Ersan Erel
03-05-2009, 12:29 PM
Niyə Öztürkcə yazmağa özən göstəririk?
Yeni başlanan bir işin kuralları, ilkələri olduğu kimi, “Sözün Sözü” gənəlağının da (sitəsinin də) özünə görə kuralları vardır. O kuralların biri latın imcələrilə yazmaqdır. Biz Türklər müsəlmanlığı mənimsəmədən öncə “ Göytürk” (Orxun) uyğur imcələrindən yararlanmışıq. Uyğur imcələrinin işlənimi 18.cı yüz ilə kimi sürdürülmüşdür. Ondan sonra müsəlmanlaşan Türklər yalnızca Ərəb imcələrini işlətmişdilər. Quzey Azərbaycanda 1926, Türkiyədə isə 1928.ci ildə Latin imcələrinə geçilmişdir.
Ərəb imcələri Türk dilinin ünlülərini qarışlamadığı üçün yüz illər boyu yazmaqda , oxumaqda sorunlara nədən olmuşdur.Sorunun çözülməsi üçün ilk olaraq 19.cu yüzildə M. F. Axundov bu sorunlardan dolayı İstanbula, Tehrana getmiş,ancaq gericilərinin tutuculuğu qarşısında bir sonuc əldə edəməmişdir. Ondan sonra Azərbaycanın yazıçılarıyla qoşuqçuları konunu gündəmdə tutmuş, Ərəb əlifbasının dəyişlməsinə varmışdılar.
Bu imcənin yetərsizliyindən dolayı geçmişdə yazılan yapıtlarda inanılmaz boyutda yanlış yazılar, yanlış oxumağa, anlamağa nədən olmuşdur. Çoxlu Tarixsəl adlarla, yer adları bu imcənin(ərəb imcəsinin) qurbanları olmuş, yorumlarda özgələrə qapdırılmışdır. İndinin özündə də bu imcənin Türkcə sorunları əskidə olduğu kimi qalmaqdadır. İllər boyu Türkcəyə uyğunlaşdırmağa çalışılsa da, heç bir irəliləyiş olmamışdır. Bu imcələr Türk dili üçün bir ağlatı nitəliyindədir. Çün, 9 ünlüsü olan Azərbaycan Türkcəsinin birini belə somut olaraq qarşılamır . “Y”, “I”, “İ” kimi ünsüzlə ünlülər bir imcəylə göstərilir. Bizlər alışqanlığımızı, ərincəkliyimizi məntiq olaraq yorumlarsaq , bu bilimsəl işin altından qalxa bilmərik. Ərəb imcələriylə yazılan yazıları tümcədən anlamlarıyla seçə bilirik. Artıq teknolojinin imcələri olan latincəni hər kəsim oxuya bilir.Bir sözlə Ərəb imcələri istər bilimsəl olaraq,istərsə də siyasal olaraq bizim dilimizi kirlədir, bununla da ulusal anlayışımızın gəlişməsini önlür. Bu gün artıq gəlişmiş Türk ağızları bu imcələrlə(latin) yazılır.Biz Ərəb imcələriylə yazdıqda yazılarımızı başqa Türklər oxumadıqları üçün, öz coğrafiyamızın dustağı oluruq.
