Ersan Erel
02-19-2009, 01:04 AM
Azərbaycan kinosunun 110 ili
İlk nümunələri Avropada yaradılmış kino sənəti 110 il əvvəl Azərbaycana da gətirilmiş, ilk lentlər tamaşaçı auditoriyası qazanmışdı. «Neft və milyonlar səltənəti», «Hacı Qara», «Sevil», «Almaz» kimi ılk bədii filmlər sonradan səsli lentlər hesabına çoxalmışdır. Azərbaycan kinosu dünyada «Arşın mal alan», «Leyli və Məcnun», «Dədə Qorqud» və s. sintetik sənət növünün nümunələri hesabına şöhrət tapmışdır.
Bu gün özündə kütləvi informasiya vasitəsi dəyərləri ilə yanaşı, bədii-estetik təsir gücünü birləşdirən kino sənətimizin müstəqillik zamanında inkişafının yeni mərhələsi başlanıb. Avqustun 2-də Bakıda Milli Kino Günü təntənəli şəkildə qeyd olundu.
1898-ci ildə Anton Mişon adlı bakılı fotoqraf Bakı həyatından bir neçə süjeti lentə köçürüb, sonra nümayiş etdirib. Bu, ilk kinoseans olub. Azərbaycan kinosunun tarixi artıq 110 illə ölçülür.
Azərbaycan kinematoqrafçıları indiyə qədər tarixi, tarixi-etnoqrafik, müasir mövzularda yüzlərlə bədii film yaratmışlar. Onlarca ədəbi əsər ekran həyatı qazanmış, klassiklərimizdən N.Gəncəvi, İ.Nəsimi, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, H.Cavid və b. haqqında bədii filmlər çəkilmişdir.
Ölkəmizdə sənədli-xronikal filmlərlə yanaşı, müxtəlif mövzularda tədris lentləri də vardır.
Yubiley ilində bir neçə tammetrajlı film geniş tamaşaçı auditoriyasına təqdim olunacaqdır.
Azərbaycan kinosunun inkişafına dövlət qayğısı göstərilir.
Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunmuşdur. Bunlardan 300-dən çoxu tammetrajlı bədii film, 100-dən çoxu qısametrajlı bədii film, 20-yə qədəri serial, 150-dən çoxu televiziya tamaşası, 100-dən çoxu cizgi film, 70-dən çoxu tammetrajlı sənədli film, 1700-dən çoxu qısametrajlı sənədli film, 350-dən çoxu "Mozalan"ın süjetləri, 10 ədədi isə "Məzməzə" Uşaq Satirik Kinojurnalının bədii süjetləridir.