PDA

Orijinalini görmek için tıklayınız : Özdeyişlər


Ersan Erel
02-14-2009, 03:36 PM
Yazılı yasalar hörümçək torundan seçilmir. Hörümçək toru kimi qanunlar da gücsüzlərlə yoxsulları tutub saxlayır, güclülüərlə dövlətlilər isə bu toru cırıb çıxırlar.

Solon


Yasalar dövlətlərin hökmdarlarıdır.

Alkidamant

Ən yaxşı dövlət quruluşu, orda vətəndaşlar yasadan tirandan qorxan kimi qorxsunlar.

Biant

yasa dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi yasasız dövlət də məhvə məhkumdur.

Demosfen

Kamilliyə can atan insan üçün biliklərdən ən gərəklisi yasalar bilimidir.

Platon

Xalq yasa yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır.

Heraklit

Yasa kölələr üçün məcburiyyətdir, özgürlər üçün gərəksim.

Demand

Tanrı hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb.

Alkimdamant

Yasa eytimə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz.

Plutarx


Yasa ərdəmlilər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət.

Şan Yan

Yazılı yasalar-ədalət keşikçiləridir.

Qorqi


Ədalətin özü olmasaydı, insanlar ədalətin adını bilməzdi.

Heraklit

Ədalətli kimsəni incitməyən kəs deyildir. Ədalətli incidmə olanğı olub incitməyəndir.

Filon


Az danışana çox yasa gərəkmir.

Xarilay

Ədalətli olmağın qazancı ruhi sakitlikdir.

Epikür


O yerdə ki, hökmdarın hökmdar, təbəənin təbəə, atanın ata, oğulun oğul,olduğu yerde düzənli ysavardır, əmin-amanlıq var.

Konfutsi

Dünyada yaxşı hökmdar olmaqdan çətin şey yoxdur.

Diokletian

Başında aslan duran qoyun sürüsü, başında qoyun duran aslanlardan daha qorxuludur.
Xabri

Sərkərdə üçün lağla söyüşlərdən qorxmaq, düşmənlərdən qorxmaqdan daha pisdir.

Fabi Maksim

Şahlarla hakimlər bəraət ilə ittiham haqqında xahişlərə uymamalıdırlar.

Evpirid

Hakimin söz ya nitqlə ələ alınması daha böyük faciədir, nəinki rüşvətlə.

Siseron

Sinoplu Diogendən soruşanda “ən təhlükəli heyvanlar hansılardır?”, o belə yanıtlamışdır:”Vəhşi heyvanlardan qarayaxnlar, evcillərdən isə yaltaqlar.”

Natiqlərdən daha çox qanunları dinləyən devlət yaxşıdır.

Xilon

Dövlətin içərisində ara qarışanda sədaqətli nökərlər tapılır.

Men Tszı

Əgər heç kim səni satın almaq istəmirsə təmiz adam olmaq hələ igidlik deyil.

Siseron

Xalqı məhv edən onu ilk kəz satın alandır.


Dövlətdə ən qiymətli sərvət xalqdır, sonra hakimiyyətdir, ən axırda isə hökmdar gəlir.

Men Tszı


Qadınların hüququ tapdalanan bir devlətdə, devlətin yarısı qanunsuzdur.

Aristotel

Nə vaxtsa ədalət, müdrikliklə güclü hakimiyyət bir yerdə olsa, onda o devlət özünü mutlu saya bilər.

Platon

Əsgər toxdursa, geyindirilibsə, silahlandırılıbsa, qara gün üçün də dala bir şey atıbsa o dövlət üçün təhlükəli deyil.

Aleksandr Sever

Platon mənim dostumdur, ancaq həqiqət daha əzizdir.

Aristotel

Saf niyyətlə gələni törənlə, pis niyyətlə gələni isə cinayət yasaları ilə qarşılamaq gərəkir
Syun Tszı

Cinayətin yalnız bəhanəyə ehtiyacı vardır.

Aristotel

Bir əlinlə canini edam edib, o biri əlinlə başqa canini gizlədirsənsə yenə iki cani qalır.

Syu Syuema

Həddən artıq ciddi yasalar tarım çəkilmiş simləri andırır , hələ çalmaq mümkündürş Həddən artıq yumşaq yasalar isə tamam boşalmış simlərə bənzər , onlardan səs çıxarmaq mümkün deyil.

Syuyu Syuema

Özbaşınalığın qarşısını yanğından daha tez almaq gərəkir.

Heraklit

Dünya dağılsa belə qoy ədalət zəfər çalsın.

Siseron.

Ersan Erel
03-02-2009, 12:13 AM
Ehtiyatlı adamlar az hallarda yanılar.
Konfutsi
Yanılmasaydım, çox az işlər görə bilərdim.
Marsial
Yanılqı deşikdən, gerçəklik isə qapıdan girir.
Bernard Şou
Zaman ən yaxşı öyrətməndir, ancaq ne yazıq, o öz öyrəncilərini öldürür.
Hektor Berlioz.
Zaman səsiz yaşamı sevən insanların düşmənidir.
M.Qorki.
, insanın necə ölməyi önəmli deyil, necə yaşamağı önəmlidir.
Samuel Conson
Yaşam nəğmədir, onun nəqarəti isə ölümdür.
Viktor Hüqo
Nə günəşə, nə də, olümə gözlərini zilləyib baxmaq olmaz.
Fransua Larofkuşo
Kötümsər yalnız tuneli, iyimsər tunelin sonunda olan işığı , gerçəkçi tunellə birlikdə işıqla gələn qatarı da görür.

Yaşayaraq əldə edilən bilik, daş üzərinə qazılmış yazılar kimidir.

Görəvini bilən insan xoşbəxtdir, başqa nemət axtarmasın.

T.Karlayl

Boş zaman yoxdur, boşa keçmiş zaman var.

Tagore

Kitablar da dost kimidir, az ancaq yalnız yaxşı seçilmiş olmalıdır.

S.J.Harris

Ərdəmə gedən qapını açmaq çətindir.

Çin Atasözü

Gülümsəmək iki insan arasındakı ən qısa yoldu...

Məncillikdən qurtarmağın biricik yolu başqaları üçün yaşaya bilməkdir...

Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil...

Marsel,Lenoir

Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır...

Sir Tomas Mor

Sənətin görəvi, doğanın üzünü çıxarmaq deyil, doğanı yorumlamaqdır...

Balzak

Düşünmədən öyrənmək, vaxt itirməkdir...

Konfuçyus

Çalışmaq yaçam, düşünmək işıqdır...

Viktor,Hüqo

Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan...

Dekart

Bilim bölüşüldükcə artan xəzinədir...

Bhartrihari

Həyatını aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzərinə bina edərsən.

Uinston Çörçill

Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.

Ylnızlıq pis dostdan yaxşıdır.

Su qabını daşlığa aparan kimsə, onu daşdan qorumağı öyrənməlidir.

Eyibsiz dost axtaran dostsuz qalar..

Yoxsula verilən, hələ onun əlinə keçməmiş Allaha çatar...

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir...

Öz manını görəbilən insan mutludur

Bir şam başqasın yandırmaqla işığından heç nə itirməz.