PDA

Orijinalini görmek için tıklayınız : türkiyə öyküsü ...


hümmət
02-10-2009, 10:20 PM
Mənzərə \ Orhan Pamuk


Dünyadan danışacaqdım, içindəki şeylərdən.


Niyə izah anlatmağa buradan başlayıram, bilmirəm. Bir gün hava isti idi, beş yaşında qızım röya ilə adada qalırdıq, sonra at arabasiyla gəzməyə çıxdıq. Mən arabaya tərs oturdum, qızım da mənim qarşımda. üzü gediş istiqamətində. Ağaclı çiçəkli bağçalar arasından keçdik, alçaq divarlar, taxta evlər, bostanlar. Araba tıkı-tıkı irəliləyərkən beş yaşında qızımın üzünə baxırdım, üzündəki ifadəyə, dünyada nə gördüyünə.


Şeylər, əşyalar; ağaclar divarlar; afişalar, yazılar, küçələr, pişiklər. Asfalt. İsti. İstimi isti.




Sonra yoxuş başladı, atlar puflədı, sürücü qırmancını vurdu. Araba yavaşladı. Bir evə baxdım. Qızımla mən, ikimiz də, yanımızdan axıb keçən dünyanın sanki eyni yerinə baxırdıq. Tək tək şeylərə: Yarpaq, zibil tənəkəsi, top, at, uşaq, ev, velosiped. Amma: Yarpağın yaşılına, zibil tənəkəsinin qırmızısına, topun atılmasına , atın baxışına, uşağın üzünə. Sonra bunlar bir anda çəkib gedirdilər, biz də zatən onlara baxmırdıq tam; gözümüz tam heç bir yerdə dayanmırdı. İsti günortadan sonra dünyanın heç bir yerinə baxmırdıq. İstidə hər şey olub gedirdi, xəmir kimi, sanki buxarlaşmış bir dünya. Biz də budaqmış getmişik,! Həm görürük, həm də görmürük. Dünya bir isti rəng olmuş, biz də onu ağılımızla görürük.


Meşədən keçdik, amma ora belə sərin deyildi, içindən bir isti çıxırdı sanki. Atlar yoxuş dikləşdikcə yavaşladılar. Cırcırama səsini eşidirdik. Araba yaxşıca yavaşlamış, yol sanki şamağaclariyla daralmışdı ki birdən bir mənzərə gördük.


"Brrrs" dedi arabaçı, atları dayandırdı: "Dincəlsinlər" dedi.


Dayanıb mənzərəyə baxdıq... Yanımız dərhal uçurum idi. Aşağıda qayalar, dəniz; bir buğun içində o biri adalar. Nə qədər də gözəl idi dənizin mavisi, üzərində qamaşan günəş: Hər şey tərtəmiz, tərtəmiz yerli yerində. Mənzərə: Sanki tamı tamına bir dünya. Yuxu ilə ona baxmağı sevirdik; səssizcə.


Sürücü bir siqaret yandırdı, qoxusu gəldi.


Niyə gözəl idi buradan dünyaya baxmaq? Bəlkə hamısı göründüyü üçün. Bəlkə buradan düşsək öləcəyimiz üçün. Bəlkə uzaqdan heç bir şey pis olmadığı üçün. Bəlkə heç bu qədər yuxarıdan baxmadığımız üçün. Nə edirdik indi biz burada? Bu dünyada?


"Gözəlmi?" dedim "röya"ya. "Niyə gözəl?"


"Buradan düşsək ölərikmi?"


"Ölərik."


Bir an qorxuyla uçuruma baxdı. Amma sonra sıxıldı. Uçurum, dəniz qayalar: Hər şey hamısı eyni idi, heç hərəkət etmirdi. Darıxdırıcı. Bir köpək gəldi! "köpək," dedik. Quyruğunu yelləyirdi, hərəkət edirdi. Onu sevdik, mənzərəyə bir daha baxmadıq.

hümmət
07-10-2009, 03:14 PM
Ayfer Tunç

NARLI BAĞÇA

Narlı Bağçanı axtarırdım.

