PDA

Orijinalini görmek için tıklayınız : dünya şeiri...


şahbazi
09-04-2008, 09:49 PM
<H1 style="MARGIN: auto 0cm">Fridrix Hölderlin. ŞEİRLƏR (http://irfan.azeriblog.com/2008/03/16/fridrix-holderlin-sheirler)<?:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" /></H1>


Çevirən: Cavanşir Yusifli


ÖMÜR YOLU


Can atdı göylərə ruhum,
Eşq onu torpağa çəkdi.
Dərddən çat verib ürəyim,
Gözümdən bir leysan tökdü.

İndi qəmdən çürüyürəm.
Qapanır ömür çevrəsi.
Ömür...
başlanmamış bitir –
göylərə yetişmir səsi...


* * *
Mən kiridim daha...
bu gözəl bahar
dünyaya qızılı bir paltar biçir.
Əzabla ümidi qoşa oyadıb
gözlərim məhəbbət şehini içir.

Mənə şirin nəşə bəxş edir hər an
göylərin mavisi,
zümrüd çəmənlər.
Sevincin əlindən şərbət içirdim,
cənnət bağçasından keçdiyim günlər...

İndi aç sinəni bu ağrıya da,
Günəş şüasından məlhəm qoyacaq.
Hələ ki, köksümdə döyünür ürək,
gözümdə göz yaşı çiçək açacaq...

ƏVVƏL VƏ SONRA


Cavan idim,
sübh – sevinc,
axşamlar göz yaşı içdim.
Ömür darağının düşüb dişləri...
Gələcək günlərin üstündə gəzib
axşam toranını daradı, keçdi...

GÖZ QIRPIMI


Nəğməm!
Necə qısasan,
səhər olcaq gün batar.
Bəlkə yatmır sinənə
bu qədim, köhnə hava?!
Nə tez unutdun, nə tez,
ümidli günlərini...
Donub damar da, qan da.
Ötdüyün o havalar
daşı da, divarı da
dəlib keçərdi onda.

Səadət bir an imiş,
ötdün onu nəğməndə.
Ömrüm gözünü qırpır...
Sinəndən uçan o quş
bu axşam toranına
çırpır,
qanadın çırpır...

* * *
Həyat iksirini
saxlayan çəllək tək,
şairlər də
ərdəmlik ruhunu çəkər canına...
Bu minillik şərab,
cavanlıq eşqi
necə də çəlləyi dağıdıb daşmır?!
Toxunmayın,
əl vurmayın ona.
Şair –
ruhudur təbiətin,
nəfəsi dəydimi,
dönür, dəyişir hər şey...
Şeir adlı qəfəsdə də qərar tutmur,
uçub gedir bir gün
başqa dünyalara...
Qaynaq: http://irfan.azeriblog.com/2008/03/16/fridrix-holderlin-sheirler (http://irfan.azeriblog.com/2008/03/16/fridrix-holderlin-sheirler)

şahbazi
09-05-2008, 11:15 AM
<H1 style="MARGIN: auto 0cm">Söhrab Sepehri. Ş E İ R L Ə R (http://irfan.azeriblog.com/2008/01/12/sohrab-sepehri-sh-e-i-r-l-e-r)</H1>
<H1 style="MARGIN: auto 0cm">Çevirəni: Məsiağa Məhəmmədi<?:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" /><O:P></O:P></H1><?:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" /><O:P></O:P>


