PDA

Orijinalini görmek için tıklayınız : şeir


qadir ceferi
02-15-2009, 07:33 PM
Şeir: qadir cəfəri

Günəş gülümsəmirsədə sevgilim
Tşkcə sən gülümsə
Yetər ki onda
Gülümsəyər bağçamızda çinarlar
Çinarda sığırçınlar.
Dəniz gülümsəmirsədə sevgilim
Təkcə sən gülümsə
Akvaryomdakı balıqlar baxıb üzünə
Gülümsəyəcəklər
Gözlərində dənizi görəcəklər.
Orman gülümsəmirsədə sevgilim
Təkcə sən gülümsə
Yellər çalacaq ormanda sevinc mahnısını
Və titrək titrək
oynayacaqlar yarpaqlar.
Vətən gülümsəmirsədə sevgilim
Təkcə sən gülümsə
Bitgilər bitəcək sənin gülüşlərindən
Sehirli lubya birisi
Onda çıxıb
Öldürəcəyəm günəşi dustaqlamış qara devləri
Və bulutlarla
Dənizlərin sağlığına qaldıracam içgini
Yazin isti nəfəsini eşidəcək ormanlar
Və bunların hammısı sənin gülüşündən gövərəcək
Sadəcə gülüşündən.

Elşən Böyükvənd
02-16-2009, 06:14 PM
əsənliklər Qadir bəy.
xoş gördük sizi .
bu şeiri öncədən oxusamda yenədə gözəl duyğulara daldım.
var ol.

qadir ceferi
02-17-2009, 09:51 AM
esenikler sevimli elşen bey
qayğınıza göre sağ olun
sizi opurem

qadir ceferi
02-17-2009, 09:53 AM
esenikler sevimli elşen bey
qayğınıza göre sağ olun
sizi opurem