşağı getdikcə çadır kimi yayılır, sanki
dodaqlarındakı boya qurumasın deyə kölgə salırdı.
Üzündən aşağı endikcə tənasüb pozulur: boynu yoxdu. Deyəsən, ağır bir
qapaz vurulmuş, boynu qınına girmişdi. Ağ, açıq qolları hər iki tərəfdən
mərmər sütun kimi sallanırdı. Sinəsi daş ayna kimi parlayırdı.
Səadət xanım məclisi qat-qat şənləndirdi. Hamı özünü yığışdırdı. İdris
tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı. Yolçu
yuyundu, gəldi, mən də bürküyə baxmayıb, yaxamı düymələdim.
Mən yanılmışdım. Səadət xanım təbiiyyatdan danışmadı. O mənim
istəmədiyim, lakin maraqlandığım şeylərdən söhbət açdı.
-Qadın qəlbi qapalı bir bağçadır, açarı da qadının özündədir. Bu açarı
qəlbdə yanan sevgi fanarı ilə arayıb, tapmalı, bağçaya isə, yaz çağı, küləksiz
bir səhərdə, həm də ayaqyalın girməli, iyləməklə kifayətlənməli...
Səadət xanım utandığımı, ya qəribliyimi hiss etdi, tez-tez mənə atdığı
baxışlarla kifayətlənmədi:
- İdris, heç qonağın danışmır? - dedi. Yolçu hazırcavablıq elədi:
- Sən macal verdin ki!
Hamı güldü. Səadət xanım qollarını açaraq, tələbkar bir əda ilə:
- Pajalusta, - dedi.
Mən danışmadım, sözüm də yoxdu. "Bəli", "xeyr" ilə, ya da heç nə
demədən dişlərimi ağartmaqla başımı girləyir, məclisimizin bitməsinə
tələsirdim.
Başını pəncərədən uzadan bir göy köynək kişi İdrisə bilet verdi:
- Vaxta qırx dəqiqə var, hazırlaş, - deyib, tələsik ötdü.
İdris Şamxora gedəcəkdi. Yolçu da kimi isə gözlədiyi üçün vağzala
çıxmalı oldu.
21
Mən də qalxdım. Həyətə çıxanda İdris dedi:
- Səadət xanımı evlərinə qədər ötür.
Biz xiyaban kənarında əkilmiş cavan tut ağaclarının kölgəsi ilə gedirdik.
Onun ilk sualı bu oldu:
- Yəqin siz Gəncədə çalışırsınız?
- Bəli!
- Təzə qurtarıbsınız, eləmi?
- Birinci ildir!
Səadət xanımın sualları məni cəsarətləndirdi, mən bu suallarda cavab
arayan bir adamdan artıq sual arzulayan bir həsrət ruhu duyurdum.
Bir az fikirləşdim. Ürəyimdə sualı sərf-nəhv cəhətcə yoxlayıb dilləndim:
- Buraya təzəmi gəlmişsiniz?
O güldü, dodaqlarını büzüb, başı ilə "yox" işarəsi etdi, dili ilə də dedi:
- Yooox! Yooox a... a!..
Gülüşü elə qaynayırdı ki, deyəsən qarqara eləyirdi. Mən başqa bir sual
hazırlamaq fıkrində ikən, cavabın davam etdiyini görüb dinlədim:
- Yooox... Səhviniz var. Mən üç ildir ki, buralarda ləbbəyk deyirəm... Nə
edim? Mən xanım adamın birisi idim. Başıma işlər gəldi, işləməyə məcbur
oldum. Allah kəssin siz kişilərin vəfasını...
Heç mən bunu gözləmirdim. Bir tərəfdən onun "başına gələn iş", o biri
tərəfdən də mən yaşda bir uşağı "kişi" adlandırması məni təəccübləndirdi,
ona bir çəpinə baxdım.
- Mənim kimi kişilərdəki vəfanı haçan ölçdünüz?
- Bəli, bəli, siz kişilərin vəfasızlığı... Kimə deyəsən ki, bir arvadı, altı
ayın gəlinini...
Bunlardan sonra müəllimə mənim qarşımda ucuz bir kitab kimi açıldı.
Mən onu köhnə əlifba kimi ötəri oxudum. Səadət xanım Gəncə
bəyzadələrindən birinin arvadı imiş.
Əri cüzi qısqanclıq üstündə onu evdən qovmuş, sonra peşman olub, nə
qədər çağırmışsa, bu getməmiş, "Eşşək nə bilir zəfəran nədir?" – deyə rədd
etmiş. İndi rayon uşaq bağçasında mürəbbiyədir. Neçə-neçə mötəbər
yerlərdən onu istəyən var, getmir. Çünki heç birisi xasiyyətinə uymur.
Vağzalda bütün mötəbər adamların yanında xüsusi hörməti var. Hətta
naçalnik onun şərəfinə bir ziyafət də vermişdir. "Hansı ki" orada İdris də
tost deyibmiş...
Bunları eşidəndə mən vicdanən sıxıldım. Belə bir qadına evlənmiş
adamın yorulub, yarı yolda qalmağına acıdım. Bunu gizləyə bilmədim:
- Məncə, Səadət xanım, siz nahaq inad edirsiniz. Ürək verdiyiniz adam
ilə başacan olmalı idiniz... Hər kiçik ixtilaf ailəni pozarsa, onda nə olar?
22
Bu söhbətlərlə biz vağzal yanında yeni tikilmiş evlərə çatmışdıq. Səadət
xanım burada güllər, sarmaşıqlarla örtülüb, üfuqləri açıq bir həyətdə
yaşayırdı. Qapıda dayandım, axşama az qalırdı. Günəş batırdı, batmasından
da acıqlanmış kimi qızarmışdı. Buna baxan kim idi; dağlardan, meşələrdən
uzanıb gələn böyük, qara kölgələr üst-üstə mindikcə qatılaşır, qaralır,
günəşin bozarmış ətəklərini qamçılayırdı. Günəş çəkilib, yuvasına getdi.
Mən əl verib Səadət xanımla vidalaşmaq istərkən, o bir az duruxdu,
əlimi buraxmadı. Pambıq kimi yumşaq, ağ əllərinin hərarəti ürəyimə qədər
işlədi.
Qatar gəldi. Mən öz kupemə getdim. Səadət xanımdan ayrıldım. O,
bufetin qabağında dayanıb, qırmızı haşiyəli əl yaylığını oynadırdı...
İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kağız, göy astarlı
zərf, bənövşəyi mürəkkəb. Bunların hamısı, nədənsə, nəcib, təmiz, saf bir
qəlbin nişanəsi kimi mənə çox xoş gəldi. Stansiyadakı görüşü xatırladım.
Məktubunda, nigaran qaldığını yazırdı "Tənəzzül buyuraramsa", ona
"təskini-qəlb" üçün balaca bir cavab yazmağı xahiş edirdi.
Onun xahişinə əməl etdim. Bir açıq məktub göndərdim.
2
Yazın yuxusu nə qədər şirinsə, oyaqlığı da o qədər ləzzətlidir. Oyaq
olasan! Səhərin açılmasına, dənizin içindən qalxan günəşə, üfüqün gül
rənginə, may paltarı geymiş meyvə ağaclarının yaylıq oynatmasına,
səslərində yerə gümüş pul səpən quşlara, daşları yalayaraq axan duru sulara,
arılara, o şüursuz "memarlara" baxdıqca, ən tez duran adamlardan salam
aldıqca ömür artmırmı?
Heyif ki, zəng tez çalınır. Dan üzü qalxıb anasına kömək etdikdən sonra
çantasını qoltuğuna vuran, yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə, yaxası
açıq məktəbə tələsən uşaqlar sinfə doluşurlar, skamyaların arasına
səpələnib, məsum və gülər üzlə məni gözləyirlər. Mən tez bağçadan
qayıdıram, təəssüflə qayıdıram.
23
Bu təəssüf sinfə girənə qədər davam edir. Bura, bu sinif bağdan,
bağçadan əskikmidir?
Budur, bu bağçanın baharı gəlir! Buranın kiçik günəşləri var! Bütün
təbiət - günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər
düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir,
böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf,
bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən
gözəl şeri, dünyanın ən dadlı musiqisidir. Ah, mən də uşaq olsaydım!..
Dərs başlanır.
Sabirin yaradıcılığı!
Mən bu böyük insanı uşaqlara tanıtmalıyam.
- Necə başlayım?
- Çətindir.
Mən hər birini bir Sabir, bir Puşkin, bir Axundov görmək istədiyim
uşaqların qarşısında acizliyimi etirafa məcbur oluram. Əllərimi ovuşdurub,
sinifdə gəzişirəm. Nə çıxır çıxsın, başlamalıyam.
- Tahirzadə Ələkbər Sabir... Xidmətçi qadın qapını açıb, mənə baxır:
- Bağışlayın, darvazada sizi gözləyirlər.
- Deyin dərsdədir!
- Tələsirəm, deyir, bir dəqiqəliyə...
Mən kitabı yerə qoyub, çıxdım. Darvazada bir qırmızı paltar qadın
dururdu. Əvvəl tanımadım. Yaxınlaşdıqca onun boyu, baxışı və duruşunda
keçirdiyim günlərdən bir cizgi seçməyə çalışdım, tanıdım: Səadət xanımdı.
-Sə...
İstədim salam verib, görüşəm. O, üzümə elə tünd baxdı ki, sözüm
ağzımda qaldı. Ancaq vəsfə gəlməz yaxşılıqları, ömrü uzunu dostluq və
məhəbbəti yerə vurub, ən böyük cinayətə qoşulan xainə belə baxarlar. Sanki
gözümə istiot tökdülər.
- Çox ayıb olsun!
O bu sözü elə bərk və etimadla dedi ki, elə bil, müqəssir bir adama xitab
edirdi. Mənə bir kağız uzatdı.
- Bunu sizmi yazmışsınız?
- Kağızı çevirib baxdım, mən yazdığım açıq məktub idi.
- Bəli, mən yazmışam.
24
- Sən çox qələt eləmisən, başını da... Yoxsa, sənə xəyal, xalq çöldəmi
qalıb?.. Xəyalın kimə gedib? Mənə Səadət xanım deyərlər!
Sən nə cürətlə mənə bunu yazırsan?
Danışdıqca səsini ucaldır, sifətini turşudur, mənə yaxınlaşırdı. Qurudum
qaldım. Məktubda nə yazdığımı xatirimə gətirə bilmədim.
Uşaqlar açıq pəncərələrdən əyilib baxırdılar. Xidmətçi də astanada
saymazyana fıkir verirdi. Müdir arvadın qırmızı paltarını görüb, pəncərəsini
çoxdan açmışdı. Qarnı üstə pəncərəyə yıxılıb baxırdı.
Səadət xanım təhlil edib dururdu:
- Mən ciddi danışmaq istəyirəm. Yoxsa üzüaçıq görmüsən? And olsun
vicdana, sənə bir toy tutduraram, külün göyə sovrular, buyur, düş qabağıma,
gedək məhkəməyə, görək sən nə haqq ilə bunu mənə yazırsan!
Qorxudan boğazım qurudu. Məhkəmənin açıq iclası, müttəhim
skamyası, camaat, yazı, müşavirə otağı, komendant, hökm... Ömrümdə
təsəvvürümə gətirə bilmədiyim bir vəziyyət, bir dəhşət xəyalımda böyüdü.
Mən, sabah hər biri bir günəş kimi həyatı işıqlandıracaq uşaqların hörmətinə
nail olmaq istərkən, təmiz və abırlı böyümək istərkən nə iş idi başıma gəldi?
Bu lənət damğasını alnıma kim basdı? Səadət xanımın qumaş libası müdirin
gözünü qamaşdırdı, enib gəldi. Həyətdə baxınır, sağa-sola keçib mənə
eşitdirirdi:
- Zəng çalınıb ha, sonra...
Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Müdirin sözünü bəhanə
etdim:
- Bağışlayın, xanım, dərsimi qurtarım, sonra danışaq.
Səadət xanım darvazanın səkisində çömbəlib gözləyirdi. Sinfə qayıtdım.
Dərsimi dedim, oyunmu çıxardım, yoxsa hönkür-hönkür ağladım? Bəlli
deyil! Onu bilirəm ki, bütün bədənim əsirdi. Ancaq bəbəklərim oğurluq
üstündə döyülmüş pişik gözü kimi işıldayırdı.
Mənə elə gəldi ki, zəng bir ildən sonra çalındı. Uşaqlar qımıldanmadan
üzümə baxırdılar. Mən çıxdım.
Səadət xanım yola düzəldi.
- Siz ilə seryoznu danışınaq istəyirəm. Adınızı da qoymusunuz
müəllim... Beləmi tərbiyə...
Mən məktubu alıb, diqqətlə, adresinəcən hər kəlməsini yoxlayaraq
oxudum. Heç bir nəzakətsiz söz tapa bilmədim:
- Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm,
mən...
25
Səadət xanım daha qətiyyət və qəzəblə sözümü kəsdi:
- Bağışlayası bir şeyim yoxdur. Mən ciddi danışınaq istəyirəm ki, siz
özgənin arvadına nə haqq ilə belə məktub yazırsınız. Axı... Mən...
Bir başa düşək, görək, bu nə deməkdir?
Mən onun öz xahişinə görə, həm də yoldaşcasına bir məktub yazdığımı
deyir və bu hərəkətlərə qarşı təəccüb etdiyimi söyləyirdim. O, üzüklü
barmaqları ilə məni yanıyaraq, acıqlı-acıqlı baxırdı:
- Kimi aldadırsan? Onu bil ki, qabağındakı bəbə deyil ha! Sən oxuyanı
mən toxumuşam...
Mübahisəmiz dərinləşirdi. O dediyini mən anlamırdım. Mən deyəni o
anlamaq istəmirdi. "Mən siz ilə ciddi danışımaq istəyirəm" - deyə şəhər
bağına doğru addımlayırdı.
Bağ müsaid idi. Heç olmasa bu biabırçılığı tanış-biliş eşitməsin - deyə
xəlvətə çəkilib, məsələni aydın etmək lazım idi. Bağa girdik. Günortanın
istisi ağacların arasına dolmuş, havanı ağırlaşdırmışdı. Qarğalar qoca
çinarların başında çırpınır, böcəklər kölgəliklərə dolub səslənirdi. Bağın bir
bucağında yaşıllıqda oturduq, heç kəs yox idi. Bu sakitlikdə Səadət xanımın
təhqirləri mənə o qədər də acı gəlməzdi; çünki özümdən başqa eşidən
yoxdu.
Mən bir az özümə toxtaq verdim. Bir sual hazırladım. "Açıq de görüm
mən sənə nə yazmışam, məni nə haqq ilə təhqir edirsən?"
Mən bu sualı yoğurub, xamır kündəsi kimi hazır etmişdim ki, bir də
gördüm Səadət xanım məni qucaqladı.
- Ox... Ay allah... Bu ki uşaqdır. Qadası... Ölürəm səndən ötrü...
Mən falçı qadının əlində çapalayan göyərçin kimi çırpınırdım.
Özümü onun zorba qollarından güclə çıxartdım.
Bu, təhqirin son dərəcəsi idi. O mənə murdar bir cənazə kimi göründü,
üz-gözümdən nifrət yağdı. Mən bu canlı meyitin əlindən tezliklə qurtarmaq
istədim. O, şişman bədəni ilə böyrümdən sallanaraq dişini ağardırdı.
- Səndə eşq yoxdurmu?.. Ruhun hanı?..
Mən qolumu dartıb onun əlindən çıxaranda bərk bir qışqırtı eşitdim. O
üzərinə isti su atılmış donuz kimi çığırıb, yerə yıxıldı, çapaladı... Adamlar
töküldülər. Bağın qabağında su satanlar, dondurma yeyən xanımlar, uşaqlar,
yoldan ötən qulluqçular gəldilər. Mən qaçmaq istədim. Bir də fikirləşdim:
"Yəqin deyəcəklər bu qadına nə etmişsə, qorxudan qaçır". Dayandım. Nə
edəcəyimi bilmirdim.
26
Səadət xanım lap arxayınca yerə sərilmişdi. Kimi əlini başına qoyur,
kimi qılçasını ovurdu. Dondurmaçı çömbəlib qışqırırdı:
- Ədə, su gətir!
- Doldur ver bəri!
Mən istəsəm də kənar dura bilməzdim; adamlar onu mənimlə
görmüşdülər. "Aparın dincəlsin", "istidəndir, soyuq suda çimizdirin" deyə
xeyirli məsləhətlər verirdilər. Bu sözlər məni daha da əsəbiləşdirdi.
Qolundan tutub silkələdim. Gözlərini açıb üzümə baxdı. Durdu. Getmək
istəyirdi. Əlimi qoluna atanda ağırlığını mən tərəfə saldı. Mən qolunu
buraxmaq istəyirdim, qorxurdum yıxıla, qucaqlamaq məcburiyyətində olam.
* * *
Bir müddət gözümə yuxu getmədi. Səadət xanımın qorxusundan ürəyim
döyünürdü. Hətta yuxuma girirdi. Dönə-dönə məni qara basırdı. Bu
əhvalatın, sevgilimin qulağına çatmasından qorxurdum. Məni belə bir
qadınla görənlər nə deyəcəklər?
Şəhərə çıxanda dostlar mənə mübarək badlıq edirdilər.
- Mübarək olsun!
-Nə?
- Necə nə? Lotu, toy edirsən, bəs bizi niyə yaddan çıxarırsan?
- Mən and içirəm ki, boş sözdür. Elə bir şey mənim xəyalımdan da keçə
bilməz...
Onları inandırmaq çətindir.
- Ay zalım, deyirlər, müvəqqətidir. Beş günlük kefini sürürsən.
Daha niyə utanırsan? Səadət xanım da bir xanımdır... Allah tükü sanı
xeyir versin!.. Dul olanda nə olar?
Səadət xanım, elə bil, qapı-qapı mənim tanışlarımı gəzib,
muştuluqlamışdı ki, "biz evlənirik".
3
Rayonda ağır işdən sonra mərkəzə qayıdanda ləzzət verir.
Cavan oğlansan. Yağmurlu havalardan, yalnızlıqdan qəlbin qaradır.
"O"nu xatırlayırsan. Maşına oturub bir günlüyə də olsa, görüşmək üçün
özünü Bakıya salmaq istəyirsən.
27
İdarəyə gəlib, icazə istəyirsən. Müdir ərizənə baxır, üzünə baxır, başını
tovlayır:
- Heç utanırsan?
Kor-peşman qayıdırsan. Yəqindir ki, işini bitirməmiş Bakıya gedə
bilməyəcəksən. Bir var ki, təşkilatı-zadı saymayıb, oğurluqca gedəsən.
Onda da addımbaşı "töhmət" gəlir durur göz qabağında. Xalq Bakıya düşüb,
mərkəz havası udanda, sən də dalınca gələn "töhmətin" qorxusundan sərinsərin
tər gətirirsən.
Əlac ona qalır ki, işini qurtarıb alnıaçıq üzüağ müdirin yanına gedəsən.
Belədə müdir əlini sıxır:
- Hə, kişi oğlu, keflər lap sazdır ki?
İcazə üçün ərizəni vərirsən. Gülür. Barmaqları ilə işarə edir:
- Üç gün!
Bu da bəsdir. Ərizəni geri alırsan. Kənarında qırmızı xətt ilə yazılmışdır:
"Buraxılsın".
* * *
Bakıya çatan kimi hamama qaçdım. Xüsusi təchizat mağazasından
aldığım "şəhər" paltarını geydim. Yöndəmə düşdükdən sonra universitetə
getdim.
Nə aləm, nə qiyamət ilə "onunla" görüşdük (Bu görüş barədə bir səhifə
ötürürəm, özünüz təsəvvür edin). Onu qoltuğuma alıb kinoya qaçdım.
"Proletar" kinosu, "Yad qadın" fılmi.
Salonda iynə salmağa yer yoxdu. Salon qaraldı, səhnənin divarı ağardı.
Ekran harada isə daha böyük şəhərlərdən birində olan əhvalatı çəkib gətirir,
bizə göstərirdi.
Mərkəz şəhəri, çoxmərtəbəli möhtəşəm binaları, uzun və böyük küçələri,
universal mağazaları, qarınca kimi görünən avtomobilləri, maşın kimi
fırlanan milisləri, səliqə ilə yazılmış lövhələri, qaynaşan adamları, çiçək
bağları, qəşəng xanımları, gümüş fəvvarələri, tunc üfüqləri ilə gəlib
gözümüzün qarşısından keçdi.
Bunların hamısı bizi - iki sirdaşı o qədər məşğul etmişdi ki, məhəbbət
söhbətlərini unutmuşduq.
Elektrik lampaları yandı. Qabaq cərgədən bir yastısifət qadının geri
baxdığını gördüm.
28
Sevgilim pıçıldadı:
- O kimdisə bayaqdan sənə baxır.
Mən bir də baxdım. Boyalı, şişman bir qadın idi. Sifəti tanış gəldi. İxtiyarsız
Səadət xanımı xatırladım, qızarıb, üzümü geri çevirdim. Çox keçmədi, onu
gördüm ki, bir əl mənim yaxama bənd oldu:
- Vicdansız, məni hamilə qoyub hara qaçırsan, fahişələr ilə gəzirsən?
Vicdansız! Cavab ver! Vicdansız!
O, ağır, murdar əli ilə məni şillələmək istədi. Mən onu itələdim.
- Vay, - deyə elə qışqırdı ki, camaat biz tərəfə axışdı. Ayaq səsləri ordu
hücumunu andırdı. Qadın məndən əl çəkmək istəmirdi. Adamlar onu
qaldırdılar. Kənar elədilər. Sevgilimin qolundan yapışmaq istərkən,
qoymadı, özü mənim qoluma girdi. Adamlardan aralandıq. O dayandı. Bir
üzümə baxdı. Mən açıb hamısını söyləmək istərkən, əlimi sıxdı:
- Xudahafiz!
Mən onun dalınca yüyürdüm, qolundan yapışdım, buraxmaq istəmədim.
Gözlərimdən iki damla yaş düşdü. Sevgilim biləyimdən bir yumruq vurdu:
- Əl çək!
Bu cavab bir zərbə kimi başıma dəydi. Qaranlıqda səndələyib qaldım. O
getdikcə gedirdi. Qara, toppuz kimi dolu saçlarını kürəyinə atıb
addımlayırdı. Uzaqda, səkiləri gümüşlə suvanan yerdə gözümdən itdi. O
gedən getdi...
1932
TƏZƏ TOYUN NƏZAKƏT QAYDALARI
Qardaşlığım kooperativdə işləyirdi.
Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi,
görüşə bilmirdik. Bu axşam ona rast gəldim.
- Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah
Bəhlulun toyudur, gələrsən.
Mən boyun qaçırtdım:
- Vacib işim olacaqdır, - dedim.
- İstirahət günüdür, - dedi, - kimə yalan satırsan? İş-zad bilmirəm,
gələcəksən, vəssalam!
29
Mən ona bibi deyirdim.
- Sözün açığı, bibi, mən təzə toy-zad görməmişəm. Qaydasını da
bilmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur.
Bibi barmaqları ilə ağzımı yumdu:
- Kiri, kiri! Dünya gör-götürdür. Gəl otur, öyrən. Bəhlul da kənd
uşağı deyilmi? O da sənin kimi utancaq, mağmunun biri idi. Getdi, gəldi,
girdi, çıxdı. Maşallah olsun, indi nitq deyir. Belə bir gün sənin üçün də var.
Sabah-biri gün, allah qoysa, sən də bir halal süd əmmiş tapıb evlənəcəksən.
Xeyir işin olmayacaqmı, tifil!
Bibimin sözündən çıxmağa qorxurdum. Səhər qalxıb, şalvarı döşəyimin
altından çəkdim, geyindim. Məktəb yoldaşımın saroçkasını aldım. Gümüş
zaponka axtardım. Uşaqlar toya getdiyimi bildilər. "Bəxtəvər", - deyə hərəsi
bir tərəfdən köməkləşib, məni yar-yaraşığa salmağa çalışdılar. Tamamkamal
toy adamı kimi yola düşdüm.
Saat yeddidə qardaşlığımgilə çatdım. Vurhavurnan hazırlıq gedirdi.
Qazan altına odun qoyan kim, daşıyan kim, düyü arıdan, toyuq yolan,
taqhataq qənd doğrayan kim... Bibi məni öz otağına çağırdı. Bəy hamamdan
qayıtmamışdı. Onun üçün təzə çay dəmləmək istəyirdilər, kim isə limon
doğrayırdı. Bibi dedi:
- Sağdış, soldışla gələcək!
Bibinin xoşuna gəlmədim. Bəhlulun boyun şallarından birini boynuma elə
asdı ki, saçaqları at yalı kimi döşümü örtdü. Çəkməmi çəkib ayağımdan
çıxartdı. Bir cüt haşiyəli ipək corab geyindirdi. Belimə sümüklü toqqa
bağladı. Bir dəmir qarmaqlı qələm gətirib, döş cibimə keçirtdi, üçbucaq
şəklində bükülmüş ipək dəsmalı elə qoydu ki, bir küncü göründü. Şalımın
saçaqlarını daradı, yaylığın yanlarından salladı. Güzgüyə baxanda mənə elə
gəldi ki, bir boyalı qadın tellərini ayırıb, döşümdə oturmuşdur. Bunları
gördükcə mən heyrətimdənmi, xəcalətimdənmi dinmirdim. "Adımı oxumuş
qoymuşam, bibi məndən çox bilir", - deyə düşündüm. Bibi bununla
kifayətlənmədi. Hamı eşiyə çıxandan sonra yammda oturdu. Zərli balınclara
söykənib dedi:
- Tifil, yazıq bala, nə görmüsən dünyada! Kitablar ağzının dadını
aparıb. Quruyub, saqqıza dönmüsən. Buna görə deyirəm ki, gəl, get!
Bizdə kefin açılar...
Bibim hər cümləni başlayanda dirsəyimə, bitirəndə dizimə vururdu.
- Di qulaq as! Hə, indi toydur. Beş adam içinə çıxacaqsan. Təzə toydur.
Başa düş necədir! - O təzə toyun nəzakət qaydalarını bir-bir
30
saydı: birinci - əsnəmək, hıçqırmaq, öskürmək, asqırmaq, gərnəşmək
qadağandır; ikinci - ədəbli otur, çay içəndə marçıldatma, xörəyin yağı
dodağında işıldamasın, gül, amma qaqqıldama, yumşaqca irişdin, bəsdir,
danış, ancaq qışqırma, dodaqaltı mızıldandın, kifayətdir, elə danış ki,
hamıya, hər şeyə, hər vaxta aid olsun; üçüncü - hamı ilə görüş, tanış ol,
öpüşmək də olar, o da üzdən yox, dodaqdan; dördüncü - stəkanı nəlbəkiyə
yavaş qoy, rumkanı iki barmağınla tut, qaşığı ehmallı tərpət; beşinci - qabını
siyirmə, süfrəni batırma, stulu cırıldatma, burnuna əl vurma, qaşınma,
qurcuxma; altıncı - yaxanı bağla, başını aç!..
Bibinin sözünü yarımçıq qoyub qalxdım. Boyun şalımı açıb, qayıtmaq
istədim:
- Hələ ki, xudahafız! Qolumdan tutdu:
- Dayan bir, hara durursan?
- Bibi, sən oğlunun əziz canı, sən vicdanın, məni burax! Mən
bacarmayacağam. Razı olma ki... yuxum da gəlir. Sabaha dərsim var.
Qoy gedim. Yemişcə varam. Mübarək olsun! Neçə belə toylar...
Səsimə o biri evdən gəldilər. Qollarımdan dartıb oturtdular. Mən qorxu,
iztirabla təzə toyun başlanmasını gözləyirdim. Yalvardım ki:
- Camaat yığılmamış məni zala apar. Adamlar gələndən sonra nə lazım,
utanıram...
- Bala, yoxsulluğun üzü qara olsun! Xanımnənəgilin zalını bu günlüyə
borc almışıq. Kişilər hələ çaylarını yığışdırmayıblar. Bir az da dur. Səni
içəri aparmaq, bax, bibinin bu boynuna!
Bəy hamamdan qayıtdı. Pörtmüşdü, üzünün əti sallanmışdı. Qaş-qabağı
yernən gedirdi. Ömründə gülüşlə işıqlanmamış kimi görünən tutqun sifəti
bir az da enlənmişdi. Şəkil kimi susub dururdu. Sağdışı, soldışı ona baxıb,
guya göz qırpımından nə dediyini anlayır və anladırdılar.
Onlara çay verdilər. Bəy üst dodağını balıq əti kimi nəlbəkiyə saldı, çayı
isti-isti hortuldatdı. Bibinin qulağına pıçıldadım:
- Deyəsən, Bəhlul da bilmir.
O mənə cavab vermədi.
Mən təkrar etdim:
- Qaydaları deyirəm ey... Bəhlul dodağını marçıldadır, ona göz elə!
- Balası, - dedi, bura toy deyil ki! Öz aramızda eybi yoxdur.
31
* * *
Mən çox utanırdım: bir küncdə oturmuşdum. Qonaqlar bir-bir gəlirdilər.
Addım səsi eşidən kimi ürəyim döyünürdü. Təzə toyun nəzakət qaydalarını
yadıma salırdım. Elə bil bibim qabağımda və ya çiynimdə oturub, qulağıma
pıçıldayırdı: "Belə otur, elə otur!"
Qonaqlar içəri girməmiş mən əllərimi görüşməyə, salamlaşmağa
hazırladım. Bibimdən öyrəndiklərimi ürəyimdə əzbərlədim.
Qonaqlar zaldakılarla görüşüb əyləşdilər. Uşaq, dəlləkdən qorxan kimi
mən də qonaqlardan çəkinirdim. Onlar mənə tərəf gələndə mən də özözümə:
"Gözlə ki, nəzakət qaydaları pozulmasın", - deyirdim. Ancaq
görüşəndə ayağa qalxıb-qalxmamağın mənasını bilmirdim. Bibim mənə
öyrətməmişdi. Başqalarına baxırdım: qalxan da olurdu, oturduğu yerdə əlini
uzadıb görüşən də olurdu. Quşbaxışı bu adamları müqayisə etdim. Mənə elə
gəldi ki, ayağa qalxıb görüşənlər daha mötəbər adama oxşayırlar. Onları
təqlid edib qalxdım. Bir xanımın yumşaq, üzüklü və ağ əlini ovcuma alıb
sıxdım.
- Çox xoş gördük! Təbiət sizdən razı olsun! - dedim.
Bəy içəri girdi. Adamlar bir-birinə dəydi. Yuxarı başda üç nəfərlik yer
hazırlamaq istəyirdilər. Bibim kəlağayısını yellədərək gəldi, onları geri
çağırdı:
- Mən nə vaxt desəm, onda!..
Hazırlanan yerlərdə çalğıçılar oturdular. Dəm tutdular, nə tutdular! Sarı,
buxara papaqlı birisi tarı bağrına basıb, özündən getdi. Qaval yox idi.
Başıaçıq, boynu şallı, pencəyi çox gödək, qulaqları dik bir oğlan şaxsey
dəfıni dizləri arasına alıb mal döyəcləyən kimi döyürdü. Birisi də klarnet
üfürürdü. Onun nəfəs almadan iki saat üfürməsinə hamı mat qalmışdı.
Müğənni özündən getmişdi. Pəncərələrdən küçəyə segah tökülürdü. "Can,
ay atam balası, can!" - deyən səslər ucalırdı. "Atam balası" elə bərk döyürdü
ki, adamın dümbəyə rəhmi gəlirdi.
Stolun yanları adamla doldu. Mən tanıdığım bir nəfər də yox idi. Ona
görə bir küncdə qəribsəyirdim. Nəzakət qaydalarından qorxduğum üçün
yanımdakıları dindirməyə də cəsarət etmirdim. Bir də gördüm bəy iri
addımlarla otağı ölçüb, yuxarı başa keçdi. Keçdi, nə keçdi! Üç nəfər ayağa
qalxdı. Sağdışa, soldışa da yer elədilər. Bəy yenicə oturmuşdu ki:
32
- Xankişi! - deyə səsləndi:
Tədarük otağından oğru pişik kimi ağzını təmizləyə-təmizləyə başıaçıq,
uzunçənə kişi gəldi (toyda başıaçıq adam bir o idi, bir də mən). Bəy ona əmr
ilə tapşırdı:
- Yoldaşlar məclisi sənə həvalə edirlər. İşə başla!
- Baş üstə, ay bəy! Mənim kor gözüm üstə! - deyən Xankişi əllərini
ətəyinə silib, ətrafa göz gəzdirdi. - Hə... niyə danışmırsınız? Yoldaşlar,
domino oynayan var, desin. Kart kimin meyli çəkir? Muşqulat eləyək.
Təvəqqe eləyirəm, çalanlar yorulanda qrammofonu oxudasınız.
Bibim o biri evdən dilləndi:
- Oynamaq olsun, Xankişi! Oynat!
Adamlar güldülər.
Xankişi irişə-irişə cavab verdi:
- Nə deyirik! Sahibkar deyir, gərək ola da! Başlayaq oynamağa!
Bəy əlini stula vurub, Xankişiyə acıqlandı:
- Bu nə mövhumatdı eləyirsiniz? Niyə bəs arvadlar bir yanda oturub,
kişilər o biri yanda? Bu saat qatma-qarışıq lazımdır. Məhv olsun köhnə
qaydalar!
Bəyin sözünü şarpaşarp alqışladılar. Xankişi stullara əl gəzdirməyə
başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə arvad var idi ki,
ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı.
Utancaqlığından tək qalan mən oldum. Xankişi düzdüyü adamlara baxıb,
əlini əlinə çırpır, nəşələnirdi:
- Bax, belə ha! Mədəni budur ha!
Onun gözü güldü, məni işarə ilə hamıya göstərdi.
- Binəvaya baxın! Yazıq tək-tənha qalıb!..
Adamlar gülüşdülər. Mən tərlədim. Bibim içəridən səsləndi:
- Onun yanında özüm oturacağam!
Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif paltar geymiş
qadınların qulağında sırğalar, par-par parıldayırdı. Sanki onlar satılmaq
üçün düzülmüşdü.
Kişilərin burnu, qadınların barmaqları işıldayırdı. Qadınların üzü,
kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı... Otağın
havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbə-rəng insanların
əlvan paltarına bəstələnmiş havalar səpirdi. Özündən gedən müğənnidən
gözlənilmədən "Xoruz mahnısı" yüksəldi:
33
Mənim toyuğum çil-çil idi,
Qanadları pil-pil idi.
Toyuq deyil, bülbül idi;
Səni yanasan, toyuq tutan,
Odlanasan, toyuq tutan!
Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Yanındakılar pıçıldaşırdı ki,
"21-də kassirşadır". Kassirşa doğrudan qəşəng oynadı. Hər ləngərində bir
gəminin qərq olmaq təhlükəsi hiss olunurdu. Döşəmənin taxtaları cırıldayır,
şüşələr tərpənir, kənardakı stol titrəyirdi. Musiqi coşanda qadın kələfçəni
düyün saldı. Nə etdiyini özü də bilmir, atılıb-düşürdü. Bunların hamısı təzə
toyun nəzakət qaydalarını pozurdu. Bibimin içəridən qışqırığı bu arvadın
rəqsini yarımçıq saxlayacağını güman edirdim. Olmadı. O, hərdən böyrünə
biz soxulan fil kimi göyə atılırdı. Hamı baş-gözünü qorumağa
başladığından, əl çalan yox idi.
Bundan sonrä sanki onun tamam əksinə, qəsdən bir arıq hörümçəyi
aralığa saldılar. Atlas paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları
mötərizə, burnu sual işarəsinə oxşayırdı. Yerindən qalxan kimi çapalamağa
başladı. Onun sürətli, qarışıq hərəkətləri can verən məxluqu andırırdı. Sanki
quruya düşmüş balıq özünü yerdən-yerə çırpırdı. Bir az çapaladıqdan sonra
stuluna yapışıb qaldı. Sinəsi qalxıb-düşür, nəfəsini dərirdi. Bu da təzə
kassirşa imiş!.. Ona macal vermədən qara krepdeşindən çarlston paltar
geymiş, pəhləvan kimi enlikürək bir qadın aralığa çıxdı.
Xankişi səsləndi:
- Yoldaş yoldaşı ilə oynasın!
Yuxarı başda müştükdə papiros çəkən və yaxalığı yanakı əyilmiş bir kişi
irəli çıxdı. Qaraquş kimi qanad gərib, arvadına kölgə salmağa, dolanbacı
getməyə başladı. Qadın isə irişdiyindən dodağı sallanmışdı. Əri fırlanırdı,
qadın durduğu yerdə qarmon kimi büzülüb-açılırdı.
Bunlardan sonra çıxan qadınların çoxu durduğu yerdə qanad çalır, sağasola
dönürdülər. Yalnız bir nəfər (o da deyilənə görə gəlinin qohumu imiş),
gözəl oynaması ilə hətta çalğıçıların da heyrətinə səbəb oldu. Qız al geyimi
ilə şəfəq kimi parlayır, xumar gözlər kimi süzülüb gedirdi.
Çaylar içildi. Xörək gəldi. Plov nə plov! Buludlar qarlı dağlar kimi
ucalmışdı. Camaat xörəyə girişdi. Evdə qulaq batıran bir marçıltı qopdu. Bir
dəqiqədə məlum oldu ki, nə aş çatır, nə də qara.
34
Xankişi ürək verib dedi:
- Nə qədər kefinizdi yeyin, qorxmayın, xörək tapılar!
Məni fıkir götürmüşdü. Marçıltıya, işıldayan dodaqlara, ağ boş-qablara
uzanan qara biləklərə baxdıqca, yanımda oturan bibimə işarə edirdim:
- Ay bibi, toyun nəzakət qaydaları, deyəsən, bir balaca... Onun ağzı dolu
olduğundan dillənmir, yalnız qaşlarını çatıb:
- Yox, - deyirdi.
Çay stəkanları paylandı. Xankişi bir-bir stəkanları şərabla doldurdu.
Yuxarı başdan kassirşa ehmallıca baş qaldırdı.
- Yoldaşlar, - dedi, - xahiş eləyirəm ki, biz xoşbəxt olmuşuq. Bəy
yoldaş, yəni Bəhlul, bizim 21 nömrənin işçilərindən olmağına görə bu
bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, içilsin!..
Xankişi qışqırdı:
- Əl saxla!
Hamı qapı tərəfə baxdı. Naşı bəzənmiş, yaşlı bir qadın içəri girdi.
Xankişi təqdim etdi:
- Qız anası!
O saat nidalar ucaldı:
- Yaşasın bəyimizin qayınanası!
- Təbiətin gizli qüvvələri mübarək eləsin!
- Təbiət hamıya qayınana yetirsin!
Qayınananı bəyin yanına keçirtdilər. Bibim camaatın hörmətinə cavab
verdi:
- Təbiətin gizli qüvvələri sizə də qismət eləsin! Sizdən razı olsun!..
Stəkanlar dolur, boşalır, sağlığa içilirdi. Eşitməli sözlər danışılırdı Bəy
danışanda hamı diqqətlə dinlədi. O deyirdi:
- Deməsinlər ki, Bəhluldur. Onverset qurtarsam da... elə bir şeyəm. O
daxıl ki, var ha... Buradakıların çoxu həmkarımızdır, başa düşər. O daxıl elə
şeydir ki, onverset ondan baş açmaz. Elə onverseti də oradan götürüblər.
Görmürsünüz student gəlir, bizə baxıb öyrənir?
Mən deyirəm, o daxılın sağlığına içək ki, (bəy əlindəki stəkanı
lampoçkaya qədər qaldırdı) bunu bizə yetirən odur. Bunsuz dünya bərqərar
olmaz. Jiznimdə belə ləzzətli şey görməmişəm. İçək bunu daxılın sağlığına!
35
Stəkanlar döyüşdü, şaqhaşaq göyə çıxdı. Bəyin stəkanı qayınananın boş
stəkanına dəyəndə, bəy boynunu əyib, geri çəkildi: Bu olmadı! Xankişi! Bu
arvada nəsihət ver! Kim isə dilləndi:
- Ədə, dalaşarsız!
Xankişi qayınananın stəkanını doldurdu:
- Kim içməsə, yaxasına tökəcəyik.
- Təklif var: öpüşsünlər...
- Ədə, gəlin ilə öpüşərlər, o ki burada yoxdur.
- Yox, öpüşsünlər...
Xankişi qayınananı qucağına götürüb, Bəhlula tərəf qaldırdı. Bəhlul bir
öpüş götürüb, şərabı başına çəkdi. Qadın qızarıb, yerində oturdu, qızın
dayısı acıq eləyib getdi. Bəhlul bunu eşidən kimi hirsləndi:
- Kim məni istəmir, gedə bilər!
Başlar xörəyə tərəf endi. Qaşıqlar şaqqıldadı. Birdən Xankişinin səsi
gəldi:
- Kim oğurladı?
-Nəyi?
- Kim götürdü?
- Nədir itən?
- Mənim qaramı sən yemisən?
Stəkan Xankişinin kəlləsində çilik-çilik oldu. Şərab şüşəsi bufetə dəydi.
Şüşələr töküldü. Mürəbbə bankasının böyrü deşildi. Mürəbbə axdı, töküldü.
Qayınana təşvişə düşdü:
- Batdı, batdı! - deyə yeznəsinin ətəyini çəkdi.
Dava qızışdı. Məclis parçalandı, cəbhələr ayrıldı. Bibim özünü aralığa
atdı. Qışqırırdı. Mən qulağına pıçıldadım:
- Deyəsən, nəzakət qaydalarını, bir balaca...
Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım. Batinkaları,
toqqanı atdım. Öz tələbə paltarımı geyinib, çıxmaq istədim. Bibimin ovqatı
təlx olsa da, soruşdum:
- Bağışla, bir dəfə əsnədiyim üçün üzr istəyirəm. Təzə toyun nəzakət
qaydalarını pozdum...
Bibim məni bərk-bərk tutub buraxmadı. Hamı dağıldı. Biz o biri otağa
keçdik.
36
Bibim pəncərələrdən qoltuqlayıb aralığa şey tökürdü: konfet qutuları,
tort, marmelad...
Mən elə bildim ki, bunları öz aramızda yeməyə saxlamışlar. Bir konfet
götürmək istədim. Bibim biləyimdən tutub çəkdi. Corab, şal, kağız, gül
dəstəsi, gümüş qaşıqlar, duxi, pudraqabı, krepdeşin, qənd-qabı, bəzək
qutusu, dəsmal, yaxalıq, düymə... Bir sözlə, elə bil 22 nömrəli mağaza
açıldı.
Mən gözləyirdim. Bibim səliqə ilə şeylərin qulağından tutub deyirdi:
- Bu şalı Məmmə_____din arvadı gətirib. Altı dənə qaşıq, isbatlı şeydir,
Minaxanım alıb. Bəzək qutusu, əcəbdir! Kişinin adına layiq, Məşədi Rəhimi
deyirəm ey!
Bibim sovqatı əlində saxlayır, bəyin fıkrini bildikdən sonra kənara
qoyurdu. Bəy əvvəl mülayim görünür və deyirdi:
- Xub... Pis deyil... - Sonra: - Zarafat deyil! Ərinə çörək ağacı
düzəltmişəm, hələ o çoxdur? Öt!
Bibim bir kağız gül göstərdi:
- Bu da, - dedi, - dostun Əyyubgildəndir.
Bəy mızıldandı:
- Elə dostu qəbirə qoyum! Heç utanmır da!
Bibim bir cüt corabı göstərdi:
- Bunu Həmzət gətirib.
-Kim?
- Mirsaadın arvadı, Həmzət!
- Çox qələt eləyib, gətirib! Sən də çox qələt eləyib almısan! Məni
ələ salıb, ya özünü? Qızı küçükləyəndə mən onu adam bilib, subaylığım ilə
qırx manat xərcə düşdüm. İndi mənim əziz günümdə kimə doqquzluq
qoyur? Dur apar, at üstünə, gəl! Hələ o qədər ac qalmamışıq. İt uşağı!
Corab! Özü də nə corab!
Mən bunları görəndə bildim ki, qardaşlığım məni niyə danışdırmır.
Toyun nəzakət qaydasını hamıdan bərk pozan mən idim ki, heç nə
gətirməmişdim. Döyülməyimdən qorxdum. Həyətə çıxmaq bəhanəsi ilə
gecə vaxtı birbaş Ermənikəndə, yataqxanaya götürüldüm. Odur-budur, belə
yerlərə getmirəm. Bir də mən təzə toya gedim! Ay tövbə!
1934
37
BOSTAN OĞRUSU
1
Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi.
Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü
görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə
seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.
- İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından
qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru
otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq
üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə
yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa,
işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı
dəyənək!"
Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən,
haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb,
qulaqlarını şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə gəldi ki, "kişi
pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu
fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi.
Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan
şeyin kərtənkələ olduğuna inandı.
Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız
olmuşdu.
Durmuş dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə
Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi şirincə yuxuda xoruldayırdı.
Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!"
div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş
açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə
bilərdi.
Durmuş özünü tənəklərin arasına verdi...
Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda,
yumrugilə, ağ, şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur,
çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı
tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz alaqora
vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım
da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi.
38
- Canım, - dedi, - belə şey olmaz axı, görüm bu zəhrimara dadanan
kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm...
Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının
axırlarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə də
yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti
torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını
ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz
zərrələrini, sabahın ilhamlı təranələrini sorub salxımlara və şəffaf gilələrə
doldurur. Yarpaqlar yaşıl ətəkləri ilə salxımları örtüb bəsləyir. Salxımlar isə,
pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır
və bəlkə də yoldan ötənlərə zavalına gəlir...
Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi keçir,
ürəyə axır, gözə işıq, dizə taqət verir. Tənəklərdən sallanan salxım deyil,
onluq çervonlardır.
Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə
sataşdımı, deyəcəklər: "Vinoqrad davay!" Belə olanda hansı axmaq güzəştə
gedər? Mən də deyəcəyəm: "Kilosuna ədin çervon davay!"
Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdığın başına gəlməmişdi. "ürəkdən
ürəyə yol var" deyərlər. Bunları Durmuş da yaxşıca kəlləsinə vurmuşdu.
Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları
şirin yuxusundan oyadan və yoluşduran Durmuş da hər salxımdan "bir
çervon" gözləyirdi. Fikirləşdi ki: "Atadan mənə biri çatı da düşmədi,
boğazıma salım. Böyük qardaş (Kərbəlayı Tapdıq) mənə kəbin kəsdi,
hamısını içəri ötürdü, məni məğmun elədi. Qapısında bir donuzu əskikdir.
Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?"
2
Durmuş "işini" görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə
də ağzına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan
vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə xəlvət görüşündə
nişanlısından aldığı "haram öpüş" kimi ləzzətli idi.
Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə
Durmuş yatağına girdi.
39
Kərbəlayı Tapdığı elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq
idi. Nağıllarda söylənən tilsimli gecələr Tapdığın yadına düşdü. Göyə baxdı.
Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: "Nə ola, bu qızıllar
göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı
başıma basıb, bir yüzcə dənə yığsaydım, bir təhər olardım. Şəhərin
göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə
on beş-iyirmi min manatlıq təkcə "Təbriz üzümü" satardım. Onda Durmuş
da paxıllığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!.."
Kərbəlayı Tapdıq bu dadlı xəyalını udmamışdı ki, nökər qulağına
pıçıldadı:
- Vaxtdır! Vaxt keçir!
O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: "Sən o yandan gəl!"
Özü ağaxların arasından dərəyə endi. Durmuşun bostanına keçdi.
Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrılanda
nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı;
şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.
Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə,
Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası
başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü
təsdiqlədi. Durmuşun üstünə qışqırdı:
- Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır!
Durmuş başını aşağı salıb dedi:
- Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar,
mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!..
Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin
torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı.
Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib,
çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı
Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları
saçaq kimi sallanıb sıxlaşırdı.
Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq
fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu
gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..."
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa
çalışırdı.
40
Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər
kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri
belləmişdi. İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın
xeyrindən "feyziyab" olmaq iştahasında idi".
Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin.
Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyün oğlan kimi köks
gərib, qol-qanad açmışdı.
Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana
qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və şax yarpaqları,
başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi.
Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu
ağaran qabarıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardı ki, yupyumru
şamama kimi...
Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi:
- Çırpışdır! Nə durmusan?
Çopur, ağır və böyük yemişlərə əl dəyən kimi tağdan üzülürdü. Bəzi
yemişləri tağdan üzmək çətin idi. Toy və bəylik günləri Tapdığın gözü
önünə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi.
Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cırılan yemiş!
Tapdıq dayaz ləklərdə sürünə-sürünə yemişləri seçib dərir, nökər isə
kisəyə yığıb, dərəyə endirirdi. Çox çəkmədi tağlar boşaldı, kisələr doldu.
Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər.
3
Səhər açılmış, gün xeyli qalxmışdı. Hər gün dan üzü yuxudan duran
qardaşların heç biri yatağından qalxmaq istəmirdi. Azar dəymiş kimi,
yataqda o yan-bu yana çevrilirdilər. Hətta Kərbəlayı Tapdığın yatağını gün
döyürdü. Dözmək mümkün deyildi. Yerini divarın dibinə çəkdi, başını yerə
qoydu, gözünü yumdu, qulağını bostana tərəf şəklədi. Ona elə gəlirdi ki, bu
saat Durmuşun hay-küyü qopacaq. "Qoy gəlib məni yatan görsün".
Durmuş da qalxmır, gözləyirdi ki, Tapdıq "üzümlərim vay!" - deyəndə,
gümanı bu tərəfə gəlməsin. Gəlsin məni yatağımda görsün. Mən də
yuxudan indicə oyanmış kimi, gözümü ovuşdura-ovuşdura qalxım,
heyrətdə qalım..."
41
- Nə olub, dadaş, nə xəbərdir? - deyə o, yoldan ötənlərə baxmaq üçün
yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə
şübhəsi artdı. Yerindən sıçradı. Şalvarı dizinə çəkib yüyürdü.
Yanılmırdı, bellədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər
ələk-vələk edilmişdi. Tağlar güllələnmiş igid kimi üzü üstə sərilmişdi.
Gözünə inanmadı. Bir də yoxladı, əli ilə tağları çevirdi, ayağı ilə torpağı
eşələdi. Onun arasına baxdı.
- Yox, - dedi, - bostanı pozublar!
Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçdı. Orada gülə-gülə araba
sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni
görmədi. Qayıtdı. Tapdığa xəbər vermək üçün ləkin qırağında səsləndi:
- Dadaş, ay Kərbəlayı dadaş, hey!..
Onun səsini eşidən kimi Tapdığın dodaqlarında təbəssüm oynadı: "Hə, -
dedi, - dostumun canına isti keçir ha!.. - O yenə eşitməməzliyə vurub
qalxmadı. - Qoy lap özü gəlsin, çağırsın".
Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı:
- Ay dadaş, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir!
Tapdığı bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir
göstərib, yana-yana dedi:
- Gör, bir gör! Gör namərd oğlu malımı nə günə salıb! Buna bax sən
allah! Bu tağların hər birində beş-altı yemiş var idi. Biri bir oğula dəyərdi...
Saxlamışdım el dağdan qayıdana. Vay köpək oğlu, toxumluqları da
yolubdur. Sənin atan gorbagor olsun!
Tapdıq baxırdı, özünü heyrətli göstərməyə çalışaraq dedi
- Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı!
Bostanda yatmısan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular gözdən
tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə
haram eləmişəm.
Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdığın "üzümü gücbəla
ilə saxlamışam" sözünə içində istehza ilə güldü, öz-özünə dedi: "Ay
saxladın ha!.."
Tapdıq qardaşına təsəlli vərməyə çalışdı:
- Eybi yoxdur, canın sağ olsun!..
- Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək...
42
- Eybi yoxdur. Oğru elə həmişə oğrudur. Sən yenə əkəcəksən, yemiş
yiyəsi olacaqsan. Amma oğru...
Durmuş onun cümləsini bitirməyə macal vermədi:
- Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmişəm,
əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmələyə
əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!..
Burada Kərbəlayı Tapdıq diksindi.
