PDA

Orijinalini görmek için tıklayınız : Bayatılar


Ersan Erel
02-13-2009, 12:22 PM
Bu qala bizim qala,
Hemişe bizim qala.
Tikmedim özüm qalam,
Tikdim ki, izim qala.


Anam ozan olubdur
Derde dözen olubdur
Haqdan bağlanan dilim
Naxiş düzen olubdur


Baxçaları sarı gül,
Yarı qonça, yarı gül,
Gec açııb tez solur,
Olmayaydı barı gül.


Bu elin adi nedir?
Dostu ne, yadı nedi?
Qürbet elde bilmedim,
Ağzımın dadı nedı?


Payız qışdan ezeldi,
Yarpaq töken xezeldi,
Veten viran da olsa,
O, cennetden gözeldi


Durna sanınnan keçer,
Öter, sanınnan keçer,
Iğid veten yolunda
Öler canından keçer.


Arazi ayirdilar,
Qan ile doyurdular.
Men Senden ayrilmazdim,
Zor ile ayirdilar


Axşamlar, ay axşamlar,

Şamlar yanar axşamlar.

Yerli evinə gedər,

Qərib harda axşamlar.


Saqqalıma dən düşüb,

Bilmirəm nədən düşüb?

Aləmə qız paylanır,

Mənəsə nənəm düşüb.

O da yandırır məni,

Bu da yandırır məni.

Deyirlər ki sərindir,

Su da yandırır məni


Aşığam bax semaya

Nəs əsir baxsa maya

Zərrəcə üzün görsəm

Namərdəm baxsam aya



Aşıq dağ arasınad

Duman dağ arasında

Şam kimi şölə çəkdim

Yandım yağ arasında



Aşığın yardı yarı

Bayqunus yardı yarı

Alçalsın uca dağlar

Görünsün yar diyarı



Aşığam gəlməsin yaz

Sözün yaz kəlməsin yaz

Gül gəlsin ,bülbül gəlsin

Gəlməsə gəlməsin yaz



Aşıq min ayə gələ

Xalın minayə gələ

Yaxşıdan əl çəkmərəm

Göydən min ayə gələ


Aşıq minayə dəyər

Xalın min aya dəyər

Ay var bir günə dəyməz

Gün var min ayə dəyər



Mən aşığam tamam qan

Oxu dərsin tamam qan

Könül varki qan dammaz

Könül varki tamam qan