Müasir fars poeziyasının ünlü simalarından biri olan Söhrab Sepehri 1928-ci ildə Kaşanda doğulub. Tehran universiteti incəsənət fakültəsinin rəssamlıq bölməsini bitirib. «Rəngin ölümü» adlı ilk şeirlər məcmuəsi 1951-ci ildə işıq üzü görüb. Rəssam kimi Tehranda keçirilən bir neçə sərgidə iştirak etməklə yanaşı 1953-cü ildə «Yuxuların həyatı» adlı ikinci şeir kitabını çıxarıb. Ardınca rəssamlıq təhsilini artırmaq üçün Parisə və Tokioya gedib. Ölkəsinə qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb, o cümlədən rəssamlıqdan dərs deyib. 1961-ci ildə dövlət işlərindən uzaqlaşaraq özünü bütünlüklə yaradıcılığa həsr edib. İranda və xaricdə fərdi sərgiləri nümayiş etdirilib. Çoxsaylı səfərlərə çıxaraq Avropa və Amerikanı, Hindistanı, Pakistanı, Əfqanıstanı gəzib. 1965-66-cı illərdə çap etdirdiyi «Suyun ayaq səsi» və «Müsafir» poemaları böyük şöhrət qazanıb. Daha sonra onun «Yaşıl həcm» və «Biz heçik, biz – baxış» adlı kitabları nəşr olunub. 1980-ci ilin yanvarında qan xərçəngindən müalicə olunmaq üçün İngiltərəyə gedib və bir ay sonra vətəninə qayıdıb. Həmin ilin aprel ayında Tehran xəstəxanalarından birində vəfat edib.<O:P></O:P>



R Ə N G İ N Ö L Ü M Ü
Gecənin qaranlığında
səssizcə bir rəng ölüb.
Uzaqlardan gələn bir qara quş
məğlubiyyət gecəsinin damında
oturub oxuyur.
Qələbədən məstdir bu quş –
bu qəm vurğunu.<O:P></O:P>
Ölümüylə bu rəngin
ipi qırılıb hər bir ahəngin.
Yalnız qorxusuz bir quşcuğaz
adi sükutun qulağından
fəryad sırğası asır.

Uzaqlardan gələn bir qara quş
məğlubiyyət gecəsinin damında oturub –
daş kimi, hərəkətsiz.
Beynindəki qarışıq surətlərin üzərində
sürüşür gözləri.
Qəribə bir yuxu incidir onu:
gecənin torpağından rəng gülləri boylanır.
Səhər yelinin ayağı
ətir yollarında yeriyə bilmir.
Bu quş, bu qəm vurğunu
hər an hiylə işlədib
dimdiyilə bir şəkil çəkir.

Bağlar qırılıb,
yuxular pozulub.
Yerin röyaları
rəng güllərinin açması nağılını
yaddan çıxarıb.

Bu yoldan səssiz ötüb keçmək gərək:
bu zülmət gecənin qucağında bir rəng ölüb...

N İ L U F Ə R
Yuxumun sərhədindən keçirdim,
bir nilufərin qara kölgəsi
bu viranəni büsbütün bürümüşdü.
Görən hansı dəli külək
bu nilufərin toxumunu
mənim yuxumun torpağına gətirdi?

Röyaların şüşə qapıları arxasında,
aynaların dibsiz bataqlığında,
özümün bir parçamı öldürdüyüm hər yerdə
bir nilufər bitmişdi.
Elə bil o hər an içimə yeriyirdi
və mən
onun açmasının sədası altında
hər an özümü öldürürdüm.

Eyvanın damı uçulur,
nilufərin gövdəsi sütunlara sarılır.
Görən hansı dəli külək
bu nilufərin toxumunu
mənim yuxumun torpağına gətirdi?

Nilufər böyüdü,
Gövdəsi şəffaf röyamın dibindən boy atdı.
Mən yuxuda olanda
oyaqlıq seli özünü yetirdi.
Gözlərimi açıb yuxumun viranəsinə baxdım:
nilufər bütün həyatıma sarılmışdı.
Onun damarlarında axan mən idim,
vücudu məndə kök salmışdı,
büsbütün mən olmuşdu.
Görən hansı dəli külək
bu nilufərin toxumunu
mənim yuxumun torpağına gətirdi?!

S Ə F Ə R
Uzun anlardan sonra
pəncərəmin boz ağacında bir yarpaq bitdi,
yaşıl bir yel vücudumu titrətdi.
Və hələ mən
bədənimin köklərini
röyaların qumluğuna sancmamışdım ki,
yola düşdüm.