Bayaqdan bəri atası, anası söyülürdü. Buna dözürdü, çünki qardaşıdır,
söyürsə də, yarısı özünə gedir. Durmuş ağzını açıb, arvad söyüşü söyəndə
kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü
bulandı, bəbəklərində, deyəsən, ildırım çaxdı. Durmuş isə bir də təkrar etdi:
- Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyəsi var?!
Kərbəlayı Tapdıq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzüyuxarı
namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini
xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb
fıkirləşdi: "Yaxşı, vursam, deyəcək: "Oho! Oğru sənsən ki!.." Yox, açıb
ağartmaq lazım deyil..." Boğulmuş bir səslə dedi:
- Nə lazım yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar...
Durmuş gözünü pozulmuş ləklərdən ayırmadan bir az da hirslənib,
özündən çıxdı:
- Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da
keçərəm. Bu nə sözdür?
Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir,
onu yandırıb yaxırdı. Ayrı vaxt olsaydı, Kərbəlayı Tapdıq ölüb-öldürməklə
cavab verərdi. Amma indi vəziyyət elə idi ki, sükutdan başqa çarə yox idi.
O, üz döndərib getdi. Bağına keçdi. Ayağının altında bir salxım əzilmiş
üzüm görəndə diksindi:
- Niiih!
Elə bildi ki, kim isə üzümü dərib, bağ yiyəsini görəndə tullayıb qaçıb.
Bağın ətrafına baxa-baxa tənəklərə yaxınlaşdı. Yaxınlaşdı, nə gördü!
Tənəklər sağılmış qoyun kimi durub baxır. Yaylıq üzümü elə təmizləyiblər
ki, deyərsən günün günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də
üzüm qalmayıb. Salxımlardan qırılan gilələr ləkin içindəki çuxurlara
tökülüb. Tənəklərin yoluq yarpaqları sallanır,
43
budaqlar, soyulmuş adam kimi mat-məyus, boynu çiynində baxır,
salxımların saplaq yeri göz yaşı tökür.
Tapdıq, arxası getmiş və evi yıxılmış ata kimi halsızca diz çökdü.
Tərpənməyə taqəti qalmadı. Ağır-ağır nəfəs aldı, güclə qışqıra bildi:
- Gəlin hay, gəlin hay! Gəlin!..
4
Zərər görənlər kənd sovətinə gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı
danışdı. Katib akt yazdı və soruşdu:
- Kimə gümanınız gedir?
Durmuş Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdıq isə Danqır Abası
yazdırdı.
Katib yenə soruşdu:
- Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib? Tapdıq etimadla cavab
verdi:
- Yox, mənim bağımı ayrı adam dərib.
- Nədən bilirsən?
- Bilirəm!
- Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən?
- Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş oğurlayanın
atasına lənət!
Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın
oğlu isə bir ay imiş ki, kənddə yox imiş. İş sovetə tapşırıldı, təhqiqata
verildi.
5
Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi.
- Dur bir tez vağzala çıxaq! - dedi.
- Yorulmuşam, yenicə xırmandan gəlmişəm, qılçam gizildəyir, qoy
dincəlim, - deyə kənd sovetinin sədri cavab verdi.
- Yox, iş var, gedək!
- Mən ölüm, qoy bir nəfəsimi dərim!
- Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən.
44
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb,
çəpərdən aşıb vağzala keçdilər.
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basabasa
əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində
növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi.
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı.
Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi:
- Plaskart!
- Sürət qatarı.
- Tranzit.
- Birbaşa.
- Hara soxulursan?
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri,
çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı
yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı təmizləyən kim,
bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim...
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə
nişan verdi:
- Bax, mən ölüm, bir yaxşı bax!
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir,
göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi.
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə
dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa
səbətin ağzını bəzəyirdi.
Sədr baxdı, baxdı, yandı, töküldü:
- Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!..
- Çaqqal baş qopardır, qurdun adı bədnamdır, - deyə Qələndər onun
sözünü təsdiqlədi.
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə
səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə,
sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar
tamaşa edirdilər.
Tapdıq on iki-on üç yemiş xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü
zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb
budka tərəfə baxanda Durmuşun əlində yaylıq üzümü gördü, yerindəcə
donub qaldı.
45
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini
yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar.
Durmuş səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı
Tapdıq nökərə him elədi:
- Gəldilər..
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını
gördü. Bu, sovət sədri idi.
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi.
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər.
1935
DOSTUMUN QONAQLIĞI
TƏSADÜF
Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O,
şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq
yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə
xəbər ver!"
Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa
da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə
"bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss
etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:
- Qardaşoğluma başağrısı vermirəm ki?
- Yox, - dedim, - xoşdur, söhbətinizə qulaq asıram.
Mənim bu sözüm ona cəsarət verdi; özünə xam məclis tapmış
hoqqabazlar kimi sevinə-sevinə danışdı, böyük bir müqəddimə ilə başladı:
- Sizləri görəndə, sizin kimi irəli gedən cavanları görəndə elə bilırəm öz
oğlumu, öz kiçik qardaşımı görürəm. Qardaşoğlunun canına and olsun,
sənin canına yalandan and içmərəm, məni qəbrə öz əlinlə qoyasan, əgər
yalan deyirəmsə, sənin kimi müəllimləri görəndə ürəyım dağlar boyda
böyüyür. Çünki görürəm siz qultura barəsində, maa
46
rif barəsində, elm-ürfan barəsində doğrudan da mərhaba çalışırsınız. Halal
olsun Sovət hökumətinin sizə verdiyi çörək! Halal olsun sizə çəkilən
zəhmət!
Mirzə Qulam danışırdı. Ev yiyəsi bizi bostana, yemiş-qarpız yeməyə
çağırdı.
Mən ev yiyəsinin əkdiyi, becərib yetirdiyi dirriyə tamaşa edirdim.
Gömgöy kəvər, nanə, reyhan ləklərini, uzun yemiş tağlarını, tağlardakı
yemişləri gördükcə baxmağım gəlirdi. Mənim fikrim zəhmət sevən, səliqə
sevən təsərrüfatçı kəndlilərdə idi. Mirzə Qulam isə danışırdı. O, elmin
xeyirli şey olduğundan, oxumağın lüzumundan, özünün qocalmağına
baxmayaraq dərsə artan həvəsindən, çoxdan mənim kimi bir dost
axtarmağından deyirdi. Ev yiyəsi, görünür, onun xasiyyətini bilirdi,
səsləndi:
- Mirzə, qonağı yorma! Sənin çənənə hər adam dözə bilməz axı!
Mirzə ev yiyəsinin sözünü zarafat sayıb güldü.
- Ələkbər, - dedi, - sənin bu qonağın lap mənim ürəyimə yatan oğlanmış.
A sağ olmuş, bizi nə üçün indiyəcən tanış eləməmisən?
Söhbətimiz elə tutur ki, gəl gör!
Ev yiyəsinin başqa qonaqları da vardı. Hamı evin qabağında qoyulan və
üstünə xalça salınan taxda əyləşdi, yemişi kəsib dilimlədilər.
Qonaqlar yemiş yeyirdi. Mirzə Qulam danışırdı. Ancaq indi onun
sözünə qulaq asan azdı. Ona görə də danışanda mənim üzümə baxırdı. Mən
başımı aşağı salırdım.
Mən tələsirdim. Qalxıb gedəndə, Mirzə Qulam ev yiyəsi ilə bərabər bir
qırx-əlli addım məni poçt yoluna qədər ötürdü. Addımbaşı elmdən,
mərifətdən, səxavətdən, sədaqətdən dəm vururdu. Əlimi sıxıb ayrılanda,
söhbətinin yarımçıq qaldığına heyifsiləndi, çox xahiş etdi ki, şəhərə
gedəndə mütləq onu axtarıb tapım. Adresini də dedi. Xahiş elədi ki,
dəftərimin qulağına yazım.
- Yadımda qalar, - dedim, - arxayın olun.
Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə
unutmuşdum. 1930-cu ilin yayında təzəcə tətilə çıxmışdım. Yay maaşını da
almışdım. Cibim dolu, kefim saz idi. Gürcüstan kurortlarından birinə
istirahətə getməyə hazırlaşırdım. Şəhərə gəlmişdim. Balaca, səliqəli, sulu,
ağaclı, bağlı-bağçalı rayon şəhəri yay vaxtı yaxşı olur. Dost-aşna hər
tərəfdən məzuniyyət alıb gəlir. Yar-yoldaşla
47
görüşüb əhvallaşırsan, şəhər bağının sərin, musiqili, şənlik axşamlarında
gəzirsən...
Acmışdım, yeməkxanaya nahar etməyə gedirdim. Fikrimdə tutmuşdum
ki, gedib naharımı yeyərəm, qayıdıb mehmanxanada bir saat istirahət
edərəm, axşam geyinib-kecinib, yoldaşlarımla vədələşdiyim yerə - kluba
gederəm.
Bir ortaboylu, qarapaltar adamın qarşımda durduğunu hiss etdim: o,
dümdüz dayanmışdı, bığlarının altından yüngülcə qımışırdı, əlini də mənə
tərəf uzatmışdı.
- Xoş gördük, ay etibarsız qırışmal! - deyə dilləndi.
Mən ilk baxışımda onu tammadım. O, əlimi sıxdı, bir əli ilə də
çiynimdən tutub silkələdi və qayımdan dedi:
- Hələ elə olar... Daha Mirzə Qulam dayını tanımazsan. Böyüklüyün
xasiyyəti belədir, səndə günah yoxdur.
Adını çəkəndə, üç il bundan əvvəl kənddəki görüşümüz, Mirzə Qulamla
söhbətimiz yadıma düşdü. İstər-istəməz əhvalını soruşdum:
- Necəsiniz, kefiniz, damağınız?
Mirzə Qulam cavab vərmək əvəzinə soruşdu:
- Bəs harda düşmüşsən?
- Bu yaxında, mehmanxanada.
Bunu deyəndə Mirzə geri çəkildi, mənə bir tünd baxdı:
- Necə yəni mehmanxanada?
- Necəsiz-zadsız. Yerim də rahatdır. Mirzə bərkdən dedi:
- Bəyəm mən ölmüşəm? Bəyəm mənim evim-eşiyim yoxdur ki, gəlib
ayrı yerdə qalasan?
- Təfavütü nədir, - dedim, - ay Mirzə, bir-iki gün qalacağam. Nə eybi
var?
- Çox eybi var. Adam olana, mən öz payımı deyirəm, çox eyibdir.
Təvəqqe eləyirəm bunu mənə dedin, daha bir kəsə deməyəsən. Mən də
özümə görə bir adamam axı! Mənim də dostum var, düşmənim var. Sabah
şəhərdə biri desə ki: "Mirzə Qulamın dostu filankəs gəlib qəstində
gecələyir", onda daha mən gərək el içinə çıxmayım. Eyibdir. Boynuna al
qardaşoğlu, çox eyib iş görmüşsən. Gedək, gedək evə!
Mirzə Qulam qolumdan tutub məni evə sarı çəkəndə, dayandım.
Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək
48
yaxşı deyil. Fəlkə kasıb adamdır, niyə xərcə salım. Nə lazımdır. Bəhanə
gətirib, ayrılmaq istədim. Mirzə Qulam daha da möhkəm yapışdı:
- Bu da kənd deyil ki, söhbətimizi yarımçıq qoyasan. Bu can ölsün ki,
səni əldən buraxdı yoxdur!
O, qolumdan çəkdi; gedəsi oldum. Özüm də bərk acmışdım.
- Gəl, - dedim, - Mirzə, aşxanada nahar eləyək, söhbətə evə gedək.
Mirzə yenə üzümə tərs-tərs baxdı. Bir müddət dinmədi. Sonra başını
aşağı salıb dedi:
- Elə zarafatları bir yana qoy ki, aramız dəyər. Xarabamızda sənin
qarnını doydurmaq üçün bir tikə çörək tapılar.
Mən onun acıqlandığını görüb, bir söz demədim. Yanına düşüb getdim.
"Qoy, - dedim, - qəlbi sınmasın".
Mirzə Qulam məni bir qəssab dükanının qabağına apardı. Bığı xınalı,
dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mirzə Qulam məni ona
göstərib dedi:
- Məmmədhəsən, bizim bu oğlana bir üç-dörd kilo... - Bunu deyib Mirzə
Qulam mənə tərəf döndü. - Nə deyirsən, qardaşoğlu, dörd kilo azlıq eləməz
ki?
- Yox, - dedim, - bəs elər.
Mirzə yenə üzünü qəssaba tutdu və barmağı ilə mənə işarə elədi:
- Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver. Məmmədhəsən,
xatır üçün əməlli-başlı elə, yağlı tikəsi çox olsun, çünki bizim bu qardaşoğlu
şəhərimizdə qonaqdır...
Qəssab kənardan asılan ətləri bir-bir göstərib, məndən soruşdu:
- Bu necədir, burasmı bəyənirsinizsə, kəsim?..
Mən razılıq verdim. Qəssab əti çəkib ikiəlli tərəzidən götürdü, mənə
tərəf gəldi. Mirzə məndən soruşdu:
- Qabdan-zaddan nə təhər eliyək?
Mən əlimdə bükülmüş qəzeti verdim. O, əti qəzetə bükməkdə idi, qəssab
mənim üzümə baxırdı. Baxdı, baxdı və dedi:
- On bir, on bir, elər iyirmi iki, o da iyirmi iki, cəmisi qırx dörd manat.
Düz qırx dörd manat!
Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim. Mirzə Qulam əti götürdü.
Çıxdıq. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi:
- Kababla bürüştə lavaşın ayrı ləzzəti olur!
49
- Bəli, - dedim, - ləzzətli olar!
Mən cavabımı qurtarmamış Mirzə Qulam lavaşçıya dedi:
- Bizim bu oğlana bir beş kilo ağ lavaş ver. Bürüştə olsun... Mirzə
məndən soruşdu:
- Beş kilo azlıq eləməz ki?
- Bəsimizdir, - dedim, - neçə adamıq ki!
Söz arası "neçə adamıq", - deyə soruşmaqda mənim məqsədim vardı:
bilmək istəyirdim görüm Mirzənin daha neçə nəfər qonağı var? Mirzə buna
cavab vermədi. Lavaşı çəkdirib, qoltuğuma vurdu. Mən pulunu verdim,
qayıtdıq.
Bazarın başından ötəndə Mirzə içki dükanına girdi. Stolun dalında bir
cavan oğlan dururdu. Mirzə onunla ermənicə danışdı. Sonra məni göstərib
dedi:
- Bizim bu oğlana bir beş-altı butulka araq, çaxır ver. Lap əlasından ver,
özü də cür ver. Məclisi rəngarəng eləyən olsun...
Cavan oğlan göstərdikcə, Mirzə seçdi. Şüşələri də lavaşın üstündən
qoltuğuma yığdı. Mən içkinin də pulunu verdim. Çıxdıq. Mirzə Qulam
geriyə döndü, qolumdan çəkdi:
- Yadımızdan çıxıb, - dedi, - burada bir yaxşı qənnadı dükanı var, ətirli
konfetlərdən keçmək insafdan deyil!
Mən konfet xoşlamadığımı dedim. Mirzə başa saldı ki: "Konfeti yalxı
yeməzlər, ancaq uşaqlar elə yeyər. Amma məclisdə içki ilə, kef-damaqla
ayrı ləzzəti var! Xanımlar konfetsiz adama kəlmə verib, kəlmə almazlar!..."
Anladım ki, Mirzənin nahar üçün, deyəsən, böyük məclisi olacaqdır.
Tədarükünə mane olmaq yaxşı deyil. Konfetin də pulunu verib çıxanda,
cibimə fıkir verdim. Pulum azalmışdı. Axşam yeməyinə və
mehmanxanaçıya bir gecəlik mənzil pulu verməyə ancaq çatardı. Bir də
fıkirləşdim ki, Mirzə Qulam qanacaqlı adama oxşayır; nə bilirsən: bəlkə
mən xərclədiyim pulların hesabını saxlayır. Bəlkə evə çatan kımı ovcuma
sayacaq! Bəlkə kişi hazırlıqsız bazara çıxıbmış, məni gördü, qonaqlıq
fıkrinə düşdü. Puldan ötrü bir də evə getməmək üçün mənim xərcləməyimə
razı oldu, evdə qaytaracaqdır. Bu fıkirlərlə məşğul idim. Mirzənin səsi
gəldi:
- Fayton, fayton, bəri sür!
Uzunətək, gödərək faytonçu lap yanımıza, səkinin qırağına sürdü. Mirzə
məni göstərib dedi:
50
- Bizim bu oğlanın xatırına elə sürərsən ki, tozun da görünməsin!
Biz faytona oturduq. Mirzə çaparaq gedən faytonun sürətindən
nəşələnərək deyirdi:
- Andır evimiz bir balaca şəhərdən qıraqdır, həmişə faytonla gedirəm.
Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır.
Evə çatanda Mirzə Qulam şeyləri qoltuğuna vurub, tez faytondan düşdü,
həyətə girdi. Mən faytonçuya bir beşlik verdim. Razı olmadı, "azdır", - dedi.
Bir üçlük də verdim, sağ ol da demədi, sürüb getdi. Fayton gedən kimi
Mirzə alçaq və nazik torpaq divarlı həyətin köhnə, işdən düşmüş qapısını
açıb, içəridən çağırdı:
- Buyur, gəl!
Mən içəri girdim. Balaca su arxının yanlarında əkilmiş qızılgül, ərik,
armud ağaclarınm arasından keçdik, Mirzə Qulamın evinə girdik. Saat beş,
ya altının yarısı olardı. Yorulmuşdum. Aclıq məni dildən salmışdı. Tez stul
çəkib oturdum. Mirzə şeyləri o birisi otağa apardı; təxminən bir on dəqiqə
heç bir səs-səda eşitmədim. Darıxdığımdan, acımdan yenə saata baxdım.
Yoldaşlarımla axşam görüşünə vədə verdiyim vaxt keçmişdi. Yəqin onlar
beş-on dəqiqə məni gözləyəcək, pərt olacaq, dalımca deyinəcək, çıxıb
gedəcəkdilər. Nə isə, bu Mirzənin, mənim bu təzə dostumun naharı çox
uzun çəkdi.
Mən başıaşağı, əlimdəki saatın əqrəbinə baxır, vaxtımı keçirirdim. Mirzə
Qulam tələsik içəri girdi:
- Ay filankəs, - dedi, - oradan cibindən bir on beş manat da mənə ver,
vacib iş var, bu saat gəlirəm.
Mən lap məəttəl qaldım. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş
atmağına müəyyən məna verə bilmədim. Fikirləşməyə vaxt yox idi. Mirzə
başımın üstünü kəsmişdi, tələsdirirdi:
- Bircə, mən ölüm, tez ol ki, vacib iş var, bu saat gəlirəm!
O bu sözləri elə qəti, elə ərklə, elə etibarla deyirdi ki, hər kəs olsa cibini
boşaldıb, var-yoxunu verərdi. Mən onun dəm-dəsgah düzəltdiyini, nə təhər
olmuşsa pulunun çatışmadığını zənn etdim, əsirgəyə bilmədim. Cibimdə
qalan son iyirmiliyi çıxardıb verdim. Mirzə, iyirmilik olduğuna daha çox
heyifsiləndiyimi duyduğu üçün dedi:
- Eybi yoxdur, beş manatını qaytarar. Tez ol görüm!
Pulu əlimdən qapıb, küçə qapısına tərəf qaçdı. Mən aclıqdan,
əsəbilikdən, taqətsizlikdən otura bilmədim, qəbahət sayılsa da, yük yerindən
balınc alıb, palazın üstünə atdım və uzanıb dirsəkləndim.
51
Mirzədən səs çıxmadı. Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Bu
saat kabab, qovurma, ya da bozbaş iyinin məni vuracağını, o biri otaqdan
samovar cızıltısının başlanacağını, Mirzənin başqa qonaqlarını bir-bir gəlib
çıxacağını, ev sahibinin məndən üzr istəyəcəyini, geniş və iştahalı bir süfrə
açacağını güman edirdim. Gözüm qapıda, qulağım səsdə idi... Nədənsə
həyətdə bir ölüm sükutu hökm sürürdü. Mən təəccüb elədim: "Deyəsən
Mirzənin xörəyi başqa yerdə hazırlanır, deyəsən heç bu həyətdə adam
yoxdur; bəlkə qonaqlar başqa həyətə, başqa otağa yığılmışlar; bəlkə
Mirzənin başı bərk qarışmışdır, mən yaddan çıxmışam..."
Pəncərədən boylanıb həyətə baxanda, arxın bulanıq suyundan, divar
dibində eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa
bir şey görmədim. Yan otağın qapısında da kimsə yox idi. O, otaqla mən
olan otağın arasında iki taylı qapı vardı. Qapıya yanaşıb, qorxa-qorxa açar
yerindən baxdım. Diqqətlə baxdım, qapı ağzında çömbəlib oturan, corab
toxuyan bir qadın gördüm. Daha başqa adam yox idi. "Görəsən bu kimdir?
Mirzənin arvadıdırsa, bəs nə üçün belə arxayındır? Qonşudursa, nə üçün
Mirzə şeyləri o evə apardı? Qulluqçudursa, gərək bu saat əldə-amanda ola,
hazırlıq görə..."
Mən donub qalmışdım. Dedim, bəlkə o mənim burada olduğumu bilmir.
Qoy bir səs salım, görüm nə olur. Əvvəl yavaş, sonradan bərk öskürdüm.
Qulaq asdım, görüm qadın nə deyəcək. Bir səs gəlmədi. Açar yerindən
baxdım, qadın öz işində idi, ip corab toxuyurdu. Deyəsən, o qadın, ağac
altında yatan pişik, sarı toyuq, evi bürüyən sükut, həyətdə hiss olunan
arxayınlıq - hər şey, hər şey tox idi, yuxulayıb rahatlanırdı. Mən isə bütün
əsəbiliyimlə, hirsimlə, aclığımla, qaranlıq bir sərgüzəştə düşmüş kimi,
çaşıb-qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim, nə də dura bilirdim.
Belə yerdə səbrə, utancaqlığa, xatir-hörmətə lənət oxudum, eyvana çıxdım,
qadından soruşdum:
- Bacı, Mirzə hara getdi?
Qadın özünü yığışdırdı, örpəyini çəkib, başını aşağı saldı, nazik səslə
cavab verdi:
- Bir söz deməyib, nə bilim!
- Siz onun əyalı deyilsiniz?
- Onun başı batsın, evdəkilərə sözmü deyər? Kim bilsin harda indi başı
qumara, çaxıra qızışıb!..
- Bəs gec gələr?
52
- Nə deyim, ay qardaş, başı qızışsa, getdi gecə yarısına. Nə işiniz var
idi?
Mən qadının bu qəribə sualına cavab tapa bilmədim.
- Heç, - dedim, - ürəyim onu çox istəyir.
Qadın dinmədi. Mən kor-peşman qalxıb, evdən çıxdım; uzaq, tozlu,
qaranlıq yolları ac qarına yüyürə-yüyürə, güc-bəla ilə özümü
mehmanxanaya saldım.
Odur-budur Mirzə Qulam gözümə görünmür. Görünmür ki, soruşam:
- Dostum, iyirmilikdən qalan beş manatı neylədin?
1936
MÜALİCƏ
Sənə kimdən deyim, özümdən. Günlərin bir günündə, qardaş, Bakıda
özümə bəzəkli bir otaq düzəltdim.
Vaqona oturub getdim kəndə. Neçə il idi anamı qoyub gəlmişdim. Orada
baxanı yox idi. Həmişə şikayətlənirdi ki, saymırsan. Onun haqlı şikayəti bir
yana dursun, özümün arzum var idi. Cavanlıqdır, həmişə ürəyimdən keçirdi:
gətirim, anam Bakıda, yanımda olsun, Sovet hökumətinin sayəsində bu
mərtəbələrə çatan oğlunun bir xeyrini, bəhərini görsün; o hisli ocaqbucaqdan
qurtulsun, ömrünün bu çağında dincəlsin; evdəcə əyləşib mənə
sağlıq istəsin.
Anam da çox sevindi. Ev-eşiyini yığışdırdı, yar-yoldaşı ilə vidalaşdı.
Qonşumuz Bəsti qarı, Həmzət xala, Gülbadam qarı ilə dönə-dönə öpüşdülər.
Halallaşdılar.
- Qonşuluqdur, - dedi, - arada söz-sovumuz olub, Allah şeytana min
lənət eləsin. Keç, ay bacı, halallıq ver, işdir, qəzadır, bəlkə də qayıtmadım.
Gülbadam qarı ağzı dualı arvad idi. Dişsiz ağzında xamır kimi
yastılanan, saqqız kimi səslənən sözləri ilə bizi yola saldı. Qərəz, nə başını
ağrıdım, kənddən çıxdıq. Anamı sağ-salamat gətirdim gəldim. İki gün
çəkmədi, vurdu anam xəstə düşdü.
Dostumdan soruşdum:
- Xəstəliyi nə idi?
53
- Elə məsələ ondadır. Söhbətimin canı da ondadır. Yaxşı qulaq as,
görəcəksən nə idi. Xəstə düşdü, bərk düşdü. Durduğu yerdə arvadı qızdırma
götürdü. Qapı-bacanı açdırıb, otağı yelə verirdim, olmurdu. Yaxasını, başını
söküb bağırırdı. "Çatladım, boğuldum ki, ay oğul!" - deyə qışqırırdı. "Ay
oğul, mənə çarə, partladım!" Doğrusu mən özüm də yaman qorxdum.
Dedim evim yıxıldı, arvadın başına hava gəlib, arvad əldən getdi. O yandan
da qardaşlarım məndən görəcəklər, deyəcəklər: "Anamız rahat oturduğu
yerdə niyə qoymadın otursun. Arvadın başına nə oyun açdın a biqeyrət!.."
Dünyada bundan da pis işmi olar? Anana qulluq etmək üçün ev düzəldəsən,
işdən-filandan izin alıb gedəsən, vaqona əyləşdirib (özü də yumşaq vaqona
gətirəsən, birdən belə mərəkə başlana. Məni dərd götürdü. Fikirləşdim ki,
arvada nə oldusa, məndən oldu. Kənddə sapsağlam, top kimi arvad idi: mən
bədbəxt olmasaydım, rahat yaşayacaq idi. İndi bunun başına bir iş gəlsə,
mən el üzünə çıxa bilmərəm, gün işığına baxa bilmərəm, özümü dənizə
atmalıyam, ya da tramvay altına yıxılmalıyam.
Yoldaşımın təfsilatına dözə bilmirdim, tez soruşdum:
- Bəs xəstəliyi nə idi, axı?
- Darıxma, dedi, - qulaq as! Anam: "Bağrım çatladı" deyəndə qalxıb,
əlimi başına qoyub, hərarətini ölçürdüm. Termometr bir şey göstərə
bilmirdi. Tez pəncərələri, qapılan açırdım. Anamm qoluna girib, pəncərə
qabağına gətirirdim. O, sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı,
mən ha soruşurdum:
- Haran ağrıyır, ay ana, nəyindir, dərdin nədir, ana can?
O, bir cavab vermirdi. Dik-dik üzümə baxırdı.
Buz gətirtdim, camış qatığı tapdırıb ayran elətdim, sərin şeydir, dedim
bəlkə ürəyini basa. Qonum-qonşudan gələnlər olurdu. Di su səp, di əlayağını
ovxala, damcı dərmanı ver... Bir saat, iki saat kiriyirdi. Bir də
görürdün yenə başladı.
Həkim çağırdım. Əhvalatı danışdım. Müayinə elədi. Əvvəl ciyərlərinə
baxdı. Nəbzini yoxladı, qan dövranım ölçdü, üzümə baxdı, soruşdu:
- Bu ağır işdən-zaddan yapışmayıb ki?
- Yox, - dedim, - doktor beş-altı gündür kənddən gəlib, gələndən evdəcə
oturub, heç bir işə əl vurmağa qoymuram; xörəyi, çayı da hazır gətirirəm.
Qaldı ki, kənddə olanda işləmirdi. Balaca həyətimizdəcə oturub, tay-tuşları
ilə vaxt keçirirdi. Ağır işi harda gördü.
54
Həkim anamın özündən soruşdu:
- Əsəbi deyilsən ki, ay ana?
Anam mənim üzümə baxdı və soruşdu:
- Bu nə deyir?
- Hirsli deyilsən ki, acığın tutmur ki?
Anam elə bildi ki, həkim onun döş-başına əl vurduğu üçün üzr istəyir.
O:
- Nə bilim, - dedi, - acığım niyə tutur. Qiyamətin günün də o da mənim
oğlum...
Mən həkimə cavab verdim ki, xasiyyəti mülayimdir.
- Bəlkə qorxubdur?
- Ay ana, bir şeydən qorxub eləməmisən?
Anam başı ilə yox işarəsi verdisə də həkimin sözü ağlıma batdı. Dedim
yəqin belə nagahani iztirab ancaq qorxudan ola bilər. Yavaşca həkimə
pıçıldadım. O, əsəbləri və ürəyi sakit etmək üçün dərman yazdı. Evdən
çıxanda mənə dedi:
- Anan çox sağlam adamdır, haracan desən! O xəstəlik ki, sən deyirsən,
doğrusu, mən onda tapa bilmədim. Bu dərmanları verərsən içər. Amma
səndən xahiş edirəm nəticəsini mənə deyəsən. Mən özüm bu xəstə ilə
maraqlanıram.
* * *
Həkimin yazdığı dərmanı anama çətinliklə içirtdim. Çimçişirdi, ürəyi
götürmürdü. Mənim üzümdən keçmirdi. Mən evdə olmayanda bir damcı da
içmirdi. Hamısı birdir, içsə də, içməsə də, dərman kar eləmirdi. Anam
əvvəlki kimi öz qaydasında iztirab çəkirdi; darıxırdı, yaxasını cırır, tez-tez
köksünü ötürürdü; ağır nəfəs alırdı.
Yoldaşlardan biri mənə məşhur həkimin ünvanını verdi. O həkim,
deyildiyinə görə, ürək xəstəliklərində ad qazanmışdı. Özü də professor idi.
İstədim həmin professoru çağırım. Bir də xəyalıma gəldi ki, əvvəlki həkim
məndən xahiş eləmişdi, "maraqlanıram" - demişdi. Yəqin o, anamın
xəstəliyindən bir şey bilir. Bəlkə dərmanın kar eləmədiyini desəm, kişi əsil
azarı tapacaqdır. Onu çağırmasam da, verdiyi dərmanın nəticələrini ona
deməliyəm. Mən bu fikir ilə pilləkənlərdən düşürdüm. Həmin həkimin bizə
gəldiyini görüb qayıtdım. Görən kimi soruşdu:
55
- Ananın halı necədir, dərman kar eləyirmi?
- Edə əvvəlki kimidir, - dedim. Dərmanın kar etmədiyini söyləməyə
dilim gəlmədi. Bu, zənnimcə, doktordan ayıb olardı.
Qapını açıb evə girəndə anamın yenə ah-vay eləyə-eləyə bir əli
sinəsində evi gəzindiyini gördük. O, həkimi görüb yaşmağını qaldırdı,
yaxasını çəkdi, mənim üzümə baxdı.
Həkim bir də müayinə elədi, bu dəfə daha diqqətlə müayinə elədi. Mənə
dedi:
- Çətin olmaz ki, ananı bir bizə aparaq?
- Nə var, - dedim, - buyurun gedək.
Anam özü də çıxmaq istəyirdi. Zəng elədim, taksi maşını gəldi. Oturub
həkimin evinə gətirdik. Doğrudur, gedirdik, amma mən nə üçün getdiyimizi
bilmirdim. Bəlkə həkimin evdə daha mühüm və vacib priborları vardır.
Bəlkə anamı rentgenə salacaqdır. Kim bilir, bəlkə ayrı müayinəsi var!
Sanki həkim mənim nə fikirləşdiyimi bilirdi, şoferin yanından mənə
tərəf döndü və dedi:
- Bizdə ananı bir də müayinə edərik, amma arxayın olun ki, qorxulu
heç bir şey yoxdur, bir az ürək narahatlığı var. Onu da rəf etmək
asandır. Təki ananda olan o polad can məndə olaydı!
Anam elə bilirdi həkim mənə təsəlli verir. Dinmirdi. Gözləri düz şoferin
kürəklərinə dikilmişdi. O, maşında səliqə ilə oturmuşdu, dümdüz qabağa
tərəf baxırdı. Sanki gözünün qırağı ilə yana baxsa, günah olardı.
Həkimin evi dəniz kənarında, böyük beşmərtəbəli bir binada idi. Ana
altdan yuxarı uca və uzun pilləkənlərə baxanda, həkim duymuşdu:
- Qorxma, - dedi, - ana, qoymaram bu pilləkənləri piyada çıxasınız, bəri
gəlin!
Anam həkimə tərəf döndü. Amma bir şey başa düşmədi. Avtomobilin
pilləkənlərə yerləşmədiyini bilirdi. Piyada çıxmamaq üçün, onun fikrincə,
bir adamı minmək lazım gələcək idi. Buna da, şübhəsiz, anam razı olmazdı.
- Yox, oğul, - dedi, - zəhmət çəkmə, özüm çıxaram. Həkim
düyməçəni basdı. Liftin qapısı açıldı. Biz əyləşdik. Lift bizi göyə
qaldırdıqca, anam döyükürdü, uca pilləkənləri, dalanları keçə-keçə
mərtəbələri ötüb göyə doğru yüksəldiyimizi gördükcə, ehtimal, anama elə
gəlirdi ki, "Həzrət İsa kimi qeyb olmağa" gedirik. Anamın rəngi qızar56
mışdı. Gah sağa, gah sola baxırdı. Hər şeyin yerə çökdüyünü güman
etdiyindən vahimələnirdi.
Həkim məni öz kabinetinə apardı, yer göstərdi:
- Əyləş!
Mən oturdum, həkimin kitablarla əhatə olunmuş kabinetı mənə müayinə
otağı yox, kitabxana kimi görünürdü. Arxayın, olsaydım, əlimi qəfəslərə
atıb kitablara baxardım. İndi isə anamdan başqa heç şey gözümə
görünmürdü. Gözüm həkimdə idi. Onun hər hərəkətini izləyirdim. O,
əvvəlcə kostyumunu soyundu, köynəyinin boğazını açdı. Əllərini yuyub
quruladı, gəlib stolun dalında əyləşdi. Onun belə tələsmədən, adi qayda ilə,
sanki müayinəyə yox, istirahətə hazırlaşdığını görəndə, o biri evdə isə
qulluqçunun cingildəyən şeylər yuduğunu eşidəndə mən yəqin elədim ki,
anamın xəstəliyi çox ciddi xəstəlikdir. Ya işığa salınacaq, ya da operasiya
olunacaqdır. Ona görə həkim tələsmir, pribor təmizlədir. Mən bunları
fıkirləşir, ürəyimə çökən qorxuya təslim olmamağa çalışırdım. Birdən
həkim dilləndi:
- Əzizim, - dedi, - açığı sənin ananda heç bir xəstəlik yoxdur, heç bir
dava-dərman müalicəsinə, ya xəstəxanaya ehtiyacı yoxdur. Amma bununla
belə ona salamat demək olmaz. Mənim gümanım gələn bir diaqnozu bu gün
yoxlamaq istəyirəm, istəyirəm sənin özün də müşahidə edəsən, inanasan. Bu
saat sənin anan nənəmin yanında əyləşmişdir. Onların yanında heç kəs
yoxdur. Onlar üz-üzə əyləşib söhbət edirlər Buyur, burada pərdəli
pəncərənin dalında əyləş, dinlə, gör ananın halı necədir, gör o özünü necə
hiss edir.
Bu tapşırıq mənə qəribə gəldi. Bu nə deməkdir? Onun nənəsının anamın
xəstəliyinə nə dəxli var? Ancaq qəribə gəlsə də, bu tapşırığını yerinə
yetirməyə tələsdim ki, görüm axırı nə olur.
Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıları
hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürəüfürə
çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət
edirdi:
- Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayınxatınım var idi, ayrı
cür şey idi. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz
addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir
danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim!
57
Anamın sözünü dinləyən qarı başını əyib, "bəli" deyirdi. Ancaq
dözmürdü, əli ilə işarə verib, onun sözünü kəsmək, özü danışmaq istəyirdi:
- Sözünün dalınca oğlanların dursun, elə mənim İsmət bacılığımı
görəsən, bizimkinə bacılıq demə, vallahi heç bir bacı belə mehriban...
Anam onu susdurdu:
- Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də kəsirəm, bacımla
məni, üzüm də səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan
demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə kəhrizə suya
gedərlər. Lap balaca idim, sənəyi götürə bilmirdim, hıqqanırdım. Bir də
gördüm bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldumki!..
Qarı başını tərpədə-tərpədə təsdiq elədi:
- Mənim özüm bəyəm indikilər kimi gördüm, getdim? Bacı canı, heç bir
şey qanmırdım. İnandığımıza and olsun, paltar gələndə...
Anam yerindən ona tərəf boylanıb, bərkdən dedi:
- Paltar, mənə bir qanavuz arxalıq...
Qarı qulaq asmaq istəmədi, başını aşağı salıb, söhbətinə davam etdi:
- Paltar gələndə mən həyətdə qum-qum oynayan bir parça uşaq idim.
Heç yadımdan çıxmaz, dayım məni qucağına...
Anam dözə bilmədi, əlini uzadıb ovcu ilə qarının ağzını örtmək istədi:
- Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Ay allah,
tumanımı sürüyənəcən mənimki mənə dəyərdi.
- Sən öləsən, mən də ele idim! Tuman da ki, bir yorğan-döşəkdi!
Özü də dəstə-dəstə təzə idi, yeriyəndə xış-xış, xış-xış!
- A qız, cehiz var, cehiz var!
- Yorğan-döşəyi mənim anam haçandan tutmuşdu. Nə bilim. Mən
gözümü açanda oğlan evində cehizimi hazır gördüm, deynən bir necə!
- Ağız, cehiz var, cehiz var!
Özünü tərifləyən anam dedi:
- Kiri, kiri, bəyəm mənim cehizimi görmüsən ki, elə deyirsən? And
olsun aramızda olan bacılığa, and olsun... Bir də gördüm həkim mənə him
eləyir: - Bir qapıdan ananın halını soruş. Mən gəldim, qapını açıb dedim:
58
- Ay ana, kefin necədir, özünü necə hiss eləyirsən? Mənə dilucu cavab
verdi:
- Çox yaxşıyam, oğul!
Müsahibilə söhbətini davam etdirdi.
- Darıxmırsan ki, ana?
- Yox, oğul, arxayın ol!
- Bəs naxoşluğundan, zaddan...
O iki əlini sevinclə yuxarı qaldırdı:
- Oğul, deyəsən axı lap yaxşılaşmışam. Ürəyim də sakit olub, məşədi
bacı ilə söhbət eləyirik. İşin varsa, sən get!
Mən nə isə demək istəyirdim, həkim qolumdan tutub çəkdi.
- Bəri gəl, - dedi, - mən deyəndir, tapmışam onun azarını. O, çox
danışandır. Çənəsi öyrənib, sən onu, yəqin həmsöhbətlərindən ayırmısan.
Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazlandı! Budur ki, var!
Onun azarı söz-söhbət azarıdır. Onun çənəsinin altına belə bir qan arvad sal
ki, qulaq asmağa tabı olsun, ayrı heç bir dərman lazım deyil.
Həkimin təcrübəsi mənə çox qəribə və yeni bir icad kimi gəldi. Heyran
qaldım. Anamın kənd müsahiblərini, güc ilə yadıma sala bildiyim
Gülbadam qarını xatırladım. Pəncərədən içəri qışqırdım:
- Ay ana, Gülbadam xala gəlib, xəbərin varmı?
Anam əlindəki stəkanı yerə elə bərk çırpıb qalxdı ki, az qaldı stəkan
çilik-çilik ola. Qalxmağı ilə eyvana çıxmağı bir oldu. Məni danışdırmadı,
sevincək, ayaqyalın, qollarını ata-ata, qızarmış gözləri böyümüş halda,
gülümsəyə-gülümsəyə düz pilləkənlərə tərəf yüyürdü. Qapının cırıltısını
eşidər-eşitməz dilləndi:
- Ay ərkansız arvad, harda qalmısan, çatladım ki, harda qalmısan,
ürəyim partladı ki! Gəlsənə, bir gəlsənə görüm nə var, nə yox!..
Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi
söndü. Gözlərini çevirib mənə baxdı. Baxışı ilə sanki soruşurdu: "Hanı
Gülbadam?"
- Darıxma, - dedim, - ay ana, gələr. Sən başmaqlarını geyin, hazırlaş
gedirik!
Mən həkimin əlini sıxdım, razılıq etdim. Tezliklə ya Gülbadam qarını
anama, ya da anamı Gülbadam qarıya yetirməyi qət etdim. Həkim mənə
məsləhət elədi:
- Sonra onların hər ikisinin ictimai müalicəsi ilə məşğul olmaq lazım
gələcək, bunun yolunu sən məndən yaxşı bilirsən. Yavaş-yavaş
59
onlan kinoya dadandır. Bir dəfə gördükləri kinodan bir il söhbət
eləyəcəklər. Bu, onların şüuruna təsir etmək üçün əldə vasitə ola bilər. Əlbət
ki, müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan
asılıdır. Mən isə sizin bacarığınıza əminəm.
Mən həkimdən ayrıldım, anam isə qarıdan ayrıla bilmirdi.
* * *
Dostum söhbətini bitirməmiş mən həmin həkimin məharətinə əhsən
dedim. Dostumun anasının ictimai müalicəsi ilə maraqlandım, müalicənin
nə ilə nəticələndiyini bilmək istədim:
- De görüm, anan ilə rəftarın necə oldu? Onu kəndə apardın, ya
Gülbadamı gətirdin?
Dostum dedi:
- Heç birini eləmədim. Anamı bir dəfə kinoya apardım və aldatmağa
məcbur oldum. Bilirsən, dedim, ana, heç səni kinoya gətirməzdim, mömin
adamsan, üz vurmazdım, ancaq mənə iş yerimdən tapşırıblar ki, gərək
kinoya baxasan, orada nə olub, gəlib idarə yoldaşlarına daklad eləyəsən.
Mən özüm baxıram, amma fikrim dağınıqdır. Hamısı yadımda qalmır. Sən
bax, sonra mənə deyərsən...
Anam bir az çətinlik çəkdi:
- Mən nə bilirəm, nə deyim! Dil bilmirəm ki...
- Yox, - dedim, - ancaq fikir ver, gör kim gəlir, kim gedir, kim nə eləyir,
niyə eləyir. Sonra mənə deyərsən, yadıma düşər.
Nə isə, anamı razı saldım. Anam düşdü kinolara. Bax, indi yenə anam
kinodadır, azca qalıb, indi qayıdar.
Dostum söhbətini qurtarmamışdı ki, şüşəbənd qapısının çalışdığını
gördüm. Çox çəkmədi sarafan geymiş, saçını peysərinə yığmış qıvraq bir
qadın içəri girdi, gülümsər halda mənə baxdı:
- Xoş gəlibsiniz!
Dostum işarə elədi:
- Tanış olun anam ilə! Ay ana, bir danış görək necə kinodur!
- Qadın oturdu, gördüklərini vəcd ilə, şirin-şirin danışmağa başladı.
Mən dostum dediyi kimi qarının söhbətinə maraqla qulaq asırdım.
1938
60
KƏMTƏROVLAR AİLƏSİ
Hörmətli ədibimiz Ə.Haqvərdiyevə
- Yallah, yallah! Haradasan? Kefin necədir?
- Sən nə təhərsən?
- Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb.
- Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki.
- Neyləyək ki, bir görüşək?
- Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə...
- Sən evdə olacaqsan?
- Söz versən, gözlərəm.
- Gözlə, birtəhər eləyib gələrəm.
Bir-birinin əlini hərarətlə sıxan, əhvallaşan bu əziz dostlar görəsən
kimdir?
Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız... Desəm
onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir
yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz. Desəm
onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: "Nə danışır bu!"
Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın
həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman
ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə
yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil.
Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü
bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü
qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki,
biriniz köhnə mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş
qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər.
Məsələ bunda deyil.
Bəs nədədir?
Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam.
Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də
"xala-xatirin qalmasın" yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar.
Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla
Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb.
61
Qulam Leylanın uğrunda İçərişəhərdə bıçaqlanıb, qulağının dibində
yaranın yeri indi də durur və ölənəcən duracaq.
Qış da onları bir-birindən soyuda bilməz. Qulamın şorgöz oğlanlardan
acığı gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa
kişi olduğuna inanmaz.
Bəs bu istəklilər niyə belə çətin görüşür, az-az görüşürlər? Mümkün
deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə
görüşməyəsən. Ürəyinizə şübhə gələ bilər: "Bəlkə açıq deyilməsi ayıb olan
səbəblər üçün görüşınəyə ehtiyac duymurlar".
Yox, heç yox!
Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq - kənar-guşə
yerdə və ya namünasib qulluq deyil. İkisi də şəhərdə çalışır. Onların
qulluğunda olan minlərlə qız, oğlan, ər, arvad, qəşəngcə yaşayır, günün
çoxunu evdə öz külfətləri ilə olurlar.
Bəs bizim qəhrəmanların azarı nədir?
Bu, bir az köhnədən qalma azardır.
Başdan danışaq. Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa,
biri Qulam Kəmtərovdur. Kəmtərovun nə eşqlə, nə sevda, nə həvəslə toy
edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki,
dünyanın bütün naz-neməti, kef və ləzzəti Leylanın üzündə cəmlənmişdir.
Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq.
Kəmtərov düşünürdü ki: "Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy
dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah
arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaqqabağa
əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm".
Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz.
Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra
bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir
eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və
ehtiyaclar kişini məşğul etməyə başladı. Dünya gör-götür dünyasıdır.
Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant
üzük, qulağında bahalı sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq Ələkbərin
üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel
daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası gəlir. Leyla
bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır,
başını tərpədib arvadını inandırırdı:
62
- Bilirsən nə var, Leyla can, biz gərək işləyək! İşləyək. Lap möhkəmcə
işləyək! Mənim də qeyrətim qəbul eləməz. Qıyıq Ələkbərin nəyi məndən
artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək.
Qonşular baxsın, yana-yana qalsın.
Leyla ərinin məsləhətindən çıxan deyildi. Təki pul olsun...
Kəmtərov əvvəlcə Leylaya bir iş soraqlaşdı. Leyla qızlığında
maşinistkalıq etmişdi. Bu sənəti pis bilmirdi. Kəmtərov arvadına iki yerdə iş
tapdı: Azərittifaqda və Ünvanlar bürosunda. Bir çox götür-qoydan sonra
hələlik, rast gəlmişkən, hər iki yeri əldə saxlamağı məsləhət bildilər.
Azərittifaqda iş səhər səkkizdən dördə qədər, Ünvanlar bürosunda axşam
saat beşdən on birə qədər idi. Leyla iki növbə ilə işləməyə razı oldu.
Kəmtərov, onu ev işindən, sil-süpürdən tamam azad etdi.
Leyladan arxayın olandan sonra Kəmtərov özünün boş vaxtlarını
"doldurmağa" başladı. Kəmtərov zirək və savadlı adam idi. İş tapmaq onun
üçün su içmək kimi asan bir şey idi. Özü nəşriyyatda tərcüməçi idi. Səhər
saat ondan gedib, altıda çıxırdı. Bir saat dincini alandan sonra, yəni saat
səkkizdən on ikiyədək layihə idarəsində olurdu. Fikirləşib gördü ki, iki
növbədə işləsə də, arada yenə boş vaxtı var: "Səhər saat onadək yatmaq bu
zəmanənin adamına, xüsusən "roskoşni" güzəran qurmaq istəyən bir abırlı
kişiyə heç yaraşmaz. Yarım, ya bir növbə işi rahat apara bilərəm. Beş-altı
yüz manat alsam, əlimi qaraltmaz ki..."
Kəmtərov daha bir yeni iş tapdı. Gecə saat on ikidən dördədək "İşıq"
mətbəəsində korrektor vəzifəsi var idi. Ayın səkkizindən Qulam mətbəədə
yeni əlavə qulluğa düzəldi.
Bu gün Kəmtərov toy gecəsindəkindən az sevinməmişdi. Haqq-hesaba
vurub görürdü ki, özünün üç qulluğunu, Leylanın iki qulluğunu, bir az da "o
yan-bu yandan" gələn əl xərcliyini yığıb-yığışdıranda bir neçə minə çıxır.
İki-üç il belə getsə, çervonu yığıb-yığışdırmaq olmaz. Di qoy Ələkbər
gəlsin, qıyıq gözü ilə gətir-götürümüzə baxsın!
2
Payızın soyuq günlərində ağzından buğ çıxa-çıxa Kommunist küçəsilə
başıaşağı yeyin gedən boz paltolu adamı kim görməmişdir? Onun üzündən,
gözündən, baxışından, yerişindən tələsmək yağır. Elə gedir ki, deyərsən:
yerə dəysə, min parça olar. Sürtülməkdən rəngi dəyişmiş köhnə və "hamilə"
portfelini bu qoltuğundan o birinə verir;
63
gah əlini cibinə qoyur, gah damağındakı papirosu barmaqları arasına alıb
sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da
yeyinləyir. Bəzən görürsən Kəmtərov qopdu, nə qopdu! Tramvay sürətlə
ötdüyü halda quş kimi atılıb minir, milis ağzını açmamış çıxardıb bir üçlük
verir, qəbz almaq istəmir. Uzaq tanışlarına bir işarə ilə salam verir. Yaxın
tanışlarını görür, görməzliyə vurur. "Müftə yerə niyə vaxt itsin?" Vaxt alan
hər bir əyləncə Kəmtərovun düşmənidir. Onu ictimai yerlərdə görməzsən. İş
yerində ancaq vacib, ad yoxlanan iclaslara gələr, adını qeyd etdirib, xəyal
kimi gözdən itər. Teatr, kinolar barədə yoldaşlardan eşitdiyilə kifayətlənər.
Bəzi yazıçılarla şəxsən tanış olduğundan, əsər oxumağa ehtiyac duymaz.
Qohum-əqrəbası rayondadır. Buradakılar isə Kəmtərovun ünvanını ələ
keçirə bilmirlər. Kəmtərovun şəxsi, ictimai həyatı beləcə öz qaydasındadır.
O, ailədə daha ciddi, daha səliqəlidir. Bir adam onun evindən səs-küy,
qalmaqal eşitməyib. Qapı açıq olanda olur, olmayanda girvənkəlik qıfıl
qarovul çəkir, evə quş səkmir. Kəmtərov səhər saat onda yuxudan qalxır.
Deyəcəksiniz, onda işə gedən adam heç olmasa bir saat tez durmalıdır.
Doğrudur, durmlıdır, amma unutmayın ki, yazıq Qulam mətbəədən, təshih
işindən tez qayıdanda gecə saat dörddə, beşin yarısında qayıdır. Necə
qayıtdığından özünün də xəbəri olmur. Qəzetin axır səhifələrini mürgüləyəmürgüləyə,
alnı tıqqıltı ilə stola dəyə-dəyə oxuyur. Birtəhər özünü evə salır,
çul kimi düşür.
Qulam olmasın, siz olun, saat doqquzda dura bilərsinizmi?
Kəmtərovun səslənən bir stol saatı var. Qulağının dibində qoyur. Vaxta
on dəqiqə qalmış saat qışqırır. Kəmtərov dəli kimi yuxudan qalxır, tələmtələsik
geyinir, qapını bağlayıb qaçır.
Leylanın da işi Qulamınkından əskik deyildi.
Atalar deyib: "Arvad ərinə oxşayar". Xülasə, baş elə qarışmışdı ki,
Qulamın Leyladan, Leylanın Qulamdan xəbəri olmurdu. Qulam gecə
mətbəədən qayıdanda sevgilisini yatmış görürdü. Leyla səhər işə gedəndə
Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca kağız yazıb,
stolun üstünə qoyurdu: "Qulam, qayğanaq bişirəsi olsan, yumurta bufetin alt
gözündədir, yağ da taxçada". Qulam da gedəndə Leyla üçün kağız qoyub
gedirdi. Onların arasında əməlli-başlı bir məktublaşma var idi. Ancaq
markasız, poçtalyonsuz ötüşürdülər.
