PDA

Orijinalini görmek için tıklayınız : Aşıq YƏHYA BƏY DİLQƏMİ


Yengi
03-04-2009, 08:20 PM
GÖRÜŞƏRMOLA?!


Bir namə yolladım badi-səbadan,
Görən sevdiyimə irişərmola?!
Müddətdi gözlərim qanlar axıdır,
Nazlı yar əhvalım soruşarmola?!

Əzəldən aşığam tutu dillərə,
Müsəlsəl saçlara, siyah tellərə.
Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışarmola?!

O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb, o dünyada görüşərmola?!




MƏNƏM


Seyri-məskənimdi viranə bağlar,
Canan fərağında qovrulan mənəm.
İllər xəstəsiyəm könlüm qan ağlar,
Zəhməti zay olub sovrulan mənəm.

Könlümün sonası göldən gedəli,
Dəhanın ləzzəti dildən gedəli,
O tülək tərlanım əldən gedəli,
Məhşərdə divani qurulan mənəm.

Dilqəməm, əridim dərd kürəsində,
Bivəfa dilbərin dörd dövrəsində.
Şikar sevdasıyla ov bərəsində
Gözləyib, gözləyib yorulan mənəm.