Uzun anlardan sonra
bir əlin kölgəsi üstümə düşdü,
barmaqlarının titrəyişi məni oyatdı.
Və hələ mən
öz tənha işığımı
içimin zülmət burulğanına salmamışdım ki,
yola düşdüm.

Uzun anlardan sonra
İsti bir işıq saatın donmuş bataqlığına düşdü,
bir kəfgir hərəkətini ruhuma süzdü.
Və hələ mən
unutqanlıq bataqlığına yuvarlanmamışdım ki,
yola düşdüm.

Uzun anlardan sonra
bir an keçdi:
pəncərəmin boz ağacından bir yarpaq düşdü,
bir əl kölgəsini üstümdən çəkdi,
bir kəfgir saatın bataqlığında dondu.
Və hələ mən
gözlərimi açmamışdım ki,
başqa bir yuxuya daldım.

M Ə N G Ə L Ə C Ə M
Bir gün mən
gələcəm,
bir xəbər gətirəcəm,
damarlara nur süzəcəm
və səsləyəcəm:
«Ay səbəti yatmışlar,
alma gətirmişəm –
Günəşin qırmızı almasını!»

Gələcəm:
dilənçiyə yasəmən verəcəm,
cüzamlı qadına sırğa bağışlayacam,
kora deyəcəm: «Bağ nə baxmalıdır!»
Hər yanı dolaşacam,
küçələri gəzəcəm,
car çəkəcəm: «Şeh, şeh, şeh!»
Bir yolçu deyəcək: «Yaman zülmət gecədir».
Ona bir kəhkəşan verəcəm.
Körpünün üstündə ayaqsız bir qızcığaz var –
ulduzları onun boynundan asacam.

Bütün söyüşləri dodaqlardan yığacam,
bütün divarları diblərindən yıxacam.
Quldurlara deyəcəm:
«Karvan gəlib, yükü təbəssüm!»
Buludları parçalayacam.
Gözləri Günəşə,
ürəkləri eşqə,
kölgələri suya,
budaqları küləyə
düyünləyib bağlayacam.
Uşaqların yuxusunu
cırcıramaların nəğməsinə qovuşduracam.
Çərpələnglər uçuracam,
güldanları suvaracam.

Gələcəm:
Atlara, öküzlərə nəvazişin yaşıl ələfini verəcəm,
Susuz madyana bir vedrə şeh içirəcəm,
yolda yük daşıyan ulağın milçəyini qovacam.

Gələcəm:
Hər hasarın üstündə bir mixək əkəcəm,
hər pəncərənin altında bir şeir oxuyacam,
hər qarğaya bir şam ağacı verəcəm.
İlana deyəcəm: «Qurbağa nə gözəldir!»
Barışdıracam.
Qovuşduracam.
Yol keçəcəm.
Nur içəcəm.
Sevəcəm.<O:P></O:P>qaynaq: http://irfan.azeriblog.com/2008/01/12/sohrab-sepehri-sh-e-i-r-l-e-r (http://irfan.azeriblog.com/2008/01/12/sohrab-sepehri-sh-e-i-r-l-e-r) Edited by: şahbazi