64
Leylanın məktubları bu məzmunda idi: "Dəyişiklərini tiyanın içinə tulla,
paltaryuyana göndərəcəyəm!" "Açarı asma. Çarhovuzun üstündəki kərpicin
altına qoy, görən olmasın". "Redaksiyadan dalınca gəlmişdilər, zəng vur".
Qulamın məktublarından ələ keçən bunlardır: "Qadası, mənim soyuz
kitabçamı görməmisən? Tapsan, stolun yeşiyinə qoy". "Maşinkada yazmağa
vaxtın olsa, bizim idarədə xaltura var, gətirim", "Adama cavab niyə
yazmırsan? Dediyim məsələ necə oldu?"
Bu qısa və gündəlik məktublar Kəmtərovlar ailəsində yeganə və əsas
münasibət idi.
Qulamla Leylanın sevgi və məhəbbəti bu məktubların qara, dolaşıq,
tələsik xətlərindən keçirdi. İnsan hər şeyə alışarmış! Bu sevgili ər-arvad
qurduqları yeni yaşayışa elə öyrənmişdilər ki, "köhnə" həyatı tamam
unutmuşdular. Onlar indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq
istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası
belədir ki, var.
Doğrudur, Leyla yazırdı ki: "Açarı kərpicin altına qoy, görən olmasın",
Qulam da çalışırdı ki, istəklisinin tapşırığını yerinə yetirsin; amma olacağa
çarə yoxdur, açarı görən olmuşdu...
Bir Sarıköynək qadının hər gün saat ondan, Qulam gedəndən sonra
gəlib, qayda ilə kərpicin altından açarı götürdüyünü, öz evi kimi
Kəmtərovların otağını açdığını və tər-təmiz silib-süpürdükdən sonra çıxıb
getdiyini qonşular görmüşdülər. Onları şübhədən çıxarmaq üçün Sarıköynək
qadın deyirdi: "Mənə özləri tapşırıb, bacılar, ürəyinizə bir şey
gəlməsin".
Dili dinc durmayan qonşu qadınlardan biri Sarıköynək qadının gəlibgetdiyini
Qulama dedi. Qulam güman etdi ki, Leylanın gətirdiyi qulluqçu
qadın olacaq. Leyla da düşünürdü ki, Sarıköynək qadını Qulam çağırıb,
səliqə-sahman üçün çağırıb. Eşidən kimi qonşuya sualı bu oldu:
- Cavandı, ya qoca?
- Ahıl adamdır, bir nazik...
Leyla Qulamm pis niyyətə düşmədiyini bilib, arxayın oldu. Daha bu
barədə söhbəti artıq sayıb, qapıdan çıxdı.
Bu günlərdə belə məktublar yazılırdı: "Mənim ipək paltarımı hara
qoymusan?". "Zayomları tapa bilmədim. Çıxart yoxlayaq, yenə uduş var".
"Gümüş qaşıqlar haradadır?", "Dünən bir qadının başında, lap səninkinə
oxşar bir şal gördüm. Az qalmışdım səni dəyişik salam".
65
Sarıköynək qadın isə öz işində idi. Hər gün gəlib evi süpürür, zəhmət
haqqı üçün də ağlı kəsən, evdə gözə dəyən şeylərdən birini sarı köynəyinin
altına vurub, soldat bazarına aparırdı. O, Qulamın da, Leylanın da işpeşəsini,
üst-alt paltarlarını, qulluq vaxtlarını yaxşıca öyrənmişdi. Odur ki,
evə çox arxayın gəlib-gedirdi. Hətta bir dəfə "köhnə paltar alan" pullu
müştərilərdən bir-ikisini özü ilə lap evə gətirmişdi. Qulamın bufetindəki
şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb
gətirənin sağlığına içmişdilər. Sonra yük yerindən yorğanlardan soyduqları
ipəyi, çarpayı xalçasını, sandıq şeylərindən dəyərlisini ortaya töküb
sövdələşmişdilər.
Pullu müştərilərlə yollaşandan, çervonları alıb yerbəyer edəndən sonra
Sarıköynək qadın Qulamın məscidə dönmüş evinə baxıb, ürəyində demişdi:
"Yox, balam, daha mən bir də bura nə üzlə gələ bilərəm!.. Həmişəlik
xudahafiz!"
3
- De görüm, bir korrektor kimi səhifəni oxuyub, qol çəkmisən, ya
yox?
- Bu nə sözdü, yoldaş redaktor? Siz məni o qədər məsuliyyətsiz
sayırsınız ki, guya oxumamış da qol çəkərəm?
- Demək, oxumusunuz?
- Əlbəttə, özü də kəlmə-kəlmə!
- Bəs bu nədir: "işləyirlər" əvəzinə "dişləyirlər" gedib?
Qulam qəzetin o yerinə diqqətlə baxdı. Ciddi vəziyyətini pozub dedi:
- Bu heç, buna səhv deməzlər! Gözdən qaçıb, yoldaş redaktor. Bir də,
işləyib, dişləyib, ikisi də bir sözdür. Yəni düz gəlir. Bizim qaydamıza lap
tuş gəlir ki, işləyən dişləyər, işləməyən dişləməz!
Redaktor qəzeti çəkib, Qulamın əlindən aldı:
- Neçə yerdə işləyirsən?
- Qulam dik-dik baxdı:
- Bunun məsələyə nə dəxli var?
- Soruşuram, neçə yerdə işləyirsən?
- Cəmisi bir-iki... - Nəşriyyatda çalışırsan?
- O heç... səhərdi o.
66
- Layihə idarəsi necə?
- Cəmisi bir altı saat.
- Zaqotzernoda necə?
- Yoldaş redaktor, o zdelnidir!
Redaktor hirsləndi:
- Yaraşarmı sizə, yaraşarmı bu qədər yerdə...
- Yaraşımasın o adamlara ki, işləmirlər. Biz ki gecə-gündüz çalışırıq, tər
tökürük, bu da mükafatımızdırmı?
Redaktor ayağa qalxdı:
- Sizin bugünkü səhvinizin üstündən keçmək olar. Saydığım yerlərdən
azad olunmasanız, sabah işə buraxılmayacaqsınız. Yorğun başla, üzgün
zehinlə mətbuat işinə xeyir vermək olmaz!
Qulam qalxıb ətəklərini tovlaya-tovlaya, fıkir içində yeni və pullu qulluq
xəyalı ilə evə gəldi.
O axşam Leylanın da gözünə yuxu getmədi. Pambıq kimi atım-atım
edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Ürəyinə min cür fikir
gəlirdi: "Bu nə işdir! Yoxsa Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək
istəyir? Yoxsa şeyləri yan bölüb, öz payını aparmaq istəyir? Bəlkə də heç
bu zalım oğlu işləmir, bəlkə də vaxtını restoranlarda keçirir? Var-yoxunu
şəraba, qumara qoyur?.. İnsanı nə tanımaq olar!"
Gecə də orucluq ayı kimi uzanırdı. Leyla gah durub yük yerini
töküşdürür, anasının cehiz verdiyi ipək yorğanı, xalçanı axtarır, şaraqqıltı ilə
bufetin gözlərini açıb, örtür, işıldayan hər şeyi götürüb diqqətlə baxır,
gümüş qaşıqların itdiyinə inana bilmirdi.
Aləm yıxılıb yatdı. Radio susdu. Tramvaylar dayandı. Xoruzlar bir ağız
səsləndi. Haçandan-haçana birdən həyətdə ayaq səsi eşidildi. Qulam içəri
girib, Leylanı əli qoynunda, məyus oturmuş görəndə, əvvəl bir duruxdu,
soruşmaq istədi ki: "Əzizim, niyə bu zamanacan yatmamısan?"
Gözü evin ortasına tökülmüş şeylərə sataşdı.
Leyla macal vermədən. Sökülmüş pərdələri, tökülmüş yükü iki əli ilə
göstərib dedi:
- Bu nədir? Bu nə hərrac bazarıdır? Qulamın dili dolaşdı:
- Necə bəyəm, nə gedib?
- Mənim cer-cehizim hanı? Hanı mənim ev-eşiyim, paltarlarım, ata-ana
yadigarlarım?..
67
Bunu deyib Leyla hönkür-hönkür ağladı. Qulamın rəngi saraldı.
- Bəs kim açıb bu qapını? - deyə təəccüblə soruşdu. Onların səsinə
qonşular çıxdılar.
Sarıköynək qadından kim nə bilirdisə dedi. Leyla bir tərəfdə yıxılıb,
hissiz qaldı. Qulam qonşulardan iki nəfər şahid götürüb, milis idarəsinə
yollandı.
O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya
gedirdi. Ancaq bilmirdi kimdən şikayət etsin. Sarıköynək qadındanmı,
qonşularındanmı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?!
1939
SUSUZLUQ
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam
edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq.
Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə
saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə
görünmürdü.
Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu.
Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat
əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada
dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq
qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız
cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!"
fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək
dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.
Burada, bu mənzərə qarşısında adamı yaxalayan susuzluq adi susuzluğa
bənzəmir, burada ümumi bir atəş vücudu bəla kimi bürüyür, adamın dili
deyil, baxışları, hərəkətləri də su istəyir.
Biz nabələd olduğumuzdan su gətirməmişdik, yoldaşım ustam Şahnəzər
idi. O, gözəl bir rəssam idi. Xan evlərinin incə və zərif naxışları,
məscidlərin mehrabında şirlə yazılan yazılar, bəy eyvanlarını bəzəyən
şəkillər hamısı onun əsərləri idi.
68
Mən Şahnəzərin sənətini sevmiş, onun yolunu tutmağı, böyüyəndə
rəssam olmağı məqsəd seçmişdim. O mənə bir şagird kimi yox, oğul kimi
baxırdı. Sənətinin bütün sirlərini, sadə görünən rənglərdən insanı
düşündürən gözəl mənzərələri yaratmağı mənə öyrədirdi. Hərdən bir ah
çəkib, dizinə çırpırdı ki: "Nə edim, savadsızam, elmsizəm! Kitabdan başım
çıxmadı, o qara sətirlər mənimlə danışaydı! Allahın qabağına çıxıb yeni və
daha gözəl aləm yaratmasaydım, adımı dəyişərdim".
Doğrudan da ustamın belə bir qüdrət sahibi olduğuna ürəkdən
inanmışdım. O, sənətindən söhbət edəndə rəngi qızarır, gözləri gülür, səsi
ucalırdı. Elə eşqlə danışırdı ki, qulağımın dibində top da atılsaydı
eşitməzdim. Hərdən üzünü aydın səhərin açıq üfüqlərinə tutub mənə
deyərdi:
- Kitab oxuya bilməsək də bunu ki, oxuya bilərik! Bütün kitabları
buradan götürüblər. Səhərin rəngi məni çox düşündürür. Bu rəngi çəkə
bilsəydik! Həmişə belə səhərlər olmur. Bunlar bənövşə kimi tez açılır, tez
də solur. Bunu solmaqdan qorumaq üçün bir ipəkdə çəkmək, yaratmaq
lazımdır.
- Usta, səhərə pul verən kimdir?! Xozeyinlər həzrət Abbası çəkdirirlər,
Rüstəmi istəyirlər.
- Eybi yoxdur, bala, qoy verməsinlər. Səhəri də özümüz üçün çəkərik.
Ustam bu arzusunu hələ yerinə yetirə bilməmişdi. Həmişə çalışır, evləri
gəzib sifariş alır, işləyirdi. Dava düşən il bizə sifariş verən olmadı.
Xozeyinlərin hansını dindirəndə deyirdilər:
- Rəhmətlik uşağı, göydən top gülləsi yağır, siz də şəkil çəkmək
hayındasınız?
"Sənətkarın əli işindən üzüləndə ağzı da çörəkdən üzülər. Bu sözü
eşitmişdim, anlamamışdım. İndi isə gözümlə gördüm ki, ustam nə çəkir. İki
abbasıya aldığı bir girvənkə çörəyi qabağımıza qoyub yeyəndə, mən xəcalət
çəkirdim. Ürəyimdə deyirdim ki: "Kişi özünə papiros pulu tapmır. Bu pis və
bahalıq ildə mən nə üçün buna boğaz ortağı olum? Bəlkə şagird saxlamaq
istəmir, bəlkə mənim rüsxətimi vermək istəyir, üzündən gəlmir..."
Bunları düşündükcə boğazımdan çörək getmirdi. Bir gün ustamdan
xahiş etdim:
69
- Usta, iki il sizə zəhmət verdiyim bəsdir. Güzəran da pis olub.
İzin verin evimizə gedim. Az-çox öyrənmişəm. Sağ olun, mənim
boynumda haqqınız çoxdur.
Ağzımdan bu sözlər çıxar-çıxmaz ustam uşaq kimi ağlamağa başladı.
Mən böyüklərin ancaq məsciddə, bir də ölü üstündə ağladıqlarmı bilirdim.
Şahnəzər ustanın gözlərindən axan yaş məni də kövrəltdi. Özümü saxlaya
bilmədim, dediyimə peşman oldum.
Ustam nə üçün ağlayırdı? Bunu özü dedi:
- Oğul, düşünmə ki, mən pis gün çəkdiyim üçün, ya sənə haqq
vermədiyim üçün ağlayıram, yox! Mən onun üçün ağlayıram ki, sənə
korluq, yoxsulluq peşəsi öyrətdim. Atan səni mənə tapşıranda güman
etmişdi ki, səni mahir bir usta yetirərəm. Axırda böyük bir sifarişi sənin
özünə tapşıraram, işlərsən, sonra atam, bütün dost-aşnanı yığıb, sənin
əsərinin tamaşasına gətirərəm. Sən öz əsərin, mən də öz əməyimə sevinərik.
Atan da övladını bu yerdə görüb şad olar... – Ustam danışığını dəyişdi,
səsini ucaltdı. - Yox, səni buraxa bilmərəm. Sən mənim bu günümdə getsən
ömrüm boyu şəklə də, şəkil çəkənə də nifrət etməyə haqlı olacaqsan.
Getmə! Sən gəl, mənə vəfalı çıxmasan da dalısınca düşdüyün sənətə etibar
bağla. Bu sənət öləcəksə, qoy bizi də öldürsün.
Ustamın sözlərinə heç bir cavab vermədim. Başımı aşağı salıb da
yandım. Etirazına qulaq asıb getmədiyimi görəndə ustam sevindi. Ayağa
qalxıb, heybəsini götürdü.
- Gedək, kəndlərə gedək! - dedi.
Həmin gün biz kəndlərə çıxdıq.
İsti və susuzluq bizi taqətdən salmışdı. Buna baxmayaraq getdikcə
yeyinləyirdik. Kəndə çatmasaq da, quraq və şoran çölləri keçib, özümüzü
bir dərəyə, bulağa, heç olmazsa bir kölgəyə salmağa can atırdıq. Amma nə
edəsən ki, isti daha da bərkiyir. Günəş lap günorta yerində dayanıb, od
tökmək istəyirdi. Şahnəzər ustamın dil-dodağı qurumuşdu. Danışmırdı.
Bütün qüvvəsini dizlərinə yığıb yerimək, qarşıdakı təpəni aşmaq istəyirdi.
Mənə təsəlli vermək üçün işarə ilə "Az qalıb" deyirdi.
Təpəni aşandan sonra yamacda bir çoban gördük. O, sürüsünü qoruqdan,
əkindən uzaq olan dağ döşünə buraxmış, özü isə bir daşın üstündə oturub,
bayatı deyirdi. Onun təbii və yanıqlı səsi dağlara düşüb, təkrar qayıdırdı.
Qayaların cingiltili səsindən qoyunlar vahimələnmiş
70
kimi dayanıb geriyə, yollara baxırdılar. Mən dağın ətrafına fıkir verdim.
Buralarda bir dərə və ya bulaq olmamış deyildi. Yoxsa burada sürü
otarılmazdı. Təpənin şoran torpağına, bozaran yovşan kollarına diqqət
edəndə çobanın qoyunu şora gətirdiyini anladım. Belə yerdə sürünü çox
saxlamazlar. Bir az yedimi, qaytarıb həqiqi otlağa apararlar...
Çoban özü üçün ehtiyat götürməmiş olmazdı. Ustamdan icazə almaq,
çobandan su istəməyə getmək istədim.
Ustam razı olmadı:
- Onda su haradandır?- dedi.
Artıq Obalı kəndinin damları görünürdü. Həyətlərin bəzisində bitən tut,
əncir ağaclarını görəndə sanki ürəyimə su səpildi. O, ağacların altındakı
kölgəlikdə palaz salıb oturmaq, saxsı qabdan su töküb, doyunca içmək
arzusu ilə ürəyim döyündü. Bu gündəlik adi və hər kəsə müyəssər olan
nemətlər mənə bir xəyal kimi gəlirdi. Ustamın çoxdan söylədiyi bir söz indi
mənə kar edirdi:
"İnsan, əlində olan nemətin qədrini, ancaq əlindən çıxanda bilər".
Bu saat mən hər bir şeyi unutmuşdum. Ancaq su, sərinlik, kölgəlik
arzulayırdım. Ona görə də təpədən aşağıya enişlə bərk yeriyirdim. Nəzərim
kənddən ayrılanda yollara, qabağımdakı torpaqlara dikilirdi. Az qalırdım
dayanam, dırnaqlarımla yeri deşib, yaş torpaq tapam, susuzluqdan yanan
sinəmi ora sürtəm.
Ustam muştuluq xəbəri verdi:
- Çatmışıq, budur evlərə az qalıbdır. - Bir az sükutdan sonra əlavə etdi: -
Əgər biçinçi, rəncbər olsaydıq, bizi əzizlərdilər. İş də tapardıq.
Ancaq bizim sənətimiz burada kimin nəyinə lazımdır?!
Ustam düz deyirdi. Bura nə sənət, nə sənətkar yeri idi. Ancaq hələ bu
sonranın işidir. Bizə yanğıdan, susuzluqdan qurtarmaq lazım idi.
Evlərə çatdıqda sevincdənmi, ürəyimdəki yanğının təsirindənmi,
ustamdan qabağa yeridim. İlk rast gəldiyim qapının rəzəsini taqqıldatdım.
Başı, yaxasıaçıq bir kişi çıxdı. Dinmədim, ustamın üzünə baxdım. O, ev
sahibinə dedi:
- Bir içim su verin, qəribik.
Ev sahibi qapını daha da geniş açıb:
- Buyurun içəri, buyurun, - dedi.
O bunu deyərək, əli ilə həyət tərəfi göstərdi. Biz baxanda qəribə bir aləm
gördük. Gözəl və bağçalıq bir həyət idi. Ortada ağacın kölgəsi altında göz
yaşı kimi dumduru su ilə dolu hovuzdan fəvvarə qal71
xırdı. Kənardan isə mis cam qoyulmuşdu. Mən qara və gödərək kəndlidən
bu səliqəni görəndə heyran qaldım. Susuzluğum daha da artdı. Özümü pallıpaltarlı
hovuzun içinə atmaq istədim. Ustamın ehtiramını saxlayıb, əvvəlcə
onun su içməsini gözlədim. O, yüyürüb camı götürmək istəyəndə yerində
donub qaldı. Heyran-heyran hovuza baxdı, sonra da məni çağırdı:
- Yaxın gəl!
Mən yaxın gedəndə bu mənzərənin rəssam lövhəsi olduğunu anladım.
Buna nə ustam inana bilirdi, nə mən. Çargül və qalın parça üzərində
çəkilmiş bu gözəl sənət əsəri bizi heyran etmişdi. Əlində bir kasa su gətirən
və bizim heyrətimizə gülümsəyən ev sahibi üzr istədi:
- Bağışlayın, mən yoxlamaq istəyirəm.
- Nəyi yoxlayırsınız?
- Yoxlayıram görüm çəkdiyim şəkil bir şeyə oxşayır, ya yox? Ustanın
heyrəti birə yüz artdı.
- Məgər bunu siz çəkmişsiniz? Ev sahibi utana-utana cavab verdi:
- Bəli, qonaq qabağına çıxarılası ləyaqəti olmasa da, bağışlayın.
- Bu lap sizin öz əlinizdən çıxıb?
Ev sahibi şübhəmizi görəndə bizi qonaq otağına apardı, divarları
bəzəyən rəngbərəng, cürbəcür şəkilləri göstərdi.
Ev sahibi çay hazırlamağa gedəndə Şahnəzər mənim əlimdən tutub,
pəncərə qabağına çəkdi.
- Xırmana gedən, kotandan qayıdan, çırpı gətirən, saman daşıyan
adamlara da diqqət elə! Qəribə nə görürsən? - dedi.
- Qəribə bir şey görmürəm!
- Hamısı çox sadə görünür. Ancaq sənət də elə bunlardadır. Bu
adamlardadır. Gəl boynumuza alaq. Mən iyirmi ilin ustası, sən iki ilin
şagirdisən. Heç birimiz bu qonaqcıl kişinin yaratdığını yaratmamışıq.
Amma bizə sənətkar, ona kəndli deyirlər.
Mən ustamm dediklərini diqqətlə dinləyirdim. O, çöhrəsində parlayan
heyrətini ifadə edərək danışırdı:
- Ən böyük sənətkar bunlar - həyat adamlarıdır. Əlini bunların ətəyindən
üzənin vay halma!
Ustam yoldakı söhbətimizdə yanıldığını mənə başa salmaq istəyirdi.
1941
72
VƏTƏN YARALARI
Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə
atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz,
duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə
bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində
özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım
hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir
səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm.
Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti
mayenin vücuduma axdığını və _____axdıqca məni xoş və sakit bir rahatlığa
apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm.
Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə
gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava
qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir,
sularda əriyib, yox olurlar.
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini,
birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən
bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də
bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat
yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü,
gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum
ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə
silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar?
Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən
qayıdıram.
Ürəyimdə bir şadlıq var: dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri
ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra, hardansa məni
bir düşüncə yaxaladı. Haraya qayıdıram? 15 il ömür keçirdiyim,
doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim,
sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var?
Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə
gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Onu möhkəm
addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyalar aparır.
Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın
73
başına yol tapmır. Həyatın keşməkeşləri onlara növbə, yol, imkan vermir.
İndi isə əl-qolunu boş qoyub, yatağa uzanmış bədən tamamamilə onların,
qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata
azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr
başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib, tərif eşitməyə
gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə qışqırmağa, əmrlərə,
fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Nə qızlar, nə qayıq
gəzintiləri, nə məzhəkədən qabaq başlayan, sonra da bitməyən qəhqəhələr...
Məndə qəribə bir arzu dinlənir: iki ömür istəyirəm. İstəyirəm ki, ilk
ömrüm - təcrübə dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları
öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür
imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum,
anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum.
Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura
yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik
günləri başlasın...
O günlər... məgər xəyal onları gətirib yetirə bilərmi?.. Qapımızdan
keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif
küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi...
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım?
Vuruşub-barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım?
Bax, bunlardan doymamışam.
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağmda
yaşamışam. Doymamışam.
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...
Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları
arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox
etməyə gəlmişdir.
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib,
yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb
yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu
görəndə həmişə məktəbli uşaqların kitab çantası yadima düşür. Nəsrəddinin
belə yaraşıqlı bir çantası var idi. Özü də qayişla belinə bağlardı. Bəzən onun
çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir,
bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir
sirrini ona deyir, bərk yerlərə onu özü ilə aparır.
74
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu
Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar
yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına
döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik
olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu,
çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət əmri veriləndə, bir də
görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç
adam üçün "yataq" düzəldərdi. Əleyhqazlarımızı başımızın altına qoyub
tirtap düşərdik.
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə
danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi.
Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir
şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına
darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri
şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki,
"xəstə yuxudadır". Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin
üzünü gördüm. Dərhal bacının səsi gəldi:
- Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim:
- Oyanmışam, - dedim, - bacı, burax gəlsin.
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya
sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz
kimi, balışa yapışıb qaldı.
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar.
Bacı onlara yalvarırdı:
- Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin!
Nəsrəddin ona təsəlli verdi:
- Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi:
- İki-üç dəqiqə, artıq yox.
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü
eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı
kimi, həsrətlə söhbətə başlamışdı...
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:
- Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən,
on-on beş günə duracaqsan.
75
Mən ağrı_____lardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:
- İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün
hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır.
Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca
ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir.
Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat
yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi
mükəmməldir, əsl həyatdır. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki,
bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş,
bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm
dincələcəksən, həm də ki...
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
- Həm də ki, vətənə gedəcəksən.
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə
baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan
bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın
adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü
məndən ayırmırdı:
- Səndən, - deyirdi, - heç nə istəmirəm. Bizim evə get, mənim yazı
stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub
gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu?
Küçəmizdən bir neçə dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu
qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam...
Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de.
Mənim əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün
gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax
gör kitabxanaçı deyirmi ki: "Bu oğlan niyə kitab götürmür?".
Lətif Nəsrəddinə macal vermədi:
- Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək.
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy.
Gör Ədil müəllim oradadırmı? Gör yenə dərslər qaydasındadırmı?
Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi
direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
- Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin.
Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil,
76
bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da,
mən burada çargahın səsini eşidəcəyəm...
Lətif tapşırırdı:
- Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durnagözlü bulaqdan
ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə
deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl
yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən
taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə gətir.
Torpağın ətrini oradan alarıq. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb
yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm.
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş
evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu
küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən
keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə dəyişmişdir. Mənim
qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər
şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz
möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına
xeyir-dua verir.
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən
götürdüm, qapını açıb, evdə rahatlandım.
Bu evdə nə təzəlik var?
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə
qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında
balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə
göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının
şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir
gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır, - oxumamış
qəzeti o, tərk etməz.
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən
həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin
açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən
başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir?
77
...Anam mənim bu sualıma köksünü ötürərək, cavab verdi:
- Bala, - dedi, - çox vaxt səninlə oturub, söhbət eləyirdim. Sən cəbhədə
bəlkə də atışmadasan. Mən burada bardaş qurub, səni körpə çağında
görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açar orada dursun. Mən onu
yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən.
Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki: "Sən işdən
qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get..." Gördün ki,
niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin
çıxdın!
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı.
Ürəyimdə deyirdim: "Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya
başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və
mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb
sahiblərinin keşiyində durana zaval yoxdur!"
Vətənin hava və sularındanmı, adamlarımızın "cəbhəçidir",- deyə mənə
göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox
tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca,
qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı.
Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin
də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə
oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki:
"Canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir",
buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan
kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.
- Bala, - deyirdi, - bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi
Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın,
bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun!
* * *
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə,
yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım
deyə, bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarının heç
birini yerində tapmadım.
Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına
gotürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal
78
komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi.
Orada savadlı bir əl rusca yazmışdı: "Demişdim, ele də oldu: döyüşçü
ölməyəcəkdir!" Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə
soruşurdum. Nə soruşduğumu komissar bilmirdi:
- Həkim yazır, - dedi, - Lətifin sağalmağına ümidimiz yox idi.
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib.
Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb, görüşmək üçün
icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamanı səhra
xəstəxanasına gedən maşınların birinə atdım.
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi.
Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox,
xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan,
əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni
çəkib, palataların kənarına gətirdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən
gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb, bağlamanı açmaq
istədim. Nəsrəddin mane oldu:
- Qoymaram, - dedi.
- Yeməli şeydir,xarab ola bilər.
- Lətifsiz açmayacaqsan.
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.
- Elə isə dur, - dedi, - dur, onun yanına gedək.
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub
orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı,
böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan
bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də
Nəsrəddin xahiş etmək istəmirdi.
Mən həkimi "yumşaltmağı" boynuma aldım. Gözlədim. O, otağından
çıxanda rəsmi vəziyyət alıb, məqsədimizi söylədim.
- Sabah nahardan sonra yarım saat gedə bilər, - deyə o, icazə verdi.
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr
etməyə macal tapmadım.
Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı.
Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də
qəhərləndirdi. Narahat etməyim deyə, tez durdum. Bağlamanı onun yanına
qoyub çıxdım.
79
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə
anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım
arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən
sonra üç səmimi yoldaş oturub, sovqatı açdıq. Burada albuxara, kişmiş,
fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında
adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.
Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi:
"Bir oturun, bir gəzin, bir vuruşun!"
- Uşaqlar, - dedim, - bu əlcəklərdə analarımızın mehribanlıq istisi,
vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb,
analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban
ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, qələbəyə də
aparacaqdır.
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:
- Bir gəzək, bir vuruşaq!
- Qoyun, - dedim, analarımızın surəti gözümüzün önündə, səsi
qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini
həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza
soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar.
Ana Vətən bizdən razı qalsın.
1942
LEYLA
Gözləyən qızlarımız, gəlinlərimiz,
bacılarımız, analarımıza hədiyyə
Bir müddət onun ayağı tramvaydan kəsilmədi. Şəhərə yaxın düşərgələrin
birində əsgəri hissədə vuruşmaq öyrənən sevgili əri Mir Əlinin görüşünə
gedər, əlinə düşəndə hədiyyə aparardı. Axırıncı dəfə vidalaşandan, Mir Əli
cəbhəyə yola düşəndən sonra da gəlini yollarda görmək olardı.
Sevgilisindən xəbər almayanda səbri tükənər, darıxardı; heç bir şeydən
təsəlli tapmayanda baş alıb çölə, Mir Əlini yola saldığı
80
yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin
keçmiş düşərgəsində indi küləklər əsirdi. Məşq üçün qazılan səngərdən,
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən,
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı.
İntizarlı gəlin kənarda dayanıb, ziyarətinə gəldiyi yerin hər tərəfinə
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi:
- Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!..
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli
sükut içində əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ
layiqincə anlaşılmamış kitablar kimi görünürdü...
İndi, soyuq payız axşamında Leyla yenə səfərə, həmin yerlərin
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından
keçmir, zehnən bir dəqiqə də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır,
yenə bacısı Zibaya belə deməkdən həzz alır.
- Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol!
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun
yaralı qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır
ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?"
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon
qapıdan bir zərf atıb ötdü.
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu:
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam.
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim.
Bacınıza və qohumlarınıza Mir Əlinin və mənim dilimdən salam! Mürsəl
Babayev".
81
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini
və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara?
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.."
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu
Səriyyənin qızını çağırıb dalınca göndərdi:
- Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni
gözləyir.
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrartəkrar
oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini
bir yerə qərarlaşdıra bilmədi:
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana
belə aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb,
görüşə çağırır. Yox, yaralının belə şeylərlə uğraşmasına macalı hanı. Elə
vicdansız əsgər olarmı ki, bacı dediyi qıza əyri gözlə baxsın. Bəlkə bu
tamam ayrı Zibadır, kağızı səhv gətiriblər?.. Yox! Adres - filan yerli
yerindədir. Üstəlik Mir Əlinin də dostu...
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna
nə ad qoymaq olar?"
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş,
qızarmış özünü evə saldı.
- Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var?
Leyla onun sözünü kəsdi:
- Ay qız, sənin Mürsəl adlı tanışın varmı?
- Mürsəl?
- Mürsəl Babayev!
-Yox!
- Yaxşı fikirləş!
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi:
- Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə məktəbdən
tanıyıram.
- 7-ci sinif yox ey, əsgər!
- Mən Mürsəl adlı əsgər tanımıram.
- Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt
olub, sonra yadından çıxıb?
82
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü:
- Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə
işdir?
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri
otağa keçdi və Zibanı da çağırdı:
- Bura gəl, söz deyirəm.
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı çıxardı. Leyla isə
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb,
əlacsız qalmışdı.
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü:
- Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm.
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!..
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O,
aldığı məktuba belə məna verirdi:
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə gəlib,
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..."
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi.
Düşüncələrinin belə dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə məktubdur.
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir
Əli ayrı Mir Əlidir...
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı.
- Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə bədbəxtin başında,
dilim-ağzım qurusun, bir iş var...
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini
dəyişmiş, qəhərli səsinə qulaq asırdı.
- ...Bəlkə bədbəxtin başında bir iş var!..
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı.
Özünü güclə saxladı, uşağın başını sığalladı.
83
* * *
Leyla xəstəxana xidmətçisinə deyəndə ki:
- Mürsəl Babayev!
Xidmətçi soruşdu:
- Qılçası kəsilənimi deyirsən?
Leyla duruxdu:
- Babayev Mürsəli zəhmət çək, çağır!
Xidmətçi öz qəbahətini anlamış kimi, heç bir söz demədən içəri getdi.
Beş deqiqə çəkmədi ki, qoltuq ağacı ilə yeriyən uzun, qalınsaç bir oğlan
palatadan çıxıb, qapıya göz gəzdirdi. Bir baş Leyla tərəfə yeridi:
- Bağışlayın, Babayevi axtaran sizsiniz?
- Bağışlayın, Mürsəl sizsiniz?
- Mənəm!!! Siz yəqin ki, Ziba xanımsınız!
- Bəli!
- Xoş gəlmişsiniz! - Bunu deyib Mürsəl gorüşmək üçün əlini Leylaya
tərəf uzatdı. Leyla da ona əl verdi.
Mürsəl Leylanı palatadan bağçaya baxan pəncərələrinə tərəf apardı.
Skamyalardan birini göstərdi.
- Buyurun, əyləşin, - dedi.
Leyla oturan kimi əlindəki sovqat bağlamasını yaralının qabağına
qoydu:
- Bağışlayın, - dedi, - xəstə yanına gəlməyə adam xəcalət çəkir.
Bir-iki dənə fətir gətirmişəm. Layiq olmasa da...
Mürsəl başını aşağı salmış halda:
- Var olun, - dedi, - burada bizə hər şey verirlər. Ehtiyacımız yoxdur,
zəhmət çəkməyin!
Deyəsən Mürsəl gəlinin uzaq yol gəldiyindən və sifətindəki iztirabdan
həyəcan çəkdiyini duymuşdu. Dərhal mətləbə keçdi:
- Ziba xanım, - dedi, - yəqin ki, məktubu almısınız. Mən onu qəsdən sizə
yazdım. - Mürsəl başını aşağı saldı. İri və uzunbarmaqlı əllərini bir-birinə
çataqladı, sanki əsəblərini ələ almaq üçün daha nəsə düşündü. Bir qədər
sükutdan sonra ifadəsinə başqa ahəng verdi: -Dünyada heç dostun, yaxşı
dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola! Ünsiyyət
bağlayasan, sonra da... Ziba xanım görürsünüz, sağ qıçımı itirmişəm. Bir
dəfə kəsiblər, bəlkə yenə kəsdilər.
84
Buna mən dözərəm, iş igid başına gələr. Amma Mir Əli, yox! O gündən
elə bilirəm bir tərəfimi çapıblar. Ziba xanım, Mir Əli ayrı oğlan idi. Onun
üçün biz nə qədər qəm çəksək, azdır. Sizdən xahişim budur ki, Leyla xanım
bilməsin. Mən onların məhəbbətinə bələdəm, qızı da, uşağı da bədbəxt
edərsiniz, bu sirri heç olmasa dava bitənə qədər saxlayın! Deyin ki, bir
xəbər yoxdur, qabaq xətdədir!..
Mürsəl bir tərəfdən Zibaya nəsihət, tapşırıq verir, o biri tərəfdən
cəbhədəki mənzərəni xatırına gətirirdi.
Hissələrimiz düşmən mövqelərinə lap yaxınlaşmışdı. Hücumda onu
dəstənin qabağında, "irəli" deyə qışqıranda gördüm, başından dəyən güllə
zireh papağını kənara atdı, yazıq üzü üstə düşdü. Mən pulemyotu idarə
edirdim, qoyub gedə bilmədim. Onlardan sonra biz yeridik. İki saat sonra
mən necə yaralanmışdımsa heç nədən xəbərim olmayıb, gözümü açıb
özümü sarğı məntəqəsində gördüm.
Mir Əli qəhrəman idi, qəhrəman kimi də vətən borcunu verdi. Bizim
vəzifəmiz isə onun intiqamını almaq, heç bir zaman onu unutmamaqdır!
Mürsəl sözünü tamamlamadan cibindən balaca dəsmala bükülü bir şey
çıxartdı:
- Buyurun, - dedi, - Ziba xanım, mərhumun saatıdır, sanitarlar mənə
verib, qəbz aldılar. Sən bunu əlbət ki, Leyladan gizlətməlisən! Sizə zəhmət
verməkdən qəsdim bu idi.
Mürsəl belə bir xəbərdən sonra Zibanın simasına nəzər saldı, birdən
oturduğu yerdən dik atıldı, qız çoxdan özündən gedib, huşsuz düşmüşdü.
Mürsəl bacıları səslədi, həkim istədi. Leylanı götürüb palataya apardılar.
Mürsəl isə dediyinə peşman oldu.
2
Mürsəl Mir Əlini od içində tərk etmişdi. Daha doğrusu tərk etməyə
məcbur olmuşdu. Ayılandan sonra sarğı məntəqəsinə hay salıb
soraqlaşmışdı. Belə bir yaralı tapılmadığından yoldaşının ölümünü yəqin
etmişdi. Ancaq Mir Əlinin vəziyyəti Mürsəl düşündüyü kimi yox, bir az
başqa cür idi. Həmin gün Mir Əli başından ağır yaralanandan sonra top
gülləsinin açdığı çalanın kənarında vücudunun yarısı torpaqda örtülü halda,
huşsuz düşüb qalmışdı. Sərin yay gecəsinin nəsimi onun əsəblərinə
toxunanda oyanmış, özünü meyitlər arasında görmüşdü.
85
"Çıxmayan cana ümid yoxdur" demişlər. İnsan, vücudundakı zəngin
həyat imkanlarını ancaq ağır xəstəlik məqamında duyur. Mir Əli gözlərini
açıb aydın fəzaya baxanda, güman etdi ki, axır nəfəsidir, hər şey bitmişdir.
Bu baxış yalnız sönmək üzrə olan həyat qığılcımının son parıltısıdır. Bunun
ardınca zülmət gələcək, ağırlaşan göz qapaqları əbədi bir qaranlıq
gətirəcəkdir... "Of! Həyat!"
Mir Əli vücuduna hərəkət vermiş, tükənməkdə olan taqətini diz
qapaqlarına toplayaraq, şərqə-səngərə tərəf yollanmışdı. Hər işıldayanı su
bilib yönəlmiş, ağaclar altında sərin torpaq arayıb, sinəsini sürtmüşdü...
Bir gün sonra sanitar əsgərlər Mir Əlini yarımcan meşədən tapıb
aparmışdılar. Ay yarım məntəqədən-məntəqəyə, xəstəxanadan-xəstxanaya
keçirilərək, getdikcə arxanın dərinliklərinə aparıldı. Son bölgü
məntəqəsində yarası uzun sürənlərin Novosibirsk şəhərinə göndəriləcəyini
bir şəfqət bacısından öyrəndi, həkimlərdən və xəstəxana müdirindən xahiş
edib, özünü vətəninə - Bakı xəstəxanalarına yollanan qatara saldı.
Eyni gündə, eyni saatda şimaldan cənuba gələn qatar Mir Əlini gətirdi:
cənubdan şimala gedən qatar isə Leylanı və Mürsəli gətirdi.
Can bir qəlblə olan bu üç adamın, bu üç əzizin bir-birindən xəbəri yox
idi. Müharibə, qəfildən qopan bir ruzigar kimi, onları ayırıb o qədər uzağa
atmışdı ki, heç biri o birisinin halını təsəvvür edə bilmir, sağlığına xatircəm
ola bilmirdi.
Uzun ayrılıqdan və təhlükələrdən sonra doğma yurduna, öz ailəsinin
yanına, Leylanın, Tofiqin yanına qayıdan Mir Əlinin halını mən yazmasam
da oxucu bilir.
Tbilisi şəhərində Mürsəli görəndən sonra Leylanın necə pərişan hala
düşdüyü, nə iztirab içində qayıtdığı da oxucuya məlumdur.
Mürsəl isə Leylanı belə vəziyyətdə tək buraxa bilməmişdi. Şikəst olsa
da, iki günlüyə icazə alıb, özü gətirmişdi.
Mürsəl tanış olduğu, müşayiət etdiyi qızı hələ də Ziba bilir, Ziba
çağırırdı. Ona görə də təsəlli verir, evdə, Leylanın yanında ah-zardan tamam
əl çəkməsini xahiş edirdi. Deyirdi, ancaq bunun mümkün olacağına özü də
inanmırdı. Yəqin etmişdi ki, fəlakətli xəbərdən bulud kimi tutulan bu
matəmli qız Mir Əlinin evinə sakitliklə girməyəcək, bəlkə də bütün
qüssələrini ifadə edən yanıqlı bir fəryadla yeddi qapı-qonşu başına
yığacaqdır.
86
Bu vəziyyəti gözü önünə gətirən Mürsəl heç evə, Leylanın yanına
getmək istəmirdi.
- Ziba bacı, - deyirdi, - mənim sizə getməyim yaxşı düşməz. Ürəyim
pisdir. Mərhumun uşağını görsəm, özümü saxlaya bilməyəcəyəm.
Gəlin, siz rüsxət verin, mən vağzaldan qayıdım, onsuz da...
Bu xahiş Leylanın qəlbinə dəydi:
- Mir Əlinin sizin kimi əziz dostu qapımızı açmaq istəmirsə, bundan
sonra yoluxub-yoxlayanımız kim olacaq?!
Mürsəlin deməyə sözü qalmadı.
Onlar vaqondan düşüb, evə yollananda səhər yenicə açılırdı. Şəhər
təzəcə yuxudan qalxır, günəş yenicə Xəzərdə çimib çıxır, fəzalar seyrinə
hazırlaşırdı.
Vağzalın kənar tərəfində dayanan səhiyyə maşınları vaqonlardan düşən
xəstələri qəbul edirdi. Mürsəl bu maşınlarda o qədər uzanaqlı qalmışdı ki,
onları görəndə gözü ağrıyırdı. O bilsəydi ki, əziz dostu və həlak olmuş
saydığı Mir Əli də bu xəstələrin içindədir, sevincindən qışqırıb, nə bilim, nə
deyərdi.
Səhiyyə maşınının yollanmasını gözləyən və şəhərə gələnlər içində,
demək olar ki, ən sevincəyi olan Mir Əli vaqonlardan düşüb tramvaylara
tələsən camaata baxırdı. Səki dolusu izdihamla yeriyənlər içində bəlkə də
onun tanışları, qohumları, ürəyinin bəndi - Leylası var idi. Mir Əli də bunu
görmədi, seçmədi. Ancaq Mir Əlinin qəlbi döyünürdü. Xəstəxanaya
tələsirdi. O, briqadirə yanaşıb, icazə istəmişdi. "Evimizə dəyməsəm, ailəmi
görməsəm, mən nə xəstəxanada yata bilərəm, nə də müalicə olunaram. İkicə
saat mənə vaxt!".
Briqadir də:
- "Get, - demişdi, - ancaq vaxtında qayıt!"
Maşın xəstəxana qabağında dayananda birinci çıxan başısarıqlı Mir Əli
oldu. Qolunda şinel, başı, yaxasıaçıq, elə sevincək və sürətlə evlərinə
yüyürürdü ki, deyirdin kişinin yağı daşır. Ev qapısına çatanda baş Mir
Əlinin, baş Leylanın! Bunun əlində şinel, onun əlində çamadan...
- Leyla!
- Mir Əli!
- Səsinə qurban!
Mir Əlinin səsi Leylanın çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı.
87
Sevgililər qucaqlaşdılar. İçəridən, Zibanın, sonra da Tofiqin səsi eşidildi.
Uşağı tələsik oyatmışdılar. O, yalınqat köynəkdə balaca yumruğu ilə yuxulu
gözünü ovaraq qapıya qaçır və qışqırırdı:
- Atam gəldi!
Tofiq, o şirindil uşaq o gün qələbə bayrağı kimi əllərdən düşmədi,
başlarda gəzdi.
1943
ƏR VƏ ARVAD
Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün
komandir məni çağırdı:
- Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!
Apardıqlarımın əsir olduğunu biləndə sevindim. Nədənsə mən, bunları,
Hitler ağlına uyub gələn bu sarı qulları görmək istəyirdim. Alman dilini
bilməsəm də, onlarla maraqlanırdım. Güman edirdim ki, onları anlamaq
üçün dindirmək o qədər də lazım deyil. Sifətlərindən çox şey oxumaq olar.
Birinci səfərdən sonra daha bir də mən öz batalyonumuza qayıtmadım.
Sənətim cəbhədən arxaya, düşərgəyə əsir daşımaq oldu. Almanların
sifətində axtardığımı da oxudum. Onlar göygöz, uzun və iri çənəli,
müstəqim və yekə burunlu, qaşqabaqlı, yerəbaxan adamlardır. Gözlərindən
əlamət yağır, deyirsən bu, əlində bıçaq, kəsməyə getdiyi ətliyi əlindən
qaçırmış və bir də tutacağından ümidini kəsmiş bir qəssabdır.
Vaxtı ilə maraqlandığım əsirlər, indi mənə eyni ölçü və qəlibdən çıxmış,
fris adlanan kibrit qutuları kimi bir-birinə oxşar, adi, quru görünürlər. Mən
onların yalnız sayını yadımda saxlayıram.
Ancaq birini və onunla əlaqədar bir mənzərəni unutmamışam,
unutmayacağam.
Mən bütün müharibə boyu heç vaxt bu qədər işləməmişdim. Biz hər
vasitədən, hər dəqiqədən istifadə edib əsirləri lazımi yerlərə gətirdik. Əsir
de ki, qurtarmırdı. Göydən yağan qarın sayı vardı, ön cəbhədən bizə tərəf
ötürülən əsirlərin sayı yox idi. İndi mən düşmən ölüsünü əsirdən faydalı
sayırdım. "Heç olmasa, - deyirdim, - bu lənətə gəlmiş oğlu bizə başağrısı
vermir".
88
Şiddətli yanvar şaxtası kəsib tökürdü. Elə bürünmüşdük ki, ancaq
gözlərimiz işıldayırdı. Tonyarımlıq maşında 11 nəfər əsir gətirirdik. Yol
qarovulu, deyəsən təkər səsindən bizi tanımışdı. Maşını dayandırdı. Yeni və
topal bir alman soldatını maşına çıxartdı, getməyimizə icazə verdi. Topal
özünü maşının küncünə yıxdı. Mən dil bilməsəm də, dərhal soruşardım ki:
"Ay həpənd, bir qıçla Berlindən bura gəlmisən, bəlkə sənin iki qıçın olaydı,
onda neylərdin?" Adətən əsir düşənlər yemək istəyir, soyuqdan şikayətlənir,
yalvarırlar. Topalda bunu görmədim. O, yalın olsa da, aylardan bəri
qırxılmamış üzündə və sıx saqqalında buz bağlansa da, əzab çəkdiyini hiss
etdirmirdi. Güman edirdim ki, bu, möhkəmlikdən, ya məğrurluqdandır.
Sonra bildim ki, bunların heç biri deyil, topalın işlərində ayrı sirr var.
Topal kürəklərini maşının divarına söykəmiş, bir qıçı ilə çömbəltmə
oturmuş, ayıq və iri gözlərini mənim üzümə dikmişdi. Belə baxışları biz tez
seçirik və gözdən qoymuruq. Ürəyimə gəldi ki: "Bəlkə bu hərif məni
xamlamaq, qaranlıqda cumub, əlimdən silahı qapmaq istəyir. Bəlkə o özünü
maşından yerə atmaq niyyətindədir".
Bunlar inanmalı zənlər deyil. Tək tutulmuş topal bir soldat nəyə ümid
edib silaha tamah sala bilər? Özünü maşından atması isə ölümü satın
almaqdır. Əksinə, bəlkə də onun belə ayıq-sayıq dayanması sevincdəndir.
Komandirinin əlindən qurtarıb, qurbağa ilan əlindən qurtaran kimi, görəsən
haçan qollarını qaldırıb, özünü bizim səngərə atıb.
Olmadı, uzun və şaxtalı yolda topal məni rahat buraxmadı. Hətta ona
müraciət edib acdığını, papirosdan korluq çəkib-çəkmədiyini soruşdum.
Başı ilə rədd etdi.
Maşınımız artıq gurultu və atışına səslərindən uzaqda, demək olar ki,
dərin arxada idi. Gecənin və qışın lap oğlan vaxtı idi. Qarı xışıldadaraq,
ötən maşını və arabir öskürək səslərini nəzərə almasaq, kainat donmuş buz
parçasına bənzəyirdi. Qəhrəmanlarımıza arxalanaraq, səssiz yatan sovet
kəndləri sanki yenicə azad olduqları faşizm zülmünün acılarını unutmaq
üçün dincəlirdilər. Bu ağaclıq həyətlər içində, kirəmitli evlərdə yaşayanları
xəyalıma gətirib, ürəyimdə deyirdim: "Dincəlin, dincəlin, analar, atalar,
balalar! Üstümüzə gələn yağıları tutmuşuq, budur, mənim qarşımda yazıqyazıq
dayanıblar. Sovet qanunu icazə versəydi, bu gecə, elə lap bu saat mən
hamımızın acığını, keçirdiyiniz təhlükəli günlərin, yuxusuz gecələrin, yanan
xanimanların, qarətlərin heyifini, öldürülən ata və oğulların hamısının
89
qanını alardım..." Onlar - cəbhəyə xidmət üçün bütün günü zəhmət çəkib tər
tökən sovet kəndliləri mənim bu xitabımı eşitməsələr də, arxayındırlar.
Onlar öz talelərini Kommunist partiyasına, Stalinə, Qızıl Orduya
tapşırandan bəri fədakar çalışmağa, arxayın və qayğısız dincəlməyə adət
etmişdilər. Ehtimal ki, onlar bu saat mənim əsir aparan maşınımın səsini
eşidir, ürəklərinə ancaq bu gelir: "Əsgərlərimizdir, nə lazımsa edirlər".
Topal rahatlanmırdı. Ayağını qabağına qoyub, qurdalanırdı. Ondan
sorğu-sual edir, ona yalvarır, ya canını aradan çıxardığı üçün təşəkkürmü
edirdi? Bəlkə don vurmağından qorxurdu, şaxta kəsik yerə daha bərk təsir
edir. Bu adam kəsik qıçının yerini tutmalı, sızıldamalı idi. Soyuqdan
qorunanlar şinellə ayaqlarını örtür, saman içinə soxulurdular. Topal isə
ayağını qabağına qoyub nə isə qurdalanırdı. Mən əyilib işarə ilə ondan
soruşdum: "Nə olub ayağına? Bəlkə döyənəyin-zadın var? Tısbağa başını
qınına çəkən kimi topal dərhal qıçını altına çəkib gizlətdi. Elə mahir oturdu
ki, kənardan baxan deyər: "Yazığın iki qıçı da kəsilib". Bəlkə qorxudan
elədi? Mən onunla artıq məşğul olduğumu qəbahət bilib, özümü danladım:
"Şikəst adamdır, - dedim, - nə işin var!" -Üzümü o biri yana çevirdim, topalı
öz öhdəsinə buraxan kimi dayandım. Yarım saat çəkmədi ki, yenə topalın
qurcuxduğunu sezdim. Silaha söykənib altdan fikir verirdim. Bu dəfə
topalın qıçı qabağa çıxmamışdı. Sağ əli dala getmişdi, nə isə qurdalanır,
saman xışıltısı içində hərdən ayaqqabısının altından üzülən mıxların səsi
təkrar olunduqca, hərif ara verib, mənə və ətrafındakılarına baxmırdı. Artıq
topalın nə ilə məşğul olduğu mənə məlum idi. İşarə ilə qarovul yoldaşımı
çağırdım. Hərə bir yandan tutub, topalın qollarını sarıdıq, sonra çəkməni
çıxardıb yoxladıq. Padoş altından bir büküm kağız çıxarıb, fənər işığında
baxdıq. Alman hərfləri ilə yazılmışdı. Yoldaşım almanca bilsə də, heç bir
şey demədi. Yəni axıra qədər oxumağa macal da olmadı. Kağız içindən bir
cüt mirvari qaşlı qızıl sırğa çıxdı. Yoldaşım kağızı büküb, hamısını mənə
tapşırdı: "Bunu, - dedi, - uzağa aparmaq lazım deyil, səhra xəstəxanasına
təhvil verərsən..."