Hansı coğrafiyaya aid olduğunu biləbilsəm yollara düşməyə hazırdım. Amma heç cür xatırlaya bilmirdim: Qərbdə idimi Narlı Bağça, şərqdəmi? Uzun yolların ucunda idimi, burnumun dibindəmi? İçimdə idimi, çölumdəmi? Var idimi, yox idimi?
Şimala və cənuba gedən yolları böyük dənizlər kəsir, yuxularımda sürəkli yer dəyişdirən Narlı Bağçanın yolu da bir görünüb bir itirdi. Gözlərimi yumduğumda özümü bəzən Narlı Bağçanın qarşısında tapırdım, amma, tam içəri girib 'bağçada yenə mövsüm dəyişmiş' deyəcəkkən oyanırdım.
Özümü yuxuların sonsuzluğuna buraxaraq Narlı Bağçanı tapa bilməyəcəyimi anlayınca, kitabxanalara dadandım. Soyuq və loş kitabxanalarda rəfləri daramağa başladım, qalın buludların arasından süzülən gün işığıyla girdiyim kitabxanalardan çıxdığımda, qaranlıq düşmüş, hər kəs evinə çəkilirdi. Ümidsizliyə qapılırdım, imtina etmək istəyirdim bu axtarışdan, amma yuxumda qaranlıqda uzanan, içindən aydın olmayan uğultuların yüksəldiyi, arada bir, bir ulduzun işığıyla ağaclarının budaqları pırıldayan Narlı Bağçanı görüncə həyəcanla oyanır və axtarışa yeni başdan başlamağa qərar verirdim.
Kitabxanalarda bir çox dost əldə etdim. Bəziləriylə səhərlər qarşılaşardıq. Yosun tutmuş köhnə daşlara basaraq, axtarışın dadını çıxartmaq üçün tələsik etmədən gedərkən dostlarım soruşardılar: 'hələ tapa bilmədinmi?' Ümidsizcə başımı yelləyərdim: 'Yox. Narlı Bağça yox...' 'Vardır,' deyirdilər, 'axtarışa davam et.'
Mən yalnız Narlı Bağçanı axtarırdım, onlar hər şeyi axtarırdılar. Birini tapdıqları anda tapdıqları şey onları başqa bir şeyə aparır, beləcə yeni bir şey axtarırdılar, tapdıqları dağ kimi yığılırdı. Qibtə edirdim onlara. Bir gün mən də Narlı Bağçanı tapacaq, ardından başqa bir şey axtarışa başlayacağammı görəsən? deyə özümdən soruşurdum.
Mənə köməkçi olmaq istəyirlər, hətta mənim üçün Narlı Bağçanı axtarırdılar tozlu rəflərdə. Bir çox Narlı Bağça tapdılar, amma heç biri mənim axtardığım deyildi. 'Bumu?' deyə soruşduqlarında utanırdım bu da deyil deməyə. Onlara zəhmət verdiyimi, öz axtardığım şeylə onları da məşğul etdiyimi düşündüyümü üzümdən anlayırdılar. 'Əsla ha!' deyirdilər, 'əsla axtardığın bu olmadığı halda, indi bu, demə.'
Narlı Bağçanı axtarmaqdan imtina etməyəcəyimi anlayınca məni də aralarına aldəlar ya da özlüyümdən onlardan biri oldum. Onlardan biri olunca, hər qapının ardında gizli və ya açıq bir kitabxana olması ehtimalını sevməyə başladım. Narlı Bağçanı yalnız kitabxanalarda deyil, küçələrdə, bazarlarda, kitab sərgilərində, işıqlı dükanlarda, nəmli zirzəmidlərdə, sözlərdə də axtarışım lazım olduğunu öyrəndim. Kitablar, oxucular, yazarlar haqqında dostlarımın izah etdiklərini maraqla dinləməyə başladım.
Bir gün kitabxanadan çıxmışdıq, birlikdə çay içir, söhbət edirdik. Bahar başı idi, günlər uzanmışdı, kölgələr soyuq idi amma günəş bədənimizi istilədirdi. Doktor Manuk Türkcə, Fransızca, Latınca, Ermənicə və böyük bir hissəsi də köhnə yazı olan, hamısı bir-birindən qiymətli kitablarını tək-tək əldən çıxarırmış deyə eşitmişdik. neçə köhnə kitab satan qapısına söykənmiş, hər gün ayrı bir sərvət təklif edirmişlər də, kitablarını topluca satmağa yanaşmırmış deyilirdi. Söz-söhbətlərə görə, hər istəyənə kitab vermir, 'niyə bu kitab?' sualına yaxşı bir cavab istəyirdi. Bununla kifayətlənməyib kitaba toxunuşdan, səhifələri açılışdan, hətta üz ifadəsindən bir məna çıxardığı, kitabpərəsti gözü məbləğsə dəyərindən çox aşağı, hətta simvolik bir qiymətə satdığı, gözü tutmazsa əli boş göndərdiyi izah edilirdi.