şahbazi
12-09-2008, 10:28 PM
Almanya Şeiri – 1

çevirəni: Əziz Səlami
***************
ELSE LASKER-SCHÜLER

-ELZE LASKER-ŞÜLER-
1869-1945

Elsenin bir çox şeirləri düşünülüb yazılmış şeirlər deyli, onun ruhunda Birdənbirə, gözlənilmədən baş qaldıran bir burağandır. Bu burağana Qapılıb gedən şairin vardığı yerlər kimsəyə və onun özünə belə Tanış yerlər deyil. Hər nə ilk olaraq görünür. Sanki nəsnələr öz varlığının ilkindədir. Nə zamanın keçişi, nə insanın baxışı bu qərib və yepyeni biçimləri və boyaları hələ əskitməmişdir. Hər nə, hələ öz sirr və sehrini qoruyub saxlamaqdadır. Belə bir dünyanın vurğun yolçusu olan Else, hər addımda, tam yeni bir şeylə qarşılaşır və o şeyin açılmamış sirrinə və bənzərsiz gözəlliyinə dalır. Hər addım, yeni bir şeyi görmək üçün atılır. Odur ki, Elsenin hər bir şeiri, tək bir şeir deyil, şeirlərdir. Onun bir çox şeirlərində, hər bir beyt-iki misra-bir şeirdir. Belə misralar, təsvir və lövhə olaraq deyil, hətta şeirdə çox önəmli yeri olan bənzətmə olaraq da deyil, iki misraya doldurulmuş çılpaq poeziyadır.

Elsenin röyaları, uzaq mavilərdə güclə görünən adalar deyil, dolu ayın aydınlatdığı, damarlarında yabanı bir qan döyünən, gecə ovuna və sevişməyə çıxan gözəl və çılpaq canlıların balta girməmiş ormanlarıdır.

Elsenin heyranlıqla və həm də rahatsızlıqla seyr etdiyi poezia Dünyasının mənzərələrinin boyaları kəskin, gur və toxdur. Bu Boyalar iri-iri, parça-parça bir-birinin yanına qoyulmuşdur. Hər boya Özlüyündə bütün bir şeiri təmsil edə biləcək bir detaldır. Bu boyalar Elsenin köpürüb daşan arzularnın, yaxıb yandıran tutqularının və Gözlərinə yuxu getməyən həsrətlərinin boyalarıdır..


-1-

DANIŞARKƏN

Oyanar könlüm rənglər içində
Sən danışarkən.

Öyrənər quşlar mahnılarını
Dodaqlarında.

Mavi edər səsin
Yol üzərini.

Dönər göyə, danışdığın yer.

Mahnıdan yoğrulmuş sözlərin.
Yasdır mənə, susduğun an.

Mahnılar asılmış hər yanından-
Bu nə sirdir röyalarında sənin?



ABDUL ANTINOUS

Qaranlıq qaş-daşlar kimi axar çevikliyin.
Ey gecə yarılarında doğan günəşim!
Öp qəlbimi, döyünən qırmızı torpağımı.

Ah nə açılmış gözlərin,
Sən görmüsən göyləri-
Bunca yaxın, bunca dərin.

Çiyinlərində sənin
Qurdum ölkəmi,
Sən hardasan?

Ayaqların kimidir yol, çəkinən-
Ulduz olar damla-damla qanım mənim...
Sevirəm səni mən.



YALNIZ SƏNİ

Göylərin belində buludların qayışı,
Və taxılmış ona əyri ay.

Durarkən oraq-ay üzərimdə,
Əlində dincəlmək istərəm.

Fırtınalar kimi yaşaram,
Sahili yox bir dənizəm.

İşıqlanmış ürəyim
Aradığın gündən balıqqulaqlarımı.

Ta diblərimdə onlar,
Sehirlənmiş.

Bir dünyadır qəlbim bəlkə,
Döyündükcə.

Arayar səni yalnızca-
Necə səsləyim səni mən?




GECƏ GİZLİCƏ

Bütün ulduzlar altında
Sən oldun seçdiyim.

Bir çiçəyəm, oyaq, və dinlərəm
Uğultulu yarpaqlar arasında.

Bal yaradar dodaqlarımız,
Çiçəklənmiş parıltılı gecələrimiz.

İşıqladar şanlı gövdəndə sənin
Qəlbim göylərini.

Səndəki altuna bağlıdır röyalarım,
Bütün ulduzlar altında
Sən oldun sevdiyim.



GƏL YANIMA

Gəl yanıma gecələri, sarmaşaq yatağımda.
Yorğunam, yalnızam və oyaq.
Ötdü qərib bir quş alaca qaranlıqda,
Döyüşərkən röyalarla hələ mən.

