PDA

Orijinalini görmek için tıklayınız : sima ənnaği. şeirlər...


hümmət
02-19-2009, 11:45 PM
Bu axşam


Bu axşam

Bu axşam

Yorğun şəhərdə gəzişirəm,

Tənha küçə pişikləri

Mənim susqun yolçularım.

Ətrafdakı ağaclar

Arxamca pıçıldaşır,

Yaş asfalt almaz kimi parlayır

Gecə fənərlərinin ürkək şüalarında.

Mənim şəhərim harda?

Narın yağış həmlə edir qəfildən,

Sanki müjdə gətirir

Göy qübbəsindən

Yadlaşmış doğma şəhərə.

Şəhərim bu müjdənin sirrini bilir,

Fəqət məndən gizlədir.

Çinlilər düz deyir:

Hər kəs öz yolunu özü tapmalı...



Hələ


Hələ yarpaqlar tam tökülməyib,

Yolçuların rəhmsiz addımlarında əzilməyib,

Hələ gözəlliyini itirməyib qürurlu ağaclar.

Hələ bütün sözlər yazılmayıb,

Olmayıb dillər əzbəri,

Hələ solğun yarpaqlartək

Titrəmir havada amansız şirin misralar.

İtaətsiz sözləri

Sıxıram ovcumda açar kimi,

Hələ də açmaq istərəm

Dünyanın qırxıncı pəncərəsini...

Sözlər hələ varsa,

Demək,

Mən də varam...

hümmət
04-22-2009, 10:15 PM
Bu gün də belə keçdi...



avtolar şütüyür

siqnal verir

işıqlar düşür pəncərəmə


gecə cücüləri

zəhlə tökür

qanadlarını gözümə soxaraq

diksindirir məni


itlər hürüşür hərdən

sanki

həyatda olduqlarını sübut etməkdə


hava ətirli

həyət qeybətli

ay öz yerində -

ulduzların ətəyində


divarlar eşq naməli:

"paxıl pişik, sevirəm səni!"


mənim də

nizamsız sözlərin düzüldüyü

vərəqlər

əlimdə...
ehh... bu gün də belə keçdi...

http://simacan.azeriblog.com/