Deyəsən, topal müalicə olunası idi. Ürəyimdə dedim: "Bu əsir bizə ucuz
başa gəlməyəcək, qorx ki, həkimlərdən qıç iddia eləyə!" Səhər açılhaaçılda
G. şəhərindən on iki kilometr aralı, səhra xəstəxanasına getmək üçün biz
topalla düşməli olduq. Topalı qabağıma qatıb, aparıram. Əlbəttə ki, padoşun
arasından yalnız kağızlar çıxsaydı,
90
bu adamın böyük xəfiyyə, ya kəşfiyyat işləri ilə məşğul olduğunu zənn
edərdim. Sırğaları görən kimi hərifin "fəziləti" məlum oldu. Gündə
tutduğumuz qarətkərin biri də budur. Sırğaları da ya qızına, ya arvadına,
kim bilsin, bəlkə də, bir qıçı ilə təşrif aparacağı Berlin fahişəxanalarında ilk
rast gəldiyi mütrübə verəcək idi. Bu gümandan, ya hansı bir duyğudansa
darıxırdım. Sənətim mənə qəribə gəldi. Tez qayıtmaq arzusu ilə yeyinlədim,
topalı da tərpətdim. O, qoltuq ağacı ilə iri addımlar atır, nə buzdan, nə
qardan qorxurdu. Sanki mənim süngümdən qurtulmaq üçün bacardıqca
yeyin, bacardıqca aralı gedirdi:
- Urus!
Mən bu səsi eşidəndə döyükdüm. Çağıran kimdir, haradan, kimi çağırır!
Cığır kimi dar yolda heç kəs yox idi.
- Urus, səndən xahiş edirəm!
Daha da təəccübləndim. Topal rusca bilirmiş!
Mən ona geri dönməyə və dayanmağa icazə vermədim. Topal yerişinin
sürətini və ahəngini dayandırmadan xahişini mənə söyləyirdi. Üç addım
aralı arxada getsəm də, topalın sözlərini yaxşı eşidirdim. Bu anda kənardan
baxan deyərdi: "Topal arxadakına yox, yanınca gedən görünməz bir adama
xitab edir".
- Rus, səndən xahiş edirəm ki, məni özün öldür!
- Faşist, buna mən boyun oluram, ştabda işinə baxarlar. O dünyalıq
olsan, xahişinə əməl olunar!
- Sırğalar sənin halalın, gəl sən məni öldür.
Əvvəl gülməyim gəldi, sonra da hirsim tutdu:
- Belə danışsan, - dedim, - avtomatla cavab alacaqsan! Meyitini cığırda
qoyacağam!
Mən çaxmağı tərpədəndə topal diksindi, geri baxıb yalvardı:
- Əl saxla, qələt elədim!
Mən topalı daha da yeyin getməyə, susmağa məcbur etdim.
Xəstəxanaya çatanacan o, nə bir kəlmə danışdı, nə öskürdü, nə də
asqırdı.
Əsiri həyətdə, darvaza ağzında saxlamışdım. Təhvil gözləyirdim. Başı
sarıqlı bir qadının "Vaqner" deyə qışqırıb, həyətə atıldığını gördüm. Topal
bu səsdən diksindi. Almanca nə isə tələsik bəzi sözlər dedi və qadını
özündən kənar etməyə çalışdı. Nəzarətçi qadını tutub, içəri apardı. Mən də
topalı kənara çağırıb saxladım. Beş dəqiqə çəkmədi ki, xəstəxana rəisi çıxdı.
Mən əsiri də, onun ayaqqabısının
91
altından çıxan şeyləri də təhvil verdim. Bildiklərimi danışdım, qayıtmağa
icazə istədim. Rəis mane oldu:
- Dayanın, - dedi, - bu matahınız bizə lazım olmayacaq. Sabaha qədər
gözləyin, bəlkə aparmalı oldunuz.
* * *
Mənə bir gecə istirahət verilmişdi.
Dünyada çox ləzzətli şeylər var ki, adam onların qədrini ancaq əldən
çıxanda bilir. Əsgərlikdə, cəbhə həyatında yuxudan alınan ləzzəti heç
şeydən almaq mümkün deyil. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir.
Doğrudur, topalın taleyi ilə, onunla görüşə gələn yaralı qadın ilə, rəisin
qəbul etmək istədiyi "matah" ilə maraqlanırdım. Bilmək istəyirdim ki,
görəsən bu nə əhvalatdır. Tutduğumuz adam nəçidir? Ancaq yuxu, istirahət
bu marağıma üstün gəldi. Qarovul otağında başımı əleyhqaz çantasının
üstünə qoyduğumu bildim, bir də səhər qarovul rəisinin səsinə oyandım.
Xəstəxana siyasi işçiləri topalın xasiyyətnaməsini müəyyən etmişdilər. Sən
demə, həmin bu topalın adı Vaqnerdir. Özü Berlində eses deyilən jandarm
dəstələrində "adam döymək vəzifəsində" çalışarmış. Sonra Hitler onu
Stalinqrada göndərmişdir ki, orada döyülməli adamlar çoxdur, arvadı -
həmin bu başı sarıqlı qadın onu davaya yola salanda çox tapşırıqlar
vermişdi:
- Vaqner, - demişdi, - kimi döyəcəksən, çoxmu, azmı döyəcəksən mənə
dəxli yoxdur. İstəyirsən gündə yüz adam döy, öldür. Bundan xanımına bir
şey çıxmırsa, zəhmətin hədərdir. Yeddi ildir sənin evində arvadam, bu yeddi
ildə azı bir yeddi yüz adam döymüşsən, çoxunun nəfəsini kəsmişsən, mənə
nə mənfəəti çıxıb? Söz olanda da bəhanə gətirirsən ki: "Dustaqdır,
dustaqdan nə qopardım!" Di buyur, bu da əsir, bu da urus! Gedirsən,
qulluğun öz yerində, evinə, arvadına da bir gün ağla! Bax bu mənim üstbaşım,
bu da boyun-boğazım. Üzüyə, sırğaya, saata həsrətəm. Daha bu
gündə də məni bəzəməsən, bizimki getdi! Açığını deyirəm, cəbhədən mənə
hədiyyə göndərməsən, sənə dua eləməyəcəyəm. Allah səni partizan
gülləsindən qorumayacaq!
Vaqner arvadına vədə veraıişdi:
- Mariya! Mənim əlləşdiyim, çarpışdığım hamısı sənin üçün deyilmi?
Özümə qalsa yeddi yüz nədir, yeddi adam döyüb çörəyimi çıxardaram.
Sənin güzəranını yaxşılaşdırmaq, tələblərini ödəmək üçün
92
mən bu peşəni tutmuşam. Doğrudur, indiyəcən korluq olub, amma daha
bundan sonra yox! Odur, qoşunumuz basıb Asiyanın lap sərhədlərinə gedib.
Oralarda o qədər yağlı adamlar var ki, Allah canıma dəyməsə, kötək altında
hamısının dərisini soyacağam. Sənin bir ayağın poçtda olacaq! Həftədə bir
bağlama alacaqsan! Parçasından, qızılından, qumaşından... Rusiya dəryadır
- yemək, dağıtmaqla qurtaran deyil, kefini kök elə!
Bu söhbətlər Mariyanın ürəyinə yatmışdı. Ərinin sinəsinə yaslanmış,
əzizlənmişdi:
- Bir cüt qızıl sırğa göndərəcəksənmi?
- Mütləq taparam.
- İpək parça da istəyirəm.
- Arxayın ol! Stalinqrad Özbəkistanın qapısıdır. Özbəklərin ipəyini
sən də geyməyəcəksən, bəs kim geyecək!
- Saatsız qayıtma ha!
- Saat nədir, qızıl qolbaq da olacaq!
- İnanım sənə?
- Etiqadını möhkəm elə!
- Vaqner, bəlkə bunları alanacan sənə güllə dəydi.
- Mariya, əmin ol, mənə urus gülləsi kar etməz! Sən bağlama gözlə!
- Mən də sənə vaqon-vaqon salam, öpüş göndərərəm!
Deyəsən, bu yerdə Vaqnerin yadına vacib bir şey düşdü: qayıdıb
Mariyasının alnından öpdü:
- Əzizim, - dedi, - Rusiya çox soyuq olur. Salamla, öpüşlə qızışmaq
olmaz. Bacarsan, rast gəlsə, əlinə keçsə, sən də mənə bir cüt uzunboğaz
çəkmə tədarük elə.
- Özün oradan taparsan!
- Deyirlər zabitlər macal vermir. Ayaqqabını özləri götürürlər.
Mənim rütbəm balacadır. Qorxuram verməyələr. Sən gözdə-qulaqda ol!
Ər-arvad öpüşüb-görüşüb ayrılmışdılar.
* * *
Vaqner xanımına vəfalı çıxmışdı. Səfərindən ay yarım sonra Mariyaya
bir cüt ipək corab göndərmiş, üzr istəmişdi: "Mariya, bu siftəsidir,
Kislovodskdan bir fəhlənin ayağından çıxarmışam. Çək ayağına, dalısını
gözlə!"
93
Bundan sonra Mariya tamam bir ay gözləmiş, ərindən bir xəbər
almamışdı. Ünvanına təcili teleqram vurmuş, sifarişləri haqqında
soruşmuşdu. Vaqner cavab verirdi ki: "Sırğa hazırdır, gələn tapıb, göndərə
bilmirəm!" Mariya bu şad xəbəri eşidən kimi komandirdən izin alıb, ərini
ziyarətə gəldi. Ürəyində dedi: "Həm ziyarət, həm ticarət! Kişinin əl-ayaq
elədiyi şeyləri gətirərəm. Soldatlar səliqəsiz olurlar. İndi Urusyət
kəndlərində yığışdırmalı çox ev şeyi var. Bir-iki çamadan doldurub
gətirsəm, qənimətdir".
Bu iştahla səfərə çıxan xanım, Stalinqrad yolunda faciə xəbərini eşitdi.
Vəziyyət necə idisə, Mariya gedən vaqonu stansiyaların birində açıb
qoydular. Qatarlar ağzını qərbə çevirmişdi. Düzü-dünyanı tutan qarın sayı
var idi, Stalinqrad cəbhəsindən qaçan zabitin, soldatın sayı yox idi. Mariya
ərinin yoldaşlarını bir gündə gördü ki, görməsə idi ondan yaxşı idi. İndi o,
sırğanı yaddan çıxarmışdı, başının hayında idi. Haman axşamkı şaxta
Mariyanın qulaqlarını ixtisar edib, sırğa qayğısından qurtardı. Ayağını
qoruyan, əri üçün gətirdiyi boğazlı çəkmə oldu. Mariyanın hər dəqiqəsi:
"Neyləyim - necə eləyim?" ilə keçirdi ki, Sovet qoşunları bir həmlə ilə
stansiyanı əhatə edib, soldatları və Mariyanı əsir tutdular. Mariyanı
qulaqlarını müalicə üçün xəstəxanaya aparmışdılar.
Mariya Vaqnerə çəkmə gətirmişdir. Halbuki Vaqner özünə qıç axtarır.
Vaqner arvadına sırğa gətirmişdir; arvadı isə qulaq hayındadır. Mən
bunların - bu qarətçi ər-arvadın gözlərində yanıb-sönən canavar iştahına
tamaşa eləmək istəyirdim.
1943
İKİ ANANIN BİR OĞLU
O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət
bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında,
balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi.
Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan
quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa
etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən
günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla
taxta məhəccərə söykənib baxardım.
94
Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir
həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar.
Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa,
müəyyən cavab demədilər. Səslər gəlirdi:
- Su verin!
- Anasının bəxti üzdə imiş.
- Dayan bir görək!
Mən qapı ağzından səkiyə çıxıb, həyətə baxdım. İki qadın oturmuşdu.
Biri yaşlı, başına ağ dəsmal örtmüş xidmətçi idi. O birisi, tirmə şallı, cavan
və yaraşıqlı bir gəlin idi. Deyəsən hər ikisi ağlayırdı. Tirməli gəlin lap cavan
idi. Qucağında uşaq olmasaydı, ona hamı on səkkiz yaşlı qız deyərdi.
Halbuki, o, neçə bala böyütmüş təcrübəli qadınlar kimi uşağı öpüb əzizləyir,
bu qolundan o qoluna verir, bir tərəfdən ovutmaq istəyir, o biri tərəfdən də
özü ağlayırdı. Bağrına basır, öpür, hərdən başını qaldırıb adamlara baxır,
ipək dəsmalla gözünün yaşını silirdi. O birisi, ağ dəsmal örtmüş qadın, uşağı
gəlinin əlindən almaq istəyirdi, ala bilmirdi.
İçəridən gələn çeşməkli bir kişi hər iki qadının qolundan tutub qaldırdı.
Onlar pilləkənlərdən çıxıb otaqlara girəndən sonra, adamlar dağılışmağa
başladılar. Mən tərbiyəçiyə yanaşıb soruşdum:
- Bacı, o qadınlara nə olub?
- Heç nə, - dedi, - şükür allaha ki, xata sovuşdu.
- Nə xata idi?
Tərbiyəçi mənim marağımı görüb yer göstərdi. Mən pilləkən ağzındakı
kürsüdə oturdum. O nə üçünsə aşağı həyətə düşdü və tez qayıtdı. Sanki
bayaq dediklərinin ardını danışırdı:
- Şükür ki, xata sovuşdu. O gördüyün tirməli gəlin uşağın anasıdır.
Neçə gündür kənddə imiş. Bu gün qayıdıb oğlunu görmək üçün bağçaya
gələndə, uşaqlar yuxarı mərtəbədə nahar yeyirlərmiş. Uşaq anasının "İdris",
- deyə səsini eşitcək, sevincək eyvana qaçıb, məhəccərə dırmaşanda, təpəsi
üstə yerə gəlib.
- Bir şey olmayıb ki? Salamatdırmı?
- Necə bir şey olmayıb? O hündürlükdə eyvandan daş səkilərə düşən
necə salamat qalar? Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı.
Xoşbəxtlik olub ki, Nazimə arvad görüb...
- Göydən yerə gələn uşağı görməyin bir faydası varmı?
- Arvadın igidliyinə bax da! Görüb də, uşağı ölümdən qurtarıb da!
95
- Kimi dediniz?
- Nazimə! Burada tərbiyəçidir. Nazimə kənardan bunlara baxırmış,
uşağın yıxıldığını görəndə, arvad özünü irəli atıb, göydə onu top kimi tutub.
Özü yıxılıbsa da, uşağa bir şey olmayıb.
- Deməli salamatdır?
- Bəli, salamatdır, ona heç nə olmayıb.
- Bəs gəlin nə üçün ağlayırdı?
- Necə ağlamasın? Uşağın düşdüyünü görən kimi özündən gedib.
Ağlamazmı? Mənim ürəyim hələ yerinə gəlməyib. Uşaq salamat
qurtaranda, elə bil, dünya bizim oldu. Adam istəyir yaxşılıq olsun, ürəklər
xoş olsun!
"Nazimə!" Bu ad mənə tanış idi, ancaq mən tanıdığım Nazimənin
buralarda olacağını güman etməzdim. Tərbiyəçi sözünü qurtarıbmış kimi,
əllərini önlüyünün cibinə qoydu və içəriyə baxıb, yavaşca mənə işarə elədi:
- Budur, Nazimə özü gəlir.
Mən dönəndə gördüm ki, odur, özüdür.
- Nazimə, siz hara, bura hara? - deyə soruşdum.
O gülümsədi:
- Mənim əsil yerimdir, burada işlədiyim az qala beş il olur.
- Bu gün, - dedim, - hamı sizin igidliyinizdən danışır...
- Uşağı bir xoşbəxt təsadüf saxladı, mən də bir səbəb oldum.
Neçə il əvvəl, biz Ozan küçəsində yaşayanda, həmin bu Nazimə
qonşumuz idi. Ucaboy, üzü xallı, qarayağız, həmişə yeyin yeriyən bir
qadın idi. Bəzən qapımızı bərk-bərk döyər, sanki vacib bir iş üçün tələsik
evə girib, üzünü anama tutar, mərhəmət uman bir səslə deyərdi:
- Xeyransa, darıxıram, darıxıram, ay bacı!
Mən tez patefonu götürər, ya tarı əlimə alardım. Anam məni danlardı ki,
sən öz işinə get!
Sonralar bildim ki, Nazimə ancaq öz evlərində darıxır, anam da, başqa
qonşular kimi, uşaqlarını onun gözündən yayındırır.
Qadının dərdi nə idi?
Nazimə on beş ildən artıq idi ki ərə getmişdi. Əri saatsaz Əli arvadını
sevirdi; özü başıaşağı, dinc və pul qazanan bir kişi idi. Demək olar ki, iki
nəfərdən ibarət olan bu ailənin heç zaman və heç nədən korluğu olmamışdı.
Əli evini zəmanəyə layiq qurtarmaqdan başqa, Naziməyə də hər cür paltar
və zinət şeyləri almışdı. Hər qış onu kəndə, atası
96
evinə qonaq göndərər, hər yayı Şimali Qafqaza, mədən sularına müalicəyə
aparardı. Ancaq bunların heç biri Naziməyə təsəlli deyildi. Çünki
Nazimənin övladı yox idi. O, evdə oturduğu zaman döşənmiş, bəzəkli
otağını dərin və daimi bir sükut içinə batmış görərdi və bu zaman bilməzdi
nə etsin. Öz əli, öz səliqəsi ilə düzdüyü ev şeyləri - çarpayıdan tutmuş
sandığa, xalçalardan tutmuş gümüş qablara qədər, hər şey dərin sükut içində
sahibinə baxıb, sanki soruşurdu:
- Bizi kimə tapşırırsan? Hanı sənin balaların? İllər ötdükcə Nazimə
bu hissin ağırlığını daha artıq duyurdu. Bədənnüma güzgü qabağında
dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən sərin
və dərin bir ah qopurdu. Ona elə gəlirdi ki, bura, bu bəzənmiş və həmişə öz
səliqəsində qalan otaq ev deyil, qocalmaq, ölümü gözləmək üçün bir
tənhalıq guşəsidir. Eyvana çıxar, çiçəyini təzəcə töküb, meyvələrini
böyütməkdə olan ərik ağacı gözünə sataşardı. Dayanıb ətrafı dinləyəndə,
haradansa gülən, ya oynayan uşaqların səsi ucalanda,Nazimə saatlarla
dinləmək istərdi. Səslər sönüb uzaqlaşanda Nazimə tez həyətdən çıxar,
şəhər küçəsinin izdihamına səssizcə qarışardı.
Naziməni uşaq bağçasında xidmətə məcbur edəndə də ancaq bu ehtiyac
olmuşdu. O burada, uşaqlar arasında bir tərbiyəçi kimi keçirdiyi vaxtda
özünü ana kimi duyur və xoşbəxt hiss edirdi.
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim.
Naziməni görmədən qayıtmaq istədim. Mən onu balaca otaqda ahıl bir kişi
ilə oturub söhbət edən gördüm. Bu onun əri idi. Hər ikisi ayağa qalxıb, məni
çağırdı:
- Buyurun!
Qadın nə qədər israr etdisə, içəri girmədim.
- Buyurun, nə qulluğunuz var?
- Xoşbəxt olasınız, sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə
olsun, - deyə dil tökdüm.
- Arxayın olun, mən ona öz balam kimi baxıram.
Nazimə "bala" sözünü elə şirin, eyni zamanda elə bir həsrətlə dedi ki,
özü də utandı.
Mən razılıq elədim.
- Sizin qayğıkeşliyinizi görmüşəm, - dedim. - Siz baxan uşaq ana qüssəsi
çəkməz.
Nazimə başını aşağı saldı, üzü dalana baxdı. Mən gördüyüm hadisəni
xatırlatmaq istəyirdim.
97
- Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı?
Nazimə fərəhləndi, üzündə təbəssüm oynadı, gözləri parıldadı.
- Oğulluğa götürmüşəm, - dedi. - İdrisi oğulluğa götürmüşəm.
Hər həftə uşağı bizə gətirirlər.
- Necədir? Sizə "ana" deyib yovuşurmu?
Bu sualdan qadının üzündəki təbəssüm küləkdən sönən bir şam kimi
söndü. Simasına kədərli bir qaranlıq çökdü, kirpikləri uzun gözlərini yerə
dikmiş halda, soyuq bir ah çəkib, "bəli!"dedi və qapını açıb, ərinə baxdı:
- Vaxtdır ha!
- Bu saat.
Kişi bu sözü deməmişdi ki, tənəffüsün bitdiyini bildirən zəng səsi bütün
binanı başına aldı.
Mən sualımdan peşman oldum.
- Hər birimiz sənə oğuluq, - deyə Nazimənin kədərinə cavab vermək
istədim.
- Əlbəttə ki, - dedi, - böyütdüklərimin hərəsi mənə bir oğul kimi əzizdir.
Zəng səsinə yerlərindən qalxıb həyətə tökülən, əl-ələ verib oynayan
uşaqları görən kimi Nazimənin bütün ələmləri dağıldı; üzü güldü.
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları
Nazimə sanki əfsunla ələ alır, sakit edir, yoluna qoyurdu. Tərbiyəçi və
xidmətçilər çox uşağın anasından qabaq Naziməni çağırır, onunla
danışırdılar. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz
görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən
olmamışdı. "Uşaq səsi mənim ürəyimi açır", - deyərdi. Müxtəlif yaşlı,
müxtəlif xasiyyətli, müxtəlif tələbli uşaqların bir-birinə qarışan səs-küyü
başqalarının qulağını qıdıqladığı halda, Naziməyə nəşə verərdi. Bəzən o,
qanadını açmış cücəli toyuq kimi həyətin ortasında dayanar, ətəklərində
sallanan balalarının sözlərinə, qışqırtılı söhbətlərinə sakitcə qulaq asardı.
Onların nazı ilə oynamaqdan, onların qarşısında, yeri gələndə, bir uşaq kimi
kiçilməkdən çəkinməzdi. O, uşağın sakit baxmasından, dil açıb
danışmasından, gülümsəməsindən, oynamasından, hətta ağlamasından
böyük bir həzz alardı. Birisini razı salıb susdurduqdan sonra, başqa
şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir üsulla onun könlünü
açmaq istərdi.
98
* * *
Dünən biz dəstə ilə vağzala, əsgərləri qarşılamağa getmişdik. Hərə bir
hədiyyə götürmüşdü. Mənim də əlimdə bir dəstə gül var idi. Bunu kimə
təqdim edəcəyimi bilmirdim; çünki gələnlərin arasında nə qohumum, nə də
şəxsi dostum var idi. Onların hamısına eyni hiss və münasibət bəslədiyim
halda, bir dəstə gülü kimə verə idim?
Düşündüm ki, "hansının döşündə çox nişan olsa, ona verəcəyəm. Sonra
dedim: "Yox! Gözləyəcəyəm, hansının adamı olmasa, hansına hədiyyə
düşməsə, gülü ona verəcəyəm..." Bu da xoşuma gəlmədi. Əvvəlcədən belə
şeyi kəsdirməyin lüzumsuz olduğunu zənn etdim. "Gülü mənim əlimdən
alan bir zirək tapılmamış olmaz", - dedim.
Zəng çalındı, hamımız vağzal səkilərindən ötüb, yolun qırağında
dayandıq. Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi,
ağır və əzəmətli nəfəsi ilə aləmə səs saldı, sinə dolusu köksünü ötürüb
dayandı. Pəncərədən boylananlan salamlayan musiqi və alqış səsləri birbirinə
qarışdı. Hamımız vaqon qapılarına yönəldik. Gələnlər əsgərlərin yerə
enməsinə macal vermirdilər: qucaqlaşan kim, öpüşən kim, ikiqat olub var
gücü ilə bir-birinin əlini sıxan kim... Dərhal əsgərlərin döşü gül dəstələri ilə
doldu. Dördüncü vaqonun pəncərəsindən boylanıb gələnlərə baxan bir əsgər
mənim gözümə sataşdı. Güman etdim ki, o burada düşməyəcəkdir, sadəcə
tamaşa edir.
Birdən onun: "Ana!" - deyə səsləndiyini və əli ilə adamlar arasında kimə
isə işarə etdiyini gördüm. Çəhrayı paltarlı, başıaçıq bir qadın: "İdris!" -
deyib özünü irəli atdı. Ana-bala bir anda elə qucaqlaşıb, bir-birinə sarıldılar
ki, hamının nəzəri onlara tərəf çevrildi. Uzun ayrılıq, intizar və
təhlükələrdən salamat və qalib çıxıb, belə bir gündə bir-birinə qovuşan anabalaya
baxmaq hamıya xoş idi. Adama elə gəlirdi ki, bunlar, indiyəcən
aralarında maneələr, məsafələr olan bu istəklilər artıq heç bir vaxt birbirindən
ayrılmayacaqlar. Mən gül dəstəsini bu oğlana, hamıdan, hər kəsdən
qabaq anasını axtarıb tapan oğula verməyi kəsdirdim. Daha irəli yeridim,
onların yanında müntəzir dayandım, ayrılmalarını gözlədim.
Qadın oğlunu öpüb, sevincindən ağlayırdı.
Nədənsə bu görüş və bu göz yaşı vaxtilə uşaq bağçasında gördüyüm
mənzərəni yadıma saldı. Tirməli gəlin bütün sadəliyi və gözəlliyilə gəlib
gözümün qabağında dayandı.
99
Mən gülü İdrisə təqdim edəndə, razılıq edib əlimi sıxdı. Biz izdihamla
vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pilləkənlərdən endik. Maşına
oturduq. İdris anasından soruşdu:
- Atam hanı?
- Rayondadır.
- Evdə nə var, nə yox?
- Salamatlıqdır, hamı səni gözləyir, gəldiyindən heç kəsin xəbəri yoxdur.
Sanki İdrisin yadına bir şey düşdü:
- Nazimə nənədən mənə bir xəbər!
- Salamatdır. Hər gün soruşur.
- Yenə bağçadamı olur? Onu yuxuda görmüşəm.
Qadının gözünə diqqətlə baxanda, barmağımı dişlədim: "Odur, özüdür".
Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim.
İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur, təmkinli
bir əsgər anasıdır. Onun saçlarına dən düşsə, gözləri bir o qədər dərinləşsə,
dodaqları solsa da, gəncliyindəki məlahət itməmişdir. O zaman Nazimənin
qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla oğlunu ilk
dəfə ona təqdim edir. İdrisin bir dəfə nənə dediyi sonsuz qadını xoşbəxt
etmək istəyir. Mən bunları xatırlayıb, açıq ana ürəyinin qapalı aləmini
düşünürdüm.
- Nazimə sizin nəyinizdir? - deyə soruşdum.
İdris dedi:
- Nənəmdir!
Anası əlavə etdi:
- Uşaqlıqda buna oğul deyib.
- Yoxsa, eyvandan özünü atan uşaq...
Qadın mənim üzümə baxdı:
- Deyəsən İdrisi tanıyırsınız?
- İdrisi yox, Nazimə xalanı tanıyıram.
İdris dedi:
- Özümü danışıb sizə? Düz deyirsiniz, eyvandan özünü atan mən
olmuşam.
Mən əhvalatı danışanda, İdris zarafata saldı.
- Körpəlikdən, - dedi, - mən ana yolunda canımdan keçən olmuşam.
Qədrimi bilən gərək!
Bunu deyib şoferə tapşırdım:
100
-Qardaş oğlu, onları evə qoy, uşaq bağçasına sür, Nazimə ananı götürək.
Maşın dayanan kimi cəld düşdüm. Şoferlə bağçaya muştuluq aparmağa
getdim. Nazimə xalanın saçı ağarmış, qəddi bir qədər əyilmiş, səsi də boyu
kimi alçalmışdı.
- Xala, - dedim, - gəl əyləş maşına, oğlun İdris səni çağırır.
Qadın diksinmiş kimi, düzəlib şax durdu.
- Doğrumu deyirsiniz?
Şofer israr edəndə, inandı.
- Neçə ildir ondan xəbər yox idi.
- İndi özü gəlib.
Qadın az qaldı qanadlanıb uçsun.
Biz Naziməni İdrisgilə gətirdik. Bütün ailə onun ayağına qalxdı; onu
yuxarı başa keçirtdilər. İdris onunla uzun-uzadı qucaqlaşdı.
Nazimə İdrisin çiyinlərindən tutub üzünə baxır, sanki vuruşmalarda
keçirtdiyi macəraları onun gözündə oxumaq istəyirdi.
- O ağır günlərdə heç yadına düşürdümmü?
İdris doğma oğul kimi danışırdı:
- Bir gün də yadımdan çıxmamışsınız!
Nazimə əllərini göyə qaldırıb şükür edirdi.
- Mənim də oğlum var! Mən də əsgər böyütmüşəm...
Bunu deyib, İdrisi təkrar qucaqlayırdı.
1945
BADAM AĞACLARI
Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı
vaxtında səni çöllərə salanları, vətənini,
xanimanını, şərəfini tapdayanları
tanıyırsanmı, qızım?
Ağarzanın evindən tappatap səsi gəlirdi. Dünəndən bəri evin ortasında,
təndir başında salınmış təlisin üstündə badam döyürdülər. Bu il badamın
məhsul ili idi. Ağacın birindən 7-8 batmanacan badam dərilmişdi. Evdəkilər
badam smdırır, iç hazırlayırdılar. Deyirlər şəhərdə iç yaxşı pula gedir,
bayramqabağıdır. Ağarza bir yük iç aparacaq, bir azını taxıla dəyışəcək, bir
azını da uşaqlara əyin-baş alacaq.
101
Altı yaşlı Ədalət də iş görür, kömək edirdi. Atasının sındırıb tökdüyü
badam içini qabıqdan təmizləyib nimçəyə yığırdı. Hərdən, atasından xəlvət,
birini ağzına atır və birdən yeyə bilmirdi. Oğurluq şeyi yemək nə çətin olur!
Badam Ədalətin ağzında böyüyürdü. Süfrədə yığılan ağlı-sarılı, təmiz, ətirli
badam içinə baxıb həsrət çəkir, bunları doyunca yeyənlərin kim olduğunu
düşünür və atasına sual verirdi:
- Ata, bunları hara aparacaqsan?
- Bazara, şəhərə aparacağam, qızım.
- Kimə satırsan orda?
- Müştəriyə.
- Müştəri kimdir?
- O da bir adamdır da, qızım.
- Yaxşı adamdırmı?
- Yaxşısı da var, pisi də var!
- Yox, ata, pis adama vermə, heyifdir, yaxşı adama ver!
Ağarzanı maraq götürdü. "Uşağın yaşından böyük danışmağına
baxırsanmı?" - deyə düşündü.
- Qızım, - dedi, - müftə vermirəm ki, puluna minnət! Kim çox versə,
ona satıram.
Ədalət etirazında davam edirdi:
- Yox! Pis adam çox pul versə də satma! Badamı ona vermə, heyifdir!
Pis adama qismət olmasın, ata!
Ədalətin dedikləri uşaq sözü olsa da, bir həqiqətdən xəbər verirdi.
Ağarza badam içinin balacalarından üç-dörd dənə götürüb, Ədalətin ovcuna
qoydu, sonra mülayim, mehriban bir dillə təsəlli verdi:
- Qızım, bizə pul lazımdır. Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə
əlimə pul gəlsə, ərbabın borcunu, xumsu, zəkatı çıxandan sonra, taxıldan
artıq qalsa, qədək alacağam. Bacarsam sənə də bir cüt təzə başmaq
alacağam, qotazlı başmaq, lap onun özündən alacağam ki, bayramda
geyəsən!
Dalandan ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Ağarzanın
qonşusu Əlican, güllə dəymiş quş kimi özünü içəri atdı:
- Ay rəhmətlik oğlu, nə oturmusan, badamlığı kəsdilər! - deyə həyəcanla
xəbər verdi.
102
Ağarza sağ əlində daş, sol ovcunda badam olduğu halda çömbəldiyi
yerdən dik qalxdı və:
- O nə sözdür, Əlican? - deyə soruşdu.
- Sənə deyirəm badamlığı kəsirlər.
- Səfeh-səfeh danışma, elə şey olmaz!
- Bu saat oradan gəlirəm, kəsirlər.
Ağarza qonşusunun üzündəki ciddiyyəti, baxışlarındakı vahiməni
duyub, çarığını ayağına çəkdi.
- Axı kim kəsir, nə deyib kəsir?
- Əmələ töküblər, odur, kəndxudadan soruş!
- Kəndxudanın nə haqqı var, öz əlimlə əkib-becərdiyim ağacı kəsə,
bəyəm mən ona bağça satmışam? Gəl otur!
- Ay sağ olmuş, oturası vaxtdır? Mən də yoncalığın hayındayam.
Onu da sürəcəklər. Müşavirin yanına getmək istəyirəm. Görüm nə çarə
taparam.
Əlican qapıdan çıxmaq istəyəndə Ağarza kəmərini bağlayıb, onun
dalınca tələsdi. İtə rast gələcəyini düşünüb, əl ağacı götürmək istədi, bir də
fıkirləşdi ki: "Ərbabın adamları bunu görüb bir az da hirslənərlər. Yaxşısı
budur əliyalın get!"
Ağarza özünü badamlığa o zaman yetirdi ki, müşavirin adamları daş
hasarı uçurub çaya tökürdülər. Hasar ağzından kəsilib atılmış ağacları
görəndə elə bil Ağarzanın qolunu qələm elədilər, qıçlarını peylədilər.
Vücudu od tutub yandı, qan başına vurdu. Bütün köyşən dəyirman daşı kimi
onun başına dolandı. Havaxt çaydan hoppanıb, birisinin yaxasından
yapışdığını özü də bilmədi.
- Niyə dağıdırsan, a bayquş? - deyə qışqırdı. - Bu divarı çəkənəcən
mənim kürəyim qabar olub, niyə sökürsən?
Alnından tər daman ortaboy soldat dartınıb onun əlindən çıxmaq istəyir
və dil-ağız eləyirdi:
- Boşla yaxamı, buyruq quluyam! Məndən nə yapışmısan?
Ağarza onu kənara itələyib qışqırdı:
- Çıxın mənim bağçamdan!
Xaki pencək geyinmiş bir amerikan zabiti ona yanaşıb, əlini
tapançasının dəstəyinə qoydu, ehmal səslə, lakin hədəli əda ilə dedi:
- Bu köyşənləri sizin ağalarınız bizə satıblar. "Marşal planı" üzrə biz
buraya köməyə gəlmişik. Şikayətinizi ərbabınıza eləyin, işə mane olmayın!
103
2
Son zamanlarda qoca və izdihamlı şəhərin dar, qaranlıq və dolaşıq
küçələrində ucaboy, uzunqol, üz-gözünü tük basmış, qaşqabaqlı, əli ağaclı,
ayağı çarıqlı bir kəndlinin səkidən-səkiyə addımladığını görənlər çox idi.
Kənardan gəldiyi, nabələd adam olduğu, nə iş üçün isə qapılar gəzməyə
məcbur bir müsafır olduğu ilk baxışdan məlum idi. Güman gəldiyinə o, ə_____l
boyda bir kağız göstərir, ünvan soruşur, dərdini demək istəyir, baş əyib
yoluna davam edirdi. Yorulsa, taqətdən düşsə də, yağışa, küləyə, vaxtbivaxta
baxmadan küçələri addımlayırdı.
Bu müsafırin kim olduğunu oxucular yaxşı bilirlər. Kənddə ümidi
üzülən Ağarza bununla üçüncü dəfə idi ki, şəhər küçələrində gəzə-gəzə
badamlığının haqqını müdafiə edən adam axtarırdı. Kəndliləri
Mirzəməmmədə bir "tutarlı" ərizə yazdırıb, ərbabın hüzuruna apardı. Uca
hasarlı bir həyətin qapısını ehtiyatla taqqıldatdı. Cavan bir oğlan çıxıb onun
üzünə baxdı. Ağarza salam verib sözünü dedi:
- Bizim ərbabın evi buradırmı? Kəmərli kəndindən gəlmişəm. Ağaya
ərzim var.
Cavan oğlan qayıdıb getdi, bir az keçməmiş qapını açdılar. Ağarza:
"Bismillah!" - deyib içəri daxil oldu. Hovuzdan su gətirən bir qarı ona işarə
elədi: "Ağa ibadətdədir, gözlə!"
Ağarza daş səkinin yanındakı sütuna söykənib dayandı. Əvvəl, ətəyinin
altında gizlətdiyi hədiyyəni yerə qoymaq istədi. Sonra düşündü ki: "Yox,
ağanın özü gələndə verərəm". Ağarza heyrət və həsrətli gözləri ilə ərbabın
imarətini seyr etməmişdi ki, eyvanın başındakı qapıdan əli təsbehli, beli
əyri, kosa, arıq bir kişinin çıxdığını, ona tərəf gəldiyini gördü.
Ağarza, ərbabı axund libasında, əli təsbehli, ağzı dualı görəndə xeyli
sevindi: "Allah adamıdır, - dedi, — rəhmi gələcək". Özünü itirmiş halda bir
addım irəliyə yeridi. Layiqsiz hədiyyə sayıb gətirdiyi iki beçəni bağlı
qıçlarından tutub, səkinin kənarına qoyandan sonra ətəklərini silkələyib
düzəldi. Əllərini döşünə qoyub salam verdi, baş endirdi... Qoltuğundan
çıxardığı əl boyda ərizəni təqdim etdi, təkrar baş əydi. Ağ araxçınlı,
kosasaqqal, qadın başmaqlı, cindara oxşayan adam isə əlindəki yüsür
təsbehi çevirə-çevirə dinməz-söyləməz Ağarzanın ərizəsinə baxırdı. O gah
kağıza, gah da qarşısında itaətkar vəziyyətdə duran kəndlisinə baxırdı.
Ancaq heç nə demirdi. O nə üçün
104
dinmirdi? Ağzındakı duanımı bitirmək niyyətində idi? Cındır içində batan
kəndlisinin üst-başınamı tamaşa edirdi? Ağarzanın halınamı acıyırdı, ya da
şikayətçini diqqətlə eşitməkmi istəyirdi? Ərbabın sükutu Ağarzaya bir qədər
də cürət verdi. O, başına gələni - amerikalı müşavirdən gördüyü zülmü
danışmaq istəyirdi ki, ərbab kağızı qatlayıb sahibinə qaytardı. Onun batıq
səsi eşidildi:
- Kişi, nəyə gəlmisən?
- Ağa, şikayətim var!
- Kənddəkiləri, mübaşiri qoyub bu əkin-tikin vaxtında bura niyə
gəlmisən?
- Ağa, mənə zülm eləyənin biri də mübaşir özüdür.
- Nə olub, yenə şikayət dəftərini açmısan?
Ağarza özünü tanıtmaq istədi:
- Ağa, kənd camaatı bilir, mən ömrümdə şikayətə gəlməmişəm.
Amma indi gör necə əlacım kəsilib ki, sizə başağrısı verirəm. Ağa,
mənim öz əlimlə əkib-becərdiyim badamlığı kəsirlər. Sizə pənah
gətirmişəm!
Ağarza çox şeylər danışmaq istəyirdi. Lakin araxçınlı kişi onun sözünü
kəsdi:
- Kişi, şükür eləmək əvəzinə şikayətə niyə gəlirsən?
Ağarzanı təəccüb götürdü. "Bu nədən yana danışır? Mən nə üçün şükür
eləməliyəm, niyə eləməliyəm?"
Ağarzaya elə gəldi ki, ərizə yaxşı yazılmayıb. Araxçınlı kişi onun
dediklərindən də bir şey eşitmədi. Güman etdi ki, bəlkə kişinin gözü pis
görür, qulağı ağır eşidir, qocalıqdan ola bilər, bir az qayımdan danışmaq
lazımdır.
Ağarza bir addım da irəli yeriyib, sözlərini ucadan təkrar edəndə,
araxçınlı kişi bir addım geri çəkildi və səsini ucaltdı.
- A kişi, qışqırığa salma, kar adam yoxdur burada! Deyirəm,
badamlığı kəsirlərsə, sənin xeyrinə kəsirlər.
Ağarza təəccübdən çiynini çəkdi, ona toxunan bir şeyi rədd edirmiş
kimi, əllərini qabağa tərəf açdı:
- Ağa, mənim çörək ağacımı kəsirlər, evim yıxılır. Evi yıxılan adam niyə
gərək şükür eləsin?
- Şükür elə ki, müşavirlər gəlib səni-məni qoruyurlar.
- Ağa, məni kimdən, nədən qoruyurlar?
105
- Necə nədən, kommunistlərdən! Bəli, başa düşməlisən ki, amerikalılar
bizim torpaqda təyyarə meydanı tikirlər ki, sabah kommunistlər sənin
başına bomba tökməsinlər.
- Ağa, mən kommunistləri dava vaxtı kəndimizdə görmüşəm.
Onlar kasıb-kusubun əlindən tutan adamlardır. Mən onlardan bir pislik
görməmişəm. Bomba-filan nə söhbətdir!..
Ağarza bunu dediyini gördü. Araxçınlı kişi irəli yeridi, təsbehi bir
kənara atıb, ağacı Ağarzanın əlindən almaq, onun başına çırpmaq istədi.
Ağarza əvvəl ərbabın niyyətini başa düşmədi. Onun ağaca əl atdığını
görəndə, yatıbmış kimi ayıldı. Ərbab ağzına gələn söyüşü deyib, nökərlərini
çağırdı.
-Qovun bu mürtəd oğlunu! - deyə bağırdı. - İtilsin, hansı cəhənnəmə
gedir-getsin! Mənim kəndimdə oturmasın! Gör nə qələt eləyir!
Təbliğat aparmağına bir bax! Ayağı çarıqlının biri! Ay çörək tutsun sizin
kimi nadürüstləri!..
Ağarza özünü qapıdan çölə atdı, birbaş onu ərbab yanına göndərən
həmyerlisi Mirzəməmmədin yanına getdi.
Mirzəməmməd də Ağarzanı danladı.
-Ay bədbəxt oğlu, - dedi, - bu yaşa çatmısan, ərbabla danışmağı da
bacarmırsan. Ərbab söz götürməz. Bilmirsən iki yoluq cücə ilə ağa yanına
getməzlər? Sən nə hesab eləyirsən! Hamı Mirzəməmməd olmaz ki, sənə
müftə ərizə yaza.
Ağarza yerlisi ilə razılaşmadı:
-Mirzəməmməd, axı, dostum, nə üçün elə deyirsən? Ərbab gərək özü
razı olmuya! Mən öz əlimin əməyi ilə əkdiyim ağacların bahasını istəyirəm.
Bu, fıtrə, sədəqə zad deyil. Qardaş, müşavirdi, amerikandı, ingilisdi, hər
kəsdi, ona yer lazımdır, ayrı torpaqdan götürsün! Köyşən doludur. Mənim
badamlığım olmasa, bu təyyarə yerə enə bilməz bəyəm! Onu görüm heç sağ
enməsin! Mahalda meydan qurtarmışdı ki, mənim bir tikə badamlığımı
kəsirlər?
Ağarza dostunun məsləhəti ilə təkrar kəndə qayıtdı. Deyirlər müşavirdən
kağız gətirsən, o kağızı dövlət bankına təqdim etsən, ziyanın bir payını
alarsan.
Müşavir doğrudan da ona bir kağız verdi. Təsdiq etdi ki, filan mahalda,
filan kənddə Ağarza Baba oğlunun otuz bir ağaclıq badamlığı, "Marşal
planı" əsasında kəsilib, müəyyən məqsəd üçün düzəldi.
106
Ağarzanın kənddə bu kağızı oxutmadığı savadlı qalmadı. Orada
yazılanların hamısı aydın idi. Her şey ona aydın idi. Ancaq "Marşal planı",
"marşallaşma" deyilən sözdən bir şey başa düşmürdü. Kağızı oxuyanlara
macal vermir, barmağını yazının həmin yerinə qoyub soruşurdu:
- O nə sözdü qardaş? "Marşallaşma" - yəni kim barəsində yazır?
Mənə təə_____llüqü var o sözün, ya yox? Yəni o adam kimdir, görüm mənim
ağaclarımı kəsən adamdır, ya buna əmr verən, pul buraxan adamdır? O
kimdir?
Oxumuşlar qəzetdən, siyasətdən söhbət salıb çox söz deyirdilər. Ancaq
Ağarza daha da hirslənirdi:
- Qardaş, hər nə planı-filanı var aparsın şahla, vəzirlə danışsın.
Mənim ağaclarıma nə dəxli var axı! Plana düşür, qoy mülkədarların
xalvar-xalvar yerləri düşsün. Mənim canamaz boyda badamlığımı bilmirəm
kim plana salir axı!
Mirzəməmməd Ağarzanı başa salıb deyirdi:
- Ay rəhmətlik oglu bu "Marşal planı" o yandan – Amerikadan gəlir. Bir
bizim vətənə deyil, odur, türkə də, yunana da, ərəbə də gəlir.
Vergi-tövcü kimi bir şeydir. Əvvəllər İrana vəba gələrdi, taun, çəyirtkə
gələrdi. Indi də"Marşallaşma" gəlir, Amerika soldatı gəlir, çürük mal,
tısbağa yumurtası gəlir. Dünən bir kəndlinin cilovunda bir arıq at var idi,
üfürsəydin yıxılardı. Soruşdum ki: "Kəndli qardaş, at niyə bu kökə düşüb?”
Kəndli gülüb dedi: "Marşallaşıb". Belə yekə bir kəndin bağ-bağatını kəsib
tökürlər; soruşursan: bu nə həngamədir? Deyirlər: "Marşallaşırıq". Şəhər
küçələrində dilənçi əlindən keçmək olmur. Deyirsən:canım, bu nədir?
Deyirlər: səsini çıxarma, "marşallaşırıq!" Kəndlilər lüt, möhtac görəndə
deyirlər: "Sən "marşallaşıb" qurtarmısan!” Heç bir zəlzələ, sel, heç bir
səmum yeli kəndləri "marşallaşma” qədər yaman günə qoymamışdı...
Ağarza dostunun dediyindən nəticə çıxartdı:
- Yaxşı, qardaş nə vacib olub? Olmaz ki, "marşallaşmayaq?" İndi ki,
"marşallaşma” bizi bu kökə salır, gəlin "marşallaşmayaq"da!
Mirzəməmməd qəhqəhə çəkib güldü.
- Sən, - dedi, doğrudan da lap avam imişsən. Görünür, Kəmərli
dağlarının arasından kənarı görmürsən. Ay rəhmətlik oğlu, ölünü öz kefinə
qoysan, şıllaq atıb kəfəni yırtar. Sənin nə ixtiyarin var
"marşallaşmayasan?” Sən "marşallaşmayasan", bəs bu amerikan
zabitlərinin qazancı haradan gəlsin? Yeddi iqlim, yeddi dərya basabasa
buraya əbəs yerə keçməyiblər axı! Yazıqsan, get, bəlkə müşavirdən bir
kağız ala bildin, bəlkə yerin bahasından bir az verdilər. Yenə qənimətdir,
lənət heçə?
107
Müşavirin kağızına şəhərdə güldülər. Bu kağız, - dedilər, - sənin bağçan
haqqında yoxlamadır, ayrı bir şey deyil. Heç bir iddia üçün sənə əsas
vermir.
- Mən ayrı iddia eləmirəm. Hökumətlə hökumətlik eləmirəm.
Torpaq divana lazım olub, buyursun mənim ziyanımı versin. Bu iş
qanunda var.
- Oanunda nə var?
- Qanunda var ki, kəndlinin əlindən alınan malın, ya mülkün bahası
verilə gərək.
- Kəndli var, kəndli var.
Bank dəftərdarı, dazbaş, çeşməkli kişi Ağarzanı daha da heyrətə saldı.
- Necə yəni, mən necə kəndliyəm bəyəm? - deyə gözləri alacalandı.
- Necə kəndlisən, özün bilirsən, amma ixtiyaratın ərbabdır.
- Ərbab məndən vergi alır, maliyat alır, bağçamın da sahibi deyil ki.
Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb, içəri qayıtdı.
- Sənin, - dedi, - işin məhkəməlikdir. Get orada baxsınlar, gör nə
deyirlər.
Məhkəmədə Ağarzanı bəlkə iyirmi dəfə dindirib danişdırdılar. Yazıb
pozdular. Şahid, sübut istədilər. Müşavirin iştirakı olmadan işə baxmadılar.
Çox xahişdən, tələbdən sonra günün birində müşavirin vəkili gəlib çıxdı,
məhkəməni inandırdı ki, Ağarzanin bağça yeri əvvəldən ərbabın olub,
kəndlinin iddia üçün əlində nə kağızı, nə sübutu var. Ona görə də bir şahı
tələb etməyə haqqı yoxdur!
Ağarzanı daışmağa qoymadılar. İddiasını rədd etdilər. Vəkil çaldığı
qələbənin iftixarı ilə Ağarzanın yanından ötüb getmək istəyəndə Ağarza onu
saxlamaq istədi.
- Bura baxın, ağayi vəkil! - deyə müraciət etdi.
Vəkil qulaq asmadı. Ağarza bərk addımlayıb onun çiynindən tutdu,
geriyə çəkdi:
- Sənnənəm axı!
Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi. Ağarza da tünd və
kefli nəzəri ilə ona baxıb düşündü: "Deməli, işi-gücü qaldı, eləmi? Di, al
gəldi!"
108
Ağarza bunu deyib, elə bir sillə çəkdi ki, üç dəfə fırlanıb fəryad
çəkdi,yıxıldı.Ağarza çıxmaq istəyəndə, kimsə qapını bərk itələdi,qapı onun
alnına toxunub yaraladı.Ağarza aradan çıxdısa da, onu təqib edənləri görüb
döngəyə buruludu. Uçuq bir divardan hoppanıb kiçik həyətə, oradan isə
ağaclı bir yerə keçdi. Bura xəstəxana imiş. Ağ xalatlı bir həkim onu
qarşılayanda, Ağarza alnının yarasını göstərdi. Onu sarğı otağına apardılar.
Ağarzanın yarası bağlanıb qurtarmışdı ki, xəstəxana qapısında izdiham
göründü. Müdir qapıya çıxdı. Qorxu və təəccüblə qapıdakılara baxdı.
Müşavirin adamları müdirdən Ağarzanı tələb edirdilər.
- Ağa, nə buyurursunuz? - deyə xəstəxana müdiri soruşdu.
- Buranın müdiri lazımdır! - deyə müşavirin adamlarından biri
donquldandı.
- Buyurun görək!
- Deməli, müdir sizsiniz?
- Belə görünür.
- Burada gizlənən düşməni istəyirik.
- Ağa, bura müalicəxanadır! Fərqi yoxdur, hər kəs olursa olsa, vəzifəmiz
naxoşları müalicə etməkdir.
- Burada yaralı varmı?
- Yaralı da var, şikəst də var, qızdırmalı da...
- Biz buraya qaçıb gizlənən...
Vəkil sözünü bitirməmişdi ki, Ağarza camaatı yarıb, heykəl kimi onun
qabağında dayandı.
- Ağayi vəkil, pis olmazdı sən gedib öz yerində, Amerikada vəkil
olaydın. Burada nə Amerika torpağı var, nə təbəəsi. Sizi bura çağıran
da yoxdur. Bilmək olmur dünyanın o başından atıla-atıla gəlib, burada
nə sülənirsiniz! Kəndlinin qanı sizə də şirin gəlib... eləmi?
Ağarza hirslə irəli çıxdı. Hiddətindən gözləri böyümüş, gicgah damarları
şişmişdi, sifəti mis kimi qızarmış halda dişlərini qıcayaraq, yumruğunu
düyərək, sözünü bərkdən təkrar etdi:
- Şirin gəlib, eləmi?
Ağarzanın odlu baxışları ətrafa ildırım saçırdı. Yumruğunu göyə
qaldırdı, vəkil bu saat başına enəcək zərbənin dəhşətindən ürkərək,
geriləmək istədi. Səndələdi, özünü saxlaya bilmədi. Qollarını kənara açıb,
dırmaşdığı uca yerdən düşən toyuq kimi ləngər vurdu. Arxadan
tutmasaydılar, tirlənəcək idi. Ağarza hərifin çəkildiyini gördükdə,
109
sanki zərbəsini endirməyə hədəf axtarırdı. Yumruğu ilə havanı yardı,
sinəsində yanan nifrət, qəzəb alovu ilə dedi:
- Zəlilər! Əqrəblər!