Açan çiçəklər bulaqlarda,
Alar rəngini gözlərindən....

Gəl yanıma gecələri, ülkər ulduzlarından ayaqqabın,
Bir sevda gözləyər çadırımda,
Doğar aylar göylərin tozlu sandığından.

Sevişmək, və bir cüt qərib heyvan kimi yatmaq sonra
Bu dünyanın ardındakı hündür qamışlıqda.



TRISTAN ÜÇÜN

Yoxdur günəş daha göydə,
Üzündür ancaq işıq saçan.

Möcizəsiz keçir gecə,
Sənsən mənə yuxu olan.

Axan ulduzdur gözlərin-
Tükənməzdir istəklərim.

Altundandır gülüşlərin,
Göylərdə oynar ürəyim.

Ölərəm mən-
Gələrsə birdən bir bulud.

http://dusharge.blogfa.com/post-271.aspx

hümmət
02-07-2009, 09:58 PM
ALMANİYA ŞEİRİ


ÇEVİRƏN: ƏZİZ SƏLAMİ

www.aziz-salami.info



ADSIZ BİR ŞAİRDƏN

12-ci yüz il

Sən mənimsən, səninəm mən də:
İnan buna ürəyində.
Sən qəlbimdə olalı
Qalır o da qapalı;
Açarı itmiş həm də:
Çıxa bilməzsən sən də.

***

WALTHER VON DER VOGELWEIDE

-WALTER FON DER FOQELVAYDE-

1170-1230

VARMI ?

Nədir qadından gözəl olan,
Bu dünyada?
Varmı ləzzətlərdən başqa
Bir anlam da?

Yox gözümdə bundan gözəl,
Bundan yüksək.

Ölüm üstümü alan günədək.

***

MATTHIAS CLAUDIUS

-MATYAS KLAVDYUS-

1740-1815

AXŞAM MAHNISI

Uzaqlardan doğdu ay,
Gümüş ulduzlar halay-halay
Parıl-parıl göy üzərində
Qaranlıqdır və susmuş orman,
Bəmbəyaz bir duman
Nə gözəl yüksəlir çəmənlərdə.

Nə səssizlik bürüdü dünyanı!
Alaca qaranlıqda hər yanı
Sardı dərin bir rahatlıq,
Səssiz bir ev kimi hər yer,
Bütün qayğılar orda bir-bir
Yumdu gözlərini artıq.

Görürmüsünüz ayı göy üzündə?
Onu yarım görürsünüz həm də,
Halbuki o yuvarlaq və gözəldir,
Nə çox şeylər də var ki görüncə
Baxıb gülürük ona sadəcə,
Onlar da o aya bənzərdir.

(şerdən bir parça)


SEVDA

Yox ki sevdanı durduran, nə sürgü, nə qapı,
Yarıb keçər önündəkini;
Qanadlanıb uçdu ilk günündən zamanın
Uçacaq da hər zamankı kimi.

***

ADSIZ BİR ŞAİRDƏN

AY

Axşam buludları arasından
Səssizcə keçərsən sən,
Önündə, açılmış tanrıdan
Yollar boyunca gedərsən sən.

Ensin işıqların bir dost kimi
Yorğunların daxmasına,
Hardasa bir insan kədərlimi,
Bir təsəlli olsun ona.

***

JOHANN WOLFGANG GOETHE

-YOHAN VOLFQANQ QÖTE-

1749-1832

DÖZ BİR AZ DA

Artıq bir rahatlıq var
Başında dağların;
Yox ufacıq bir ruzgar
Üzərində budaqların;

Susdu bütün quşlar
Ötməz oldu meşədə,
Döz bir az da, sənə də
Bir rahatlıq olar.



ÇİÇƏK

Bir gün yalnızdım
Ormanda dolaşırdım,
Heç bir işim yoxdu
Heç nə aramırdım.

