Ersan Erel
02-11-2009, 08:43 PM
Abad yerin bülbülü, xarabanın bayquşu.
Abadan kənd tüstüsündən bilinər.
Abadan dam kalafasından məlum olar.
Abdal at mindi, özünü bəy sandı.
Abdal, qar yağır! Dayanmışam titrəməyə.
Abdal oynayanda qar yağar.
Abdal düyündən-toydan, uşaq oyundan usanmaz.
Abdaldan paşa olmaz, taxtadan maşa.
Abdalın qarnı doyunca, gözü qapıda qalar.
Abdal nə bilir ki, heyva kaldır?!
Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
Abırsızdan abrını gözlə.
Avara qonaq ev yiyəsini də avara qoyar.
Ağa gətirər navala, xanım tökər çuvala.
Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm..
Ağac bar verəndə başın aşağı dikər.
samson
02-12-2009, 07:12 PM
Abad yerin bülbülü, xarabanın bayquşu.
Abadan kənd tüstüsündən bilinər.
Abadan dam kalafasından məlum olar.
Abdal at mindi, özünü bəy sandı.
Abdal, qar yağır! Dayanmışam titrəməyə.
Abdal oynayanda qar yağar.
Abdal düyündən-toydan, uşaq oyundan usanmaz.
Abdaldan paşa olmaz, taxtadan maşa.
Abdalın qarnı doyunca, gözü qapıda qalar.
Abdal nə bilir ki, heyva kaldır?!
Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
Abırsızdan abrını gözlə.
Avara qonaq ev yiyəsini də avara qoyar.
Ağa gətirər navala, xanım tökər çuvala.
Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm..
Ağac bar verəndə başın aşağı dikər.
Ersan bey,
qonagin avarasi adami bele avara qoyursa; elli ayaqlisi ne eder peki? belke ev iyesinin xïxladigi yeri batirar?
Özgür_Nobarlı
02-23-2009, 10:38 AM
AZƏRBAYCAN
MƏDƏNİYYƏTİNDƏ
ATA-BABALAR SÖZLÖRİ
A hərfi
Abırlı abrından qorxar, abırsız nədən qorxar?
Abırsızdan abrını saxla.
Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
Ağ divara hansı rəngi yaxsan, tutar.
Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
Ağ gün (adam ) ağardar, qara gün qaraldar.
Ağ gün qara günü yaddan çıxardar.
Ağac bar verənd başını aşağı dikər.
Ağac kökündən su içər.
Ağac yaşikən əyilər.
Ağac kölgəsiz olmaz, insan sevgisiz.
Ağac öz kökü üstə bitər.
Ağac tutan baş yarandan çoxdur.
Ağacı qurd içindən yeyər.
Ağacı meyvəsindən tanıyarlar.
Ağzına söz atıblar.
Ağzına su alıb.
Ağzını qoyub allah yoluna.
Ağzını xeyirliyə aç!
Ağzının qaytanı yoxdur.
Ağız deyəni qulaq eşitmir.
Ağıl ağıldan üstündür.
Ağıl bazarda satılmaz.
Ağıl başın böyüklüyündə deyil.
Ağıl insana sərmayədir.
Ağıl yaşda deyil, başdadır.
Ağıl gücdən üstündür.
Ağıla paxıllıq olmaz.
Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
Ağıllə bir dəfə aldanar.
Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
Ağıllə düşməndən qorxma, dəli dostdan qorx.
Ağıllı kişi qışın qeydinə yayda qalar.
Ağıllı olub dərd çəkincə, dəli ol – dərdini çəksinlər.
Ağıllı uşaq bələkdə özünü göstərər.
Ağıllı fikirləşincə dəli çayı keçdi.
Ağıllıya işarə, dəliyə kötək.
Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi – ağzında.
Ağlamaq fayda verməz.
Ağlamayan uşaqa süd verməzlər.
Ağlınla gör, qəlbinlə eşit.
Ağrımaz baş qəbirdə olar.
Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı var, özü yox.
Adı qulağına bitişib.
Adı dillər əzbəridir.
Adı it dəftərində də yoxdur.
Adın tut, qulağın bur.
Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
Adam başından böyük danışmaz.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən «can» deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
Adam var ki, rəhmət aparar,
Adam var ki, lənət aparar.
Adam qabağına çıxartmalı deyil.
Adam qocalanda ikinci dəfə uşaq olur.
Adam yanıla-yanıla adam olar.
Adam yıxıldığı yerdən qalxar.
Adam gedər, adı qalar.
Adam gərək arxasız olmasın.
Adam gərək özü öz həkimi olsun.
Adam odur, «Dur get»i «Buyur, əyləş»dən tez başa düşsün.
Adam öz tayın -tuşunu tapmasa günü ahvayla keçər.
Adam paltarıilə tanınmaz.
Adam soruşub öyrənməklə alim olar.
Adam sözünü adama deyər.
Adam hər düşməndən bir ağıl öyrənər.
Adam hər işıq gələn yerə pambıq tıxmaz.
Adama adamlıq lazımdır.
Adama sözü bir dəfə deyərlər.
Adamı adam eliyən paradır, parasız adamın üzü qaradır.
Adamı dindir, sonra qiymətini ver.
Adamı işi ilə tanıyarlar.
Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
Adamın ayağından çəkən çox olar.
Adamın axır günü xoş olsun.
Adamın başına nə gəlsə dilindəndir.
Adamın dili ilə ürəyi bir olsun gərək.
Adamın dinməzindən qorx.
Adamın dostu dar gündə bəlli olar.
Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
Adamın malı gözünün qabağında gərək.
Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
Adamın ölümü – mollanın bayramı.
Adamın üzünə baxarlar, halından xəbər tutarlar.
Adamın ürəyindəkini bilmək olmaz.
Adamın hüsnünə baxma, ağlına bax.
Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan –
yalanı.
Adamlığı adamdan istə, xoş ətri – qızılgüldən!
Adət qanun deyil, amma qanun qədər hökmü var.
Az-az ye, həmişə ye.
Az danış , yaxşı dan .
Az danış , çox qulaq as.
Az ye, öz çörəyini ye.
Az olsun, yaxşı olsun.
Aza qane ol, çoxu allahdan istə.
Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
Ailə xoşbəxtliyin açarıdır.
Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
Ay aydın, onun da üzündə ləkə var.
Ayağını yorğanına görə uzat.
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
Ayaq islanmayınca balıq tutulmaz.
Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
Ayaqqabı dar olanda dünya başa zindan olar.
Ayı meşədən küsüb, meşənin xəbəri yox.
Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
«Al ver» deyiblər, «al vermə» deməyiblər.
Alan olmasa, satan da olmaz.
Alanda yaxşıdır, verəndə pis?
Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
Alim olmaq asandır, adam olmaq çətin.
Allah ağzından eşitsin!
Allah ağıl paylayanda harada idin?
Allah adamın ömründən kəsib bəxtinə calasın.
Allah bacadan tökməz, gərək özün çalışasan.
Allah bilən yaxşıdır, məsləhət onundur.
Allah bir yandan bağlasa, bir yandan açar.
Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
Allah var, rəhmi də var.
Allah verəndə yox yerdən verər.
Allah verib, allah da aparıb.
Allah verməyəndə bəndə neyləsin?
Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
Allah dəvəyə qanad versəydi, uçurmadığı dam-daş qalmazdı.
Allah dərdi çəkənə verər.
Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki
eşitmək üçündür.
Allah kimə pay verməyi yaxşı bilir.
Allah kora nejə baxsa, kor da allaha elə baxar.
Allah sağ əli sol ələ möhtac eləməsin.
Allah tənbəli sevməz.
Allah heç kimi arxasız qoymasın.
Allaha da özünü plov yeyən tanıtdır.
Allaha inanmayan bəndəyə də inanmaz.
Allahın işini bilmək olmaz.
Allahın yarası da var, çarəsi da.
Alma öz ağacından uzağa düşməz.
Alnına nə yazılıb, onu görəcək.
Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
Aman deyəni öldürməzlər.
Ana evin dirəyidir.
Ana olanda kişi anası ol.
Ana səbri böyükdür.
Ana tökəni bala yığar.
Ana ürəyi - dağ çiçəyi.
Ana haqqı tanrı haqqı.
Anadan əmdiyim süd burnumdan gəldi.