Ağarza irəli cumanda, vəkil də, adamları da cəld çəkildi, izdiham
parçalanıb qolu çirməkli, saçı dağınıq kəndliyə yol verdi. O, bir neçə addım
atandan sonra dönüb vəkilə baxdı. Sanki baxışı süngü idi və bununla da
özünə yol açdı. Vəkilin ətrafındakılar dağılışdılar. Vəkil yolun ortasında
qanqal kolu kimi tənha göründü. İzdiham Ağarzanı bir qəhrəman kimi
qucağına alıb, gözdən itənəcən müşayiət etdi.
Doğrudur, kənddə Əlican, Ağarzanın uşağına, atasının tapşırdığı balaca
Ədalətə öz övladı kimi baxırdı: onu gözdən qoymurdu. Ancaq Ədalətdən
arxayın ola bilmirdi. Çünki Ədalət hər gün oğurlanıb kənd üstünə,
badamlığa gedirdi, təzəcə puçurlayan nəhəng ağacların doğranıb
töküldüyünə, bağça hasarının yerində bünövrələr salındığına diqqət və ürək
ağrısı ilə tamaşa edirdi. O, baxırdı, müşavirin adamlarının nə iş
gördüklərinə diqqət yetirirdi ki, atası gələndə danışsın. Bağçada Ədalətin öz
əli ilə toxumunu basdırdığı iki yaşlı bir badam ağacı adam boyu ucalmışdı.
Qız bu ağacı həmişə əli ilə suvarır, dibini alaqdan, gövdəsini qarışqadan
təmizləyirdi. Bağçanın sökülüb dağıldığını görsə də, Ədalət o körpə ağaca
baxmaqda davam edirdi. O, buraya gələndə əziz yoldaşını - kimsəsiz
qalmış, qohum-əqrəbasından uzaq düşmüş bir yetimi görən kimi
qəhərlənirdi. Sanki körpə ağacın yenicə puçurlayan, həyat, günəş arzusu ilə
baş qaldıran zərif, zümrüd yarpaqları Ədalətin gəlişindən hərəkətə gəlir, nə
isə dil açıb demək istəyirdi. Ədalət nə etsin? Badamın dibinə torpaq yığsın,
ətrafina çəpər çəksin? Dağ kimi divarları vurub dağıdan, təpələri düzə
çevirən bu silahlı müşavirələrin, gurultulu maşınların qabağında Ədalət
nədir ki, çəpər də çəkə! Heç yerdə Ədalət buradakı qədər gücsüz, əlacsız
olmamışdı. Sanki bunu körpə ağac da hiss etmişdi. Ədalətə tərəf əyilərək
yalvarmaq, ağlamaq, arxalanmaqmı istəyirdi, ya qıza məlum olmayan bir
sirr deməkmi istəyirdi? Bəlkə deyirdi: "Bu qansızlardan uzaq ol!" O demək
istəyirdi ki: "Məni apar!" Qız onu hara apara bilərdi? Ədalət əlində balaca
bel körpə ağacın yanına gəlir, ağ əlcəkli bir zabit onu istehza ilə qarşılayır,
ağaca işarə edirdi: "Qızım, bu sənindirmi?"
110
Ədalət cavab verməmiş, zabit bıçağı ilə ağacı kəsib Ədalətə tərəf uzadırdı!
Ağac kəsiləndə Ədalətdən odlu hıçqırıq çıxırdı. Özünü dəhşət almış,
gözləri böyümüş uşaq yerindəcə donub qalır və bilmirdi ki, nə etsin. Əlcəkli
zabit "səhvini" anlayıbmış kimi, ağacı böyrü üstə tutur, şərq adəti ilə ikiəlli,
peşkəş təqdim edən kimi bir vəziyyət alır və:
- Buyurun! - deyirdi.
Ədalət canavara tuş gəlmiş quzu kimi naçar nəzərlərlə aşağıdan yuxarı
zabitə baxırdı. Zabit badam şivini əlinə alıb, qızın çılpaq baldırlarına döyür,
qışqırırdı:
- Haydı, meymun balası!
Uşaq ağlayıb qaçanda əlcəkli zabit qəhqəhə çəkib durur, təpiyini yerə
vurub uşağı hədələyir, baxanlar gülüşürdülər.
Ədalət gözlərindən almaz yaşlar tökərək, başıaşağı dərəyə qaçırdı.
Yenicə göyərən çəmənləri, yoncalıqları ayaqlayaraq, kollardan, hasarlardan,
arxlardan ötərək, yaralı bir quş kimi çırpınaraq qaçırdı. O, birbaş şəhərə yol
almışdı, atasının dalınca gedirdi. Əlindəki badam şivini bərk-bərk tutub
ehtiyatla aparırdı. Aparırdı ki, atasına göstərsin, böyüklərə şikayət etsin.
Bu yerlər - bağçalar, kövşənlər körpə qızın həmişə oynadığı, çiçək
yığdığı, sünbül dəstələdiyi, quş yuvası axtardığı, quzu otardığı, çırpı
topladığı yerlər idi. İndi isə Ədalət heç nə düşünmürdü. Cənuba, uzaqda
ağaran qarlı dağlar arxasına, şəhər yoluna doğru üz tutaraq qaçırdı.
Anasından qalma köhnə başmaqlar çoxdan ayağından çıxmışdı. Soyuqda
gah qızaran, gah göyərən balaca ayaqları keyimiş kimi, nə daş, nə tikan, nə
palçıq hiss edirdi. Qız hərdən hıçqırığını boğaraq: "Atacan!" - deyə fəryad
edir, əlindəki ağaca baxırdı. Uşağı bu kökdə görən kəndlilər müşavirin
qorxusundan ona yanaşmasalar da, ağaclar arxasından haylayır, uşağı
saxlamaq istəyirdilər. Ədalət qulaq asmır, yoluna davam edirdi.
Bütün ümidləri puça çıxmış, müşavirin, mübaşirin, ərbabın, məhkəmələrin
qapısından naümid olan, əl üzən Ağarza həmin bu axşam da
həmin yolla kəndə qayıdırdı. O buradan gedəndə cibində pul, əlində ərizə,
ürəyində ümid aparmışdı. Qayıdanda isə bunların hamısını itirmişdi. Ancaq
ürəyindən daş kimi asılan və get-gedə ağırlaşan bir intiqam hissi gətirmişdi.
111
Qəribədir, ürəyini ağrıdan bu hiss ona nələr deyir, nələr öyrədirdi? O,
uzun və qayım addımları ilə kəndə doğru yaxınlaşdıqca qəlbi tərpənir və
tərpəndikcə də sanki ondan çox sirlər soruşurdu: "Sən Kəmərlidə yenəmi
qalacaqsan! Yenədəmi müşavirlə üz-üzə gələcəksən? Bağça yerində dikələn
daş binalar sənə göz dağı deyilmi?" Sonra öz-özünə sual verirdi: "Əlimdən
nə gələr? Odur, göz qabağındadır. Neçələri həbsdə, sürgündə çürüyür. Bu
gəlmə zabitlər ərbaba köməyə gəliblər. Kəndlini soyub-talamağa gəliblər".
Ağarza fıkirləşirdi ki, olub keçəni yaddan çıxarsın, dağların döşünü bel,
kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin, yeganə
balası Ədaləti böyüdüb başa çatdırsın. Görürdü ki, yox, o, müşavirin
zülmünü heç cürə unuda bilməyəcək. O görürdü ki, cəllad əli ilə kəsilib
atılan o igid badam ağacları qalxıb baş-başa veriblər, bir sirr kimi onun
qarşısında dayanıb sual edirlər, təkidlə soruşurlar: "Bizim günahımız nə idi?
Bizi bahara həsrət qoyanlardan sorğu-sual olacaqmı?"
Ağarza ürəyində onlara cavab verirdi: "Yox, ey mənim bərəkətli
ağaclarım, sizin qatilinizdən sorğu-sual edən olmadı. Mən şəhərdə qapı
qalmadı döydüm, məhkəmə qalmadı dəydim, oxum daşa dəydi..."
Ağarza bu sözü min bir nisgil və ürək ağrısı ilə deyirdi. Birdən başını
qaldırıb ucadan əlavə etdi: "Ancaq mənim oxum qurtarmamışdır. Mənim bir
oxum, bəlkə də axırıncı oxum lap hədəfə dəyməlidir. Şikayətdən haray yox
imiş. Mən öz gücümə güvənməliyəm!"
Onun bu sözlərini qabaqda gələn, titrəyərək, qorxaraq, kollara sığınaraq
gələn Ədaləti eşidirdi. Birdən:
- Atacan! - deyən Ədalətin səsi eşidildi.
Ağarza yuxu görürmüş kimi döyüküb dayandı, ətrafını dinlədi. Addım
səsləri yaxınlaşırdı. Uşaq səsi təkrar olundu: - Atacan!
- Qızım, Ədalət!
- Ay ata!
- Can, qızım, haradasan?
- Ata, səni axtarıram. Badam ağacımı da kəsdilər. Məni döydülər, ata!
Uşaq qaranlıqda özünü atasının qucağına atdı. Ağarza badam şivini
qızının əlindən alıb şəfəqdə ona baxdı, uşağın yalın ayaqlarını qoltuğunda
sıxdı. Xəcalətdən başını aşağı saldı. Axı o, qızına söz vermişdi: şəhərdən
belə qayıtmayacaq, hədiyyələri ilə Ədaləti sevindirəcəkdi.
112
Nəvazişli bir səslə qızına dediyi sözlər atanın qulağında təkrar səsləndi:
"Qızım, Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə əlimə pul gəlsə, ərbabın
borcunu, xumsu, zəkatı çıxandan sonra, taxıldan artıq qalsa... sənə bir cüt
təzə başmaq alacağam, qotazlı başmaq. Lap onun özündən alacağam ki,
bayramda geyəsən!.."
Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu.
Ədalət müşavirin adamlarından gördüklərini ağlaya-ağlaya, yanıqlı dildə
kəsmə-kəsmə danışdı.
Gözü təmiz yay göylərinin dərinliklərinə dikildiyi halda Ağarza
Ədalətin məsum, məzlum səsini bir fəryad kimi eşidirdi. Eşidir, ancaq
cavab vermirdi. O bilmirdi uşağına nə ilə və necə təsəlli versin. Onun gözü
şimalda parlayan və gur işığı ilə diqqətləri çəkən qızıl ulduza dikilmişdi.
Ata şəhadət barmağı ilə göstərərək, Ədalətə təsəlli verirdi:
- Görürsən, qızım! Biz o ulduzun dalınca getməliyik, onun işığı və gücü
bizə də nicat verəcəkdir. Qalx gedək!
Ata-bala əl-ələ verib qaranlıq çöllərdən parlaq şimal ulduzuna doğru yol
aldılar.
1953
GƏRƏK OLAR
Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər
işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin
birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi
var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki,
bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.
İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə
köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır,
ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz
olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz,
bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət
qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və
mülayim sual-cavabdan ibarət olur:
- Salam!
- Əleykəssalam!
113
- Necəsiniz?
- Sağ olun, duaçı varıq. Siz necəsiniz?
- Çox sağ olun!
- Ayrı nə var, nə yox.
- Sağlığınız.
- Havalar da pis deyil.
- Bəli xoş keçir.
- Daha nə var, nə yox?
- Daha səlamətlik, bu yana tələsirəm.
-Di hələlik!
- Xoş getdiniz!
Deyə bilərəm ki, bu mükalimə Mürsəllə mənim aramda, yalan olmasın,
hər görüşdə təkrar olunur. Bəzən bir-iki kəlmə o yan-bu yana olsa da,
məzmun dəyişmir.
Bəs nə üçün biz söhbəti dərinləşdirmir, ya uzatmınq. Bəlkə bizim birbirimizlə
danışmağa sözümüz yoxdur.
Belə deyil, danışmağa söz var.
Bəlkə işə tələsirik, bundan artıq dayanmağa vaxtımız olmur.
Belə də deyil. Ürəyin istəyən adamla danışmağa, əhvallaşmağa vaxt
tapılar. Axşam işi də ki, ləğv olunub.
Bəlkə bir-birimizi istəmirik, yaxınlıq etməyə meylimiz yoxdur.
Bunu da deyə bilmərəm. Çünki Mürşəl mənim üçün həm qonşu, həm də
yaxşı bir mütəxəssisdir. Mənim texnika sahəsində çalışan mütəxəssislərin
işinə və söhbətinə meylim, marağım çoxdur. Ola bilər ki, Mürsəlin məndən
acığı gəlir, xoşlanmır. Haqqı danışmaq lazımdır, bunu mən hiss etməmişəm,
kişiyə şər ata bilmərəm.
Soruşacaqsınız ki, yaxşı, bəs sizin aranıza daş dığırlayan kimdir. Niyə
yaxınlaşmırsınız.
Bunun səbəbini, əslinə baxsan, özüm də yaxşı bilmirəm. Ancaq son
zamanlar Mürsəllə mənim aramızdakı bu sərinlik birdən-birə gözlənmədən
çəkildi. Buna da səbəb bir hadisə oldu ki, bu hekayədə onu sizə danışmaq
istəyirəm.
Mürsəl orta yaşlı, boydan uca, candan sağlam, xoşsifət, ağbəniz,
qalınqaş bir kişidir. Mən qapıdan çıxıb trolleybus ayağına yönəlməkdə,
Mürsəl də trolleybusdan düşüb on bir nömrəli evin daş pilləkənlərinə tərəf
gəlməkdə.
Onu da deyim ki, Mürsəlin qazancı yaxşıdır. Çox yaxşıdır. Bunu mən
nədən bilirəm. Əlbəttə ki, onun idarəsindən, vəzifəsindən, həm114
karlar ittifaqı kitabçasından xəbərim yoxdur. Ondan bilirəm ki, Mürsəl
işdən evə qayıdanda əlidolu gəlir. Gözümlə görmüşəm. Xüsusən hər il,
hökumət qərarilə mallar ucuzlaşandan sonra, Mürsəlin bazarlığı çox olur. O,
qoltuğu dolu, tər basmış bir halda özünü evə salır. Qapını ayağı ilə açır.
Mürsəlin aldığı ərzaq şeyləri ilə işim yoxdur. Məni maraqlandıran bu olub
ki, Mürsəl nə olsa (bahalı, ucuzlu, böyük, xırda) küçə qapısında açıb tökür,
sanki bazarlığını qonum-qonşuya, yoldan ötənlərə göstərmək istəyir.
Deyəsən kişi bunu şöhrət bilir, bundan zövq alır. Görürsən qapıya yetişən
kimi əlindəki iri qutunun kəndirini qırdı, ağzını açdı, oradan bir parıldayan
elektrik çayniki, stol lampası, ya uşaq kino cihazı, ventilyator çıxartdı;
qutunu kağızları ilə qapıda qoyub içəri getdi. Ya görürsən çəkmə, papaq, üst
köynəyi, yazı cihazı, stol saatı... Bunların da kağızını açıb tökəndən sonra
içəriyə apardı.
Doğrusu, qonşumun bu xasiyyəti mənə qəribə gəlmişdi. Çünki belə bir
hərəkət, yəni aldığı şeyləri camaat qabağında açıb tökmək, hamıya
göstərmək, mənim fikrimcə, yaxşı deyil. Buna görməmişlik deyərlər.
Dünyada əlbəttə ki, elə adamlar da var. Elə adamlar var ki, təzə
paltosunu, kostyumunu göstərmək üçün şəhəri küçə-küçə gəzir,
qaranlıqlaşana qədər gəzir. Yorulub dildən düşsə də, gəzir.
Nədənsə mənə elə gəlirdi ki, bu xasiyyət Mürsələ yaraşmır, heç
yaraşmır. Bir adam gəlib qonşum haqqında bunları danışsaydı, mən
inanmazdım və o adamı bəlkə də bir az danlardım.
İndi bunları mən öz gözümlə görürəm. Mürsəl içəri girəndə qapıda
qoyub getdiyi, kənara atdığı cürbəcür biçimli, markalı rəngli qutuları, iri
qalın kağızları, bağlama kəndirlərini öz gözümlə görürəm, yenə də gözümə
inanmağım gəlmir. Ona görə inanmağım gəlmir ki, belə bir "görməmişliyi",
ya "şöhrətpərəstliyi" Mürsələ yaraşdıra bilmirəm.
Deyirlər, söz adamın ürəyini dələr. Günün birində qət etdim ki, bu işi
hökmən qonşumun nəzərinə çatdıracağam. Acığı da gəlsə deyəcəyəm. Qoy
bilsin ki, kənardan baxanlar danışırlar, onun bu xasiyyətinə yaxşı demirlər.
Qoy bilsin ki, bazardan bol-bol ev ləvazimatı, sənaye malları alan minlərlə
adam var. Amma heç kəs aldığını küçədə açıb elan etmir. Bu, mədəni
adama yaraşan xasiyyət deyil. Bu, adamı hörmətdən salar.
Söz vaxtına çəkər. Aprelin əvvəlləri idi. Saat beş, ya altı olardı. Evdən
çıxıb trolleybusa tərəf gedirdim. Mürsəlin yenə, öz qaydasında
115
qapıda bir bağlamanı, kub şəklində, yaraşıqlı və üstü yazılı qutunu açdığını,
içindən çıxartdığı uzun büllur vazaların kağızını soyub tökdüyünü gördüm.
O, işarə ilə mənə salam verdi. Vazaları qucağına alıb içəri gedəndə mən onu
haqladım.
- Mübarəkdir, büllur almışsınız! - dedim.
- Bəli, güldanlardan xoşum gəlir.
Mürsəl mənim ötəcəyimi güman edirdi. Mən isə səsimin ahəngini bir
qədər dəyişdim:
- Qonşu, sizə bir söz deyəcəyəm, gərək acığınız tutmasın. Ya ərk bilin,
ya də özünütənqid sayın. Çoxdan ürəyimdə gəzən bir sözü sizə deməyi qət
etmişəm.
Mürsəl gözləmədiyi bir söhbətə müntəzir, həm də xeyli maraq etdiyini
gizlədə bilməyən bir tövrlə dayandı. Sonra qolumdan tutub içəri çağırdı:
- Buyurun, buyurun! Acığım tutmaz. Yaxşı məsləhətinizi eşitməyə
hazıram. İllah da ki, siz kimi bir müəllim yoldaşdan ola.
- Qonşu, görürəm siz doğrudan da əsil qaygikeş, ailəcanlı bir
yoldaşsınız. Mən hər dəfə sizi qoltuğu dolu görəndə sevinirəm. Sevinirəm
ki, bizim yaxşı ziyalılarımız bütün sevinc və şənliklərini, bayramlarını məhz
ailələri ilə birlikdə keçirirlər. Amma bir şey mənə qaranlıqdır ki, onu
sizinlə, elə-belə sual şəklində məsləhətləşmək pis olmaz.
Mənim sözüm, deyəsən Mürsəldə maraq oyatmışdır. O, müntəzir
gözlərini diqqətlə mənə zilləmişdi. Mətləbi hara gətirəcəyimi aramsız
gözləyirdi. Mən tənqidimə sual rəngi verdim:
- Bu ki siz aldığınız şeyləri qapıda hər dəfə açıb tökür, qutudan,
qəzetdən çıxanrsınız ha, doğrusu, bunun mənası mənə bir qədər aydın deyil
axı. Şükür, sizin gözəl eviniz, otaqlarınız, ailəniz. Nə olar ki, aldıqlarınızı
açmamış evə gətirəsiniz. Evdəkilərin özü də bir az maraqlanar, sonra
mübarək deyərlər. Mən görürəm ki, siz bazarlığı, şübhəli sovqat kimi, lap
qapı ağzında açırsınız, hamının gözü qabağında! Uşaqlar buradan həmişə
qutu daşıyırlar. Bir dəfə ananızın onlara acıqlandığını da eşitmişəm...
Mən illərdən bəri ürəyimdə bir ağrı kimi yatıb qalan və qaldıqca
ağırlaşan bu sözləri dedikcə, bir yüngüllük, rahatlıq duyurdum. Mənə elə
gəlirdi ki, haçandan bəri zehnimə yüklənən bu ağırlıqdan indicə
qurtarmışam. Qəddimi düzəldib ətrafıma bir baxdım. Mürsəllə daha
müfəssəl danışa bilərdim. Ancaq buna ehtiyac görmədim. Çünki mənim
116
ilk işarəmin hərifə kifayət etdiyi məlum idi. Mürsəl qucağındakı vazaları
ehmallıca taxtın üstünə qoyub fikirli-fikirli mənə baxır, daha nələr
deyəcəyimi gözləyirdi. Mən isə əlavə bir söz deyəsi deyildim. Çünki oxum
lap hədəfə dəymişdi. Qonşum rəngdən-rəngə düşürdü. Mənim susduğumu
yəqin edəndən sonra göz qapaqlarmı aşağı endirir, yerə, lap çəkmələrinin
ucuna baxırdı. O, çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti
almışdı. Başını qaldırıb xoş bir nəzərlə dedi:
- Qonşu, gəl bu söhbəti ayrı vaxta qoyaq. Görürəm siz işə tələsirsiniz.
- Nə eybi var.
- Mən zəhmət verib sizi çağıracağam. Ərkim çatarmı?
- Xoşdur, xoşdur.
Mürsəl doğrudan da məni çağırdı. Mətləbi açıb danışdı. Budur mən
onun dediklərini onun öz sözü ilə sizə danışıram:
"Mənim anamda köhnədənqalma bir xasiyyət var. O, çox yığımcıl
qadındır. Əlinə keçən bir çöpü, mismarı, bir taxta parçasını, konserv
qutusunu götürüb evə gətirər ki, "gərək olar". Bizim evdə olan qutu, karton,
kağız, köhnə paltar, çəkmə, qaloş, qalstuk, stul qıçı, butulka, dərman şüşəsi,
çatdaq boşqab, qırıq nəlbəki, xarab lampoçka, yazılı uşaq dəftəri, sınıq
qələm, sökük zənbil... heç kəsin evində yoxdur. Yalan olmasın, anamın
bəlkə lap gəlinlik günlərində geyib dağıtdığı başmaqları, parça-parça etdiyi
koftalar da evimizdə, sandıqların, yeşiklərin hansı küncündəsə durur. Mən
hərdən cəsarət edib onları atmaq istəyəndə anam acıqlanır:
- Sənə bir maneçiliyi yoxdur ki!
- Axı bu zir-zibili niyə rədd eləmirsən ki, əl-ayaq açılsın, yer
genişlənsin.
- Bunlar hamısı gərək olur.
Bəzən mən lap hövsələdən çıxıram, evi ütil daxmasına oxşadan bu
qadınla az qalıram bir yad kimi reftar edəm. Anam mənalı-mənalı üzümə
baxır. Sonra başımı sığallayır.
- Oğul, - deyir, - ev-eşik yığmaq asan deyil. Sən hələ uşaqsan, hələ
dabanınla qapı açmamışsan. Sən bilmirsən ki, adam hər bir mismar üçün,
bir iynə, bir şüşə üçün məəttəl qalır. Adam öz şeyinin qədrini bilər! Nə olar
köhnə olanda. Köhnənin köhnə, sınığın sınıq yeri
117
var, təzənin də təzə. Niyə atıram, dəli-zad olmamışam ki, malımı çölə atam!
Bir kənarda durub, məndən kira-zad istəmir ki, təzə nəlbəkini qonaq
qabağına qoyaram, ucuzunda özüm çay içərəm, köhnəsini də bağda
işlədərəm...
Mən görürəm ki, qadın lap dağılıb heçə döndərdiyi paltarından da əl
çəkmir. O, bunlarla sanki qırılmaz bir ünsiyyət bağlamışdır. Sanki onun
nəyi isə qiymətli bir şeyi bunlara bağlıdır. O, bu paltar, ya ayaqqabıda
keçirtdiyi günlərdən, ömrünün ötüb gedən günlərindən ayrılmaq istəmir.
Qadının qəribə xasiyyəti var. Haçandan qalma köhnə qalstukları səliqə ilə
yığıb saxlayır, yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır,
konserv qutusunda bişirir.
Mən özümü saxlaya bilmirəm. Hirslənirəm, qutunu götürüb küçəyə
atıram.
O mənim əsəbi vəziyyətimi görüb heç nə demir. Sakit görünür. Ancaq
bir dəqiqə keçmədən xəlvəti oğurlanıb küçəyə getdiyini, qutunu götürüb
ətəyinin altında gətirdiyini duyuram. O, bu qutunu gizlədib qiymətli şey
kimi qoruyur.
Mən belə bir naxoşluğa tutulan adamın müalicəsini bilmirəm. Əlacım
ona qalıb ki, bundan sonra evə qutu-qapaq gətirməyim. Qət etmişəm ki, evə
alınan şeylərin qutusunu, kağızını, kəndirini qapıdaca redd edim ki, ev
zibilxanaya dönməsin".
Danışdıqlarından yüngüllük duymuş kimi Mürsəlin rəngi açıldı. O, bir
qədər sükutdan sonra davam etdi:
- Sizi təəccübləndirən işlərim də ancaq bunun üçündür, yoxsa mənim də
şöhrətpərəstdən zəhləm gedər.
Mürsəlgilin ailə sirrini biləndən sonra məni heyrət götürdü:
- Bəlkə, - dedim, - qadının bu xasiyyəti irsidir, nəsildən gəlmədir.
- Necə irsidir ki, bu yazıq heç ata-ana görməyib, əmisinin evində
qulluqçü böyüyüb.
- Yəqin, əmisi yaxşı saxlamırmış.
- Bəli, ona öz uşaqlarının köhnəsini geydirirmiş.
- Daha sən qadını niyə qınayırsan. Uşaqlıqdan həsrət gözü var. Mürsəl
güldü:
- Uşaqlıq yaşından qırx il keçir. Çobanlar gəlib alim olub. İndi ki, həsrət
deyil! İndi onun nəyi çatışmır. Görmür ki, mənim bütün qazancım evə, onun
əlinə gəlir...
118
- Adəti unutmaq naxoşluğuna səbəb olur.
O köhnə məsəldir.
- Anan da köhnə adam deyilmi.
Hər ikimiz çox danışandan sonra qadının köhnə azarına müalicə tədbiri
düşündük.
Mürsəl bu yaxınlarda təzə evə köçməli idi. Güman edirdi ki, "anamın
barxanasını da qoyub gedirik". Ancaq qadın deyəsən, bunu duymuşdu.
Düyünçələrini bir-bir sahmanlayıb yığırdı: "Orada, deyirdi, - mənə otaqdanzaddan
verərsən, öz şeylərimi yığım, əl-ayağa dolaşmasın..."
Mən Mürsələ bir məsləhət gördüm: "Elə vaxtda köçməlisən ki, anan
şəhərdə olmasın!" Mürsəl bu tədbiri xoşladı və əməl etdi: avqustun
ortalarında qadın bağda olan zaman uşaqları futbola gətirmək məqsədilə
şəhərə gəldi. Həmin günün səhəri, tezdən də köçdü.
Ancaq köçəndə iki yük maşını çağırtdı: biri ev əşyasını təzə evə aparırdı,
o biri də lüzumsuz şeyləri şəhər kənarına atmağa aparırdı.
Köçəndən bir həftə sonra anasını maşına qoyub təzə otaqlara gətirmişdi.
O, parket döşəməsi parıldayan geniş, işıqlı otaqları gəzdikcə "pəh-pəh, -
deyirdi, - oğul, sağlığına qismət olsun!"
Otaqları gəzdikcə gözü nəyi isə axtarırdı: - "Hanı bəs mənim şeylərim.
Hara yığmışsınız onları".
- Hansı şeylərini.
- Köhnə pal-paltarımı, dür-düyünçəmi!
- Odur, sandığında!
- Sandıq o qədər şey tutmazdı, köhnələri deyirəm!
- Köhnələri köhnə evdə qoyduq.
- Ədə, boş danışma, şeyləri göstər. Kağız qutunu görmürəm!
- Ana, o şeyləri buraya gətirmək olardımı.
Qadın birbaş köhnə evə cumdu. Evi bağlı gördü, sahibi bağda idi. Bir
müddət qadin dabanlarını çəkib köhnə evə ayaq döydü. Axırda təngə gəlib
yerində oturdu. Dilindən düşməyən bircə şikayəti bu idi:
- Köhnə evdə mənim çox şeyim getdi. Mənə çox ağır oturdu...
Oğul da deyirdi:
- Düz deyirsən, ana, o ev səndən çox şey apardı. Amma yaxşı ki, apardı,
səni yüngüllətdi.
1953
119
ÖZÜNDƏN NAXOŞ
Людей одиноких по натуре, которые как
рак-отщелник или улитка, стараются уйти
в свою скорлупу, их на этом свете немало.
Антон Чехов
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa
qoyacagam.
- Bu nə danışır e!
Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa
qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı.
Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir.
Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu:
- Necə adamdır o.
- Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü,
həyasızdır. Dördüncüsü...
Arvadı onun sözünü kəsdi:
- Sayma, bəsdir, həyasızdan nə desən çıxar.
Abasəli trestdə yerli komitə sədri idi. Keçən həftə qərara alınmışdı ki,
istirahət günü bütün işçilər yığışıb stansiyaya getsinlər, vaqonlardan tökülən
taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlələrinə kömək etsinlər. Tikinti
materialı o qədər tökülmüşdü ki, yığıb-yığışdırmaq üçün kollektivin bu
qərarı elan olunanda Mirzə Əsgər adəti üzrə etirazını bildirdi:
- Əlbəttə ki, iməciliyə getmək məsələsində naxoşlar nəzərə alınmalıdır!
Bu söz Abasəlinin qulağına çatanda cin başına vurdu. "Belə de xeyrəşərə
yaramaz adam olarmı" - deyə düşündü və üzünü hesabdarın otağına
tutub ucadan dedi:

Mirzə Əsgər iyirmi ildi trestdə hesabdar vəzifəsində çalışırdı. Bu iyirmi
il müddətində bir gün olmayıb ki, o, başını qaldırıb desin. "Bu gün kefim
sazdır, yaxşıyam!" Onu həmişə səhhətdən şikayət edən,
120
boyun-başını tutub ufuldayan görərsiniz. Biri baş ağrısından danışanda
Mirzə Əsgər şərik olardı: "Mənim başımın ağrısı kəsmir". Biri ürəkdən, bir
başqası mədədən şikayətləndimi, Mirzə Əsgər qələmi yerə qoyar, çeşməyi
çıxarar və deyərdi:
-Siz, deyəsən mənim naxoşluğumdan xəbər verirsiniz. O şeylər məndə
artıqlaması ilə baş verir. Dərman atmaqdan yorulmuşam.
Mirzə Əsgər həyatında çox ehtiyatlıdır. Yeməyinin, istirahətinin vaxtını
keçirməz. Az qala özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün
ayırdığı xüsusi bir yeşiyi var. O yeşikdən butulka ilə qaynanmış su,
kəklikotu, aspirin, cürbəcür vitaminlər çıxar.
"Qrip" sözünü yazanda dəsmalla ağzını tutar, səhər-axşam qoltuğuna
termometr qoyub, hərarətini yoxlayar.
Bir dəfə tramvayda evinə gedəndə yanında oturan bir xanım şübhələndi.
- Yoldaş, - dedi, - sumkanızda toyuq var, nədi.
- Xeyr, mənim sumkam boşdur, bazara getməmişəm.
- Bəs bu qurultu səsi nədir ki, mən eşidirəm. Mirzə Əsgər başa saldı:
- Qoltuğumda qrelka var. Ağrını kəsmək üçün məsləhət görüblər.
Tramvay tərpənəndə zəhrimar yırğalanır. Suyun səsidir!
Axşamlar istirahət vaxtı adamlar kinoya, teatra, stadiona gedəndə Mirzə
Əsgər çarpayısında uzanıb özünü yoxlayardı. Uzunmüddətli və ağır işdən
sonra təmirə gəlmiş maşını usta necə yoxlayarsa, o da özünü eləcə diqqətlə
yoxlayardı. Termometrdə bir şey görməyəndə, güzgü qabağına keçər,
rənginə baxardı. Qoluna, qıçına nəzər salar, ağzını açıb boğazına baxar, "a"
səsi çıxarardı. Evdəkilərin hamısının başına toplanmasını, onunla
maraqlanmasını çox sevərdi. Qapı, pəncərənin düşməni idi. İstidə, küləkdə,
qarda, yağışda evdən çıxmaq istəməzdi. Küçədə də kostyumunun boynunu
qaldırar, belini əyər, divarların dibi ilə yeriyərdi. Çayı soyudub, suyu da
qızdırıb içərdi. Vitamin yox idi ki, Mirzə Əsgər onun kimyəvi tərkibini
bilməsin, dadını yoxlamasın. Onun getmədiyi yaylaq qalmamışdı. Bağ
qalmayıb ayaqlamasın, palata qalmayıb yatmasın, sanatoriya qalmayıb
yaşamasın. Putyovkalar elə tez-tez yazılıb möhürlənərdi ki, deyərdin bu
yumru, yağlı gövdəli, çeşməkli kişinin vücuduna, allah eləməsin, bir
sədəmə toxunsa, dünya alt-üst olar. Həkimlər də onu tanımışdılar. Diaqnoz
qoymaq üçün çox əziyyət çəkirdilər. Daxili üzvlərin birini "şıltaqçı" yazar
və soruşardılar.
121
- Gərək siz böyrəkdən şikayətli idiniz.
- Doktor, indi mədəm də, ürəyim də şıltaqlıq edir.
Mirzə Əsgər istədiyi kurortlara gedirsə, hamısından da narazı gələrdi.
"Necə şeydirsə, mənə düşmür - gün-gündən geri gedirəm" - deyə
şikayətlənərdi.
* * *
İndi Abasəli də üzünü tutub belə bir adama deyirdi: - Naxoş-maxoş
bilmirəm.
Mirzə Əsgər bu dəfə məəttəl qalmışdı ki, getsin, ya getməsin. Güman
edirdi ki, onu iməciliyə çağıranlar o qədər də nainsaf olmazlar. Onu taxtaşalban
daşımağa qoymazlar. Olsa-olsa ondan öz sənətindən istifadə edərlər.
Orada da yazı-pozu, hesab-kitab var axı. Orada da görülən işin hesabını
aparan lazımdır, ya yox! "Məni ancaq bu məqsədlə apara bilərlər, ayrı cürə
olmaz" - deyə düşündü.
Hərdən Mirzə Əsgəri qəzəbli vahimə basırdı: "Həyasızdan nə desən
çıxar! Qorxuram ümumi iclasa qoya, özü də lap pis danışa. Ona məndə tab
hanı? Oradaca ürəyim gedər..."
Bir də görürdün ki, Mirzə Əsgər vücudunda qalan cəsarəti yığıb özözünə
belə düşünür:
- Dəli şeytan deyir ki, gəl get! Qoy səni lap iməciliyə aparsınlar. Naxoş
bədən də dözməsin, yıxılıb ölsün. Qanın tökülsün belələrinin - Abasəli kimi
vicdansızların üstünə. Azı beş il həbs versinlər. Eybi yoxdur, mən qəbirdə
yatanda o da getsin dustaqxanaların küncündə sürünsün! Dəli şeytan deyir
ki, elə gəl get, qoy axır əncamı belə olsun!
Səhər tezdən üstü örtülü avtobus gəlib evin qabağında dayandı.
Abasəlinin səsi eşidildi:
- Sabahın xeyir, mirzə! Maşın sizi gözləyir!
Avtobusun içindən deyib-gülmək səsi gəlirdi. Deyəsən adam çox idi, -
deyəsən camaatın hamısı gedirdi. Mirzə Əsgər köynəkcək durub pəncərədən
bir eşiyə baxdı, şikayətli bir dillə arvadına dedi:
- Görürsən də! Bu da mənim istirahət günüm.
- Kefin yoxdur, getmə!
- Necə getməyim, görmürsən aləmi yığıb qapıya! Bu vicdansızlığın hələ
hamısını görmürsən, bunlar hamısı mənim üçün qurulub, getməsəm bəyəm
canım rahat olacaq.
122
Qəlyanaltısını, dərmanlarını, borjom butulkasını sumkaya yığınca,
geyinib çıxınca bir xeyli vaxt çəkdi. Avtobusdan səs gəlirdi:
- Ay mirzə, tez ol, gün-günorta oldu ki!..
Mirzə Əsgərin əlindən yapışıb içəriyə saldılar. Avtobus sürətlə yoluna
davam etdi. Mirzə Əsgər sağa-sola yırğalanaraq düşünürdü. "Necə eləyim
ki, uçot işini mənə versinlər!"
* * *
Stansiya tikinti ləvazimatı yol boyu dağ kimi tökülmüşdü. İdarələrdən
səfərbərliyə alınmış dörd tonluq maşınlar nəfəs almadan dolub şəhərə
yollanırdılar.
Abasəli trest işçilərini sahələrə paylaşdıranda, hərəyə bir iş tapşıranda
Mirzə Əsgər sevinirdi. Görürdü ki, bunu çağıran, taxta daşımağa göndərən
yoxdur. "Deyəsən elə mənimki uçot olacaq" - deyə şadlanırdı.
O, bu fıkirdə ikən Abasəli uzun bir dirəyin başından tutub çağırdı:
- Mirzə, bura gəl, yapış, ataq maşına!
Mirzə Əsgərin gözü bərələ qaldı. "Onu götürməyə məndə can hanı" -
deyə həyəcanla düşündü: Abasəli macal vermədi:
- Qolum düşdü, tez ol, ay mirzə!
Mirzə Əsgər istər-istəməz dirəyi götürməli oldu. Beş addımlıqda
dayanan maşına aparanacan bəlkə ürəyində yüz dəfə Abasəliyə söydü.
Dirəyi qoyandan sonra ona elə gəldi ki, bu saat yıxılıb özündən gedəcəkdir!
Özünü yoxlamaq istəyirdi ki, Abasəlinin səsi eşidildi:
- Mirzə, tez ol, bizim maşın geri qalır, biabır olarıq, yaxın gəl!
Mirzə Əsgər dirəyin ikincisini, üçüncüsünü də götürüb maşına tullamalı
oldu.
Axşam yorğun, əzgin bir vəziyyətdə evə dönən kimi zarıldadı:
- Arvad, mənim yerimi sal! Məndən bir də adam olmaz! Baisin evi
yıxılsın!
Yatağa uzanan kimi onu şirin yuxu apardı. Arvad onun qoltuğuna
termometr qoydu. Nəbzini yoxladı. Bircə şeyə heyran idi ki, həmişə yuxuya
həsrət olan, yuxusuzluqdan şikayətlənən adam, indi, deyəsən div yuxusuna
getmişdir!
123
Neçə saatdan sonra Mirzə Əsgər yuxudan qalxdı, yemək stoluna yanaşıb
tələb elədi:
- Arvad, mənə yemək ver, yaman acmışam!
Qadın kişisinin ömründə görmədiyi şirin bir iştahla xörək yediyini görüb
sevindi.
- Ay Mirzə, - dedi, - ağır iş sənə düşüb, gəlsənə hesab-kitabı buraxıb,
stansiyada iş götürəsən?
1954
İCLAS QURUSU
Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu
isə tək-tək olur.
Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu
çəkən, həyat hisslərini itirən.
İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı
tanıyırsınız. Arıq bədənini qabağa əyib, dizini bükərək sürətli addımlarla
gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz.
O haraya tələsir. İclasa!
Qoltuğundakı boz, sürtülmüş qovluq səliqəsiz yığılmış kağız-kuğuzla
doludur.
Bunlar nədir. Protokol! O bütün ömrü boyu başı aşağı, dünyadan
bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.
Nəyi düşünür. Qərarı!..
İclas qurusu üçün gecənin-gündüzün, yazın-payızın, istinin-soyuğun,
yerin-göyün heç bir fərqi, əhəmiyyəti yoxdur. Suların səsindən, çiçəklərin
ətrindən, quşların mahnısından, musiqidən, gülüşdən, şənlikdən uzaq olan
bu qaradinməz adamı görəndə kimisi heyrət edir, çoxunun da acığı gəlir.
Güman etməyin ki, iclas qurusu ancaq ictimai yerlərdə belədir. Siz
düşünürsünüz ki, evinə qayıdıb papağını çıxardanda, arvadı, uşağı ilə
görüşəndə iclas qurusunun halı dəyişmiş olur, üzündə işıq, dodağında
təbəssüm doğur.
124
Yox! Səhv edirsiniz! O iradəli, prinsipli, müstəqim adamdır. Onun şəxsi
ailə həyatı özü də bir növ iclasdır. O, bir dəfə qət etmişdir ki, iclas üçün
yaranmışıq, başımız qərar hazırlamaq, barmaqlarımız protokol yazmaq,
əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün bizə verilmişdir. Onun
fıkrincə, bütün kainat da mühüm bir iclasdan sonra yaranmış və imzalanmış
bir qərar üstündə dayanır. İnanmırsan, başını qaldır göyə bax. Gör neçə
milyonlarla ulduzlar sədrlik edən ayın başına toplanmışdır. Min illərdən bəri
göydə elə qızğın iclas gedir ki, bəzən gurultusu yerdə qulaqlara düşür.
İclas qurusu arvadı Meyransa ilə belə danışır:
- Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı yuyub qurudasınız!
Meyransa dinməyəndə o ayağa qalxır, qələmin küt ucunu stola döyüb
danışır:
- Cavab üçün söz verilir yoldaş Meyransaya!
İclas qurusunun iclaslar, qərarlar, nitqlər içində keçən və asanlıqla
keçməyən həyatı neçə dəfə ailədə də silkələnmişdir.
On səkkiz il əvvəl Quru, axşam, iclasdan qayıdanda arvadını evdə
görmədi. "Bu hansı iclasdadır gecənin bu vaxtında" - deyə ürəyində
fıkirləşdi. Çox keçmədi qonşu qadın gəlib Qurunu təbrik etdi:
- Quru qardaş, gözünüz aydın, bir yaxşı qızımz oldu. Meyransa
xanım xəstəxanada sizi gözləyir.
Quru qadına nə muştuluq verdi, nə də cavab. Qəzəb və dəhşət yağan üzü
bir az da qaraldı, gözündə ildırımlar oynadı: "Bu nəyə lazımdır. Görəsən bu
barədə nə qərar olacaq. Eşidənlər nə deyəcəklər".
Uşağı bələyib evə gətirdilər. Quru kağızlar aləmindən baş qaldırıb
baxmadı da. Meyransa ərindən xahiş etdi ki, bir yaxşı ad tapsın. İclas
qurusu bu məsələni kluba iclasa keçirdi. Orada çox ad təklif olundu, ata razı
olmadı, öz təklifində təkid etdi:
- Məruzə!
İclasdakılar qəhqəhə çəkib gülüşdülər və sonra çəpik çaldılar.
Qızın adı qaldı Məruzə.
Məruzə bəsləndi, Məruzə böyüdü. Məruzə oxumağa, nəhayət, diqqətləri
cəlb etməyə başladı.
Məruzəyə kitab, dəftər almaq lazım gələndə İclas qurusu bütün
rəsmiyyəti gözləyirdi. Əvvəlcə qız atasına ərizə yazırdı. Sonra ərizə
125
məktəbə, müəllimin təsdiqinə göndərilirdi. Daha sonra Meyransa qol
çəkirdi. Nəhayət, İclas qurusu mağazindən kitab, dəftər alıb gətirir, qıza qol
çəkdirəndən sonra siyahı ilə verir və vaxt qoyurdu. "Gələn ayın ikinci
həftəsinin sonuna qədər", həmin siyahının bir surətini idarəyə, "nəzarət
üçün" müdirə göndərir, bir üzünü də öz arxivində ehtiyat üçün saxlayırdı.
Gələcəkdə yoxlasalar lazım olar. Məktəb müdiri bir neçə dəfə Məruzəyə
demişdi:
- Qızım, atanı çağır, vacib söz deyəcəyəm!
Quru cavab vermişdi:
- Mən iclasda olacağam!
Qız böyüyəndən sonra İclas qurasunun başağrısı daha da artdı. Qızı çox
yerdən istədilər.
Elçilərin hamısına bir cavab verilirdi:
- Anket doldurun, yoxlayıb baxarıq.
Elçilər anket adını eşidib dağılışırdılar.
Ancaq məhəbbətində sadiq blan Əsgər adlı bir şofer İclas qurusundan əl
çəkmədi. Meyransa Əsgərlə qohum olmağa razı idi. Kişinin qılığına girmək
istədi:
- Kişi, Məruzəni istəyirlər axı.
- Konkret danış, kim istəyir və hansı şərtlərlə.
- Şofer Əsgər.
- Ərizəsi yoxdur.
- Bəs niyə havayı danışırsan? Meydanda nə ərizə var, nə anket, nə
zəmanət. Niyə bəs gəlib başımı ağrıdırsan?
Meyransa xahiş ədası ilə dedi:
- Bəlkə vaxt verəsən, iclasın olmayanda elçilər gəlsin, danışasınız.
- Elçini neyləyirəm. Qız istəyən adam şəxsi işini, şəklini göndərsin, tanış
olum, sonra müzakirə edib baxarıq.
İclas qurusu oğlanın adını bir-iki dəfə təkrar edib Meyransaya baxdı,
başını buladı:
- Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istəyənin adı Məruzəyə
layiq olsun gərək!
- Sən deyərsən dəyişər!
İclas qurusu öz qərarını təkrar etdi:
- Dedim şəxsi işini göndərsin, baxıb müzakirə edərik, artıq danışmaq
lazım deyil!
126
Meyransa bir söz deməyib çıxdı.
İclas qurusunun sözlərini Əsgərə çatdırdılar. Əsgər dedi: - Anketimi
getsin idarədən öyrənsin, ancaq mən bu işin daha asan yolla həllini bilirəm.
O özünü belə zəhmətlərə nahaq salıb.
* * *
Bu axşam İclas qurusu oturub protokolları sahmana salırdı. Meyransa da
şkafı açıb təzə paltarlarını geyinirdi. Kişi başını qaldıranda arvadını ayrı bir
həvəs, ayrı bir sevinclə, tələsə-tələsə geyinib-kecinən gördü.
- Hara belə, ay arvad, - deyə təəccüblə soruşdu.
- Heç, balaca iclasımız var!
- Bəs Məruzə haradadır.
- O da öz iclasına gedib, sənə də kağız göndərib.
Meyransa stolun üstündəki kitabın altından əl boyda bir kağız çıxarıb
ərinə verdi:
- Deyirsən, uşaqların qərarı var. Oxu gör necədir.
İclas qurusu kağızı oxuyanda gözü kəlləsinə çıxdı: - "Ata, biz çox
müzakirə elədik, düşündük, daşındıq. Sizə zəhmət vermədən ZAQS-a
getdik. Sabah toyumuzdur, oğlan evində olacaq, iclasdan sonra vaxtın olsa,
buyurub gələrsən. Qızın Məruzə."
İclas qurusu daha da qurudu. Quru uzandı, dik ayağa qalxdı:
- Nece, necə... Özbaşına qərar çıxarıblar... Bu qərarı kim təsdiq edib.
Meyransa təmkinini və mülayimliyini pozmadan cavab verdi.
- Gərək sən təsdiq edəsən də!
İclas qurusu özündən çıxdı:
- Mən onun anketini oxumamış, işini yoxlamamış, müzakirə etməmiş
belə qərarı necə təsdiq edə bilərəm, bu nə intizamsızlıqdır...
Meyransa çəkməsini ayağına çəkib son sözünü dedi:
- Edərsən, etməzsən, özün bilərsən. Mən Əsgərgildə toyda olacağam,
evdən muğayat ol. Qapı-bacanı açıq qoyma! - Meyransa bunu dedi, qapını
çırpıb çıxdı.
Ev dəyirman daşı kimi İclas qurusunun başına dolandı.
1954
127
PLOVDAN SONRA
Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki,
adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar.
Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi.
Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf
gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın
məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...
Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri
yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi
adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara
qədər çoxlarını görmək olardı.
Yumşaq vaqonun qabağında dayanan daha çox idi. Yola çıxan bu
hörmətli müsafır kim ola?
Bu, Moskvaya oxumağa gedən tələbələrdən, bəlkə də bizim bəzi alim,
şair, ya nazir uşaqlarından biri olacaq.
Adamlar yumşaq vaqonun qabağında Ramizi - onilliyi bu il bitirmiş təzə
tələbəni mehribanlıqla əhatə etmişdilər. Kimi şokolad qutusu təqdim edir,
kimi səbətdə üzüm, kimi kağız torbada başqa meyvələr gətirir, kimi də cütcüt
limonad şüşələrini pəncərədə dayananlara verib, Ramizin kupesinə
ötürürdü. Kabardin palto və ağ şlyapa, ağ əlcək və ağ çəkmə geymiş
alçaqboylu, kök bir qadın isə hərdən irəli çıxıb, Ramizin yaxasına qonan
tükü götürür, onun dağınıq saçını əli ilə geri daramaq istəyirdi. Oğlan isə
ipək köynəyinin parıldayan metal açarını gah yuxarı, gah aşağı aparır,
anasının sual və söhbətinə könülsüz, dilucu cavab verməklə kifayətlənirdi.
Görünür, adam içində ailə söhbətlərindən, ana nəvazişlərindən xoşu
gəlmirdi.
Ərknaz xanım hərdən ətrafa boylanır, belə bir oğul anası olduğunu hər
vasitə ilə gözə verməyə çalışırdı. Hətta atalıq hüququndan istifadə etmək
istəyən ərinə də macal vermirdi.
Papirosuna yüngül bir qullab vuran Namazov, oğluna belə tapşırıq
verirdi:
- Nə azuqə lazımsa, indidən alaq, daha yollarda düşməyə ehtiyacın
olmasın! Ramiz, gör ürəyin daha nə istəyir!
Ərknaz xanım kişisinə etiraz edirdi:
128
- Sən də danışdın ha! Ramiz sənə qız uşağı-zad deyil ki, qaxılıb vaqonda
otursun, kənara çıxmasın. Yoldur, səyahətdir. Düşəcək də, minəcək də!
Yolda, məsələn, xoşuna gələn bir meyvə oldu, alacaq da.
Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən?!
Namazovun rəngi dəyişdi. Dediyinə peşman oldu. Ramiz də: "Heç nə
lazım deyil" - dedi, başını aşağı saldı. Ətrafındakılar güldülər. Ərknaz
xanım özü də güldü. İrəli yeriyib, oğlunun kürəyindən bir şapalaq vurdu:
- Qorxma, oğul, puldan özünə korluq vermə. Anan ölməyib ki!
Vallah, öz canım üçün düz deyirəm!
Axırıncı zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də ortaboylu
qoca qadın tələsik özlərini səkiyə yetirdilər. Iri bir bağlamanı ehtiyatla
vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərknaz xanım da
çıxdı. "Uşağın" kupesini, rahatlığını bir də yoxladı. Çox çəkmədi ki, axırıncı
zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla,
sonra da valideyni ilə əl verdi, öpüşdü. Ərknaz xanım həyəcan keçirirdi:
- Qadan alım, Ramiz, qalarsan, tez ol!
Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı.
Dəsmal eleyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi.
Qohumlar, tanışlar, yoldaşlar - hamısı vaqon gözdən itənəcən Ramizə əl
eləyir, xeyir-dua verirdilər. Yalnız Ərknaz xanım gah qırmızı haşiyəli
balaca ipək dəsmalını gözünə basıb ağlayır, gah da sağ əlini havada
tərpədirdi.
1
Kim desə ki, mən övladımı istəmirəm, inanmayın. O, yalan deyir. Elə
adam ola bilməz ki, doğma balasını istəməsin. Övlad şirin şeydir. Nəinki
insan, hətta bütün yaranmışlar balasını istəyir, əziz tutur. Amma istəmək
var, istəmək var.
Ərknaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Qardaş
görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında
necə tez boy atıb böyüməyini yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını,
oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və
söhbətinin əvvəli də, axırı da Ramizdir. Məclis olmaz ki, Ramizdən
danışmasın. Hər yerdə deyir ki:
129
- Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli uşaqdır.
Çox rəhmli, qabiliyyətli uşaqdır. Onun telefonla ibarəli danışmağını,
cürbəcür kino artistlərinin təqlidini çıxarmağını, şəkil çəkməyini, maşın
sürməyini, qəşəng-qəşəng məktub yazmağını, kostyum seçməyinimi deyim,
səliqə-sahmanınımı, kefi gələndə çalmağını, oxumağınımı, oynamağımı
handa bir dəvətnamə ilə konsertlərə getməyinimi, lap baş cərgədə handa bir
qızla oturmağınımı deyim, ədəb-ərkanını, mərifətini, qanacağınımı, hansını
deyim!..