Öztürkcəyə gəldikdə isə bunun yalnız siyasal deyil,bilimsəl nədənləri vardır. Bildiyimiz kimi Türkcənin başlıca özəlliyi onun “Səs uyumu kuralı” (Ahəng qanunu) olduğundadır. Geçmişlik boyu Səs uyumu kuralı bu dilin aradan getməsini önləyən bir arac olmuşdur. Çün, yabancı sözlər bu kurala uymadıqları üçün Türk topluluqları onları mənimsəməmiş, özləri yeni sözlər törətməyə çalışmışlardır. Yabancı sözlər kuralı mənimsəmədikdə sözün işlənimində boğaz açısı çətinlik çəkmiş, insanlar onları işlətməmişlərdir. İşlətdiklərində isə yanlış işlətmişlərdir.Bir sözlə özgə sözləri dilimzdə səs kirliliyinə nədən olmuşdur. Bu gün dilimizdə yüzlərlə yabancı sözün yanlış işlənimini örnək göstərmək olar. Bu özgə sözlərin kökü dilimizdə olmadıqları üçün, onlardan yeni söz yartmaq olmaz. Özgə sözləri dilimizin axıcılığını önlür. İtirdiyimiz bir Türkcə söz, itirdiyimiz geçmiş uyğarlığımız (mədəniyətimiz),itirdiyimiz vətən torpağımız anlamındadır. Bir sözün yaranışında bir tarix, bir söyləv (mitoloji) dayanır. Özgə sözlərin işqalında olan dilimiz, özgələrin daşıdıqları söyləvi, tarixi yaşamadan bizə yüklür. Bunula işlətdiyimiz sözün kökən bilimini anlamadan tutuquşu kimi onları işlədirik. Bir sözlə, sözə qarşı sorumluluq daşımırıq. Özgə sözləri dilimizin kurallarına uymadıqlarından dolayı, söz düzümündə də(sentaksda) sorunlar yaradır.Bu sözlər toplum arasında ayrıcalıqlara nədən olurlar.Bu sözlərin kökü bəlləyimizdə (hafizəmizdə) olamadığından dolayı öyrənimdə çətinlik yaradırlar. Yabancı sözlər toplumda aşağılıq duyuğusu yaradar, bununla da fürsətci kəsimlərin əlilə dolandırılarlar (dinçilərlə, yabancı sözlərlə yersiz poz verən insanları örnək göstərmək olar). Bir çox nədənlə yabancı sözlərin işlənməsi toplumumuzda dil güvənini azaldar.
İndiyə kimi itirdiyimiz , bir çox sözlərlə tarıxımızi, uyğarlığımızı itirmişik. Bu gün “Divani luğati Türkdə” qalan yüzlərlə sözün yerinə özgə sözləri işlədirik. Ancaq o divanda olan sözlər bizim əski geçmiş uyğarlığımızın qalıtlarıdır. Biz o sözlərlə, bizi uyğarsız göstərən qərəzçılərə gərəkən yanıtı verə bilərik. Öztürkcəyə özən göstərməmizin başlıcə ərəyi , Türkcəmizi gəlişdirib, acunun gəlişmiş dilləriylə ayaxlaşdırmaqdır. Atatürk deyər: “ Dillə budunsal (ulusal) duyğular bir birinə çox bağlıdır. Varsıl bir dil budunsal duyğuları daha da gücləndirər... Vətənimizi yabancı güclərindən qurtardığımız kimi, dilimizi də yabancı boyunduruğundan qurtarmalıyıq.”
Dili yabancı boyunduruğundan qurtarmaq , budunu düşüncəsini yabancı sömürüsündən qurtarmaqdır. Yabancılaşmanın, kölə olmanın qandalı, özgə sözlərlə beyinlərə bağlanar. Bu gün özgə sözlərinə qul olan aydınlarımızın, özgə qapılarında qolu bağlı durduqlarına tanığıq. Bu qulluğa boyun əyməmək üçün, öztürkcəmizə özən göstərmək, yalnız budunsal bir görəv deyil, özgürlüyü sevən bir insanlıq görəvidir.Beyində yerləşən özgə bir söz, yabancı sömürüsünə boyun əyməkdir. Özgürlüyü səvən, özünü sevər, özünü sevən, özgür dilini. Özgə dilləri bir aracdırsa, anadili budunsal kimlik, insan orqanının ayrılmaz parçasıdır.
Bu məntiqsəl nədənlərlə “Sözün sözü” gənəlağı (sitəsi) öztürkcəyə özən göstərir.