Anadan olmayan qardaş sayılmaz.
Analar bizi bu gün üçün doğub.
Anam elə çox bilir ki kündəni xırda tökür atam elə çox bilir ki ikisini birdən ötürür.
Anannın ərköyün oğlu hambal olar
Ananın keçdiyi löprüdən qızıda keçər.
Ananın canı övladdadır.
Anası gəzən ağaclarə balası budaq budaq gəzər.
Anası namaz üstündə imiş.
Anasına bax, qızını al, qırağına bax, bezini al.
Anasından ayrılan quzunu qurd yeyər.
Anlayan bir qıldan da anlar.
Anlayana bir söz bir kitabdır.
Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
Arsız qocalmaz.
Aralarından tük keçmir.
Arvad almamış övlad arzusu eləmə.
Arvad ilə at – igidin bəxtinə.
Arvad var, ev yığar, arvad var, ev yıxar.
Arvad qohumu şirin olar.
Arvad iki olanda ev süpürülməmiş qalar.
Arvad yıxan evdən allahın xəbəri yoxdur.
Arvad yıxan evi fələk də yıxa bilməz.
Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
Arvad papaq deyil ki, başdan-başa qoyula.
Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
Arvad şeytana papış tikər.
Arvadı əri saxlar, pendiri dəri.
Arvadı bəd olanın saqqalı tez ağarar.
Arvadın axir hiyləsi ağlamaqdır.
Arvadın biri – əla, ikisi - bəla
Arvadın isməti – ərin izzəti.
Arvadsız ev, susuz dəyirman.
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
Arzu arzudan doğar.
Arzu bir, ümid iki.
Arzu quyudur, doldurmaq olmaz.
Arzu geniş, ömür qısa.
Arzunun sonu yoxdur.
Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
Artıq tikə diş qşrar.
Arxasını yerə vermir.
Aslan öləndə də aslandır.
Aslanın nə erkəyi, nə dişisi?
Aslanın qorxusu qarışqadan olar.
Aslanlar yurdunda tülkülər gəzir.
Asta atın təpiyi bərk dəyər.
Astarı üzündən baha.
Ata malı tez tükənər.
Ata malına göz tikən malsız qalar.
Ata malından mal olmaz, özün qazanmaq gərək.
Ata oğlunun pisliyini istəməz.
Ata olmaq asandır, atalıq öyrənmək – çətin.
Ata olmayan ata, ana olmayan ana qədrini bilməz.
Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
Atalar nə əkiblər, oğullar onu biçiblər.
Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər?
Atana necə baxarsan, övladın da sənə elə baxar.
Atana hörmət elə, oğlun sənə hörmət edər.
Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
Atdan düşən yenə atlanar.
Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
Axırda gülın yaxşı gülər.
Axmaq axmağı tapar.
Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
Axtaran tapar.
Axşamın işini sabaha qoyma.
Ah yerdə qalmaz.
Açaram sandığı , tökərəm pambığı .
Ac ayı oynamaz.
Ac aman bilməz.
Ac qalmaq borclu olmaqdan yaxşıdır.
Ac qurd balasını yeyər.
Ac deyər: - Doymaram!
Tox deyər: - Acmaram!
Ac toyuq yuxusunda darı görər.
Dumrul
02-23-2009, 12:42 PM
Atalar sözü bir ulusun acuna baxış acısının kiçik ancaq anlamlı güzgüsüdür. Özgür bəy gözəl paylaşımlar üçün sağ ol. Elə bunları Əlifba sırasıyla verə bilsən yaxışı olar. Əllər var
Özgür_Nobarlı
02-24-2009, 09:57 AM
Sayın Dümrül cənabları
Dediklərizə qatılıram. Çaışıram B hərfinin ata sözlərini tezliklə buraya yazam amma biraz vaxt alacaq görünən 20 səhifə A4 kağazı qədər yazını yazıb Azərbaycan Türkcəsinə uyğunlaşdırmaq gərəkir. amma çalışaceyəm tezliklə B hərfini hazırlayam.
Ulusumuza eşq olsun
Əsən qalın
vBulletin v3.8.1, Copyright ©2006-2010, Jelsoft Enterprises Ltd.