Münasib məclisin münasib bir yerində söhbət düşəndə Ərknaz xanım
oğlundan həvəslə, şirin-şirin danışır. Həmişə eyni sözləri danışsa da, elə bir
vəcdlə danışır ki, deyərsən bu sözlər "xoruz səsi eşitməmiş" təzə
xəbərlərdir. "Söhbət düşəndə" dedik. Əslinə baxsan söhbət düşmür, onu
Ərknaz xanım özü salır. Özü də yeri oldu, olmadı baxmır. Bəlkə ayrı bir
adam bunu bacarmaz. Ayrı bir mətləb danışılan zaman, yuyulmamış qaşıq
kimi, aralığa girmək hər adamın işi deyil, "nə dəxli var!" Amma Ərknaz
xanım bunu demir və düşünmür. O, Ramiz söhbətini elə ustalıqla başqa
mətləblərə qatır ki, danışanda, bir də görürsən Ərknaz xanım aralığa girdi:
- Balam, indikilərə paltar bəyəndirmək olmur. Ramiz iki dəst xalis
baston, triko kostyum tikdirmiş, bir dəst də atası Tiflisdə komissiyonnudan
alıb, lap əcərri! Di gəl heç birini bəyənmir. Neyləyəsən, məcbursan ayrısını
alasan. Cavandır...
Adamlar Qubanın alma bağlarından, bu il meyvəcatın bol gəlməyindən
danışanda Ərknaz xanım şikayətini başlayır:
- Bizim Ramiz bazardan alınan meyvəyə məhəl qoymur. Vallah, öz
canım üçün, məhəl qoymur. O deyir: gərək üzümü, özü də ağ şanını ya
dərbəndini meynədən özüm dərəm: almanı, ağacdan özüm üzəm. Atası ona
keçən il Qusarda bir bağ tutmuşdu, iki minə. Başdan-ayağa almalıq,
armudluq...
Camaat beynəlxalq vəziyyətdən, hökumətlər arasında sülh
yaranmasından danışıb, şükür eləyəndə, Ərknaz xanım fikrini belə bildirir:
- Bə nədi, o gün hamınınkını Allah saxlasın, Ramiz qəzeti almışdı əlinə,
sülhün barəsində bülbül kimi elə oxuyurdu, elə oxuyurdu, adamın canına
yağ kimi yayılırdı. Qonum-qonşu tökülüb, deyəsən lap leksiyadı. Gədənin
döşündə də mərmər göyərçin qanad açıb, elə biləsən bu saat uçub taxtapuşa
qonacaq, öz canım üçün!
Məktəbdən söhbət açılanda, Ərknaz xanımın dəftər-kitabı lap uzanır:
130
- Bizimki ayrı cür uşaqdır! Müəllimlər danışa, görəsən! Belə, bir özgə
cür uşaqdı. Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə fərasət!
Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri
deyir: mənim institutuma gələcək, o biri deyir: yox, onu özüm dərs
verəcəyəm. Biri deyir: gərək akademiyalar yanında dərs ala. Səs-sədası
şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün nənəsi gədənin
köynəyinə gözmıncığı tikməkdən yorulub. Özü qoymur, biləndə söküb atır
bir qırağa. Görmüşdük oğlan üstündə qızlar sözə gələr, indi daha
professorların gözü qalıb gedədə! Vallah, öz canım üçün, elə biləsən bənd
olublar...
- Ərknaz xanım, hansı dərsə Ramizin meyli çoxdur?
- Elə hamısına! Dərs var ki, o bilməsin? Kitab var ki, oxumasın?
Müəllimlər heyrandır ki, aya, bu yaşda belə baş!.. Belə lap özgə cürdür,
allah hamınınkını saxlasın...
* * *
Vaqona əyləşəndə adamları zəfəran iyi vurdu. Zəfəran iyi gəlirdi, amma
birtəhər gəlirdi. Deyəsən bu zəfəran ya qaynanmış, ya qovrulmuş, ya da yağ
içinə qoyulmuşdu. Sərnişinlər soruşurdular:
- Bu nə ətir ola, yoldaş konduktor?
- Mənim də burnuma dəyir.
- Yoxsa vaqon-restorandan gəlir bu?
- Xeyr, vaqon-restoranda belə şey yoxdur
Konduktor vaqonun o biri başına yaxınlaşanda, zəfəran iyinin daha da
tündləşdiyini duyanda düşündü ki, bu təzə müsafirin, oxumağa gedən
tələbənin kupesindən gəlir. Ötəndə gözucu nəzər saldı. Pəncərə qabağında
baş-başa verən, konyak stəkanlarını çaqqıldadan iki gəncin zəfəran-plov
yediyini görüb, tez ötdü. Çalışdı ki, gənclər onun nəzər yetirdiyini görüb,
narahat olmasınlar.
2
Doğrudur, Ərknaz xanım hər yerdə oğlunu ağız dolusu tərifləməkdən
doymurdu. Tərifli cavanların heç birindən əskik saymırdı ki, artıq sayırdı.
Amma buna onun əsası yox idi. Ramiz orta məktəbdə miyana və bəlkə
miyanadan bir pillə aşağı oxuyan uşaqlardan idi. Ərknaz bunu bilməmiş
deyildi. Bilsə də, Ramizi tərifləməkdən əl çəkmirdi. Ona
131
çəkmirdi ki, "Dedi-dedi ev yıxır! O müəllim pis deyər, bu pis deyər,
valideyn də onlara qoşulub pis deyəndə, uşağın adı doğrudan da pisə çıxar,
sabah ali məktəbə gedəndə onu qapıda dayandırarlar..."
İkinci tərəfdən Ərknaz xanım Ramizin dərsdən aldığı qiymətləri doğru
saymırdı. Bu qiymətlər bəzən onu təbindən çıxarır, əsəbiləşdirirdi:
- Nə olmuşdu bəyəm? Çoğrafıyadan da zəif? Yəni Ramiz o qədər əfəl
oldu ki, dağların, dəryaların adını da saya bilmədi? Mənim oğlum həmin
dağları aşıb, dəryaları ötüb dönə-dönə gəzməli yerlərə gedəndə, çoxları heç
Bakıdan qırağa çıxmamışdı. Kislovodskə, Soçiyə, Moskvaya onu atası neçə
dəfə özü aparıb, indi götürüb coğrafiyadan uşağa iki yazıblar. Yox! Gözləri
götürmür! Məktəbdəkilər bizim uşağı aşkar gözümçıxdıya salmaq istəyirlər,
ögey baxırlar, ögey!..
Əri mane olmasaydı, bəlkə Ərknaz xanım coğrafıya müəllimi ilə
savaşacaq, kim bilir necə ağır sözlər deyəcəkdi.
Üçüncüsü də bu idi ki, Ərknaz xanım oğlunun ali məktəbə düzələcəyinə
arxayın idi. Xəyalına qoymuşdu ki: "İmtahan zamanı müəllim tutub
hazırlaşdıraram, atası da sözü keçəndir, tapşırar. Bir də Moskva
məktəblərinə gedən az olur. Ramizdən yaxşı kimi götürəcəklər..."
Həmin il Moskva məktəblərində respublikalardan gələnlərə çox yer
ayrılmışdı. İmtahan da, Ramizin bəxtindən yerli komissiyalarda olurdu. Bu
komissiyalarda da Ramizin atasını tanımayan kim idi.
Vəziyyət belə olsa da, Ramiz imtahanda kifayət qiymətlər yığa bilmədi.
Oğlunun adını qəbul olunanlar siyahısında görməyəndə Ərknaz xanım
təcili bilet alıb oğlu ilə birbaşa Moskvaya yola düşdü. Neçə qapı döyəndən
sonra mərkəzi qəbul komissiyasının məsul katibinin yanına getdi. Ərinin
məsul işlərdə ömrünü qoyduğunu, oğlunun naxoş vəziyyətdə həyəcan
keçirərək imtahan verdiyini, yerli komissiyada "ədalətsizlik olduğunu",
yeganə oğlu Ramizin ərizəsi rədd edilərsə, özünü bədbəxt ana hesab
edəcəyini xüsusi bir həyəcan və hiddətlə, təkid və cürətlə danışdı.
Haçandansa Ramizin məktəb dram dərnəyindən aldığı təşəkkürnaməni
paketdən çıxarıb göstərdi:
- Qabiliyyətsiz uşağa belə təşəkkürnamə verməzlər!
Çox haray-həşir salandan, dönə-dönə dilindən zəmanət verəndən sonra
inşaat institutunda hələ tutulmayan yerlərdən birini Ramiz aldı. Təqaüdsüz
və yataqxanasız olaraq oxumağına icazə verdilər.
132
Ərknaz xanım bu icazə kağızını alıb Bakıya qayıdandan sonra daha
yerə-göyə sığışmırdı. Müəllimlərin, komissiyaların ünvanına acı-acı sözlər
deyir, daş-qaş parıldayan şəhadət barmağını silkələyərək, Ramizin
qeyrətinə, biliyinə məhz yuxarı təşkilatlarda "lazımi və layiqli qiymət
aldığını" bir daha iddia və təsdiq edir, bədxahlarına sanki acıq verməkdən
həzz alırdı.
Ramiz oxumağa gedəndən Ərknaz xanımın yarı canı da onunla getmişdi.
İndi oğul sözü-söhbətini əvvəlkindən də beşqat artıq iştaha və həvəslə
danışsa da, ürəyini sakit edə bilmirdi. Ramizə halva, şəkər-çörək bişirir,
səbət-səbət meyvə göndərir, həftəbaşı bir bağlama yola salırdı. Söz yox ki,
bu bağlamaları poçtla, adi qayda ilə göndərsə, gecikəcəyini, bəlkə xarab
olacağını güman edirdi. Ona görə hər dəfə Moskva qatarını yola salmağa
çıxır, bağlamanın ya xörəyi tanışlardan birinin kupesinə qoyur, oğluna
teleqram vururdu ki: "Ramiz, ayın fılanında 19-cu qatarı qarşıla. Vaqon
nömrə filan, dostumuz filankəsdə əmanətin var! Öpürəm. Anan!"
Ramiz qəbul olunandan sonra poçtalyonlar inşaat institutuna çox get-gəl
eleyirdilər. Görürdün bu qarabuğdayı oğlana hey kağız, teleqram,
bağlamalar gəlir. Poçtalyonlar onu dərsdə, idman meydançasında, konsert
zalında tapır, tələsik qol çəkdirib gedirdilər. Səhərlər saat doqquzda-onda
isə Ramizi arıq, büzüşmüş bir oğlanla vağzalda - vaqon ayağında
"əmanətini" almağa gələn görərdin. Bu əmanətlər onu, demək olar ki, təngə
gətirmişdi. Gələn əmanəti alıb minik tapmaq, evə gətirmək, açıb yerbəyer
eləmək, taxtanı, torbanı, kağızı aparıb zibilxanaya atmaq özü bir iş idi.
Ramizdə bu səliqəyə hövsələ yox idi. Bir dəfə üzüm səbətini vaqondan
götürüb aparmaq istəyəndə milçəklər boğanaq kimi koma ilə uçdu. Səbətin
altından axan su isə Ramizin təzəcə geyindiyi triko kostyumu buladı.
Ramiz anasına dönə-dönə yazır, telefonla deyirdi ki: "Göndərməyin, heç
şey lazım deyil, xörək də, meyvə də xarab olur, nahaq yerə zəhmət
çəkməyin!"
Buna baxmadan "əmanətlərin" sayı nəinki azalmırdı, hətta günü-gündən
artırdı. Haçandansa, institutda oxuyan, qurtara bilməyən, möhlət alıb,
arxivdə kargüzar vəzifəsi daşıyan köhnə bir tələbə İbiş Məsimov Ramizə bu
işlərdə yaxın köməkçi idi. Hər səhər-axşam İbiş Ramizin mənzilinin əziz
qonağı idi. Onu otaqda kolbasa doğrayan, çay
133
dəmləyən, butulka ağzı açan, yaxmac düzəldən, teatr kassasına zəng vuran
görərdin İbiş Ramizin bazarlığına gedir, bələdçiliyini eləyir, paltarını
yudurdur, münasib qiymətlə çertyojlarının, konspektlərinin surətini
çıxartdırırdı. Kinoya, teatra, stadiona aparırdı. Mənzil sahibilə sözü
çəpləşəndə təzə otaq tapırdı. Ramiz oxumağa gələndən üç dəfə otağını
dəyişmişdi. Atası ünvanların belə tez-tez dəyişməyinə təəccüb edəndə,
Ramiz belə cavab verirdi:
- Birincisində telefon yox idi, ikincisinin hamamxanası xarab idi,
üçüncüsünün radiosu işləmirdi...
- Ola bilməzmi ki, əvvəlcədən bu şərtləri yoxlayasan, ay oğul?
- Bundan sonra yoxlayacağam, yaxşısını tutacağam, ata!
Əlbəttə ki, bu cavabları Ramizə İbiş öyrətmişdi. Ramiz heç vaxt otaq
dəyişmək istəmirdi, buna hövsələsi də, bacarığı, vaxtı da yox idi. Onu
otaqlardan ev sahibləri qovurdular. Ona görə qovurdular ki, gəlibgetməyinin
vaxtı yox idi. Gecə yarısı bir də görürdün İbişlə başmaq seyrinə
çıxdılar, səhərə yaxın qayıtdılar.
Ramizin etirazlarına atası da, anası da təvazökarlıq adı qoyurdular.
Göndərilən xörəklərin, meyvələrin yolda xarab olmamasına isə çarə
axtarırdılar.
Axşam Ərknaz xanım ərinə, necə deyərlər, göydəndüşmə bir sual verdi:
- Kişi, təzə təyyarə çıxıb, xəbərin var?
- Nə təyyarədir?
- Adını bir təhər deyirlər ey!
- Reaktiv təyyarə?
- Həri, aktiv təyyarə, eşitmisən?
- O təzə deyil, neçə ildi var!
- Var, bəs mənə niyə demirsən?
- Sənə nə deyəsiyəm ki?
- De görüm o aktiv təyyarə buradan Moskvaya neçə saata gedir?
- Gərək ki, iki saata gedir.
- Bu yaxşı, belə iş var, mənə niyə demirsən, a sağ olmuş?
- Neyləmək istəyirsən bəyəm?
İki saata mən Ramizə paxla-plov çatdırararn ki, lap buğlana-buğlana!
Ərinin gülməyi, müəyyən bir cavab verməməyi Ərknaz xanımı
hirsləndirdi:
134
- Burada gülməli nə var, sən gülürsən? Düyü daş kimi olandan sonra
uşağa çatmaq hara, plov isti-isti çatmaq hara! Bu gün sədri düyüsü isladım,
sabah danış o təyyarələrdən birində uşağa bir qazan isti-plov göndərək.
- Elə şey mümkün olmaz!
Ərknaz xanım alt dodağını dişlədi. Namazovun üzünə dik-dik baxdı:
- Necə məsul işçisən ki, beş kilo şeyi təyyarədə göndərə bilmirsən?
- Beş nədi, on beş də göndərə bilərəm. Amma, ay arvad, reaktiv təyyarə
yük üçün deyil, ayrı məqsəd üçündür. Şey qəbul eləməzlər!
Ərknaz xanım ərinə hirsləndi:
- Sənin bəd niyyətini bilirəm, indiyəcən bu təyyarəni məndən
gizlətməyin də əbəs deyilmiş. Sən övlad istəyən ata deyilsən. Dənizə
göndərsələr də, suyunu qurudub gələrsən. Ata olan kəs bir demirsən, axı
mənim balamdır, həftələrlə dilinə plov dəymir, ev xörəyi görmür...
Noyabrın axırlarında Namazov Moskvadan bir səliqəli məktub aldı.
Oxuyub məəttəl qaldı: "Bu nə işdir?"
* * *
Ramizin sinif yoldaşları yazırdılar. Salam və nəzakət sözlərindən sonra
yazırdılar ki: "Ramiz çətinliklə instituta qəbul olunmuşdur. Düşünürdük ki,
bunu nəzərə alar, dərslərinə fəal çalışar, yoldaşlarından geri qalmaz. Təəssüf
ki, belə deyil. Təkcə onun iki aydı buraxdığı dərslər bütün qrupdakı 25
nəfərin hamısının buraxdığı dərslərin cəmisindən çoxdur. Ramiz çox
seminarlarda iştirak etmir. Öz çertyojlarında qoyulan suallara cavab verə
bilmir. Kömək üçün onu qrupumuzun əlaçısı Fikrət Ağayevə təhkim etdik.
Fikrətlə cəmisi bir dəfə məşğələ keçib, "vaxtım yoxdur" - deyə gəlmir.
Görünür yaxın adamları da onun xeyirxahı deyildir.
Ramizin təhsil vəziyyətini Sizə bildirir, atalıq nüfuz və təsirinizi xahiş
edirik. Semestrin axırına az qalmışdır. Ramizin sessiyalardan zəif çıxması
bütün qrupumuzun hörmətini və dərəcəsini aşağı salacaqdır. Əminik ki,
bütün bunları nəzərə alacaqsınız.
Baqi hörmət!"
135
Qrup adından qol çəkən tələbələrdən sonra, dekan da onların fikrinə
şərik olduğunu bildirmişdi.
Kişi məktubu Ərknaz xanıma verdi. Ərknaz xanım diqqətlə oxuyandan
sonra adətincə, dodağını gəmirib, gözünü ərinin üzünə zillədi:
- Sən buna inanırsan?
-İnanmamağa nə əsas var?
Ərknaz xanım səsini ucaltdı və qətiyyətlə dedi:
- Böhtandır, iftiradır, paxıllıqdır!
- Tələbələrə nə düşüb sənin oğluna böhtan deyələr?
- Buradakıların işidir! Uşaq hələ təzəcə dərsə gedib, qoysalar bir yerini
rahatlasın, qoysalar bir nəfəs alsın! Nə qaçhaqaçdır, nə olub bəyəm? Hələ
Ramizin qabaqda beş il vaxtı var!
- Beş ilə baxmır, hər semestrdə dərsini yoxlayırlar.
- Yoxlasınlar da. Bəyəm bir bizimkidir. Elələri var illərlə orada ilişib
qalıb. Odur, İbiş altı ildir oradadır, hələ də möhlət alıb, heç onun anası belə
kağız almır. Ramizi nə gördü gözləri bunların, canım!
Namazov Ərknaz xanımın hirsləndiyini, təbdən çıxdığını görüb susdu, o
biri otağa keçdi. Ərknaz xanım isə dəstəyi götürüb, oğlunu telefona çağırdı.
Kişi Ərknaz xanımdan xəlvət oğluna bir nəsihət məktubu yazdı,
institutdan gələn xəbərlərin hamısını bildirdi və təkid etdi ki, dərslərinə
yaxşı fıkir versin, vaxtını hədər keçirməsin, oraya oxumağa gedib...
Ərknaz xanım isə şəkərbura, paxla-plov tədarükü görüb, yaxın günlərdə
Moskvaya getməyə hazırlaşırdı.
3
Vaxt gözləmir deyirlər, heç kəsi, heç yerdə və heç nə üçün gözləmir,
zaman əvvəli, axırı görünməyən güclü bir sel kimi heç nə ilə hesablaşmadan
axıb gedir.
Vaxt gəlib çatdı, semestrə yekun vuran yoxlama və imtahanlar cədvəli
institutun divarlarından asıldı. Tələbə də, müəllim də işlərini bu cədvələ
uyğunlaşdırmağa səy etdi.
Ərknaz xanım aerodromda yumşaq minik təyyarəsindən düşüb, oğluna
gətirdiyi sovqatları sevinclə taksi maşınına yığanda Ramiz 21-ci
auditoriyada yer quruluşu fənnindən yoxlama imtahanı verirdi. O, yazı
taxtasının qarşısında, əlində tabaşir donub qalmışdı.
136
Çeşməkli professor İvanov əlində qələm Ramizin üzünə mənalı-mənalı
baxırdı:
- Bəs niyə belə?
- ...
- Bəlkə hazırlaşmamısan?
- Xeyr, professor, bilirəm, soruşun!
Professor İvanov fənnin lap əlifbası sayılan suallardan birini də, ikisini
də təkrar etdi. Ramiz gözlərini döyməkdə davam etdi. Professora yəqin oldu
ki, bu tələbə nə orta məktəbdən hazır gəlib, nə də institutda dərslərə
hazırlaşıb.
- Heç gözləməzdim! Uzaq yerdən gəlmisiniz, siz gərək...
Ərknaz xanım oğlunun imtahana getdiyini eşidəndə ildırım kimi özünü
instituta saldı. Ramiz anası ilə dilucu görüşüb, qulağına pıçıldadı:
- Odur ey, gedir, o qoca professor məni kəsib, hələ vərəqəni təhvil
verməyib, gör nə eləyirsən, ay ana! Başına dönüm, qurbanın olum!
Ramiz bu yalvarış sözlərini professora da demişdi, ancaq bir nəticə
görməmişdi: "Başına dönüm, qurbanın olum!.." Yenə ümidini kəsmir,
anasının əncam çəkəcəyini zənn edirdi.
Ərknaz xanım professor İvanovu qapı ağzında haqladı:
- Yoldaş professor, bir dəqiqə!
İvanov başı ilə ehtiram işarəsi verdi:
- Buyurun, xanım, buyurun!
Ərknaz xanım bir qədər kənara çəkildi. İvanov da yaxına gəlib dayandı.
- Mən sizi eşitməyə hazıram.
Ərknaz xanım İvanovun əlindəki portfelə baxdı:
- Verin mən saxlayım, sizə zəhmət olar!
Bu söz professora təəccüb gəlsə də, mülayim cavab verdi:
- Eybi yoxdur, siz sözünüzü deyin, eşidirəm!
- Bəlkə bu otaqların birində yer tapıb əyləşdiniz. Sizə ayaq üstə
zəhmət olar.
Professor yaxındakı otağa tərəf getməyi Ərknaz xanıma işarə etdi.
Ərknaz xanıma yer göstərdi, sonra da özü oturdu. Burada söhbətə mane ola
bilən bir kəs yox idi. Dib tərəfdə bir qız oturub nəsə siyahı tutur, hərdən
telefonla danışırdı. Ərknaz xanım alçaq səs və xahiş ədası ilə İvanova belə
müraciət etdi:
137
- Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir
alim ilə tanış oldum. Əlbəttə ki, bunlar bizləri çox başı ucalıqdır...
İvanov onun bu istiqamətdə danışmağına yol verməmək üçün qolundakı
saata baxıb dedi:
- Buyurun, mənə aid sözünüzü buyurun, xahiş edirəm, buyurun!
Ərknaz xanım mətləbə keçdi:
- Yoldaş professor İvanov, Sizin tələbəniz Ramizin atası məsul işçidir.
Vaxtı yoxdur. Çox mühüm tapşırıqlar ilə məşğuldur. Gələ bilmədi, xahiş
etdi ki, sizə çox-çox salam-dua yetirəm...
Professor bu sözlərə də bir cavab tapmaqda çətinlik çəkən kimi susurdu.
Saata baxdı, təkrar soruşdu:
- Rica edirəm, buyurun görüm mənə aid qulluq...
Ərknaz xanım davam etdi:
- Oğlum Ramizin sizin dərsdən yaxşı qiymət almamağını eşidib, mən
özüm gəlmişəm...
Professor tələbənin qrupunu, sinfini, familiyasını soruşdu, xatırladı: Hə!
O mənim dərsimdən zəifdir.
- Atası məsul işçidir...
- Məsul, ya qeyri-məsul, xanım, bizə tələbə lazımdır, oxuyan
tələbə!
- Orası düzdür, yoldaş professor, indi bu uşağın işinə bir əncam
çəkmək lazımdır.
Professor başı ilə təsdiq etdi:
- Əlbəttə ki, əlbəttə ki, lazımdır, bu vəziyyətdə qoymaq olmaz.
Əlbəttə ki, əncam çəkmək vacibdir!
Ərknaz xanımın gözləri parıldadı, ürəyi yerinə gəldi: "Düzələcək".
- Çox sağ olun, çox var olun, bir təhər düzəldin!
İvanov bir qədər fikirli kimi başını aşağı saldı. Çeşməyini çıxartdı,
təzədən gözünə taxdı:
- Məncə, Ramizin işini orada, yaşadığınız şəhərdə daha tez və yaxşı
düzəldə bilərsiniz.
Ərknaz xanımın sifəti ciddiləşdi, gözləri böyüdü:
- Necə?
- Necəsi budur ki, onuncu sinfə qaytarmaq, müəllimlərdən xahiş etmək
olar ki, ciddi tələbkarlıqla oxutsunlar, proqramı kamil öyrətsinlər.
Özünüzün də gözünüz üstündə olar. Kontrol lazımdır hər gün, hər saat...
138
Elə bil Ərknaz xanımın qabarıq sinəsindən iti bir ox vurdular. Ürəyində
professora qarğış tökdü: "Ay səni görüm "onuncu sinif' deyən dilin
qurusun!"
İçini çəkdi, rəngi dəyişdi, oturduğu yerdən dik qalxdı, hirslə, bir az, da
ucadan dedi:
- Bəs geriyə qayıtmaq, ay professor, tələbənin, belə igid bir oğlanın
qeyrətinə toxunmazmı! İnsaf harda qaldı?
Professor İvanov çiyinlərini çəkdi, bir söz demədi. Qeyrət məsələsindən
demək istəyirdi, ancaq demədi. Qarşısəndakı qadın olduğu üçün, ana olduğu
üçün demədi, o demək istəyirdi ki: "Qeyrəti olan tələbəyə əlbəttə ki,
toxunar. Amma qeyrəti olan tələbə heç bu hala düşməz! Burası da var axı,
qızım!.."
Bu dəqiqə İbiş mənzildə süfrə tədarük edir, təzə gəlmiş plov qazanını
ocaq üstünə qoyurdu.
1955
ELÇİLƏR QAYITDI
Qız ağacı, qoz ağacı,
Hər yetən bır daş atar.
Atalar sözü
1
Bu məsəl Şərəbanı xalanın dilindən düşməzdi; çünki halına yaxın,
münasib idi. Güman etməyin ki, Şərəbanı xala öz cavanlığını, nişanlanmaq,
ya ərə getmək günlərini xatırladırdı. Yox! Söhbət onun yeganə nəvəsi
məktəbli qız Nəcibədən gedir.
Bəli, indi bu saat Nəcibənin elə vaxtıdır ki, yer yerişinə, dağ duruşuna
həsrət, minnət çəkir.
Səhər saat səkkizdə məktəb paltarı əynində, ağ lent hörüklərində,
qəhvəyi portfel əlində, "salam!" - deyib sinif qapısından girəndə, kim bilir
neçə-neçələri onun tamaşasına durur. Qız da, oğlan da onun yar-yaraşığına
küsənir. Bəziləri onun səliqəli geyinməyi bacardığı üçün qəşəng
göründüyünü, bəziləri də əslində Nəcibənin gözəl olduğunu iddia edirdilər.
Gözəl qız al da geysə yaraşır, şal da geysə yaraşır!
139
Nəcibə isə həmişə sadə geyinməyə, adi görünməyə, diqqətlərdən uzaq
olmağa çalışırdı.
Nəcibənin nənəsi Şərəbanı xala müəllim institutunda xadimə idi. Övlad
adından onun bir oğlu, bir də qız nəvəsi var idi. Oğlu iyirmi-iyirmi beş il idi
ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu, qoyunçuluq fermasında
çalışırdı. Anası ilə ildə bir dəfə görüşür, ya görüşmürdü. Qız nəvəsi isə
Şərəbanı xalanın yanında idi; çünki onun anası ölənəcən Şərəbanı xaladan
ayrılmadı. Bir yaşadılar, bir oldular. Əri onu atıb gedəndən sonra qızı sarılıq
azarı tutdu. Altı ay xəstəxanada. yatdı, rəhmətə getdi; doqquz yaşlı Nəcibə
isə Şərəbanı xalanın himayəsində böyüdü:
"Bir yandan bağlayan fələk, o biri yandan açar!" - deyiblər. Həyətdəbacada
"yetim!" çağırılan, anasından qalma köhnələri geyən, kasıblıq,
ehtiyac ilə böyüyəndən sonra məktəb pansionunda yeyib-içən Nəcibənin işi
lap əntiqə oldu. Bu qız, deyəsən, adi qayda ilə, başqaları kimi böyümürdü.
Deyəsən, ona hayandansa hansı bir qüvvə isə, başqa uşaqların acığına
xüsusi pərvəriş verirdi. Qız gündən-günə tənək zoğu kimi boy atır,
pardaqlanır, qızılgül kimi gülüb açılırdı. Camaat bir də gözünü açıb gördü
ki, Şərəbanı xalanın "yetim nəvəsi" şəhərin handa bir barmaq ilə göstərilən
görkəmli qızlarından olub. Məktəbə gedəndə, məktəbdən gələndə,
nümayişdə, konsertdə görünəndə görürsən tamaşa kimi bir şey əmələ
gəlirdi. Adamlar ona ha baxır, bir-birindən ha soruşurdular:
- Nə qiyamətdi, ə!
- Bu ceyran balası hardan azıb?
- Adı nədir?
- Görəsən hansı bəxtəvərə meyl salacaq!
Nəcibə bizim məhəllədə gözə dəyən qızlardan biridir. Hələ ərə
getməyib. Bilinmir niyə getməyib, ya niyə getmir. Amma adam yoxdur
onun sözünü danışmasın. Biri deyir istəyən çoxdur, ona görə getmir; yəni
bilmir hansına getsin. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən
olmasın ki: "Daha vaxtdır, bir halal süd əmmiş ilə tapışın a, Allah xeyir
versin, sövdalaşın a!"
Nə Şərəbanı xala, nə də Nəcibə istər ki, başqaları onların işinə qarışsın.
Amma di gəl ki, yetən-ötən qarışır. Deyəsən, adamlarda da günah yoxdur,
çünki dünyada elə mətləblər var ki, özü-özünü qabağa verir, hamını
danışmağa məcbur eləyir.
140
Nəcibənin də məsələsi elə məsələ olub. Oxumuş, yetişmiş, ağıllı-başlı
bir zəmanə qızıdır. Qonşuda, məktəbdə, işdə də oğlanlar var. Lap münasib
oğlanlar da var. Amma görürsən Nəcibə ərə getmir. İndi onun iyirmi üç yaşı
var, amma ərə getmir. Deyim istəyən yoxdur, xeyr. Ay olmaz ki, Şərəbanı
xalanın qoşa qapısını taqqıldadan olmasın. Ha güman eləyirsən ki, bəli,
daha bu dəfə deyəsən xeyir iş baş tutur, toy yaxınlaşır. Görürsən külək əsdi,
hava soyudu, nə o yandan, nə bu yandan səs-səda çıxdı.
Xülasə, bizim məhəllədə ən çox söz-söhbəti olan Nəcibədir. Şərəbanı
xaladır.
Nəcibə də bir ayrı cür Nəcibədir. Alagöz, ağbəniz, qırmızıyanaq, qara
şəvə saç, ucaboy, şəkilli-şəmayilli, ceyran kimi bir qızdır. Bir görən deyir
bir də görüm. Onunla kəlmə verib kəlmə almaq özü bir səadətdir.
Neçə dəfə böyük fotoqraflar gəlib ki, qızın şəklini kinoya çəksinlər.
Şərəbanı xala hamısını söyüb qovalayıb: "Mənim qızım tamaşaqabaqdı
bəyəm teatrlarda aləmə görsədəsiniz? Bir də buralara dolanmayın, bizə pulzad
lazım deyil, özünüzə qalsın!"
Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü: tibb
institutuna ərizə verdi, imtahana getdi. Ancaq tələb olunan dərs qiyməti yığa
bilmədiyi üçün daxil ola bilmədi.
Şərəbanı xala hərçənd aşkar demirdi, ancaq əslində qızın instituta
düşməyinə heç razı deyildi. Ona görə razı deyildi ki, Nəcibə daha uşaq deyil
ki, məktəb paltarı ilə kifayətlənə idi. Ali məktəbdə onu əməlli-başlı
geyindirmək, yar-yoldaş içində başı aşağı olmasına yol verməmək üçün
vəsait lazım idi. Bir dənə abırlı palto-filan qədər pul tutur. Xadiməlik maaşı,
ya tələbə təqaüdü ilə öhdəsindən gəlmək çətin olur. İkinci tərəfdən də
Şərəbanı xala bilirdi ki, qız məktəbi qurtaran kimi rayonlara, lap uzaq
yerlərə göndərəcəklər. Orda da birisilə tapışacaq... Şərəbanı xala oğlundan
ayrı düşdüyü kimi, Nəcibədən də əli çıxacaq, qoca qarı vaxtında tək-tənha
qalacaqdır.
Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi. Savadlı qızlardan xalça
fabrikinə adam yığırdı. Şərəbanı xala Nəcibənin adını çəkəndə, Şərif razılıq
verdi:
- Göndər gəlsin, saat on ikidə idarədə olacağam!
Nəcibənin xalça toxuyan olmağını Şərəbanı xala yalnız maaşına görə
istəmirdi. O bilirdi ki, bu sənət təmiz sənətdir. Böyüklər, oxu141
muşlar yanında hörmətli sənətdir, Bir də ki, qız uşağının əldən qabil olmağı
lazımdır. Sabah nişanlısının köynəyinə bir naxış vurmağı dünyalara dəyər!
Nəcibə beş ayın içində xalça fabrikində sənət öyrəndi, ayda altı-yeddi
yüz manat da evə pul gətirməyə başladı. Nənə-bala mehriban və sakit
yaşamaqda idilər. Elçilər də öz qaydası ilə gedib-gəlməkdə idilər. Xalça
fabrikinin böyük və yeni binasının elektrikləşməsinə rəhbərlik edən Nazim
adlı bir cavan oğlan Nəcibəni tanıyandan sonra dalınca elçi salmışdı. Qız
yoldaşları oğlanı Nəcibəyə təriflədikləri kimi, qızı da oğlana tərifləyirdilər.
Yəni Nəcibənin tərifə ehtiyacı yox idi. Bunu Nazim yaxşı bilirdi. Hansı
idarədənsə fabrikə ceyran şəkilli bir divar xalçası toxumaq sifarişi
verilmişdi. Bu xalçanı Nəcibə toxuyurdu. Özü də çox diqqətlə toxuyurdu.
Nazim bu işin tamaşasına dayanıb xeyli baxdı:
- Çox zəhmətli işdir, - dedi.
Nəcibə şəklə işarə edib, cavab verdi:
- Çalışıram gözəl çıxsın!
- Gözəl çıxmağını istəyirsənsə, ceyranı at kənara, öz şəklini toxu,
qurtarsın getsin!
Nazimin bu sözünə Nəcibə pul kimi qızardı, utandığından cavab
vermədi, başını da yuxarı qaldırmadı.
Bu hadisədən üç gün sonra Nazimin elçiləri qoşa qapının dəmir rəzəsini
tərpətdilər.
2
Şərəbanı xalanın evi şəhərin yuxarı tərəfındə, Mirzə Fətəli küçəsində idi.
Bu, bir köhnə həyət idi. Darvazası çoxdan laxlamış, əyilmişdi. Həyətə
gedən dalan yarımçıq qalmışdı. Küçədən ötənlər həyətin içini görürdülər.
Ancaq sonralar qapı təmir olundu. Həyətin ortasına sement töküldü, balaca
bir bağça salındı. Burada gül-çiçək əkilir, ağac basdırılırdı. Yaşıllıqdan,
gözəllikdən başqa bu bağça həyət uşaqlarına bir məşğuliyyət idi. Hərə orada
yeni bir ağac basdırmaq, bəsləmək istəyirdi. Həmin həyətə, Şərəbanı
xalanın nəvəsinə çox elçilər gəlmişdi. Şərəbanı xala onların heç birini ümid
ilə yola salmamışdı; çünki qızı vermək fıkrində deyildi. Əlbəttə ki, açıqaçığına:
"Vermirəm" demirdi. Qızın uşaq olmağını deyir, dərsini
qurtarmamış ərə getmək istəmədiyini, ya bir başqasına "dil verdiyini"
bəhanə gətirərdi.
142
Ancaq bugünkü elçilərin işi ayrı cür idi, qarşılanmağı da ayrı cür idi.
Qızın işarəsindən sonra Şərəbanı xala idarədən izn alıb, bütün günü evdə
qaldı, başını daradı, paltarını dəyişdi, aralığı yığışdırdı, otaqları sahmana
saldı, hazırlıq gördü. Qonşulara da xəbər verdi ki: "Adam gələcək!"
Həyətdə səkiləri süpürən, xalça çırpan, toz tökən, samovar sürtən, cuna
pərdələrə bağ salan, güldanları sulayan və kağızlayan, qapı zəngini
düzəldən, divan üstünə döşəkcə salan, süfrə açan kimi... Həyətin qız-gəlini
hamısı Nəcibənin elçilərini qarşılamağa hazırlaşırdı.
Nazim də Nəcibə kimi atasız-anasız böyümüş bir oğlan idi. Ancaq dayısı
Mirzərəhman kitab mağazasında çalışırdı. Görüb-götürmüş, təcrübəli kişi
idi. Bacısı oğlunun xeyir işində çirmənib qabağa düşmüşdü. İki nəfər öz
yoldaşlarından çağırmışdı. Nazimin xatirini istəyən İlyas müəllim də
Mirzərəhmanın xahişini qəbul etmişdi. Bəli, aprelin axırlarında, mülayim
yaz günlərindən birində, gün günorta yerindən ağzı aşağı enəndə, elçilər
qoşa qapının rəzəsini tərpətdilər. İçəridən bir qadın səsi gəldi:
- Buyurun, buyurun!
Mirzərəhman: "Bismillah" deyib, həyətə girdi, onun dalınca da
yoldaşları daxil oldular. Mirzərəhman hələ evdən çıxmamış elçilik
qaydalarından söhbət salıb məsləhətləşmişdi. O istəyirdi ki, məclisdə
söhbəti İlyas müəllim açsın. İlyas müəllim boynuna almadı.
- Bu şəhər qayda-qanununu mən yaxşı bilmirəm. Bir də ki, oğlanın atası
yerində Mirzərəhmanın danışmağı münasib olar. Elə söhbəti siz başlayın,
biz də köməkləşərik, - dedi.
Mirzərəhman elçilik işinin şərəfıni də, məsuliyyətini də bilirdi. Zarafat
deyil, iki canın birləşməyi, ailə qurmağı, məhəbbətin qələbəsi kimi bir işə
bais olmaq bizim zəmanəmizdə hər bir insan üçün xeyir işdir. Burada gərək
söz biləsən, fənd biləsən, mərifət, ədəb-ərkan ilə danışmaq biləsən. Gərək
elə olsun ki, müqabil tərəfdə oğlana rəğbət, hörmət oyansın...
İlyas müəllim kimi kamil bir adamın bu işi öhdəsinə götürməməyi
Mirzərəhmanın əndişəsini daha da artırdı. İndi o, ürəyində fikirləşir, plan
tökür, söz öyrənirdi ki, məclisdə qabiliyyətli çıxsın.
Mirzərəhman yol boyu yavaş addımlarla yeriyərək, fıkirləşirdi ki,
mətləbi necə başlasın: "Söz yox, çatan kimi ev sahibi salam-kalam ilə bizim
qabağımıza çıxacaq. Əyləşən kimi qənd-çay da gələcək. Qızın
143
adamlarından da gəlib stol başında əyləşəcəklər. Bəs sonra? Elə məsələ də
buradan başlanacaq, sonra nə deyəsən, necə deyəsən?"
- Necə məsləhət bilirsiniz, istəyirəm elə mətləbdən başlayam. Bu ağır
vəzifəni ki, öhdəmə qoyursunuz, istəyirəm çayı içməmiş xahiş eləyəm:
qızın hərisini almamış stəkana əl vurmayacağıq. Ev sahibindən iki cavanın
birləşib, məqsədinə çatmağını xahiş eləməyə gəlmişik. Necə deyərlər, bu
qapıya təmənnaya gəlmişik, hamılıqca!..
İlyas müəllim bunu məsləhət bilmədi:
- Yox - dedi, - Mirzərəhman, münasib düşməz, hər halda bir müqəddimə
lazımdır. Kiçik də olsa, lazımdır. O yandan-bu yandan, havaların xoş
keçməsindən-zaddan...
Mirzərəhmanın qonşusu Əsəd də müəllimin sözünə qüvvət verdi:
- İlyas müəllim düz deyir. Əvvəl başdan gərək bir söhbət salaq. Güman
ki, oğlan barədə, Nazim barədə. Hərçənd tanıyırlar, qız onu tanımamış
deyil, amma yenə beş-üç kəlmə söz açmaq pis olmaz.
Kimdir, kimin oğludur, nə sənətin sahibidir, səriştəsi nəyədir, filan...
Mirzərəhman şərik oldu:
- Əsəd, onu mən unutmamışam. Nazimə, əlbət ki, necə lazımdır,
xasiyyətnamə verəcəyəm. Düşünmüşəm. Amma istəyirəm söhbət açılandan
sonra eləyəm, çünki damdandüşdü olmasın.
- Damdandüşdü olmaz. Bilirlər ki, qız almağa gəlmişik və qızı da Nazim
Əliyevə istəyirik. Bunu bilirlər, oğlan barədə də çox maraqlanacaqlar.
İlyas müəllim də Əsədin sözünə tərəfdar idi:
- Sual verəcəklər. Mümkündür ki, oğlanın lap tərcümeyi-halını da
soruşacaqlar.
- Soruşmağa da ixtiyarları var, çünki xalq qız böyüdüb, özü də tərifli bir
qız! Xalq bilmək istəyəcək ki, görək qızı kimə veririk, necə veririk.
Mirzərəhman sözün uzandığını görüb yekunlaşdırdı:
- Qardaş, belə yerdə ehtiyat lazım deyil. Necə sorğu-suala tutsalar,
cavabımız var. Şükür ki, oğlumuz qızlardan əskik adam deyil.
Mərifətli, əsil-nəsəbi, zəmanəyə görə... Nə soruşsalar, cavabını verərik,
müzayiqə yoxdur!
Mirzərəhman doğrudan da qız evində rastlaşacağı sorğu-suala cavab
hazırlamışdı. O, yəqin bilirdi ki, əvvəlcə oğlanın ailəsini, əsil-nəsibini
soruşacaqlar. Qızın nənəsi köhnəpərəst adamdır. Yəqin deyəcək
144
görüm atası kim imiş, anası hardan imiş. Zatı, südü... Sonra ev-eşiyini, vardövlət
babətindən halını soruşacaq, qohum-əqrəbasından, yerindən,
yurdundan xəbər tutmaq istəyəcək. Bunların hamısına cavab vermək
gərək...
3
Bəli, elçilər həyət qapısında ehtiram ilə qarşılandılar. "Buyur-buyur!" ilə
otaqlara üz qoydular. Şərəbanı xala özü bir-bir stul çəkib, onlan əyləşdirdi,
xoş gəldin elədi. Qız evinin də yaxın adamlarından bir neçəsi gəlib əyləşdi.
Bir dəqiqə çəkməmiş mis məcməyidə təraş stəkanlarda buğlanan rəngli çay
verildi, doğranmış kəllə qənd qoyuldu, mürəbbə qabları ortalığa gəldi.
Söhbət açıldı. Özü də elə açıldı ki, kimin ilk danışdığını seçmək heç
mümkün olmadı. Mirzərəhman bir zaman onu gördü ki, Şərəbanı xala
üzünü ona tərəf tutub deyir:
- Allah sizinkiləri də saxlasın, indi bu zəmanədə cavanlar tez böyüyür,
tez yetişir, tez də boya-başa çatırlar. Məsələn, mənim özümdən soruşsalar,
deyərəm: o bir dənə indi həm oğuldur, həm ərdir, həm qızdır. Məndən
soruşsalar, deyərəm: onu dünən beşikdən qaldırmışam. Lap elə bil dünən
idi. Handa ki, uşaq, maşallah, kim demiş, sizinkilərdən artıq olmasın,
görürsən...
Mirzərəhman qız tərəfin belə fəal tərpəşməsini, qarının lap qabağa
düşüb, mətləbdən danışmasını öz acizliyinə dəlalət gətirdi, stulunu bir az
qabağa çəkib, yerindən qalxdı, təzədən oturdu, oturanlara göz gəzdirib,
sinəsini arıtdı, sözə başladı:
- Şərəbanı xala çox yaxşı deyir ki, indiki cavanlar tez boya-başa çatırlar.
Bəli, zəmanənin buna təsiri olmamış deyil. Hökumət uşaqları atadan-anadan
da artıq əzizləyib oxudur, öyrədir, böyüdüb adam eləyir. Görürsən dünənki
çolpa bu gün bir idarədə oturub iş aparır.
Məsələn, bizim Nazim, vaxtında yetim bir uşaq idi, məktəb ona lap ata
oldu. İki il deyil ali məktəbi qurtarıb...
Şərəbanı xala qonağın sözünü kəsdi:
- Siz buyurduğunuz oğlan, yəni Nazim ali dərsini qurtarıb?
- Bəli, iki ildir ali dərsi qurtarıb.
- Zaştası necə, varmı?
- Var, səriştəsi var, çoxdan işləyir.
- Yox, onu demirəm.
145
Mirzərəhman duruxdu:
- Nəyi soruşdunuz, mültəfıt olmadım?
Şərəbanı xala da stulunu irəli çəkib, əlini ağzına apardı, ehmalca bir
öskürdü və sonra soruşdu:
- Onu soruşdum ki, a qadan alım, oğlanın zaştası necə, varmı?
Mirzərəhmandan səs çıxmadı, yoldaşlarının üzünə baxdı. Şərəbanı xala
izah etdi:
- O ki deyirsiniz oxumuşdur, dərsini də qurtarıb, çox əcəb, zaştası necə,
varmı? Qurtarıbmı?
Mirzərəhman İlyas müəllimə, İlyas müəllim Əsədə baxdı. Şərəbanı xala
suallı nəzəri ilə elçiləri süzdü. Bir an məclisdə intizarlı sükut oldu. İlyas
müəllim üzünü Mirzərəhmana tutub dedi:
- Şərəbanı xala soruşur ki, Nazim dissertasiya yazıb, zaşişat eləyibmi?
Yəni...
- Bəli, mən onu soruşuram ki, zaşitası varmı oğlanın? Nazimin?
Mirzərəhman belə bir sual gözləmirdi və gözləməzdi də.
- Yoxdur, xeyr, yoxdur! - dedi.
Şərəbanı xala təəccüb elədi:
- Bəs elə oxumuş, ali dərs qurtarmış oğlan nə əcəb zaştasızdır?
Mirzərəhman üzr gətirdi:
- Yəni qabil oğlandı, dalınca düşsə əlbət ki, heç vaxt dissertasiya
yazanlardan əskik deyil. Ancaq başı işə qarışıb, tikintidə çox əmək qoyur,
vaxtı yoxdur. Elektrik aparatları düzəldir, yoxlayır, elmində, sənətində yaxşı
qabildir. Ancaq dissertasiyası hələ ki, yoxdur!
Şərəbanı xala bu cavabdan məmnun qalmadı, dübarə soruşdu:
- Həftəreferatı necə, varmı?
- Xeyr, yoxdur.
- Oğlanın ki, siz deyirsiniz dərsi var, nə əcəb bəs dərsini başa vurmur?
- Başa vurmağına vurub. Diplomu cibindədir. Amma dissertasiya
yazmır. Mühəndislik eləyir. Özü də tikintidə elektrik işlərinə baxır.
Təzə şəhərdə - Sumqayıtda onu yaxşı tanıyırlar. Yaxşı da hörməti var.
Şərəbanı xala qonaqları məyus eləməmək üçün başı ilə razılıq işarəsi
verirdi:
- Olsun, təki olsun. Ev tikən də lazımdır, elektrik işi də vacibdir.
Hamısı bunlar xeyir işdir, olsun, niyə də olmasın! Amma bizim
institutda
146
dərs qurtaran zaşta dalınca gedir, zaşta eləyən çox olur. Mən görürəm çox
da sevinirəm ki, bizim cavanların çoxu indi olub zaşta sahibi...
Şərəbanı xalanın bu qədər dissertasiya sevdasına düşməyi təəccüblü
görünməsin. O, müəllim institutundakı klubun hər səliqəsinə, təmizliyinə,
qapı-pəncərəsinə, şüşələrinə, kürsülərinə, stol üstünün örtüyünə, qrafininə,
su stəkanınacan hamısına nəzarət edir. Şərəbanı xala həm səliqəli, həm də
vəzifəsinə diqqətli olduğu üçün vaxt-bivaxt bu klubdan uzağa getmir.
Klubda isə maraqlı, tamaşalı işlər çox olur. Kino tamaşasından, iclasdan,
mühazirədən, konsertdən başqa burada çoxlu "zaşta" olur. Bu "tamaşa"
Şərəbanı xalanın çox xoşuna gəlir. Görürsən bir neçə nəfər keçib oturdu
kürsünün dalında. Qoltuğunda qalın kitab olan bir oğlan da çıxdı
danışmağa. Oğlan oturandan sonra qoca müəllimlər həmin qalın kitabı
varaqlayır, çıxır, başlayır həmin oğlanı tərifləməyə. Biri tərifləyir, beşi
tərifləyir... İclasın axırında da həmin oğlanın əlini sıxır, onu təbrik edir.
Qızlar da dəstə-dəstə gül gətirib verirlər. Sonra da oğlan adamları yığıb
aparır qonaqlığa. Hələ o qəribədir ki, kassirin deməyinə görə, iclasın
səhərisi günü danışan oğlanın mevacibi ikiqat artır.
Nə isə, bu çox ürəkaçan tamaşa idi.
Şərəbanı xala bu şadlıq mərasimini çox görmüşdü, ürəyində çox da
arzulamışdı. Əlbət ki, özü üçün, yaşı keçmiş oğlu üçün yox, başqa yaxın
adamlar üçün arzulamışdı.
Bəlkə Nəcibə üçün arzulamışdı? Yox! Şərəbanı xala Nəcibə kimi
utancaq bir qızın bu işə qoşulmağına inanmırdı. Bilirdi ki, onun gücü
çatmaz. Amma onun nişanlısı? Onu alan oğlan dissertasiya sahibi olsa, çox
yaxşı olardı! Keçmişdə evlənən oğlandan mülk, mal, başlıq istərdilər. İndi
heç olmasa bir dissertasiya istəməyə qızın, əlbət ki, haqqı var! Ağlı başında
olan qız bunu istəməmiş olmaz; çünki dissertasiya indi çətin bir iş deyil.
Görürsən, dalınca düşən düzəldir.
Şərəbanı xalanın sözü bu yerdən başlaması Mirzərəhmanın planlarını
alt-üst etmişdi. Onun hazırladığı xasiyyətnamə, demək olar ki, işə keçmədi;
çünki oğlanın nə ata-anası, nə zatı-südü ilə, nə qohum-qardaşı ilə
maraqlanan var; qız evini, yəni Şərəbanı arvadı bircə şey maraqlandırır:
"dissertasiya", o da ki, Nazimdə yox! Bəs bu iş nə sayaq olacaq? Hərifə nə
cavab vermək, nə tədbir tökmək?.. Mirzərəhman neylim, necə eləyim
hayında idi ki, İlyas müəllimin səsi eşidildi. O, üzünü qızın nənəsinə tutub
dedi:
147
- Şərəbanı xala, düzdür siz dissertasiya barəsində deyirsiniz,
Mirzərəhman da utancaqlığa salıb dinmir. Amma Nazimi elə aciz bilməyin.
Onun da başqa cavanlar kimi dissertasiyası var!
Mirzərəhman İlyas müəllimi başa düşmədi, sözün ardını gözlədi.
Şərəbanı xala isə bu sözdən sevinmiş kimi cəld sual verdi:
- Varıdırmı?
- Bəli, onun da varıdır. Onun dissertasiyası heç başqalarınkından
əskik deyil!
- Zaştası da var?
- Yox, müdafiəsi bu yaxınlarda olacaqdır. Mənim özüm də, hərçənd
elektrikdən başım çıxmaz, amma iştirak edəcəyəm!
- Olacaqmı?
- Bəli, lap bu yaxınlarda olacaq.
- Təki olsun, təki olsun, çünki zaşta hər barədən yaxşı işdir!..