Kölgədə bir çiçək gördüm
Nə qədər yaraşıqlı!
Bir göz kimi gözəl
Ulduz kimi işıqlı.

Onu dərmək istərkən
Dilə gəldi birdən:
Nədən dərirsən məni
Nədən solub ölüm mən?!

Qazıb çıxardım onu
Kökləriylə bütün,
Onu evə gətirdim
Bağçada əkmək üçün.

Gözəlcə bir yerdə
Onu əkdim torpağa,
Çiçəkləndi yenə də
Başladı boy atmağa.



BİLMİRƏM

Sevirəmmi səni, sevmirəmmi?!-Bilmirəm:
Bir kərə gördümmü üzünü,
Bir kərə baxdımmı gözlərinə,
Boşalır bütün acılardan ürəyim;
Tanrı bilir nə gözəl halda olduğumu!
Sevirəmmi səni, sevmirəmmi?!-Bilmirəm.


KİTAB

Kitabların ən qəribi
Bir kitabdır, adı sevgi;
Diqqətlə oxudum o kitabı:
Yarıdan çoxunda ağrı vardı,
Azdı sevincli səhifələri,
Böyük bir bölməsi ayrılıqsa
Kiçik bir bölməsi qovuşmaqdı.
Kitablar yazılmış onun üçün,
Ağrılarla dolu, uzun-uzun...
Sonu yox, ölçüsü yox!
Ey Nizami!-Sən tapdın yolların ən düzünü,
Çatarkən sevənlər bir-birinə
Tapılır bu açılmazın çözümü.



BALIQÇI

Çağlayırdı, qabarırdı sular,
Balıqçı oturmuşdu qımıldamadan,
Nə qəlbində bir həyəcan, bir qayğı var
Nə usanırdı qarmağa baxmaqdan.
Baxırdı balıqçı, dinləyirdi,
Necə inansın gözlərinə, necə!
Yarıldı sular birdən, bir qadın göründü
O qədər gözəl ki, pərilərcə!

Ona mahnılar oxudu, söylədi də:
“Nədən aldadırsan mənim balıq balamı?
Bunca qurnazlıqla, aldanışla
Çəkirsən yuxarı, boğulamı?
Ah bilirsənmi, bilirsənmi
Nə mutludur balıq diblərdə?
Ora bir kərə endinmi,
Bir daha xəstələnməzsən ömründə.

Böyük bir sevinc deyilmi dənizlərdə
Olmaq sularla günəşə, aya?
Gözəlləşmirmi göründükdə
Dalğalarda parlaya-parlaya?
Dərin göylər səni səsləməzmi
Sən bu duru, bu yaş maviləri süzərkən?
Öz üzün sənə gəl deməzmi
Bu ölümsüz sularda görünərkən?”

Çağladı sular, və qabardı,
Aldı çılpaq ayaqlarını qoynuna,
Dərin bir həsrət könlünü sardı
Sanki sevgilisi salam verdi ona.
Mahnılar oxudu, danışdı şirin,
Artıq onunla oldu olan:
Daldılar birdən, sular dərin
Daha bir iz qalmadı ondan.


KİÇİKDƏ

Bütövdən
Zövqmi almaq istərsən,
Bütövü
Kiçikdə görməlisən.


NECƏ

Olmasaydı
Günəşə bənzərlik gözdə də,
Görə bilməzdi ki, günəşi heç zaman!
Olmasaydı
Tanrının gücündən bizdə də,
Necə sehirləyə bilərdi bizi
Tanrısal olan!

hümmət
05-22-2009, 09:17 PM
Vladimir Mayakovski



Önsöz



Siz bəli siz

Heç qavraya bilərsinizmi

Nə üçün

Bu qədər alay və küfr sağnağı altında dinc

ir tabağa qoyub da ruhumu

Gələcək əsrlərin mərasiminə təqdim etdiyimi?

Böyük meydanların saqqalı uzanmış çöhrəsindən

Heç bir işə yaramaz bir gözyaşı halında axıb gedən

Mən

Bəlkə də

Son şairəm.