Doktor Manuku və əfsanəvi kitabxanasını ilk dəfə o gün duydum.
Dostlarımın arasında Doktor Manukdan kitab almış ya da üzünü görmüş olan yox idi. Amma hamısını dərin bir həyəcan qucaqlamışdı. O əfsanəvi kitabxananı görə bilmək, nadir kitablara əl sürtmək üçün yanıb alovlanırdılar. Getməliyik, görməliyik, toxunmalıyıq, iyləməliyik, oxşamalıyıq, sinəmizdə basdırmalıyıq, oxumalıyıq, əzbərləməliyik, anlamalıyıq, cavab tapmalıyıq, izah etməliyik, istəməliyik, yalvarmalıyıq deyirlər, hamı bir ağızdan danışırdılar. Onların danışmalarından doğan uğultu mənə Narlı Bağçadan yüksələn səsləri xatırladırdı.
Doktor Manukun kitabxanasında Narlı Bağçanın olması ehtimalının həyəcanı üzümə əks olunmuş olmalı ki, dönüb mənə baxdılar. 'Əvvəl sən get' dedilər. 'Xeyr, sizlər mənim böyüklərimsiniz' filan deməyə cəhd etdimsə də məni susdurdular. 'Sonsuza qədər Narlı Bağçanı axtaracaq deyilsən, hələ bir tap axtardığını...' dedilər. Sözlərində, səslərinin tonunda işarə etmək istədikləri bir şey var kimi gəldi mənə, amma üstündə dayanmadım.
Aylardır kitabxanalarda kitablara baxırdım, rəflərdən endirir, köhnəlmiş səhifələrini qucaqlayan mehriban və qoruyucu cilidlərini açır, uzun uzun qarışdırır, çox vaxt oxumağa dalıb gedirdim. Kitabı artıq tanışım sanırdım. İrili xırdalı, ağır yüngül, rəngli solğun, durğun hərəkətli oluşlarına; izah etdiklərinə, göstərdiklərinə, xəyal etdirdiklərinə, düşündürdüklərinə alışdığımı sanırdım. Amma Doktor Manukun kitabxanasının qarşısında çaşmaqdan özümü götürə bilmədim. qarmaqarışıqdılar; rəflərdə,kiçik stollarda(ştativlərdə), pəncərə içlərində, divar diblərində, stul üstlərində idilər, sanki canlı idilər. Doktor Manuk əvvəl uzun uzun qarışdırmama icazə verdi. Sonra nə axtardığımı soruşdu.
'Kiçikkən oxuduğum bir nağıl,' dedim, 'Narlı Bağça. Uzun idi. Çox cazibədar və bir o qədər də qorxuducu idi. Nağılı xatırlaya bilmirəm, bir qrup insanın bir bağçaya sürtülmüş olduqlarını, orada özlərinə bir dünya qurmağa çalışdıqlarını xatırlayıram yalnız. Bir uşağın ovucuna sığacaq qədər kiçik bir kitab idi, qara dərili idi. Hamısı bu.'
Doktor Manuk diqqətlə dinlədi. 'Narlı Bağça ha!' dedi yüksək səslə. 'Niyə qorxurdun?' 'Xatırlamıram və əsl axtardığım şey yəqin bu. Niyə qorxduğumu axtarıram, niyə qorxduğum halda çox cazibədar tapdığımı.' 'Həyat!' dedi Doktor Manuk bu dəfə, oturduğu cırıldayan mebilindən qalxdı, bir qrup kitabı qaldırdı, başqa bir yerə qoydu, bir başqa qrupu başqa bir yerə üst üstə düzdü, bir rəfi boşaltdı. Axtarmırdı, axtardığının yerini bilir, ona çatmağa çalışırdı.
Bu qədər kitabın arasında kiçilmişdim, kiçicik qalmışdım. Doktor Manukumu izləməliyəm, kitablarımı qarışdırmalıyam, qərar verə bilmirdim heç cür.
Doktor Manuk mənə tərəf döndü, ovucumda itəcək qədər kiçik bir kitab uzaltdı. 'Axtardığın kitab bu,' dedi. 'Almaq istədiyindən əminsənmi?'
Əlimi uzaltmışkən dayandım.
'Xeyr,' dedim. 'Narlı Bağça oxuyacağım son kitab olmalı.'
Tapdığım iynəni təkrar samanlığa atdım beləcə.

Uyğunlaşdıran: hümmət şəhbazi

Qaynaq: kitaplık (dərgi): 59 Mart 2003>