4
Şərəbanı xala elçilərə qəti cavab verməsə də, rədd cavabı da vermədi:
- Sağlıq olsun, Nazim zaştasını qurtarar, nə deyirəm. Bir qız bir
oğlanındır. O məqamda biz tərəfdən bir maneçilik olmaz. Qızın özünün də
ağzını araşdırarıq, nə eybi var, sağlıq olsun, bir qız bir oğlanındır...
Elçilər durmağa məcbur oldular. Məsələ açıq qalsa da, durdular.
Qapıdan çıxanda, Mirzərəhman İlyas müəllimi danladı:
- Ay rəhmətlik oğlu, işin içində olan mən, sən hardan götürüb deyirsən
oğlanın dissertasiyası var? Nazim heç yatsa yuxusuna da dissertasiya
gəlməz. Aldatmaq, yalan nə üçün?
İlyas müəllim onu sakit elədi:
- Mirzərəhman, heç narahat olma! Bir həftəyəcən Nazim müdafiə eləsin,
sən də tamaşa elə!
- Axı nəyi müdafiə eləyəcək?
- Görərsən nəyi! Sən bu işi mənə həvalə elə!
- A kişi, sən Şərəbanı xala kimi əjdahanı aldadacaqsan?
- Aldatmaq-zad yox! Lap onun gözünün qabağında Nazim müdafiə
eləsin, qoy o da tamaşa eləsin!
- Mən başa düşmürəm...
148
- Başa düşməli bir şey yoxdur. Sən bir günlüyə, bir axşam institutun
klubunu bizim üçün, Mühəndis Cəmiyyətinin iclası üçün al!
- O asan şeydir!
- Qalan hər şey mənim boynuma!
İlyas müəllim dediyinin üstündə duran adam idi. Elçilikdən belə
qayıtmağın Nazimi məyus edəcəyini, ləngiməyin işi korlaya biləcəyini
düşünüb, həmin gecə Nazimi yanına çağırdı.
- Oğlum, - dedi, doğrudur, sənin dissertasiyan yoxdur, amma nə biliyin,
nə işin ondan əskikdir. Şərəbanı xala da avam qadındır.
"Zaşta" - deyib durur. Onu da yaxşı bilirsən ki, nə üçün deyir. İxtiraçılar
bürosuna verdiyin o layihələrin ikisini də mən oxumuşam. Hər biri bir
dissertasiyadan artıqdır. Büronun qərarı var ki, onlar şuranın yaxın iclasında
müzakirəyə qoyulsun. Sən hazırlaş, çertyojları da sahmana sal, gətir!
Nazim iki il idi trestdə elektrik mühəndisi idi. Əmək prosesini
mexanikləşdirmək yolunda gördüyü tədbirlərə görə iki dəfə mükafat
almışdı. İndi isə kərpickəsən maşının məhsuldarlıq sürətini artırmaq, suvaq
işini elektrik aparatı ilə keçirmək üçün yeni layihələr təqdim etmişdi. Bu
layihələrin hər ikisinin təsdiqi və tətbiqi tikinti işini sürətləndirməkdən
başqa ayda yüz manat qənaət verirdi.
Nazimin layihələrini doğrudan da İlyas müəllim deyən yerdə, dissertasiyalar
müdafiə olunan zalda, müəllimlər institutunun zalında müzakirə
etdilər. Yenə böyük müəllimlər keçib stol dalında oturdu. Nazim çıxıb
fikirlərini dedi, kərpickəsən maşının modelini, cədvəlini də gətirib göstərdi.
Kürsüyə çıxıb danışan mühəndislərin, professorların hamısı bu təklifin
çox ağıllı, faydalı olduğunu dedilər və müəllifi təbrik etdilər. Tikinti
trestinin rəisi, Nazimin üç min manat pul ilə mükafatlanmağı haqqında əmr
oxudu. Adamlar bir-bir əlini sıxıb təbrik edəndə, Nazim bərk, isti və balaca
bir əlin əlinə toxunduğunu hiss etdi. Diqqətlə baxanda, balaca boylu
Şərəbanı xalanı gördü. Qadın onun əlini bərk-bərk sıxdı, lakin əl çəkmədi.
Üzünə baxa-baxa dedi:
- Oğul, bəri dön, üzündən öpüm! Halal olsun sənə, oğul, Nazim!
Halal olsun sizə!
Kənardan baxanlar güman edirdi ki, xadimə qadın "Halal olsun" deyə
Nazimin mükafatına işarə edir. Əslində isə Şərəbanı xala Nazimə mənalı
baxır, xəyalında Nəcibəni tutur, ürəkdən deyirdi:
149
- Halal olsun!
Buna görə də əvvəl "sənə" dedi, sonra Nazimi qucaqlayıb öpəndə, hər
iki cavanı, onların xoşbəxt həyatını nəzərinə gətirib:
- Halal olsun sizə! - dedi.
Bunu lap ürəkdən dedi.
Mirzərəhman da,'İlyas müəllim də, Əsəd də bu mənzərəyə baxıb
gülüşdülər. Nazim utandığından tez aradan çıxdı.
1956
NAZİK MƏTLƏB
1
- Niyə gəlmisən?
- Nə gəzirsən burada?
- Sənə kim icazə verib?
Maarif müdiri məni görəndə təəccüb elədi. Bir ay olmaz ki, özü
təyinnamə verib Yarpızlı kəndinə göndərmişdi. Çox böyük ümid və etimad
ilə göndərmişdi. Müdirin də, başqa təşkilatların da bizə ümid bəsləməyə
əsası, həm də möhkəm əsası var idi, çünki biz, bu il pedaqoji təhsili bitirən
cavanlar odlu həvəs və uca bir ideal ilə kəndlərə gedirdik.
Buraxılış gecəsində hökumətin kənd müəllimlərinə təbrik müraciətini
oxudular. Respublika maarif komissarı bizə öz övladı kimi üz tutur, ata
nəsihəti verirdi:
- Cavan müəllimlərimiz, - deyirdi, - cəhalət və savadsızlıq ilə mübarizə
cəbhəsinə gedirlər. Onlar uzaq kəndlərimizdə maarif işığı yandırmağa, şura
hökumətinin gətirdiyi yeni həyatı camaata başa salmağa gedirlər. Gərək
unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir.
Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq
verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar?
Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli,
dərrakəli, təvazökar dolan!
Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq
tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini
150
deyəcək. Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala
bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar. Kəndə
gedənlərimizin birinci vəzifəsi hörmət, etibar qazanmaqdır. Sizin maarif
xadimi kimi nüfuz qazanmanız hampanı, mollanı, falçını tamam nüfuzdan
salacaq, kəndlinin gözünü açacaq. Bu da maarifin vacib işidir. Sizə bu yolda
uğurlar olsun! Gedin, balalarım!
Komissarın sözləri bizə elə təsir etmişdi ki, gecəni də rahat yatmır,
həyəcan keçirirdik. İstəyirdik səhər tez açılsın, qatara oturub təyinat
yerimizə gedək, böyüklərimizin ümidinə layiq iş görək.
Təkcə biz yox, maarif şöbəsinin işçiləri də həyəcan keçirirdilər. Biz
yürüşə gedən əsgər idiksə, onlar cəbhəyə qoşun aparan zabit vəzifəsində
idilər. İdarə xalis bir sərbəstlik ştabı idi. Gecə də çıraqlar yanır, telefonlar
səslənir, maşınkada əmrlər, müraciətlər, məktublar, proqramlar çap
olunurdu. Tərəddüd kəsilmirdi...
Belə həyəcan ilə getmiş, həm də uzaq kəndə getmiş bir gənc müəllimin
bu tezliklə qəfildən qayıdıb gəlməsi əlbət ki, təəccüblü idi. Maarif müdiri
məni idarəsində görən kimi sorğu-suala basdı: - Niyə gəlmisən? Nə gəzirsən
burada? Kim icazə verib? O zaman bele hadisələr olmurdu. Daha doğrusu
çox nadir olurdu. O da mənim başıma gəlmişdi.
Maarif müdirinin təhdidli və təkidli suallarına necə, nə cavab verdiyimi
deməzdən qabaq istəyirəm söhbətimizin əvvəlinə, kəndə getdiyim günlərə
qayıdam.
Mənim təyin olunduğum Yarpızlı kəndi təbiətin ən gözəl guşəsi idi. İki
təpə arasında yerləşmişdi. Ortadan, dərin dərədən göz yaşı kimi duru, buz
kimi soyuq çay axırdı. Bəri yamacda dərə başı yuxarı sıralanmış kənd evləri
uzanıb gedirdi, o biri yamacda da qarağac, palıd meşəsi. Bəri yamac açıq. O
biri yamac uca və qoca ağaclarla örtülü idi.
Bəri yamac güney, o birisi quzey idi... Dərədən qalxaraq meşəyə girən,
cığıra bənzər oğrun yollar sıx ağaclar içində itib gedirdi. O yollara ancaq
yerlilər bələd idi. Kənar, nabələd adam getməyə ehtiyat edərdi.
Kəndlilər müəllimi çox mehriban qarşılayırdılar. Yetirən kimi bizə
mənzil düzəltdilər. Dəstə-dəstə görüşümüzə gəlib, xoş gəldin elədilər.
Min bir arzu, min bir həvəslə mən kənd məktəbinin səkkizinci sinfində
hesab dərsi deməyə başladım.
Nə olaydı, insanın ilk əmək günlərinin eşqi, həvəsi həmişə qalaydı!
Yorulmaq, usanmaq bilmədən gecəni gündüzə qatıb, dərs dediyim günlərin
151
hərarəti heç bir zaman damağımdan getməz. Sinif jurnalını qoltuğuma
vurub, məğrur addımlarla dərs otağına girəndə, 40-45 uşağın gurultu ilə
ayağa qalxdığını, gülər üzlə öz müəllimlərini süzdüyünü görəndə, bir işarə
ilə hamının quzu kimi sükuta dalıb əyləşdiyini görəndə mən özümü
dünyannın ən bəxtiyar adamı sayırdım.
O biri tərəfdən də, etiraf edim ki, dizlərim əsir, ürəyim qəfəs quşu kimi
çırpınırdı. Qarşımda əyləşən uşaqların hərəsi bir evdən gəlib, hərəsi bir
kişinin övladıdır. Hərəsi mənə bir nəzər ilə baxır, hərəsində bir fikir oyanır.
Mümkündür ki, bunlar axşam evlərinə qayıdanda mənim söhbətimi
salacaqlar. Valideynlərinin "təzə müəllim" haqqında sorğularına kim bilir nə
cavablar deyəcək, nə xasiyyətnamə verəcəklər?
"Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər
ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar..."
Bu böyük sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənirdi.
Ona görə yerişimə də diqqət edir, sinifdə uşaqlar qarşısında gülməyə də
ehtiyat edirdim. Bütün günü və gecəni şəhərdən gətirdiyim məsələ və misal
kitablarını qabağıma töküb varaqlayır, dərs hazırlayırdım. Çalışırdım ki,
dediyim dərs təzə, həm də nöqtəsinəcən uşaqlara aydın olsun.
O zaman müəllim az idi. Seminariya bitirmiş müəllimi təcrübəli
müəllimlərdən üstün tuturdular. O vaxt elə idi, bilmirəm niyə elə idi, amma
elə idi.
İlk dəfə sinfə girməyin, gurultu ilə ayağa qalxan məktəblilərə salam
verməyin nə demək olduğunu ancaq müəllimlər bilərlər. Kim desə ki, o
günkü sevincin həddi-hüdudu var, yalan deyir.
Özü də sinif nə sinif! Cərgələnmiş sıralarda bostan şamaması kimi
sağlam, əlvan, bir-birindən ədəbli, sakit, yaraşıqlı uşaqlar əyləşib, təzə
müəllimlərinin nə deyəcəyini, necə deyəcəyini aramsız gözləyirlər. Mən bu
uşaqlara cəbr, həndəsə dərsi, riyazi düsturlar öyrədəcəyəm. Qocaman
müəllimlərdən, qalın-qalın kitablardan öyrəndiklərimin hamısını
nöqtəbənöqtə, lap elə indi, birinci dərsdə uşaqlara demək, öyrətmək
istəyirəm. Taxtada yazdığım düsturları həll edərək, nəticəsini söylədikcə
intizarla əyləşən uşaqların simasında maraq işığını görməyə tələsirdim. Bir
diqqət, bir sevinc, bir təbəssüm hiss etdikcə, böyük hünər göstərmiş kimi
qürur ilə sinifdə var-gəl edir, rəqəmlərin, kəmiyyətlərin sirlərini, "neylərik"
cavabını şirin-şirin danışmaq istəyirdim.
152
Qabaq sıralarda ucaboy, ağbəniz, uzunsaç, qaragöz bir qız əyləşmişdi.
Zivər, sanki bu 40 uşağın içində Kəhkəşanda parlaq bir ulduz kimi seçilirdi.
Mən onun adını jurnalda oxuyanda xüsusi bir həzz alırdım. Mənə elə gəlirdi
ki, bu qıza ən münasib ad qoymuşlar.
Bir gün, iki gün, üç gün...
Yox, mən bu ucaboy qızı başqaları kimi görə bilmirəm, başqalarına
baxdığım kimi baxa bilmirəm. Zivərin hər sözü, hər hərəkəti mənə ideal
görünür. O, suala cavab vermək üçün ayağa qalxıb iki kəlmə danışanda
yanaqları pul kimi qızarır, qız təhərdən-təhərə düşür, bir günah işləmiş kimi
özünü itirir, taxtada yazdığı düsturları dürüst və cəld həll etsə, nəticəni
gözəl danışsa da, başını qaldırıb üzümə dik baxmır, xəcalətli kimi yerə
baxa-baxa keçib sırada əyləşirdi. Zivərin ağ, enli üzü, cazibəli olması,
badam gözləri nəinki dərsdə, evdə, istirahətdə, yamacda, təbiət seyrinə
daldığım vaxtda da məni tərk etmir, sanki izləyirdi. Aşkar görürdüm ki, bu
qızın adı gələndə mənim halım dəyişir. Zivər ürkək ceyran kimi başını
çevirərək, o yan-bu yana baxdıqca xurmayı, qalın hörükləri kürəyində, ağ
ipək köynəyinin üstündə yol axtaran əfi ilan kimi qıvrılırdı. Bu isə qıza
xüsusi məlahət verirdi. Dərsdə nəzərlərimiz rastlaşanda bilmirdim nə hala
düşürəm. Şimşək çaxmış, ildırım vurmuş kimi, sinif başıma dolanırdı.
Tənəffüsdə, müəllimlər zarafatlaşdığı yerdə mənim gözlərim eyvandan
yığışmırdı.
Az qalırdım bu beyti oxuyam:
Səndən ayrı yüz qəmü dərdü məlamətdir mənə.
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə!
Hansı bir hiss isə mənə deyirdi ki, Zivərin halı səninkindən qalan deyil.
Biz rastlaşanda hər ikimiz rəng verib rəng alırdıq. O baxanda mən, mən
baxanda o, gözünü yayındırırdı. Lap bu dəqiqələrdə müəllimlərimizin
böyük sözü qulaqlarımda daha ucadan səslənirdi: "Ən xırda, ehtiyatsız bir
hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb
qaçmağa məcbur olar!.."
Mən indi çətin bir işə düşmüşdüm. Od ilə su arasında, vəzifə ilə arzu,
şüur ilə hiss arasında mat-məəttəl qalmışdım. Güman edirdim ki, bəzi
uşaqlar da bizim münasibətimizdəki qeyri-adiliyi duymuşlar. Gah
153
mənə və gah Zivərə baxan bir uşağın yanındakına nəsə pıçıldadığını bir dəfə
aşkar gördüm.
Mənim üçün bundan ağır töhmət, məzəmmət ola bizməzdi. "Rüsvay
oldum, ilahi!" Müəllimin öz tələbəsilə bu rəftarını eşitsələr, aləm yığılıb
mənim üzümə tüpürməzmi?.. Xeyr, mən burada işləyə bilmərəm. Oxum
daşa dəydi. Mən getməliyəm!
Deyə bilərəm ki, ömrümün ən xəcalətli dəqiqələrini yaşayırdım. Qəlbim
od ilə, köz ilə dolmuşdu ki, bu saat vücudumun yanıb külə dönəcəyini zənn
edirdim. Başımdan tüstülər, dumanlar qalxırdı. Xəyalımda bir adı ən böyük
hərflərlə yazır, pozur, təkrar yazırdım. Bildiyim əlifbaların hamısı ilə, ən
zərif, ən əlvan xətlərlə yazır, sonra da bir kəs bilməsin deyə, amansızlıqla
pozurdum. Yanımda nə anam, nə bacım, nə bir ürək sirdaşım! Dərdimi bir
kəsə deməyə cürət etmir, dərsdən sonra havalı kimi dinməz-söyləməz kənd
küçələrində hərlənirdim. Görən də yəqin ki, rişxənd ilə baxıb deyirdi:
"Riyaziyyatçı!"
Kaş mən Yarpızlıya üz döndərməyə idim, səkkizinci sinfə ayaq basmaya
idim!..
- Yox, mən getməliyəm!.
Təcili iş üçün müdirdən izin aldığım tutqun bir payız səhərində Kaqorun
məxməri faytonuna oturub, yeknəsəq zınqırov səslərinin ahəngilə dağları
tərk edirdim. Əzizindən, vətənindən ayrılmağa məcbur edilənlərin əhvalruhiyyəsilə
kor-peşman şəhərə qayıdırdım. Bulud kimi tutulmuş, qış günü
kimi qaralmışdım. Deyəsən kürəyimdən, ürəyimdən iti xəncər vurmuşdular.
İsti yaramı bağlamağa, sağalmağa, bəlkə də daha belə yaralar almağa
gedirdim.
Nə olur olsun mən vəzifəmin ləyaqətini saxlamaq üçün qəlbimin səsini
boğmalı, Zivəri unutmağa çalışmalıyam.
Bu, əlbəttə çətin idi. Ancaq müqəddəs müəllimlik vəzifəsinə yenicə
qədəm qoyan bir cavan üçün zəruri idi. Gedirdim, ancaq gözlərimi arxamda
qoyub gedirdim. Qəlbimi, arzumu, hissimi, gələcəyimi, bəlkə də
bütün varlığımı dağlarda qoyub gedirdim. Arxadan qarlı təpələrin, qara
meşələrin, qıvrım yolların dalında bulaq sularının mülayim şırıltıları
arasından məni həzin bir çağırış, bir nida səsləyirdi. Bu, həya və ismətindən
pul kimi qızaran gözəl bir mələyin məyus gileyi, şikayəti idi. Mən bu
səsi hər dəqiqə eşidirdim. Zehnimdə iki hiss çarpışırdı. Biri deyirdi: qayıt,
toxta, işlə, məhəbbətinə çarə, yol axtar. Biri də deyirdi: yox, özünü də,
Zivəri də rüsvay etmə, adını, müəllimlərinin nəsihətini uca tut!
154
Şəhərə qayıdandan sonra maarif müdiri məni uşaq kimi qabağına qoyub
danladı.
- Niyə gəlmisən?
- Nə gəzirsən burada?
- Sənə kim icazə verib, kim?
Müdir hiddət və heyrətlə üzümə baxır, qayıtmağımın səbəbini təkidlə
soruşur, cavab gözləmədən hökmünü verirdi:
Bəzi cavanlar görəsən niyə bir yerdə bənd almırlar? Bunlar nə istəyir, nə
axtarırlar? Təyinat dəyişməkdən yorulduq. Bilmirəm nə sayaq eləyək!..
- Mən kənddən qaçmıram, daha uzaq yerlərə getməyə razıyam!
Əlbət ki, mənim dilim qısa idi. Açıq danışmağa, sirrimi deməyə də
üzüm yox idi. İndi hara göndərsələr, gedəsi idim. Elə də oldu. Müdirdən
təzə vəsiqə alandan sonra bir kömürçünün qatırını kirayə elədim. Qabaq
təpə dağlarına üz tutub, arxama baxmadan getdim. O gedən getdim...
Həyatın təbii qanunları sakit axan sel kimi hər bir istəkdən, arzudan,
ehtirasdan güclü olur. Fəsillərin dövrünü dayandırmaq mümkün olmadığı
kimi, bu qanunların da məcrasını dəyişmək mümkün olmur.
Oddan götürülmüş köz kimi mənim Zivərə olan məhəbbətim zamanzaman
soyudu, söndü, nəhayət, unuduldu. Ömrün sərt ruzgarı bizim
hərəmizi bir tərəfə yönəltdi, həyatın mürəkkəb, dolaşıq, çətin yollarında
atıb-tutdu, sınaqlara saldı, böyütdü, bərkitdi.
Nə mən onu axtarır, nə o məni soruşurdu. İlk və son görüşümüz həzin
bir xatirə olaraq qalırdı.
2
İndi bu hadisədən otuz il keçmişdir. Mən indi böyük bir ailənin
başçısıyam. Zivər haqqındakı xatirələrim nə qədər əziz, nə qədər şirin olsa
da, bunları dilə gətirməzdim, əgər bir münasibət olmasaydı.
Qapının zəngi çalındı. Kiçik oğlum qapını açan kimi qonaqları içəri
buraxdı, cəld otağıma qaçdı:
- Ata, qonaq gəlib!
Uşaq evimizə gəlib-gedənləri tanıyırdı. Tanımadığı adamlar gələndə
qabaqcadan mənə xəbər verməyi adət etmişdi: "Filan əmi, filan
155
xala". Yox, "qonaq gəlib" - deyəndə bildim ki, nabələd adam olacaq.
Gələnlər iki qadın, iki kişi idi. Dəhlizdə dayanıb, ev sahibindən rüsxət
istəyirdilər. Mən onları qarşılayıb əl verdim, xoş gəldin eləyib dedim:
- Buyurun, buyurun içəri!
Qonaqlar əyləşdilər, ətrafa nəzər saldılar. Onlar məni, mən onları seyr
etdiyim dəqiqələrdə evdə uzun sünnəsi mümkün olmayan soyuq bir sükut
hiss olundu. Deməyə bir söz tapmaqda çətinlik çəksəm də, sükutu pozmağı
lazım bildim:
- Necəsiniz, əhvalınız necədir, təzə xəbərdən-zaddan nə var, nə yox?
Mən bu ümumi, bəlkə də mətləbsiz, mənasız suallarımla qonaqları
dindirmək istəyirdim.
Güləşqabaq qadın cavab verdi:
- Əhvalınız yaxşı ölsun!
Qadın sanki mənim sualımı gözləyirmiş. Dərhal səsinin ahəngini
dəyişərək, gözlənilmədən mənə sual verdi:
- Müəllim, yəqin ki, bizi tanımadınız?
Bu sözdən sonra mən qonaqlara diqqətlə baxmağa məcbur oldum.
Müəllimlik sənətinin bir gözəlliyi də budur ki, böyüyüb ərsəyə gələn
gənclər arasında həmişə, hər yerdə şagirdlərinə rast gəlirsən. Sən unutmuş
olsan da, gənclər hafızəli olur, səni unutmurlar.
Mən qonağın üzünə diqqətlə baxanda dumanlı xəyal, ya yuxumu, nəsə
bir şey xatirimdə işıq kimi cilvələndi:
- Deyəsən sizi...
- Bəli, siz bizə dərs demisiniz.
"Dərs" sözünü deyəndə qadının səsindən, ahəngindən, otuz il əvvəlki
bakir gənclik xatirələrinin nisgilindənmi, nədənsə, hər şey nəzərimdə
canlandı:
- Sizin adınız, bağışlayın, Zivər deyilmi, Zivər xanım?
- Bəli, yaxşı tanıdınız, şükür ki, hafızəniz kəsərlidir!
Qadın, adına əlavə etdiyim "xanım" sözünün məhz əlavə olunduğunun
mənasını yaxşı başa düşdü.
Doğrudur, mən qonağın adını soruşdum, zənnim də düz çıxdı, amma
nədənsə, ürəyim döyünməyə, yenə də otuz il əvvəlki kimi halım dəyişməyə
başladı:
- Mən şagirdlərimi, sinfimdə bir dəfə oturub dərsimi dinləyənləri
adı ilə olmasa da, simasından fövrən tanıyıram. Hələ ki, tanıya bilirəm...
156
Bəli, bu həmin gözəl qız səkkizincidə oxuyan ucaboy, ağbəniz, uzunsaç,
qaragöz qızın özü idi. Bu həmin Zivər idi. Üçdə bir əsrlik zamanın uzun və
tozlu yollarından keçib gəlmiş Zivər idi. Zivər indi ahıllaşmış ana, kübar,
abırlı bir qadın idi. Daha o xurmayı hörüklər yox idi. Kəsilmiş xınalı
saçlarını yana ayırmış, başına tirmə şal salmış, ağır, təmkinli, nurani bir
görkəm almışdı. Rəngi qaralmış, sifəti kiçilmişdi. Zamanın qələmi oraya
çox yazıb-pozmuşdu. Gərdəni nazilmiş, qabağa doğru bir qədər əyilmişdi.
İşığını saxlamış, mənası bəlkə bir az da dərinləşmiş qara gözlər həmin
gözlər idi. Baxışı və xüsusən ani təbəssümü həmin idi.
Mən, məsum simasında ilk məhəbbətin qığılcımlarını gördüyüm bu
adam ilə görüşdən çox məmnun idim. Onu dinlədikcə güman edirdim ki,
otuz il əvvəlki maarif müdirinin məzəmmətini təkrar-təkrar eşidirəm.
Bunların, bu sözlərin indi mənim üçün məzmunu dəyişmişdi. Töhmət yox,
şirin xatirə kimi mənə ləzzət verirdi.
Zivər xanım bizim evə elçi gəlmişdi. Yoldaşlarının müxtəsər dediyi
xahişdən sonra özü gənclərin gələcəyindən xeyli sevinc, arzu-kam ilə
danışdı, oğlunu mənə təqdim etdi:
-Urfan da Həqiqət ilə bir yerdə oxuyur. Hər ikisi neft mühəndisiolacaq,
hər ikisi komsomolda, hər ikisi həmdərs, ürəkləri bir-birini tutub, ulduzları
barışıb, tale gözəl gətirib, xoş görüşdürüb. Biz valideynlərin də borcudur ki,
xeyir-dua verək. Bu bir təklif üçün cəsarət eləyib, hörmətli müəllimin
qapısına gəlmişik. Ümidvarıq ki...
Mən qonaqlardan icazə alıb çıxdım. Həqiqətin anasını çağırdım. Qızın
rəyini soruşdum...
...Zivər xanım dik-dik mənim üzümə baxdı. Sanki hamı bunu gözləyirdi.
Bütün məclis mənə tərəf döndü.
Zivər xanım daha utancaq kənd qızı deyil, təcrübələrilə tanınmış olan bir
kimyaçı idi. Onun xahişini də, tələbini də dinləmək mənə xoş idi.
Mən düşünürdüm ki, həya, ismət, tərbiyə naminə vaxtilə gizli qalan
məhəbbətdən sonra bir cüt gözəl fidan göyərmişdir. Bunların təmiz, təbii
istək, məhəbbətlərinə müqabil nə demək olar?!
- Xoşbəxt olsunlar!
Hamı ucadan bu sözü təkrar etdi:
- Çox mübarək!
1958
157
İNSANLIQ FƏLSƏFƏSİ
1
Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən
sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ
alması!
Heç tanımayan, bilməyən bir adam da rast gəlsə, yəqin ki, özgə ad
deməz, bunu deyər: Ağca!
Ağca yaraşıqlı bir qız idi, tamaşasından doymazdın. Həmişə dik və düz
baxan iri, ala gözləri, ağ sifəti dairələyən qara tellər, qulac saçlar, şumal,
göyərçini gərdən, sakit yeriş.
Başının ipəkyaylığı ağ, döşünün sancağı, donunun düyməsi, çəkməsinin
qotazı da ağ; sadəcə ağ yox, bir növ bahalı, may şənliklərini andıran
təravətli ağ! Çoxları qızı məktəb həyətində, nümayiş sırasında, tarla
düşərgələrində, küçə-bacada görəndə, baxa-baxa qalırdı. Ağcanın ən acığı
gələn də bu idi.
- Niyə baxırsan, xala, buynuz-zad çıxartmamışam ki!
- Qızım, sənə baxmıram, yaradanın qüdrətinə heyranam!
- Bəsdi sən allah!
- Allah yaman gözdən saxlasın!
Bəlkə də buna görə, dilə-dişə düşməkdən ehtiyat elədiyi üçün Ağca
Baxışın ilk işarəsini rədd etmədi, ona könül verdi.
Oktyabr bayramında inşaatçılar klubundakı görüşdən, məktəb
məzunlarının ikinci buraxılışı axşamından sonra Baxış buraya trest rəisi ilə
gəlmişdi ki, məktəb qurtaranları tikintidə işə çağırsın. Ağcaya məktub
yazmağa məcbur oldu. Məcbur oldu deyirik, çünki doğrusu budur: heç
evlənmək xəyalında deyildi. Çox qızları tanıyıb xoşlasa da, belə fikrə
düşməmişdi. Amma Ağcanı görəndə özünü itirdi. Bir gün, iki gün lap kefli
kimi gəzdi. Güman elədi ki, ötüb gedər, gördü yox, gedənə oxşamır.
Oxlanıb, özü də yaman yerdən oxlanıb. Dərdini kimə desin, kimi
göndərsin? Fəhlə adam, ana yox, bacı yox, özü utancaq, açılışmamış.
Birdən-birə durduğu yerdə adamın başına bu iş gəlsin!..
Nə isə, ha fıkirləşdi, gördü ki, məsələni açmaqdan savayı çarə yoxdur.
Özü də üzbəüz yox, qiyabi, məktub ilə! Baxış heç bir zaman savadın qədrini
indiki qədər bilməmişdi. Kağız hazırladı. Çox yazdı, çox pozdu, axırda
sevdiyinə belə bir məktub göndərdi:
158
"Məni ordudan tərxis edəndə ürək zəifliyini səbəb qoymuşdular.
Yürüşlərdə, yoxuşlarda təngnəfəs olurdum. Güman etmişdim ki, bundan
sonra mənim qəlbim ilə ancaq həkimlər maraqlana bilərlər. Amma
görüşümüzdən belə məlum oldu ki, yox, orada həyat qaynayır və yeni bir
işıq yanır. Onu siz yandırmısınız. Ümidvaram ki, həmin işığı söndürməyi
heç bir zaman rəva görməzsiniz!
Ehtiramla, Baxış"
Gəlin gəldiyi ilk gündən Ağca Baxış ilə şərtləşmişdi: uşaq bağçasında
qulluğa girəcək, fəhlə balalarına tərbiyə verəcək, sonra da ali təhsil alacaq.
Toy dəsgahı, mehriban ailə həyatı başlanan günün səhərisi Ağca iki
nömrəli uşaq bağçasına mürəbbiyə təyin olundu. Ağcanın arzuladığı
bağçanın balaca həyətində hovuz tikilmiş, cərgə ilə ərik, iydə, badam
ağacları basdırılmış, tənəklər baş-başa vermiş, qızılgüllər neçə yerdən calaq
elənmiş, təzə binanın eyvanı, qapı-pəncərəsi qəşəng rənglənmiş, dirəkdən
çilçıraq asılmışdı. Oğlanlı, qızlı körpə uşaqlar quşlar kimi səs-səsə
vermişdilər.
Ağca yenicə ayaq basdığı bu körpələr evini özünün həyat və əmək ocağı
saymışdı. Gündə neçə dəfə uşaqları bir-bir dindirməsə, ağacları sulamasa,
hovuzun suyunu təzələməsə, otaqların səliqəsini yoxlamasa qərarı gəlməzdi.
Birinin düyməsini tikir, birinə şəkil çəkir, bir başqasına hesab öyrədir, nağıl
danışırdı. Cücəli toyuq kimi körpələri başına yığıb cürbəcür mahnılar
oxuyur, onlara oyunlar öyrədir, cərgələrə düzürdü. İş görəndə qalın
hörükləri kürəyindən sürüşür, gözünün qabağını kəsir, bəzən hovuz suyuna
batırdı.
Qız, saçını cəld düyünləyib dalına atanda, bir dəfə müdirə gülə-gülə
demişdi:
- Qızım, onlar sənə kəndir deyil ki, nemətin qədrini bil! Onun həsrətini
çəkənlər var!
Ağca sonra hörüklərini bir ipək tor içinə yığıb kürəyinə atardı. Boynunu
tərlətsə, darıxdırsa da, müdirənin sözünü yaddan çıxarmazdı.
Ailə həyatının dadlı meyvəsi, ay parçası kimi bir oğlan uşağı da
muştuluq şənliyi ilə gəlib çıxdı. Gənc ailədə körpə səsi saf musiqi kimi
eşidilməyə başladı.
159
Bənna Baxışla Ağcanın günü, dirliyi xoş keçməkdə idi.
Ailədən, güzərandan söhbət düşəndə, hərə bir arzudan deyəndə, Baxış
da küsənə-küsənə öz səadətindən danışardı:
- Qardaş, bizim zəmanədə insanın canı sağ olsun, yaxşı da ömür-gün
yoldaşın olsun, qalan hər şey ötüşər. Ağca ilə qabaq-qabağa oturanda,
kəlmə verib kəlmə alanda, bir də Nadirin qığıltısını eşidəndə, elə bilirəm
bütün yorğunluğum getdi. Deyəsən, heç ağır daşları divara düzən, səhərdən
axşama belədən-belə mizan çəkən, sement vuran, fəhlələr ilə çənə döyən
mən deyiləmmiş. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib can
eşidəsən, bir-birinin başına and içəsən. Məhəbbət də, həyat da, ləzzət də
budur. İdarədə də adamın kefı saz, ürəyi işıqlı olur. Həyat yoldaşı, mehriban
ailə işdə də adama bir arxadır.
Baxış tamamilə haqlı idi. Ağcanın yoldaşlığı, bağçadakı qulluğu, ailə
qayğısı bu tərifə tamamilə layiq idi.
Qadın var həmişə fıkri-zikri konsertlərdə, bu teatrda, o tamaşada,
gəzməkdə, seyrəngahda, bayır-bağçada olar. Evinin işini yükləməyə də
qulluqçu axtarar. Ərinin işdən gəlməyi yadına düşəndə, qaçıb restorandan
bir boşqab soyuq kotletdən-motletdən alıb gətirər, qabağına atar, sonra
poçtalyon kimi qapıdan yox olar...
Belə evin mehmanxanadan nə fərqi!
Yox! Baxışın ailəsi hara, bu söhbətlər hara!
Ağca qulluğunu ikinci növbəyə, nahardan sonraya salmışdı. Səhər
yerindən qalxan kimi birinci işi ərinə yemək vermək, onu yola salmaqdı.
Uşağı yedirib, geyindirib havaya çıxarmaq, sonra nahar tədarükünə düşmək.
Ağca ərzağın təzəsini, yaxşısını, həm də bahalısını alardı. Handa bir şeyi
bəyənməz, dönə-dönə seçərdi ki, Baxışın xoşuna gəlsin. Onun hazırladığı
süfrə zənginliyi ilə olmasa da, səliqəsi səhmanı ilə həmişə seçilirdi. Stol
üstündə hər şey par-par parıldardı. Deyərdin bunlara əl vurmaq heyifdi,
hansı qəzetə, hansı sərgiyə getmək üçün şəkil çəkiləcək.
Baxış işdən gec gələndə Ağcanın gözü qapıda qalardı. Tez-tez həyətə
çıxıb evə girərdi. Tramvay zəngi cınqıldayan kimi ürəyində deyirdi: "Baxışı
gətirir".
Uşaq da böyümüşdü. Ata-bala qabaq-qabağa oturub, Ağcanın bişirdiyi
xörəyi iştahla yeyəndə, qaşığı qoyub çəngəli, çəngəli qoyub stəkanı, stəkanı
qoyub kağız dəsmalı götürəndə, "əllərin var olsun!" deyə təşəkkür edəndə,
Ağcanın ürək rahatlığına söz ola bilməzdi.
160
Görərdin axşam, şirin söhbət vaxtı Baxış bir kağız bağlamanı ortalığa
gətirir, ana-balaya göstərib soruşurdu:
- Kim bilər bu nədir?
Biri konfet, biri çəkmə, biri dəsmal, biri corab, biri ətir deyərdi.
- Bilmədiniz!
Nadir tələsik bağlamanı atasından almaq istəyəndə, bir də görərdi ata
qutudan bir sputnik çıxarıb stol üstünə qoydu. Göyə üz qoyan sputnik əvvəl
marş çalmağa, sonra da fıt verməyə başlardı. Nadirin sevincinin həddi
olmazdı...
Deyirlər xain, çəp bir göz bütün xoşbəxt ailələrin pəncərəsindən baxır,
içəriyə soxulmağa fürsət axtarır. Bizim tanıdığımız evdə bu etiqada
inananlar, bəlkə də, yoxdur. Amma xanımlardan uzaq olsun, Baxışın evinə
birdən-birə əsən acı ruzigarı, ürəyim ağrısa da, deməyə məcburam.
Ağcanın başına elə bir iş gəldi ki, ailə səadəti alt-üst oldu.
Baxış yağlı maşın kimi çox işlək adam idi. Ağrı, yorğunluq, zəiflik ona
kar salmazdı. On beş ilin ərzində onun işdən qaldığını görən olmamışdı. Adı
həmişə məruzələrdə, şəkli lövhələrdə, işi dillərdə idi. Heç kimin gümanı
gəlməzdi ki, bu zirək kişiyə də xəstəlik yaxın düşər.
Bəzən kürək sancısından, ürək ağrısından şikayət eləsə də, Ağcanın
sözünə baxmaz, işə gedər, neçənci mərtəbədə divar qoyar, tavan örtərdi.
İşdən qayıdan kimi dalbadal rəngli çay içər, bir-iki saat uzanıb dincələndən
sonra durub qəzet oxuyar, radio eşidərdi.
Ağca ərinin həkim çağırmağa kahıllıq etməsinə bir növ alışmışdı,
inanmışdı ki, baş ağrısı, kürək ağrısı... bunlar işlək adamlarda soyuqdan,
havadan, küləkdən olan, tez keçib gedən şeylərdir. Bu "adi" şeylərdən belə
müdhiş bir fəlakət baş verə biləcəyini Ağca heç xəyalına gətirməzdi. Elə bir
fəlakət ki, nə həkim, nə dost, nə idarə, elgün, nə qurulu ev-eşik, nə bəslənən
şirin arzular qarşı dura bildi!
Ölüm qara qartal qanadını bu gözəl, bu munis xanıman üstündə görəndə,
iti caynaqları ilə Baxışın qəlbini parçalayanda, sanki hər şey bitdi!
Ağcanın illər boyu bəslədiyi arzu və ümidlər elə sarsıldı, tamaşasına
durduğu füsunkar qayalıqlar kimi birdən-birə elə uçulub töküldü ki, dünya
və aləm başına fırlandı.
Baxışın vəfatından xəbər tutanlar axışıb gəldilər, idarə qalmadı baş
sağlığı yazmasın, maşın qalmadı dəfn mərasiminə çıxmasın, adam qalmadı
bu adlı-sanlı ustaya yanıb heyifsilənməsin.
161
Orkestr gətirdilər, cah-calal ilə götürdülər, şəklini çəkdilər, nitq dedilər,
qəzetlərdə yazdılar, uşağa kəsəmət kəsdilər.
Mərhumun yeddisi, ayı, qırxı keçdi. Ağcanın üzü gülmədi. Necə gülə
bilərdi! Ürək sevgilisini, dağ kimi kişisini itirən cavan gəlinin əlləri
qoynunda qalmışdı. Qadın la rəng-ruf dəyişdi. Bədən tufana tutulmuş gülzar
kimi quruyub soldu. Bütün o gözəllik, məlahət uçub getdi. Şəkil kimi
gəlindən bir dəri, bir sümük, bir də quyu suyu kimi dərinə enmiş gözlər
qaldı.
Hanı qəzetlər, telefonlar, radiolarda Baxışın çəkilən adı, hörməti! Hanı
səhər-axşam isti nəfəsi ilə "sağ ol" deyib evdən çıxmağı, şəst ilə "salam"
deyib qapıdan girməyi, bükülü bazarlığını stol üstünə qoyub mübarək
deməyi, uşağı qucaqlayıb min bir dil ilə oxşamağı, cibindən cürbəcür
hədiyyələr çıxarmağı, rəngli, şəkilli kitablar göstərməyi? Hanı axşamlar
sevgilisinin qolundan tutub bir məclisə, bir cəmiyyətə, toya, təvəllüdə,
görüşə getməyi! Hanı evinin səadəti, şənliyi? Deyərsən, dəyirmanın suyu
sovrulub, işıq həmişəlik sönüb. Qtaqlarda qu vursan, qulaq tutulur.
Divarlardan sükut, soyuqluq sezilir...
Baxışın tanışlarından biri, ara-sıra mərhumun qapısını açan, ərk ilə
yeyən-içən gödək, gövdəli kişi başsağlığına gələndə, Ağcanın kənara
çağırdı. Gizli söz deyən kimi, səsini alçaltdı:
- Ağca xanım, heç fıkir-zad çəkmə. Allah rəhmət eləsin. Dünyanın
işidir. Bir yandan bağlayan fələk, bir yandan açar. Özün bilməmiş olmazsan
ki, mən yenə subayam. Səni özüm nikah eləyəcəyəm, uşaqdaki...
- Tfu sənin murdar sifətinə! Sən bu evdə nə qədər çörək yemisən, ay
xain! Tfu alçaq üzünə sənin, tfu!..
Gödək kişi daş dəymiş köpək kimi zingildəyərək yox oldu.
Ağcanın - bu balaca həyətdə tənəyə, təhqirə uğrayan cavan ananı qəhər
tutdu. Ona elə gəlirdi ki, Baxışın matəmi onun bütün vücudunu qurutmuş,
gözündə bir damla da yaş qoymamışdır. Ancaq düşmən sözünün, acı
tənənin yarası sanki indi onun kövrək qəlbini yenidən qanatmışdı.
Gözlərindən yaş yox, qızıl qanlar axırdı. Yanaqlarından damla yox, ağır isti
qurğuşun dənələri tökülürdü.
Qonşular, qohumlar təkrar yığıldı, çox təsəllilər deyildi. Kimsə bilmədi
ki, nə olmuşdur.
162
Trestdən gələnlər olmasa, Ağca bəlkə də, kiriməzdi. Üç nəfər abırlıtəmkinli
kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb
anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər
Baxışın dostları idilər. Biri yoldaş Cuvarlı, biri də usta Mixaylov idi.
Üçüncüsünü Ağca tanıya bilmədi. Cuvarlı hal-əhval soruşandan sonra
bənnanın şəklini əlinə alıb xeyli baxdı.
- Ağca xanım, - dedi, fotoqraf gələcək, bu şəklin üzünü çıxardacaq,
böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz.
Deyərsiniz çəkər, neçə nüsxə lazımdır.
Trestin köhnə ustası Mixaylov da əlindəki bağlamanı kənara qoyub
əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu.
Qonaqlar çox oturmadılar, bir stəkan çay içdilər. Nəsə himləşdilər,
həyət-bacanı gəzdilər, baxdılar. Mixaylov bayaqkı qəzet bağlamasını əlinə
aldı, Ağcaya üz tutdu:
- Qızım, - dedi, - sən heç demə ki, Baxış yoxdu. Nə qədər biz varıq,
Baxış da var. Onun kimi sədaqətli yoldaş, handa bir usta heç vaxt yaddan
çıxmaz. Keçən ay tələbələrə yataqxana tikirdik, binanı on beş gün tez
verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki
aylıq mükafat yazdılar. Rəisimiz elan eləyəndə, ustasından fəhləsinə qədər
hamı bir ağızdan dedi:
- Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikintidə
qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün!
Mixaylov danışa-danışa bir dəstə yüzlüyü güzgünün qabağına qoydu,
üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin
həmkarlar komitəsinin təzə sədri sözə başladı:
- Ağca bacı, rəhmətliyin işini eşidən gündən partkomda da, trestkomda
da söhbət olub, Nadirə məktəbi qurtarana qədər təqaüd kəsilir, danışmışıq.
Sizə də...
Bu yerdə trestkom sədrinin dili gəlmədi. Ağcanın cavanlığına görə
təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç
soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi:
- İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik.
Mürəbbiyə yeri var. Məsləhətinizə baxın, ürəyiniz istəsə, ora keçə
bilərsiniz, baxın.
163
Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı:
- Gözünüz üstündə olsun, bir sənət öyrənsin.
Cüvarlı ananı arxayın etdi ki, Nadiri trestə gətirəcək, həm işləməyinə,
həm də oxumağına göz qoyacaq.
Ağca güman etməzdi ki, ən ağır dəqiqələrində qüvvətli, qüdrətli insan
əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq
verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar
tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam
çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər
əziz tutarlar.
Bayram olmazdı Baxışın evinə dəvətnamələr gəlməsin, albom olmazdı
şəkli vurulmasın, qəzet olmazdı adı çəkilməsin, xeyir iş olmazdı. Ağca
başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı
uşağı aparmasınlar.
Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər.
Evlər təmir olunanda, işıq, su, qaz, sobalar yoxlananda, ilk dəfə Ağcanın
evinə usta gələrdi. İstirahət evinə putyovka paylananda, Ağca siyahıdan
düşməzdi...
Ağca bütün bunları yaxşı başa düşürdü, görürdü ki, Baxış yalnız
ailəsində deyil, iş məqamında yoldaşlar içərisində də sədaqəti və ləyaqətilə
məşhurdur. Görürdü ki, isti bir qayğı onu həmişə, hər tərəfdən əhatə edir,
qol-qanadından tutaraq həyatın sürətli axnında aparır, dəstədən, mühitdən
ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir.
Özünün bağçada işə, oğlunun məktəbdə dərsə aludəliklə vaxt keçirdiyini,
gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü.
Bu evdə qəribə bir aləm vardı. İşıqlı pəncərənin qabağında zər haşiyəli
çərçivədə qıvrımsaç, güləş, sağlam, sinəsi açıq bir bənnanın şəkli
dayanmışdı. Yox, bu şəkil deyildi. Elə də şəkil olarmı? Güclü bir igid
dayanmışdı. Sanki Baxış öz otağına göz qoyub hər şeyə baxır, sevgilisinin
də, oğlunun da duruşuna, oturuşuna, dinib-danışmağına diqqət yetirirdi.
Deyəsən bu saat stol üstündə hoppanıb boğazlı çəkmələrini geyəcək,
döşəmədə gəzinəcək, Ağcanı da, Nadiri də danlayıb deyəcək ki, niyə
geyinib konsertə getmirsiniz, mən buradayam, niyə darıxırsınız? İşinizdə
olun!
164
Sanki bu igidin ayıq və iti baxışları gənc ailədə hər şeyi birləşdirirdi.
İşləyən də, oxuyan da hər an başda əyləşənin nəzərində idi. Uzun illər eyni
marağını, diqqətini saxlayan qıvrımsaç oğlan sanki evdəkilərdən də bunu
tələb edirdi. Sanki sakit, səssiz, davamlı, mənalı, mehriban nəzərilə deyirdi:
"Mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!"
Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə
aydın və mühüm idi. Onlar hər səhər öpüşüb ayrılanda, hər axşam öpüşüb
görüşəndə, Baxışdan bu sözləri təkrar-təkrar eşidirdilər: "Mən buradayam!
Siz işinizdə olun!"
Lakin bunlar təkrar deyildi. Hər gün başqa bir məna, başqa riqqət, başqa
bir hərarətlə səslənirdi. Bunlar ana-balanın öpüşlərindəki hərarət və təravət
qədər təzə və şirin idi, həmin öpüşlər qədər onları birləşdirirdi.
Birləşdirirdi deyirik. Qıvrımsaç oğlanın nəzərlərində birləşdirən qədər
ayıran bir qüvvə də var idi. Ağca da, Nadir də hər dəfə yuxarı başa nəzər
salanda, bu ayrılığı duymamış deyildilər. Ana oğlunu, oğul isə anasını
düşünürdü.
Oğul öz anasını Baxışın sağlığındakı qədər şən və qayğısız, ana da
balasını atalı vaxtındakı qədər bəxtiyar görmək istəyirdi. Hər ikisinin ciddicəhdi
bu idi.
Görərdin, anası uşağının kəsəmət pulunu yığıb ona maqnitofon almaq
istəyir. Uşaq isə həmin puldan gizlincə götürüb anasının sumkasına qoyur,
ona yeni palto pulu düzəldir. Xərcləməyə gələndə, bəzi ailələrdəki ixtilaf
burada da olurdu. Ancaq burada məzmun ayrı idi: oğul anasını, ana da
oğlunu vacib sayırdı.
- Atamın yoxluğunu dost-düşmən bilməsin. Yaxşı geyin, ana!
- Tay-tuşdan geri qalma, bilməsinlər ki, qabaqda atan yoxdur! Hələ ki,
mən varam, oğul!
Nadir "Şərəf lövhəsinin" yanından keçəndə, atasının şəklini orada
görmədi. Ağır bir kədər ilə bunu anasına dedi. Ağca, Mixaylova bildirdi.
Mixaylov dedi:
-Sabah axşam Nadiri də götürün, trestə gəlin! Dəvətnamə
göndərəcəklər! Hələ-həlbət!
Ağca kişisinin şəklini klubda adlı-sanlı işçilər cərgəsində görəndə,
razılığını bildirdi. Cuvarlı dedi:
165
- Ağca xanım, Baxışın şəklindən nigaran olma. Mən gözləyirəm
ki, bu gün-sabah Nadirin özünü məşhurlaşdıraq. Nadir FZU-ya gedir.
İndi cavanlar oradan boy atırlar!
Bayram axşamı raykomdan da gələnlər var idi.
Klub ağzınacan dolu idi. Cuvarlı məruzə eləyirdi. Trestin keçmişindən,
gələcək planlarından, qabaqcıl ustalarından deyirdi...
Ağca 5-ci sırada, oğlunun yanında oturmuşdu, daha doğrusu Nadir onun
yanına gəlmişdi.
- Ana, mən həmişə sənnən oturacağam!
Bu sevincli axşamda, bütün işçilərin tökülüb gəldiyi məclisdə anabalanın
yanaşı oturub şirin söhbət eləməyi də mənalı idi. Bugünkü işlər
barəsindəki məruzədə Baxışın adı çəkilməyəcəyini bir növ hiss etdirməmək
üçün Nadir anasnıı məşğul etmək, danışdırmaq istəyirdi. Ağca isə onun
qolunu tutub deyirdi:
- Qulaq as! Dayan!
Görünür bu incə mətləb məruzəçinin, Cuvarlı yoldaşın da nəzərində idi.
Söhbəti hərlədi, fırladı, o yerə gətirdi:
- Biz gərək trestimizin, otuz ildən bəri inşaat ilə məşğul olan, şəhər tikən
nəhəng idarəmizin tarixini yazaq. Qorki özü deyib, belə tarix vacibdir,
yoldaşlar! İnqilabımızın hər bayramını eləyəndə, baxıb görürsən ki, belə
tarix çox vacibdir. Bunsuz bizi yaxşı tanıyan olmaz. Odur, gündə bizə xarici
qonaqlar gəlir, Hələ daxili demirəm. Hər gələn də dəftərini açıb səliqə ilə
yazmaq istəyir: haçandan, kimdən, nədən nə cürə!.. Yaxşı, necə ola bilər ki,
mən bu şəhərin inşaat tarixindən deyəm, Baxış Baxışov kimi şərəfli bir
ustanın işini unudanı, üsulunu deməyəm, şəklini göstərməyəm...
Bu yerdə bütün zaldakılar əl çaldılar. Çoxları da dönüb beşinci sıraya,
yanaşı əyləşən ana-balaya baxdılar. Baxdılar, daha da bərkdən əl çaldılar.
Çoxunun sevincdən gözü yaşardı. Adamlar yalnız Baxışın əziz xatirəsinə
yox, həm də gül kimi balalar bəslə_____yən ananın vətəndaş ləyaqətinə əl
çaldılar.
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı, oğlunun əlini sıxırdı.
Nadir də ətrafına baxıb başını tərpədir, razılıq işarəsi verirdi.
Cuvarlı danışdıqca, bu səliqəli şəhərin bütün çətin tarixi, xoş mənzərəsi,
sabahkı dövranı Ağcanın nəzərindən keçirdi.