Və bilmənizi istəyərəm

Necə

Salınır da salınır çınqıllı yollarda

Və teli üzərində budaqların

üzü çətinliklə boydan boya yarılmış

Və həmişə axan çayların bol köpüklü peysərlərində necə

Dəmirdən əllərini gəmirdir körpülərə

Və səma necə

Guruldayan səs-küylərlə

Tökər o sonsuz gözyaşlarını

Və kiçik buluddakı qocaman ağızın qıvrımında necə

Kiçicik bir alayçı təbəssüm meydana çıxar:

Qəşəng bir körpə gözləyərkən

Tanrının

Qarnından biçimsiz şikəst bir oğlanı

Çıxarıb atdığı bir qadın kimidir.


Qızıl saçlar arasında bəstəboy bəstəboy barmaqlar

Arılara xas bir davamlılıqla oxşadı sizi həmişə günəş.

Ruhunuz varmı sizin?

Ruhunuzda öpüş yağmuru altında bir əsir

Baxın indi başını götürüb getməkdədir

İndi mən

Sıyrılıb hər cür dəhşətdən

Gün işığının nifrətini çağdan çağa daşıyan mən

Dəmirdən tirlər halında gərilmiş ruhumla mən:

İmperatoru lampaların!

Gəlin

Hamınız üçün yerim var!

Səssizliyi paramparça edən kim

Mənim

Və mənim günəşim boğucu kəməndlərinə baş qaldırıb qışqıran

İndi də sözcüklərlə

Hanı o sadə

Hanı o öküz böyürmələrini andıran

Sözcüklərlə mən

Yeni ruhlarımızın yaylarını titrədən ruhlarımızı

Barmaqlarımla belə bir toxunacağam başlarınıza


O qədər

Və dodaqlar bitəcək toxunduğum hər yerdən

Ən böyük öpüşlərə uyğun dodaqlar

Və bir dil fışqıracaq

Bütün xalqlara keçərli bir dil

Ürəkdən

Axsaq ruhumla ağır ağır

Taxtıma irəliləyəcəyəm

əldəndüşmə göylərdən yonulmuş ulduz dəliklərlə bəzəkli taxtıma

Qurulub yerləşəcəyəm

Tərtəmiz

Üzərimdə tək zinət tənbəllik olacaq

Və həqiqi gübrədən {peyin} ən yumşaq döşəklər qıçımın altında


Qurulub yerləşəcəyəm

Və relslərin dizlərini oxşamaqdan usanmış lokomotiv təkərləri
Gəlib sevgiylə boyumu oxşayacaq.




Sonsöz



Sizi düşündüm də yazdım

Bütün bunları

Baxtıqara siçanlar !.

Acıdım bəli sizə..

Sinəmdə məmə yox..

Yoxsa

bir sütana kimi əmizdirərdim sizləri.

Qup-quru kəsildim indi:

Bədənsiz bir bədənim bütün zəfərlərimlə.

Amma bu qarşı-vücuda qarşı

Kim

Hansı çağ və hansı ölkədə

Bu fövqəlbəşər azad gəlişməyi
Sundu düşüncələrə?

Mən.

Tikdim səmaya barmağımı

İki dəfə iki dörd edər kimi isbat etdim:

"Tanrı bir oğrudur !"

Bəzən mənə

Bir Hollandiya xoruzu olmuşam kimi gəlir

Ya da Pskov şəhərində bir hökmdar ya da Çar.

Amma bəzən də

Bütün bunlardan çox daha çox xoşuma gələn bir addır

Öz adım:

Vladimir Mayakovski.



1913



kaynak: Trajedi, Vladimir Mayakovski, Çev. Attila Tokatlı, Eleştiri Yayınevi, 1982


Azərbaycan türkcəsinə uyğunlaşdıran: hümmət şahbazı

http://dusharge.azeriblog.com/2009/03/23/vladimir-mayakovski