Cuvarlı yoldaşın sözü sözdür. Görərsən, iki gün çəkməyəcək ki, əli
qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları
166
dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca
ağ evlərin çoxunda Baxışov Baxışın adını görəcək, yazacaqlar. Lap təzə
binalara baxanda da Baxışı yad edəcəklər:
- Bu da Baxışovun işidir. Ancaq ata Baxışov ayrı, oğul ayrı.
- Hansı yaxşı tikib?
- Atanın ata yeri var, oğulun oğul!
- İkisi də bir əsrin oğlu, bir nəsil deyilmi?
- Bəli, tikənlər, quranlar nəsli!
- Bizim nəsil!
1958
XARİCİ NAXOŞLUQ
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu
sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan
söhbət gedir...
Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan
sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram.
Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini
izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt
məni tərk etmir.
Növbətçilik saatlarında yalnız ixtiyarında olan xəstələrlə məşğul
olmursan. Bir də görürsən, xəstəxananın darvazası taybatay açıldı. Budur,
"Volqa", "Pobeda" ya "Moskviç" maşınında, ya da lap yük maşınında "ahufla
təzə xəstələr gətirdilər. Düzdür, bizim xəstəxana şəhərin ucqar
yerindədir. Çarpayısı da azdır. Hər saat oraya xəstə daşımağa icazə
vermirlər. Amma gələni geri qaytarmaq da olmur. Biri qəfıldən sancılanıb,
birini maşın basıb, birini araq yıxıb, bir başqasını bıçaqlayıblar. Ya it
qapıb... Nə başınızı ağrıdım, böyük şəhərdir, bədbəxt hadisələr olur. Daha
belə yerdə nə həkim, nə şəfqət bacısı qapını bağlayıb xəstəni rədd edə bilər.
Nəsihət oxumağa, şəhər sovetinin qərarlarından maddə gətirməyə dəyməz.
Qanun da buna yol vermir. Adamın vicdanı da qəbul eləmir ki, deyəsən:
"Yoldaş, yerimiz yoxdur, qayıdın gedin!"
Bu axşam gətirilən xəstə dediklərimin heç birinə oxşamırdı. Nə it
qapmaq, nə sərxoşluq, nə bıçaqlanmaq söhbəti var idi. Əksinə, çox
167
sakit, çox mülayim, özündən də zarımaq, zıqqıldamaq deyilən şey
eşidilmirdi! Qəbul otağında divanda uzanan xəstəyə yaxınlaşanda şoferdən
soruşdum:
- Nəyidir xəstənin?
- Bilmirəm, doktor.
Şəfqət bacısına müraciət etdim:
- Buna nə olub?
- Bilən yoxdur.
- Bəlkə heç xəstə deyil, götürüb gətirmisiniz.
- Doktor, necə xəstə deyil, küçənin ortasında asfalta yıxılıb qalmışdı.
Camaat başına yığılmışdı.
Mən xəstəyə yaxınlaşdım. Doğrudan da bənizi qaçmış, rəngi solmuş,
taqətdən düşmüş gənc, nazik bir qızın sifətini gördüm. Qara qaşlar altında
xeyli dərinə çökmüş iri gözlər olmasa meyit güman edərdim. Sapsarı idi.
Lap ipliyi üzülmüşdü. Nə bir söz, nə hərəkət? Ancaq iri gözlərini ağır-ağır o
yan-bu yana çevirərək gəlib-gedəni süzürdü.
- Qızım, sənə nə olub?
Mən xəstənin nəbzini yoxlamaq üçün çöp kimi nazik biləyindən tutdum.
Nəbzi zəif vururdu:
- Sənin nəyindir, qız?
Xəstə başını çətinliklə mənə tərəf çevirib ağır-ağır dedi:
-Burada kino varmı?
- Nə kino?
- Televizorunuz varmı?
- Sən xəstəsən, ya əyləncə axtarırsan, qız?
- Axtarmıram, prosto soruşuram. Mən sualımı bir də təkrar etdim:
- Nəyindir, haran ağrıyır?
- Özüm də bilmirəm.
- Haçandan beləsən?
- Bu gün bulvar yanında yıxılmışam.
- Yaralanmamısan?
- Yaram yoxdur.
- Bəlkə dəyib, toxunan olub?
- Olmayıb! Özüm gedəndə sərələndim.
168
Mən xəstəni dərhal palataya, rahat bir yerə köçürdüm. İlk tibbi yardım
üçün nə lazımsa əmr verdim, hazırladılar.
Çox çəkmədi, xəstənin anası da gəlib çıxdı. Minnətdarlıq, razılıq
edəndən sonra xüsusi bir sözü olan adam kimi mənə yanaşdı, pıçıltı ilə dedi:
- Doktor, Ofelyanı nə qədər istəyirsiniz burada saxlayın, sağaltmamış
buraxmayın, qadanızı alım!
Xəstə sahibinin "damdandüşdü" xahişi mənə təəccüblü göründü.
Təəccüblü göründü ona görə ki, belə xahişlər bizdə az olur. Əksinə, analar,
atalar xəstələrini müalicə etdirən kimi tez çıxarıb aparmağa, xəstəxana
rejimindən qurtarmağa tələsirlər. Mən anadan soruşdum:
- Ofelya çoxdanmı naxoşdur?
- Çoxdan.
- Haçandan?
- Olar bir neçə ay.
Təəccüb elədim. Belə zəif bir bədənin uzun müddət naxoşluğa davam
gətirməyi, həkimə, müalicəyə xəstəxanaya müraciət etməməyi qəribə idi.
- Ay xala, bu zəif qızı vaxtında nə üçün müalicəyə gətirməmisiniz. Hətta
onun bizdə kartoçkası da yoxdur. Belə başısoyuqluq olar?
Ana başını tovladı, üzümə baxdı, ürəyinin dərdini açan adamlar kimi
səmimi danışdı:
-Ay doktor, indiki cavanlar bəyəm sözə baxır, bəyəm nəsihət
eşidir, bəyəm dərdini deyir? Kinodan, konsertdən macal tapır ki,
müalicəyə gəlsin, özünüz yaxşı bilirsiniz ki, hamısı incəlmək istəyir!
İndi başa düşdüm ki, ana nə üçün Ofelyanın buraya düşməyinə sevinir.
Evdə, sərbəstlikdə heç bir müalicə tədbirinə boyun əyməyən övladın
xəstəxana rejiminə tabe olması ana üçün doğrudan da təsəllidir. Məlumdur
ki, hər bir xəstəni və xəstəliyi bacarıqla müalicə üçün birinci şərt diaqnoz,
yaxud Sabirin dili ilə desək "dərdi təşxis" etmək, yəni dürüst müəyyən
eləməkdir, doğrudur, qocalarda, uzun müddət naxoş olub müalicəyə
getməyən, bədənini əldən salan, bir neçə azarı çarpazlaşan adamlarda təşxis
çətin, mürəkkəb olur. Ancaq müasir təbabət texnikanın, kimyanın köməyi
ilə ən pis xəstəlikləri açır, izah edir. Qorxulu, qaranlıq bir şey qalmır.
Rentgen şüalarını nüfuz eləmədiyi damar hanı? Xüsusən Ofelya kimi cavan,
on səkkiz yaşında bir qızın xəstəliyini təşxis etmək nə mürəkkəb üsul, nə də
elə bir axtarış
169
tələb edir. Təzə boy atan ting kimi gənc, yarımşəffaf bədəninin bütün
imkanları, nöqsanları da göz qabağında olur.
Ofelyanın müayinəsi və təhlilləri qızın zəifliyindən, qüvvətdən
düşməyindən başqa heç bir xəstəlik əlaməti göstərmədi. Cavan bədən,
imkanları tələbincə, vaxtında qidalanmayıb zəiflikdən üzülüb gedib, ayaq
üstə dayanmağa tab gətirməyib...
Mən qızın anasını danladım:
- Şükür, sizin məişətiniz, güzəranınız yaxşıdır, məktəbli bir qızın yeyibiçməyinə
niyə fıkir verməmisiniz, niyə bədənini üzmüsünüz, xala?
Ana dəfələrlə verilən sualdan təngə gəlmiş kimi əllərini dizinə çırpdı:
- Ay doktor, başına dönüm, qurbanın olum, əgər sən Ofelyaya gündə
ikicə dəfə xörək yedirdə bilsən, sənə ömrüm boyu minnətdar olaram!
Yemir, yemir a qadan alım!
- Necə yəni?
- Yemir, əzizim!
- Necə yemir, onun otuz iki dişi cağbacağ yerində, həzm aparatında da
bir azar-bezar yox, mədə şirəsi də normada. Niyə yeməsin?!
- Doktor, ona baxma, yemir, öldür yemir!
- Dadlı-duzlu xörəklərdən yeyər!
- Dünyada hər lezzətli xörək - cücə əti, evdə bişən yağlı kökə, dolma,
plov, qovurma və s. nə desin qabağına qoyuruq, geri itələyir, ayağa qalxır
ki, yemirəm, kökələrəm.
Məni gülmək tutdu. Hörümçək kimi bir bədən sahibinin kökəlməkdən
qorxması gülməli deyilmi?
- Nəyi kökələcək, onun bütün vücudunda beş kilo ət yoxdur.
- Qorxur, yemir! Onunku jurnaldır, kinodur.
- Mən onu yedirdim, sən tamaşa elə!
Doğrudur, mən döşümə döyə-döyə qadını arxayın elədim. O da
xəstəxana yeməkləri ilə kifayətlənmədi. Səhər-axşam cürbəcür xörəklər
bişirib yaraşıqlı boşqablarda qızının yanına daşımaqda davam etdi. Ancaq
sonra gördüm ki, Ofelyaya xörək yedirtmək o qədər də asan iş deyilmiş.
- Ay qız, bədənini üzməkdən məqsədin nədir?
- Siz nə deyirsiniz, doktor, məni eybəcər, bədbəxt elemək fıkrindəsiniz?
170
- Bu nə sözdür, qızım, bəyəm xörək yeyənlər eybəcər olur?
- Bəs nə? Görmürsünüz necə ləndəhor qadınlar var bizdə, Yevropada
hamı nazik, incədir. Adama fıqura lazımdır, fiqura!
- Nə görmüsünüz Yevropada, Yevropada olmusunuz?
- Mən "Ekrana" abunəyəm.
- "Ekran" artistlərin jurnalıdır, siz də artist olmaq arzusundasınız?
- Xeyr, artist yox, artistka!
- Artistkanın da bədəni gərək qüvvətli olsun.
- Mən qüvvət yox, fiqura istəyirəm.
- İncə olmaq istəyirsiniz?
- Bəli, mən incə olmasam özümü öldürərəm.
Mən qızın zəif vücuduna işarə etdim.
- Bundan da incə?
- İstəyirəm incə olum. Doktor, siz mənə bu xörəklərdənsə elə dərman
verin, bədənim hörümçək kimi olsun, özüm də quş kimi uçum!
Quş kimi ha!..
Mən aşkar görürdüm ki, Ofelya xəstə-zad deyil, bəzi kinofilmlərin
qurbanıdır.
Ofelya xəstəxanada bir həftədən artıq qalmadı. Nə məsləhət eşidir, nə
dərman qəbul edir, nə də verilən xörəkləri yeyirdi. Birtəhər sürünüb özünü
televizorun qabağına salır, "xarici" film olmayanda kitabxanadan "Ekran"
jurnalını (şübhəsiz ki, xaricdə çıxan jurnalı) gətirib vərəqləyir, bədənini,
paltarını cürbəcür biçimlərə salır, güzgü qabağında dururdu.
Anası bu dəfə qızının yanına gələndə mən xahiş elədim:
- Maşını buraxmayın.
Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki, mən maşına oturmaq
istəyirəm.
- Buyurun, doktor!
- Mən yox. Ofelya gəzmək istəyir.
- Nə gəzmək?
- Kinoya getmək istəyir.
Ofelya bu sözü eşidib özünü həyətə atdı, anasını səslədi:
- Ana, mənim paltarlarımı gətir, tez ol. "Nizami"də "Yevo Lyubov"
gedir, baxmasam ölərəm!
Ofelyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya
qaytarmasın.
171
- Onun azarı ancaq klubda müalicə oluna bilər.
- Bu nə azardır, doktor?
- Bu xaricdən gəlmə azardır. Bizlərdə olmur, xala!
- Xarici mal eşitmişdim, xarici azar birinci dəfə eşidirəm. Bəs bu
zəhrimar Ofelyanı haradan tutub?
- Bəzi kinolardan tutub xala, sağalar, qorxma! Bu da mal kimi bir
şeydir, təzə çıxıb.
1960
EHTİRAM
Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına
çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən
sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin
gedirsən.
Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli
olur; enmək isə asan, ani və qüssəli olur.
Düzənliyə enib Ağsu kəndinin tozlu küçələrinə çatanda susuzluq
duyursunuzsa, maşını dayandırıb sıx ağaclı, hasarlı bir həyətin qapısını
döyürsünüz.
- Ay ev yiyəsi, bir stəkan sərin su olarmı?
Ürkək və utancaq kənd qızları nabələd qonağı görən kimi "bu saat"
deyib budaqları bir-birinə sarmaşan nar, heyva, gilənar, gilas, armud
ağaclarının altında yox olur, bir dəqiqə sonra abı kasada sizə su gətirirlər.
Öz əksinizi göstərən duru, sərin suyu başınıza çəkib məktəbli qızına
təşəkkür deyəndə, qızdan ədəblə "afiyət olsun" eşidəndə cürətə gəlib bir
xahiş də edirsiniz.
- Qızım, bu kasanı bir də doldurmaq olarmı?
- Niyə olmur, əmi, suyumuza nə gəlib?
Qız içəri qayıdan kimi ucaboy bir qadın kəlağayısını yellədərək qapıya
yaxınlaşır:
- İçəri buyurun, qardaş, bizlərdə qonağı qapıda saxlamazlar, keçin içəri!
- Sağ olun, yol keçirik, gedəcəyik.
172
- Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin.
Kəlağayılı qadın qəti əmr ilə sizi içəri çağırır, kiçik gözləri ilə maşını
süzəndən sonra soruşur:
- Gəlişiniz deyəsən Bakıdandı, qardaş?
- Bəli, Bakıdandır!
- Çünki buralara Moskvadan, Tiflisdən də gələnlər olur.
- Yox, biz Bakıdan gəlirik.
- Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bakıda mənim nəvəm oxuyur.
Bəlkə eşitmiş olasınız. Ehtiram!
- Ehtiram?
- Bəli, Ehtiram!
- Harada oxuyur Ehtiram?!
- İnstitutda oxuyur.
- Oğul nəvənizdir, ya qız?
- Qızdan bircəsi var, sizə su verən. Oğuldandı, kiçiyidir, böyük qardaşı
aqronomdur, həmişə əkin, tikinti üstündə olur. Qız da, allah sizinkiləri
saxlasın, daş-torpağı oxuyur. Yanlarınca fəhlə aparırlar, yeri qazır, intiresni
şeylər tapırlar, hər yay dağlara çıxır.
- Bacı, famili nədir Ehtiramın?
Qadın üzünü həyətin lap içərilərinə tərəf tutub, su verən qızdan soruşdu:
- Nədi ağız, Ehtiram nə yazdırır, Həsən qızıdı, yoxsa Qarayev?
Qızdan səs gəlmir. Səs gəlmir, ancaq siz bu sualın üzündən Ehtiramın
kim olduğunu öyrənirsiniz?!
Öyrənirsiniz demək də düz olmaz, tanıyırsınız, tanıyırsınız, çünki
Ehtiram sizin çalışdığınız institutun tələbəsidir. Yaxşı bilirsiniz ki, üçüncü
kursdadır. Özü də hər il yay ekspedisiyalarında iştirak edir. İştirak edir, ona
görə ki, siz, lap siz özünüz dekanata göstərib zəmanət vermisiniz ki, "bu
zirək qızdır. Kəndləri də pis tanımır, alimlərə köməyi dəyər, briqadaya
salın!".
Dekan da sizin zəmanətinizi nəzərə alıb, Ehtiramı kəşfiyyat işinə cəlb
eləyib, qızın sevincinin hüdudu yoxdur. Ancaq kəlağayılı qadın bu işlərdən
xəbərsizdir. O nə sizin kim olduğunuzu, nə Ehtirama zəmanət verildiyini, nə
də işlərinin məhz siz tərəfdən yoxlanıldığını bilir.
Bunların heç birini bilməyə-bilməyə kəlağayılı qadın sizi yarıxoş,
yarıcəbr çəkib evə, qonaq otağına aparır ki:
173
- Maşından nigaran olmayın, baxanımız var, bizim yerlərdə əyrilik
olmaz. Əyləşin bir stəkan çay için! Hələ günortadır, dincəlib sonra
gedərsiniz.
Əslinə baxsan sizin ,heç yolda dayanıb dincəlmək niyyətiniz yox idi.
Bəlkə bu kəlağayılı qadın Ehtiramdan söhbət salmasaydı, siz heç
dayanmayacaqdınız. Nəvəsinin sizdə oxuduğunu biləndən sonra siz də istəristəməz
dayanmalı oldunuz, qadının dedikləri ilə maraqlandınız.
Həqiqətən maraqlıdır. İki adamın arasında üçüncü bir adam haqqında
söhbət gedir. Özü də danışanların biri kəlağayılı qadın, güman edir ki, siz
onun nəvəsini tanımırsınız. Tanımadığınız bir adam haqqında bes nə üçün
söz açırsınız?
O da məlumdur: kəlağayılı qadın Ehtiramı sizə tanıtmaq, həm nəvəsi ilə
fəxr etmək, həm də sizin Bakıya qayıdandan sonra Ehtiramı tapıb əhvalatı
danışmağınızı xəyalında arzulayır. Siz isə öz təmkinini pozmur, tələbəniz
Ehtiram haqqında danışmazdan əvvəl onun ailədə, kənddə, valideyn
yanındakı ehtiramını bir növ yoxlamaq istəyirsiniz. Bunun özü pis deyil.
- Bacı, nə dediniz, necə oxuyur, dərslərindən neçə qiymət alır,
razısınızmı?..
- Qardaş, qızın oxumağına söz ola bilməz. Bir od parçasıdı.
Deynən! Gecə-gündüz, yay-qış, tətil demə, bayram demə, kitab əlindən
düşərmi. Deyirəm, ay ərkansızın qızı saralmısan anqutun çıxıb, yatağa
düşəcəksən, bu nədi. Dəftər-kitaba da adam belə aludə olar, sən mənim
üçün professor-zad olmayacaqsan ki...
Siz qadının mühakimələrinə gülürsünüz:
- Ay xanım, məni bağışlayın, adınızı da bilmirəm.
- Səltənət!
- Səltənət xanım, nədir bəyəm, qızlardan professor çıxmağına siz
inanmırsınız?
- Niyə inanmıram?! Şura hökuməti bunlardan lap yaranal da çıxardar,
amma ki...
- Amma niyə?
- Amması var, çünki qız xeylağının bir ayrı yeri var, oğlanın da bir ayrı.
- Qızın oğlandan nəyi əskikdir?!
- Qız, qadan alım, qardaş, tez azır.
- Azmaq nəyə deyirsən, teatr-kinoyamı?!
174
- Yox, kinoya yox, televizoru özüm də hər axşam evdə qurub baxıram.
Ona azmaq deməzlər. Azmaq odu ki, dindən-imandan kənar şeylər.
- Bizim qızlar indi çox ağıllı-kamallı böyüyürlər, Səltənət xanım.
- Kamalına sözüm yox, qudurmasın, azmasın.
- Azmazlar, yox!
- Bax elə Ehtiram, May bayramında gəlmişdi. Yenə dastan başladı.
- Nə dastan?!
- İndi də yeri qurtarıb, göydən başladı. Deyir ki, göydən adam
gəlıb.
- Necə yəni?
- Deyir göyə fışənglə adam gedir, bir saatda külli dünyanı dolanıb, xəbər
gətirir!
- Səltənət xanım, siz buna inanmırsınız?
- Qardaş, fışəngə barıt qoyarlar, indi də göyə fışəng atırsınız.
- Lap böyük fışənglər atılır, içində maşın, cihaz, adam da gedir.
Bizim alimlər indi elə maşın çıxardırlar ki, doğrudan möcüzə.
- Qız deyir, təyyarəçi oğlan fışəngə oturub göyə gedib. Deyirəm, bəsdibəsdi!
Ağlın olsun, asi-asi danışma. Qız durub məni başa saldı ki, indi göy
aləminə belə deyirlər. Mars belə getdi. Nə bilim, ay qardaş, bu qız
göylərdən, ulduzlardan şeylər danışır, quruyub qalırsan.
Deyirəm, qızım, sən yerdə, skamyada otura-otura, göydən nə xəbər
bildin?! Deyir yox, alimlər göydə nə var öyrənirlər. Fişəng atıb şəkil
çəkirlər. Göyün altını da görüb götürüblər, üstünü də. Vallahı, Ehtiram
bayram günlərində burada şeylər danışdı ki, daha nə deyim?!
- Səltənət xanım, Ehtiram oxumuş qızdır, mövhumat, xəyalat danışmır,
elm danışır. Bu saat bütün dünya göyə gedib-gələn təyyarəçi igiddən
danışır. Eşitməmiş olmazsan: Qaqarin.
- Bəli, radiolardan eşitmişəm. Şəklini də görmüşəm. Ailəsi ilə bir yerdə.
Ehtiram gətirmişdi, bütün qonum-qonşu baxıb. Bir boylu-buxunlu, igid
oğlandı, sağ olsun!
- Qaqarin saat yarım ərzində yeri də fırlanıb, göyün də iqlimini, havasını
öyrənib gəlib. Bütün dünya onun möcüz kimi sifətinə heyrandır!
- Hə, Ehtiram deyir guya göydə dəmir də, daş da yarpaq kimi yüngül
olub uçur. Lap mat-məəttəl qalmışam.
- Göydə təəccüblü şeylər çoxdur. Qaqarinin səfərindən sonra təzə
kitablar bağlanır, mühazirələr oxunur, şəkillər çəkilir. Səltənət xanım,
175
siz gəlin nəvənizin sözünü qürbətə salmayın, o, boş söz danışmır. Kitab-zad
necə, oxuyursunuz, ya yox?
- Gecə kursunu çoxdan qurtarmışam. Başım kolxoz işinə, nəvə-nəticəyə
qarışandan sonra daha kitab oxuya bilmirəm. Allah sizinkiləri də saxlasın,
uşaqlar oxuyub, danışırlar. Şükür, radiomuz-zadımız var.
- Ehtiram kimi nəvəsi olanın gərək heç nə yadından çıxmasın: nə kitab,
nə qəzet!
- Ehtiram çox şeylər danışır, mənim ağlım bir şey kəsmir, qocalmışam.
- Kəsər, kəsər, Ehtiram ağıllı-kamallı qızdır. Sənə bir şey deyəcəyəm,
bilmirəm inanarsan, ya yox.
Səltənət təəccüblə üzünüzə baxır və güman edir ki, siz də nəvəsi kimi
onunla deyişməyə hazırlaşırsınız. Özünü ciddiləşdirib soruşur:
- Nə deyecəksiniz?
- Onu deyəcəyəm ki, Ehtiram bizim öz institutumuzda oxuyur.
- Yox canım! Yalan olar, qardaş!
- Yalanı-zadı yoxdur, Ehtiram mənim öz tələbəmdir.
- Düzünü deyin, qardaş. Ona siz dərs verirsiniz?
- Ehtiramı dağlara, briqadalarda elmi təcrübəyə göndərən mən özüm
olmuşam. Əgər günah bilirsənsə, onu danlama, məni danla, Səltənət xala!..
Səltənət xala əvvəl dediklərinizə inanmaq istəməsə də, Ehtiramın işini,
dərsini, təcrübəsini, vaxtın yeri ilə, yurdu ilə deyəndən sonra inanmağa
məcbur olur və yarıfərəh, yarısual deyir:
- Qardaş, deyəsən sizi bura göndərən var axı?
- Var, bəli!
- Deyirəm axı!
Səltənət lap özünü yığışdırır, ev-eşiyə göz gəzdirir, balaca qızı səsləyir,
elçi qarşılayan analar kimi təşvişə düşür, ciddiləşir:
- Qız, xörək-zad hazırlayın, qonaqlar acdır. Bəs, a qadan alım, kim
göndərib sizi?!
- Bizi də Ehtiramı təcrübəyə göndərən institut göndərib. Göndərib ki,
tələbələrin işləri ilə tanış olaq, onlara kömək edək. Səfərimiz Şuşayadır!
- Ehtiramın yanına gedirsiniz.
- Bəli, onun briqadasına baş çəkəcəyik. Sözündən-sovundan?
176
Səltənət mətbəxə qaçdı.
- Qıza bir balaca ev xörəyindən-zaddan, yazbaşı ağartıdan, həyətdən
dərilən göyərtidən, tərəvəzdən...
- Şuşada nə çoxdur belə şeylər...
- Yox, evin əvəzini verməz, qardaş, zəhmətini çəkin! Bir balaca əmanət
aparın!
- Gözümüz üstə!
- Yəqin Ehtiramı görəcəksiniz?
- Axşam onun yanındayıq.
- Çox-çox salam-dua. Sizin yanınızda da bilmədim; artıq-əskik
danışdım. Qardaş, qıza deməyin, utanar.
- Əksinə, qıza təşəkkür edəcəyəm ki, nə yaxşı dilavər, qonaqpərəst, iş
bilən nənən var!
- Yox canım, cavan vaxtımda qonaqpərəstliyim bişirib-düşürməyim var
idi. İndi daha canım zəifdir, qardaş, yetirə bilmirəm.
- İgid-igid nəvələr böyüdənin ürəyi dağ kimi olar, necə ki, görürəm.
Bir zəiflik yoxdur.
Səltənət xanım həm iftixar, həm də xəcalət hissi ilə başını tərpədib sanki
təsdiq edirdi.
Dağda, kəşfıyyat işində çalışan qıza, Ağsu təsadüfünü danışanda
inanmaq istəmədi.
- Nənəm elə şeyləri qonağa danışmaz.
- Necə danışmaz, nənən Nəbinin Həcəri kimi qadındı, qonaqlara macal
vermirdi.
- Görünür, sizi tanımayıb.
- Tanımadığı üçün də sərbəst danışdı.
- Eyib olub!
- Eyib-zad deyil, açıq danışmağı bizə ləzzət verdi. Ancaq sən gərək
onunla məşğul olasan, köhnə, mövhumi təsəvvürlərini dağıdasan, elmdən,
məktəbdən, yeni həyatdan elə danışasan ki, həm maraqlana, həm də inana!..
- Günün tutulmasına hisli şüşə ilə baxdıranda gözləri bərəlir, hey suallar
verir.
- Elə olacaq. Bir dəfə maraq oyandımı, əl çəkməyəcək... Şifahi təbliğat
bəs nədi, buna deyirlər də!
1961
177
HEYKƏL UÇULANDA
Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!
M.Ə.Sabir
Yayın cızlamasında, bulvarın gur yerində su dükanının qabağında adam
əlindən keçmək olmurdu. İki nəfər ağxalatlı zirək qız hər ovcunda dörd-beş
stəkan siroplu su doldurub peydərpey camaata verirdi. Manatlıqdan,
abasılıqdan hərə əlinə gələni yaş nimçəyə atır, su istəyirdi. Pul saymağa
hövsələ, macal yox idi. Ucaboy, sarıyanız, həsir papaqlı, döşündən
pəhləvanlıq nişanı sallanan bir oğlan adamları kənara itələyib irəli yeridi,
suçuya işarə elədi:
- A qız, bəri dur!
Stəkanlara qazlı su, sirop tökən başıaşağı qız etina etmədi.
- Bəri dur demirəm sənə, həyasız!
Oğlan bunu deyib taraş stəkanı qızın başına vurdu. Qız "vay dədə" deyib
əli ilə başını tutdu, kürsüyə yıxıldı, fışqıran qan onun əlini, üzünü qırmızıya
boyadı. Adamlar həyəcanla bir-birinə dəydilər:
- Bu nə işdir?
- Yazığın günahı nədir?
- Bu xuliqanlıqdır!
- Kimdir o? Niyə yaxalamırsınız cinayətkarı?
Oğlan heç nəyə fıkir vermədən vəhşi heyvan etinasızlığı ilə şüşədən
stəkana su töküb qurthaqurt içdi, stəkanı atıb getdi.
Bütün gözlər onun tam yaraşıqlı uca boyuna, vəhşi hərəkətlərinə
dikilmişdi, danışmaq, nəsə demək istəyənləri sakitləşdirdilər.
- Sus!
- Bənd olma!
- İş idi düşdü...
- Necə yəni iş, xuliqanı yerinə aparmaq, alnına damğa vurmaq lazımdır.
- Ay hay! Sən də qəribə danışırsan?!
- Nə danışıram, əyri danışıram?
- Axı, qardaş, bilirsən o kimdir? (Cavab gözləmədən, gizli bir sirri
açan kimi bərkdən əlavə etdim.) Dünyamaliyevin bacısı oğlu!
Bu sözü eşidəndən sonra danışanlar dinmədi. Qız da səsini kəsdi,
ufuldamadı, yanındakılar da ona təsəlli verdi: "Keçib gedər, yayda qan
aldırmaq cana xeyirdir, qızım! Qorxma, yaxşı olarsan!"
178
Dünyamaliyevin, daha doğrusu, Dünyamaliyev yoldaşın özünü
tanımasam da...
Pis danışdım; Dünyamaliyev yoldaşı yaxşı tanıyıram və bizim rayonda
onu tanımayan yoxdur və ola bilməz. Ancaq ki, o məni tanımır, mənim kimi
balaca bir adamı elə mənsəb sahibi hardan tanısın və niyə tanısın, xırımxırda
adamları tanımağa onda vaxt hanı? Onun nəyinə lazımdır ki, məni
tanısın.
Amma bacısı oğlunu mən tanıyıram, tanıyıram deyəndə bir əlaqəm, getgəlim
yoxdur. Onun atası bir zaman bizim rayonda qəzet çıxardırdı. Famili
də Aşumov idi (əvvəl Haşımov imiş, sonra belə olmuşdu), Dünyamaliyevin
gurhagur vaxtında yeznəsi Aşumov da bizim rayon qəzetxanasının böyüyü
idi. Düzdü, vəzifəsi qəzetxana müdirliyi idi, amma deyəsən kişi elə bütün
rayonun ağası idi.
Qəssabxanadan görərdin bütün bir qoyunu maşına basıb Aşumovun
evinə aparırdılar. Xəstəxanadan "Aşumov yoldaşın evinə filan dərmanı
göndərin". Teatrda eşidərdik ki, "hələ oyunu başlamayın, Aşumov yoldaş
baxacaq, qoy gəlsin". Yollarda görərdik dirək uzadıblar, maşınları
buraxmırlar ki, Aşumovun səsdən xoşu gəlmir. Aşumovun uşaqları da bunu
bilirdilər. Aşumov budu gəldi, Aşumov odu getdi. Rayonda elə dik
gəzərdilər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Aşumov belə Aşumov
idi!
Görərdin küçələrdə maşınların ağzı açıldı nə açıldı. "Volqa"sından,
"Pobeda"sından tııtmuş rayonda nə maşın var bəzənib yola çıxardı. Birində
sazanda, o birində güzgü, bu birində tirmə şal, bu nədir? Aşumovun toyu!
Özünün toyu yox ha, oğlunun, ya bacısı oğlunun toyu! Bu dəm-dəsgah
hamıya məlum idi.
Adam yox idi ki, Aşumov onun yuxusuna girməsin, canına lərzə
salmasın... Bizim rayonun camaatı buna bir növ alışmışdı, dözürdü, amma
mərkəzdəki yoldaşlar buna dözmədilər. Gün o gün oldu ki, Aşumovu işdən
çıxardılar. Mərkəzdən bir böyük komissiya gəlmişdi. Aşumovun işlərini
yoxlayanda nə tapılmışdısa, nə yazılmışdısa kişi neçə həftə o yan-bu yandan
kağız gətirdi, şahid axtardı, heç nə eşitmədilər. Dərhal əmrini verib işdən
çıxardılar. İşdən çıxanda nə olar? Vəzifə həmişəlik adamın boynuna
biçilməyib ki! Amma Aşumovun məsələsi ayrı cür oldu. Camaata birtəhər
gəldi: "Bəli, Aşumovu da dəbərtmək olarmış".
Danışırdılar ki, Aşumov təyyarə ilə uçacaq, şikayətə gedəcək, böyük
yerdən kağız-filan gətirəcək. Amma getmədi, məsələ ayrı cür
179
oldu. İşdən çıxandan, bilmirəm bir həftə, ya on gün sonra kişi vurğu vurmuş
kimi yıxılıb öldü. Bir gecə yatdı, səhər durmadı. Biri dedi iflic olub, biri
dedi ürəyindən, biri dedi böyrəyindən! Hər nəsə, yas quruldu, ağlaşma oldu.
Kişini götürdülər, dəfn-kəfin elədilər.
Hamı dağılıb işinə, gücünə getdi. Nə idarələrdə, nə küçələrdə, nə də
tarlalarda Aşumovdan bir əsər-əlamət qalmadı.
Fələk öz işində idi. Yenə öz qaydası ilə səhər açılır, axşam vaxtında
düşür, günəş, bulud, külək, yağış, hava, hamısı qaydasında! Aşumovun
uşaqlarının işi qəribə oldu. Bu firon uşaqlar indi kağız kimi qatlanmalı
oldular. Necə də qatlanmasınlar? Hara baxdılar, bir havadar görmədilər.
Bunların gözünə dağ görünməz, Aşumov görünərdi. Ataları həmişə
qarşılarında uca bir heykəl kimi durardı. Uşaqlar elə bilirdilər ki, bu şəhərdə
sözü keçən, adı tutulan bir adam varsa, o da atalarıdır.
Şəhərin idarəsini, təşkilatını, adamların həyatını quran, qaydaya salan da
ancaq atalarıdır. Amma elə ki, Aşumov öldü, gördülər yox, ey dili-qafıl! Nə
qoyub, nə axtarırsan? Ölən bir qarğa, ya sərçə imiş! Dünyanın, camaatın heç
vecinə deyil!
Radiolar danışır, konsert verir, teatr tamaşaları göstərilir, tramvaylar
zınqhazınq sağa-sola gedir. Camaat toy-bayram eləyir, evlər tikilir, küçələrə
asfalt salınır, cərgə ilə ağaclar əkilir, göyərir, işıq dirəkləri ucalır,
rəngbərəng maşınlar sürətlə belədən-belə keçir, milislər küçə hərəkətinə
nizam verir.
Deyəsən heç bu şəhərdə nə Aşumov, nə də Aşumov nəsli var imiş!
Böyük oğlu Nadir küçədə papiros damağında dayanırdı - görsün bunun
kefini necə soruşacaqlar, gördü heç bunu görən, saya salan yoxdur. Axırda
yanından keçən bir oğlanı tutdu:
- Adə, student, mən Aşumovun oğluyam ey!
Tələbə başa düşmədi:
- Nə istəyirsən, xalaoğlu?
- Deyirəm mən Aşumovun oğluyam.
- Aşumov kimdir?
- Aşumov?!
Nadir az qaldı tələbənin ağzından bir yumruq vura ki, "belə filan,
Aşumovu məgər tanımırsan?"
Tələbə onun barmağında sıxdığı papirosuna, qızaran üzünə baxdı, kefli
olduğunu güman edib milis çağırdı.
-Yoldaş milis, yoldan keçənə sataşır, bu keflini aparın.
180
Milis işçisi Nadirin qolundan tutanda Nadirin bütün bədəni gizildədi,
zehnindən təəssüflü bir xitab keçdi. "Ey dili qafil, gör nə aləmdir, sən
yatmısan, Aşumov kimdir, zad kimdir!"
Nadir milisionerə də özünü tanıtmaq istədi:
- Aşumov mənim papamdır!
- Yeri, yeri, papa-mapa bilmirəm, vətəndaşlara sataşanın on beş sutkası
var, yeri!
Nadir bir ətrafına baxıb vurnuxdu, adamların başına vurmağa taraş-taraş
stəkan axtardı. Milisioner onun qolundan tutanda oğlanın yadına düşdü ki,
yox, indi daha o zaman deyil! Vaxtı ilə gözündə dikələn, böyüyən,
parıldayan, rəngbərəng vəzifəli adamlar... Tunc, daş, sement heykəllər
gurultu ilə uçulub töküldü, vahiməli bir mənzərə göründü...
Nadir diksinib yuxudan ayılan kimi əllərini yuxan qaldırdı, başını tutdu,
güman etdi ki, hamı vahiməyə düşəcəkdir. Qəribə idi, heç bu uçurumdan
səs-səmir çıxmadı, deyesən bunlar hamısı qarışıq bir yuxu idi və ancaq onun
gözünə görünürdü, ətrafına baxanda gördü ki, milisioner maşın çağırır:
- Bu sərsəmdir, yeriyə bilmir, maşına qoy apar, növbətçiyə təhvil ver,
qoy ayıltsınlar, gəlib dərsinə baxacağam. Mən gəlməmiş damlamasınlar,
gözləsinlər!
Müxtəlif materialdan yaranmış cürbəcür heykəllər isə Nadirin gözündə
hey uçulub tökülməkdə, toz-duman qoparmaqda idi. Sirli bir pərdə dalında,
sükut içində təkrar olunan bu mənzərəyə, deyəsən Nadirdən başqa baxan,
tamaşa eləyən yox idi. Hər kəs öz işində idi. Adamların kefı saz, hava xoş,
şəhər çilçıraqban idi.
1962
.
AY İSMAYIL, BAŞA SAL!
Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən
bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir
vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər
pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər
rüşvət!
Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var.
Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi
alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada
181
nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin
eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən
özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək
istəyirəm ki, ayrı şey, yəni nə?
Mən bir on-on beş il əvvəl Xaçmaz tərəfdə müəllim idim. Rayonun lap
mərkəzində, meydanın qabağında, orta məktəbdə hesab dərsi deyirdim.
Orda da bir "paxodnı" çəkmə geyən, saçı kəsik arvad, daha doğrusu xanım
var idi. Nə istəsə heç kəs ondan müzayiqə eləmirdi. Adı da Rütubət xanım
idi. Görürdün, Rütubət xanım budur gəldi qəssaba işarə elədi:
- Əmioğlu, o şaqqa necə şeydir?
- Erkək ətidir.
- Çək onu!
- Baş üstə!
- Ya mədəd!
Qəssab şaqqanı çəngəldən götürüb tərəziyə qoymaq istəyəndə
xanım səsləndi:
- Ya heç çəkmək lazım deyil, bük bir kağıza aparım.
- O da baş üstə!
Qəssab şaqqanı, quyruğu da üstündə səliqə ilə qəzetə büküb verirdi.
Rütubət xanım düzəlirdi yola. Mən təəccüb eləyirdim:
- Bəs niyə pul vermədi? Düşünürdüm ki, yəqin tanışdırlar, sonra
haqq-hesab çəkəcəklər.
Həmin qadını aşxanada xörək yeyib ayağa duran, ağız-burnunu silib
çıxan görürdüm. Ya görürdüm ərzaq mağazasına girdi, qənddən, çaydan,
düyüdən, yağdan səbətini doldurub çıxdı. Mağaza müdiri də baxa-baxa
qalırdı. Lap məəttəl qalmalı işdir... Bəlkə lap kommunizmə keçmişik. Pullar
götürülüb, mənim xəbərim yoxdur?
Onu da deyim ki, saçı kəsik qadın, yəni Rütubət xanım bu
səyahətlərində tək deyildi. Yanında ucaboy bir milis işçisi gəzirdi, onun
səbətini, ya çamadanını gəzdirirdi. Bazarı gəzdikcə səbət dolub ağırlaşırdı,
amma xanımdan bir qəpik də çıxmırdı. Lap təəccüblü iş idi? Bazarkom belə
olmaz. Naloq yığan heç olmasa qəbz verir! Dequstator da belə eləməz!
Bir dəfə gördüm təzə açılmış bəzzaz mağazasında Rütubət xanım toptop
parçalar töküşdürdü, hərəsindən bir paltarlıq kəsdirib səbətinə yığdırdı,
yoluna düzələndə bəzzaz çağırdı:
182
- Bura bax!
- Nə var?
- Bacı, pulu qaldı axı?
- Nə pul?
- Parçaların pulu!
Arvad yanındakına tərəf döndü:
- Ay İsmayıl yoldaş, sən başa sal!
İsmayıl da bəzzaza yanaşdı ki:
- Bənd olma!
- Necə?
- Deyirəm, bənd olma!
- Bəs necə olsun?
- Kişinin bacısıdır, yaz spesə! Spesə yaz!
- Nəyə yazım?
- Spesə!
Bezzaz mat qalmışdı. Arvad barmaqlarını az qala onun gözünə soxub
deyirdi:
- Bu qanmazı hardan gətiriblər bura? Bəyəm məni tanımırsan?
- Yox, bacı, tanımıram!
- Tanıyarsan, keç otur yerində!
- Axı necə?
- Ay İsmayıl, bunu başa sal! Görəsən hansı dərədən gətiriblər.
Guya Quba mahalında adam tapılmırdı. Başa sal, ay İsmayıl!
İsmayıl da mağaza müdirini səslədi. Müdir satıcının üstünə qışqırdı:
- Əyə, işin olmasm, spesdir! Yaz spesə!
Mən də kənardan bunları görüb mat qalırdım. Axı bu nə rüşvətdir, nə
hörmətdir?
Deyirlər bu qorxudandır.
Qorxudan adam malını, pulunu quldura, oğruya, yol kəsənə verər, o da
dağda, xəlvət dərədə, yamacda. Axı, günün günortaçağı, şəhərin ortası,
camaatın gözünün qabağı, Sovet hökumətinin oğlan vaxtı, kişi niyə malını
əldən versin, belə şey görünməyib, canım!
- Qorxudan!
Sən demə, bu qorxu ayrı qorxu imiş.
Sən demə, Rütubət xanım ayrı xanım imiş. Lap böyük adamın bacısı
imiş. Qabağında kimsə dinmirdi. O, bazara çıxdımı, hamı gizlənməyə
çalışır, satdığı malları qaçırdırdı. O da ayıq adam idi. İsmayıla göz
183
vurur, qırğı kimi gedəni yolda saxlayıb, ovlayır, xurcunları tökür,
bəyəndiyini səbətə atırdı. Neçə illər həmin xanım mahalda atını oynatdı.
1953-cü ildə, daha doğrusu, əlli üçüncü ilin yazında birdən-birə Rütubət
xanımın ayağı kəsildi.
- Nə oldu bu xanıma?
Xəbər verən yox idi. Biri deyirdi naxoşdur, biri deyirdi qaçıb. Kimisi
deyirdi ölüb, amma milisioner İsmayıl yenə bazarda idi. İki əlini dalında
çataqlayıb dayanır, deyəsən məzuniyyətə çıxmışdı, dayanıb bu fani
dünyanın işlərinə tamaşa eləyirdi.
- Ay İsmayıl, Rütubət xanım hanı bəs?
İsmayıl bir ayağını götürüb o birisini qoyub, ətrafına baxınır, dinmirdi.
Vaxtı ilə hamını "başa salan" İsmayıl, indi nitqdən düşmüşdü. Susurdu.
- Ay Ismayıl, necə oldu bəs o arvad!
- Nə arvad,əyə?
- Rütubət xanım.
İsmayıl susub, boynunu qaşıyırdı.
- Rütubət xanım hanı?
- Ayrı söhbət danış!
Rütubət xanım o gedən getdi, bir xəbər çıxmadı.
Rütubət xanımın şəhərdə boğazlı çəkmə ilə addımladığını, İsmayılın
kölgə kimi həmişə onu izlədiyini, əmrinə "baş üstə" deyib durduğunu,
səbətini xüsusi bir zirəkliklə götürdüyünü görən adam deyirdi, bu arvad
rayonun allahıdır. Heç güman etmək olmazdı ki, bu rayonda kök salan
Rütubət xanım bu tezliklə yox ola!
Amma əlli üçüncü il yaman il idi. O ilin yazında nə oldusa, Rütubət
xanımın çərxi çevrildi. Xanım o gedən getdi, nə onu görən, nə də əmrini
eşidən oldu. Şəhər camaatı gülüb sevinir, şükür eləyirdilər ki, koxadan,
yüzbaşıdan yaxamız qurtardı.
Rütubətdən var-yox, bir İsmayıl qalmışdı. O da payız yarpağı kimi lap
saralıb solmuş, kiçilib yüngülləşmişdi. Daha "başa salmalı" adam tapmırdı.
Taqəti də yox idi. Rütubət xanım haqqında bir söz eşidəndə xəcalətindən
qızarır, üzünü yana çevirir, xahiş edirdi:
- Ayrı söhbət danış!
- Getsin o gunlər gəlməsm, ay İsmayıl!
- Sənə dedim ayrı söhbət danış!
1962
184
NİYƏ OVDAN AYAQ ÇƏKDİM
Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs
meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır.
Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi
diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!"
Güman edirdim ki, gördüyüm quşları ovlamamaq, vurmamaq mənim
üçün həm qəbahət, həm də acizlikdir. Eşidən, görən deyəcək evdə iki-iki ov
tüfəngi, özü igid adam, de gəl, əlindən bir iş gəlmir əfəldir.
Bu fikir-xəyal, məni, demək olar, çöllərə salmışdı. Qazandığımı barıta,
patrona verib çantama doldurur, hər istirahət axşamı maşına oturub
şəhərdən çıxır, rayonlara düşürdüm.
Kənd-kəsək, dərə-təpə demirdim. Dəniz sahillərində, dağlıq rayonlarda
məni müəllim kimi tanıyan yox idi. Kimdən soruşsan, ovçu Kazım
deyərdilər. "Ovcu Kazım odu getdi, ovçu Kazım budu gəldi". Her yerdə
düşərgəm var idi.
Ovçular özü də cürbəcürdür. Biri əsəb xəstəliyi ucundan, təmiz hava
deyib çöllərə düşür. Biri bu peşədən qazanc götürür, bir başqası canavar,
tülkü, qaban kimi vəhşi heyvanları qırmaqdan həzz alır.
Məndə bu arzuların, nə bilim hansı var idi. Əslində heç biri yox idi.
Necə və nə üçün ovçuluğa qurşandığımı özüm də müəyyən edə bilmirdim.
Bəlkə aldığım silah, həvəslə oxuduğum kitabçalar, gördüyüm kinolar bu
yola salmışdı. Bilmirəm hansı idi, ancaq on ilə yaxın idi ki, bu yola
düşmüşdüm.
Düşmüşdüm, özü də yaman düşmüşdüm. İki otağımın biri yaşamaq
yerim məskənim, ikincisi necə deyərlər, ovçuluq laboratoriyam idi. Burada
qaban dərisi, qalın kürk, qulaqlı papaq, yun şal, boğazlı çəkmə, patrondaş,
dəri torba, açarlı çanta, canavar əli, ceyran buynuzu, quş qanadı, xülasə, nə
desən tapılardı. Özümdən başqa kimsə bu otağa girməzdi. Girsə də baş
çıxarmazdı. Anam mənə yalvarardı ki, oğul, otağı heç olmasa ayda bir
süpürsən yaxşı olar...
Onu deyim ki, mən ova gedəndə mənfəət, ya qənimət düşünməzdim.
Yeməli quşları, heyvanları yox, qabağıma çıxanı vurardım, bəzən qurbanımı
heç götürməzdim. Vurduğum dovşan, ya tülkünü, tüfəngin
185
lüləsi ilə o yan-bu yana çevirib düz nişan almağımı yoxlar, snayper əsgər
kimi öyünüb ötərdim.
Ovçuluğun bir qaydası da var: nədənsə adam, rəhmsiz, qansız olur.
Silah yaman şeydir. Adamı bərkidir, ürəyini daşa döndərir. Tüfəng əlimdə
çölə çıxdımmı, dünyasında mərhəmət bilməzdim. Vurub yerə sərməyə bir
canlı axtarardım. Eyib eləməsələr, yəqin ki, yol ağzında eşələnən,
qaqqıldaşan toyuğu, xoruzu da nişan alardım. Çölə çıxanda bir gün ov
tapmasam, inanın ki, yəqin dərdə düşərdim. Nə isə, mənim günlərim belə
keçərdi... İndi, yoldaşlar məndən soruşarlar ki, niyə tərgitdin, niyə ondan əl
çəkdin. Nə sayaq oldu?
Bu sirri heç kəsə deməmişəm. Deməzdim. Ancaq indi daha yaşımın
keçmiş vaxtında söz ürəyimdə qalmasın, qəbrə getməsin deyə, açıram. Qoy
başıma gələni yoldaşlar da bilsin, nigaran qalmasınlar. Dünyadır, bilmək
olmaz!
Belə oldu: "Yaxşı yadımdadır. Yaz idi. Aprelin axırı, ya mayın əvvəlləri,
bəlkə də ortaları idi. İydə çiçəklənmişdi. Zəmilər ətir iyi verirdi. Yenə ova
çıxmışdım. Gəncə çayının solunda Şeyx düzü deyilən geniş bir səhra uzanır,
ucu gedib kiçik Qafqaz dağlarının ətəklərinə dayanır.
İndi o yerlərin bir hissəsində şəhər salınıb, bir hissəsində də dəmyə taxıl
əkilib. O il bərk yağınıq olmuşdu. Sünbül adama boy verirdi. Qoşalülə
çiynimdə, axtara-axtara zəmiləri addımlayırdım. İtim də yanımda yox idi.
Yaralanmışdı, aparmırdım. Nə başınızı ağrıdım. Birdən, deyəsən yerdən
çıxdı. Xına rəngli bir ceyran dayanıb lap üzümə baxırdı.
- Ay aman, tez ol, qaçar!
Cəld tüfəngi aşırıb nişan aldım.
O qəribə idi ki, ceyran lap on addımlıqda, üzü mənə sarı şax durmuşdu,
baxırdı, görürdü, amma tərpənmirdi. Sanki o da məni saymırdı. İnanmırdı
ki, mənim əlimdən bir iş gələ.
Heç əyilmədim. Ayaqüstü, tüfəngi sinəmə söykədim, başını nişan aldım.
Güllənin açılmağı ilə heyvanın aşırılmağı bir oldu. Güllə səsindən sonra
həzin bir mələrti eşitdim. Bu nə idi? Başından vurulmuş ceyran mələyirdi?
Yox!
Diqqət eləyəndə nə görsəm yaxşıdır. Ceyranın iki balası otun içindən
qaçıb yamaca dırmaşdı.
186
Ana ceyranın qarnına baxanda gördüm ki, yazıq balalarına süd verirmiş.
Ay yazıq! Balalar, rahatca durub əmdiyi yerdə, ana cəlladını görmüşdü.
Görmüşdü, ancaq balasını əmizdirmək üçün dayanmış, tərpənməmişdi.
Böyrü üstə sərilmiş ceyranın axırıncı ürək döyüntülərini aşkar
görürdüm. Görürdüm ki, yazıq heyvan, balalarından nigaran, həsrətlə can
verir.
Deyəsən, o səssiz, sakit çöldə üfüqlərdən, torpaqdan, tarlalardan hey
qulağıma bir səs gəlirdi:
- Qansız! Ərkansız cəllad. Bizlərdə yanıqlı mahnı oxuyurdular:
Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam!
Bu yaşa gəlmişdim, dava meydanlarına da düşüb-çıxmışdım. Ömrümdə
mən belə peşmançılıq, ürək ağrısı, vicdan əzabı çəkməmişdim. Mələr
qalmış balaların dalınca xeyli baxdım, onlar bir xəyala döndülər. Özləri
kimi sütül sünbüllər arasında yox oldular. Yəqin ki, tarlalar onları
gizlətməsə idi anaları kimi hansı bir cəllad ovçunun zavalına gələcək idilər.
Elə bil başımdan bir çən dağ su tökdülər. Ceyrana əl vurmadım. Heç
baxa bilmədim. Qan-tər içində tez geri qayıtdım. Tüfəng-qatarı bir yana
atdım, o gündən tövbə elədim. Bir də mən, ovçuluq?
- Ay tövbə!
Ov şeylərinə əlimi də vurmadım. Anam onları bilmirəm neylədi, otağı
güclə təmizlədi.
Mənim ovçuluğum belə qurtardı.